Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2894/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh «xxxx» ASC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tari xli qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən G.Tağızadə, hakimlər T.Quliyev və E.Rəhimov) qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı1 Fəzail oğluna **********03812 saylı abunə kodu olan xxxxxx sayğac nömrəsi ilə hesablanmış 1550 (bir min beş yüz əlli) manat cərimə borcunun silinməsi, smart kart sayğacına yüklənən puldan çıxılan pulun geri qaytarılması hissəsində qətnamənin dəyişdirilmədən saxlanıl ması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh «xxxx» ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxx” Açıq Səmhdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbi barədə iddia ərizə si ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən fərdi yaşayış evinə quraşdırılmış **********03812 abunə kodu olan xxxxx nömrəli işıq sayğacına müdaxilə edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli xxx nömrəli protokolun ləğv edilməsi, protokol əsasında müəyyən edilmiş 1550 manat cərimənin silinməsi və smart kart sayğacına yüklənən puldan çıxılan pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərə findən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 adına rəsmiləşdirilmiş **********03812 abunə kodu üzrə fərdi yaşayış evinin xx xxxxxx 2017-ci ildə quraşdırılmış elektrik sayğacı xx xxxxxx 2019-cu ildə yeni sayğacla əvəz olunmuş və həmin tarixdə qeyd olunan ev xxxxx nömrəli yeni elektrik sayğacı ilə təchiz olunmuşdur. Həmçinin iş materiallarından görümür ki, cavabdeh tərəfindən **********03812 abunə kodu üzrə sayğaca maqnit vasitəsi ilə təsir etməklə müdaxilə olunması barədə xx xxxxxx 2019-cu il tarixli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təstiq edilmiş «Elektrik Enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlahçı, o cümlədən məişət abonenti arasın da elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə təchiz olunur. «Elektrik Enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İş materiallarından görünür ki, mübahisə predmeti olan sayğac fərdi yaşayış evindən kənarda quraşdırılmışdır və onun işlək vəziyyətə saxlanmasına görə məsulliyyəti enerjitəchizatı müəssisəsi daşıyır. Bundan başqa iş materialları ilə iddiaçılar tərəfindən sayğaca müdaxilənin edilməsi öz təstiqini tapmamışdır, cavabdeh tərəf isə bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh «xxxx» ASC-nin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2894/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2894/2020
04.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver