Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2895/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili Həsənov İmamaqulu Vəli oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-xxxx nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəməsinin (hakim E.Hümbətov) xx.xx.2019-cu il tarixli, 2(074)-xxxx nömrə li qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “4251 manat əsas borcun, 503 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4784 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 4251 manat əsas borcun, 503 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4784 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, G.Tağızadə, E.Rəhimov) xx.xx.2019-cu il tarixli, 2(105)-xxxx nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-xxxx saylı qətnaməsinin cavabdehə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı “müqavilənin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4251 manat əsas borcun, 503 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4784 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, xx.xx.2016-cı il tarixli, 1305-L/16 və xx.xx.2016-cı il tarixli, 2233-GK/16 nömrəli güzəştli lizinq müqavilələrinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd “Belarus-892” markalı traktorun, 1 ədəd “P-5” markalı kotanın, 1 ədəd “P-4” markalı kotanın, 1 ədəd “AGSD-165” markalı rotorlu otbiçənin, 1 ədəd “LKS-FGWS” markalı yemqıranın, 1 ədəd “LKS-FS-800” markalı gübrəsəpənin və 1 ədəd “LUKAS” markalı yemqarışdı ranın saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə 4251 manat əsas borcun, 503 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4784 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Həsənov İmamaqulu Vəli oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia tələbində qeyd edilmiş texnikalar cavabdehin əri X10 həbs olunandan sonra “xxxx” QSCnin idarə heyətinin sədri X2 və onun işçisi X3 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə müstəntiq Kamal Talıbovun və polis işçilərinin birbaşa işti rakı və təhriki ilə texnikaları işlədən şəxslərdən zorla alınıb X2 verilmişdir. Texnikaların zorla ələ keçirilməsi X10 cinayət işində şahid kimi dindirilmiş X3, X4, X5 və digər şəxslərin ifadələri ilə tam təsdiqini tapmışdır. Həmin şəxslərin ifadələri cinayət işinin materiallarındadır. Qəribəsi odur ki, İddiaçı Açıq Səhimdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi bir tərəfdən məhkəmədə iştirak edərkən texnikaların X2 olduğunu təsdiq edirlər, digər tərəfdən isə cavabdehə qarşı belə bir iddia qaldırmışlar.Nərimanov rayon məhkəməsində işə baxılarkən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsihəmin məhkəmə prosesində iştirak etmiş və cavabdehə verilən texnikaların X3 və X2 tərəfindən qanunsuz olaraq ələ keçirmələrini təsdiq etmişlər. Eyni zamanda araşdırılmış və tərəfimizdən təqdim edilmiş ma ddi sübutlarla və şahid ifadələri ilə tam sübuta yetirilmişdir ki, yuxarıda sadalanan kənd təsərrüfatı texnikaları cavabdehin Şamaxı rayonun Mədrəsə kəndində yerləşən təsərrüfatında olmuş və keçmiş əri X10 həbs edildikdən sonra, yəni xx xxxxxx 2017-ci il tarixdə bütün təsərrüfat, ora daxil olan, evlər, tövlələr, taxıl, iri buynuzlu və xırda buynuzlu heyvanlarının və digər əmlaklarının ələ keçirilməsi məqsədi ilə X8 polis idarəsinə aparılmış, məcburetmə və təzyiq altında atası X9 adına etibarnamə alınmış və sonuncu da bu mülkü məcburiyyət qarşısında AN-1 ******* saylı, x xxxxxx 2017-ci il tarixli Daşınmaz Əmlakın AlqıSatqı Müqaviləsi bağlanmaqla X2 qızı X8 mülkiyyətinə əvəzsiz olaraq vermişdir. Birinci instansiya məhkəməsi cavabdehin şahidlərini belə dindirməmiş, həqiqətin müəyyən edilməsi üçün heç bir tədbir görməmişdir. Göstərilənlərə əsasən onlar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-xxxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsiməhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Həsənov İmamaqulu Vəli oğlu kassasiya şikayətini müdafiə edərək, mə hkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən, Cavabdeh həmin müqavilələr üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən, cavabdeh göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur. Başqa sözlə, cavabdehin iddiaçı qarşısı nda öhdəliyi yaranmışdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün Lizinq Şirkəti qarşısında borcu yaranmışdır. Bu borc işdə olan sübutlarla, eləcə də maliyyə arayışı ilə təsdiq olunur. Bu baxımdan iddiaçı yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Apelyasiya şikayətində Cavabdeh lizinq obyekti olan əşyaların X3 olmasına istinad edib, bu əsaslar da iddia tələbinin ona qarşı yönəldilməsinin əsassız olması göstərmişdir. Bununla bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, lizinq müqavilələri İddiaçı ASC və Cavabdeh arasında bağlanmış müvafuq aktlar əsasında da şəxsən sonuncuya təqdim edilmişdir. Ona görə də, iddiaçı qarşısında öhdəliklərin icrası üçün borclu olaraq Cavabdeh da öhdəlik daşımaqdadır. Cavabdeh apelyasiya şikayətinin dəlil lərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Kassasiya kollegiyası apellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, işin hallarından görünür ki, iddiaçı təşkilat cavabdehə qarşı ilkin olaraq lizinq obyektlərinin saz vəziyyətdə qaytarılması və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etsə də, sonradan iddia tələbini dəqiqləşdirərək lizinq obyektlərinin qaytarılmasını tələb etməmişdir. İşə mahiyyəti üzrə həm birinci instansiya, həm apelyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh tərəf lizinq obyektlərinin ondan alınmasını göstərmiş olsa da, iddiaçı tərəfə lizinq obyektləri barədə hər hansı sual olunmamışdır. İddiaçının lizinq obyektlərinin qaytarılmasını tələb etməməsi, yalnız lizinq ödənişləri ilə bağlı pul vəsaiti tələb etməsindən aydın olur ki, lizinq obyektlərinin cavabdehdə olmaması iddiaçıya məlum olmuşdur və hazırda lizinq obyektlərinin cavabdehdə olmaması iddiaçıda narahatlıq yaratmamaqdadır. İşə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası ədalətli məhkəmə araşdırmasını həyata keçirərək lizinq obyektlərinin cavabdehin sahibliyindən hansı formada (yəni sublizinqə verilibverilmədiyini, sublizinqə verilmişdirsə, lizinq verənin yazılı razılığının olub-olmadığını, və ya cavabdehin öz təşəbbüsü ilə sahibliyindən çıxarılmasını, bu hallara uyğun müəyyən ediləcək faktlar əsasında lizinq obyektinin iddia tələbindən çıxarılmasının məqsədini), nə zaman çıxmasını, həmçinin tələb edilən pul məbləğ inin hansı dövrə (lizinq obyektlərinin cavabdehin sahibliyindən çıxdığı vaxtdan əvvəl və ya sonra) lizinq alanın borcu olaraq yaranmasını aydınlaşdırmamış, yalnız cavabdehin sübut təqdim edə bilməməsini qeyd etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.2-ci maddəsinə əsasən, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 747-4.4-cü maddəsinə əsasən, Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsası nda yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə m üdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərar lar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərs ə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qism ən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məh kəmə olduğundan, işin hallarının yuxarıda göstərilən istimaqət üzrə tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)xxxx nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2895/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2895/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver