Məhkəmə qərarları › İş №2(102)-2896/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2896/2024

05.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2896/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mirasa vərəsəlik hüququnun tanınması 05.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-173/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 noyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN-159 KOD 50110028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən 0,57 hektar həyətyanı torpaq sahəsi miras qoyan X8 və qızı X2 birgə mülkiyyətinə verilmişdir. 2. 26 noyabr 2008-ci il tarixli Vəsiyyətnamənin surətinə əsasən, miras qoyan X8 ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq qızı Cavabdeh2 vəsiyyət etmiş, digər vərəsələri vərəsəlikdən məhrum etmişdir və bu vəsiyyətnamə ilə 08 avqust 2006-cı il tarixdə təsdiq olunmuş vəsiyyətnamə ləğv olunmuşdur.

3. Ölüm haqqında arayışa əsasən, X8 xx.xx.2013-cü il tarixdə ölmüşdür.

4. Tovuz rayon Regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” 18 mart 2022-ci il t arixli, 2V-230 reyestr nömrəli Şəhadətnamənin surətinə əsasən, miras qoyan X3 miras qalmış vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə irs almalıdır.

5. Miras əmlaka dair ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş Çıxarışa əsasən, mirası qoyan X8 mülkiyyətində olan 0,19 ha torpaq sahəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 76,5 kv.m, yaşayış sahəsi 26,7 kv.m, yardımçı sahəsi 49,8 kv.m olan fərdi yaşayış evindən, əlavə tikililərdən və 0,19 ha torpaq sahəsindən, habelə DTXK-nin Tovuz rayon Şöbəsi tərəfindən xx.xx.1997 tarixdə verilmiş JN 159 saylı Dövlət Aktına əsasən ümumi sahəsi 0,5732 ha olan torpaq sahəsinin mərhum X5 məxsus olan ½ hissəsindən ibarətdir. 6. “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadə tnaməyə əsasən xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi bacısı Cavabdeh2dır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh2 qarşı (bundan sonra- cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notariat ofisi tərəfindən cavabdehə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzrə vərəsə tanınması və miras əmlakda payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, valideynlərinin birgə nikahından o, bacıları X8, X11, X7, X10 doğulmuşdur. Valideynlərindən qalan miras əmlakda hal-hazırda o və ailə üzvləri yaşayır. Lakin bir müddət əvvəl ona məlum olmuşdur ki, bacısı X8 notariat ofisinə müraciət etmiş, notariat ofisi isə vərəsələrin dairəsini müəyyən etmədən miras əmlaka dair onun adına “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə vermişdir. Həmçinin daha əvvəl o, və cavabdeh X8 miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı Qazax rayon notariat ofisinə müraciət etmiş və aralarında mübahisə olduğundan onların məhkəməyə müraciət etmələri bildirilmişdir.

9. Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(023)-697/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev)iddia təmin olunmamışdır.

10. Birinci instansiya məhk əməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı mirası nə faktiki, nə də notarial qaydada qəbul etmədiyi, həm də miras əmlakın olduğu kənddə yaşadığını bildirsə də, orada yaşamaması müəyyən edildiyi üçün iddia tələbi “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzrə vərəsə tanınma”sına dair hissəsində təmin edilməməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli evə dair X4 adına verilmiş Çıxarış törəmə hüquq münasibəti olub həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəmənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli mənzilə dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir.

12. Bundan başqa məhkəmə iddianın miras əmlakda payın müəyyən edilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddianın həmin hissəsi mübahisənin əsasını təşkil edən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə təmin edilə bilməz.

13. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və işin faktiki halları tam araşdırılmadan yanlış hüquqi nəticəyə gəlinməsi ilə qəbul edilmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-173/2024 nömrəli mülki iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Həsənov (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(023)-697/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında DƏDRX-ti tərəfindən Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilməsi, miras əmlakın ½ hissəsinə Cavabdeh2 6/10 hissədə, iddiaçı və miras qoyanın digər birinci növbəli vərəsələri X, X və X hər birinin 1/10 hissədə paylarının müəyyən edilməsi, 0,57 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı və miras qoyanın digər birinci növbəli vərəsələrinin hər birinin ümumi əmlakdakı payının 1/20 hissədə, Cavabdeh2 əmlakdakı ümumi payının 16/20 hissədə müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkə məsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Belə ki, Mülki Məcəllənin müvafiq normalarına əsasən qanun üzrə birinci növ vərəsələrin hamısı məcburi pay hüququna malik olduğu üçün həm Cavabdeh2, həm də digərlərinin payı müəyyən edilməlidir. Həmçinin birinci növ vərəsə olan X və X mirası qəbul etsələr də, vəfat etmişlər və onların vərəsələrinin ünvanlarını müəyyənləşdirmək olmadığından, məhkəmə kollegiyası onların da payını müəyyən edərək gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmış olacaqdır.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1146, 1159.1, 1193, 1194, 1195, 1201, 1256-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.4cü mad dələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh2 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sözügedən Plenum qərarı 26 dekabr 2023-c ü il tarixdə dərc olunduğundan, hazırkı mübahisəyə o Qərar deyil, vərəsəliyin açıldığı və miras şəhadətnaməsi ilə tam olaraq irs alınaraq vərəsəlik işinin yekunlaşdığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin normaları tətbiq edilməli idi. Həmçinin həmin normalara əsasən iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Bundan başqa, məhkəmə kollegiyası mülki prosessual normaların tələblərindən kənara çıxmışdır. Belə ki, belə bir iddia tələbi olmamasına baxmayaraq məhkəmə kollegiyası 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində payların bölünməsini qət etmişdir. Eləcə də bu torpaq sahəsinə dair mülkiyyət hüququ barədə Cavabdeh2 eydiyyata alınması ilə bağlı qüvvədə olan reyestr qeydiyyatları (çıxarışlar) vardır. Bu torpaq sahəl ərinə dair qeydiyyat qüvvədə olduğu halda, bu torpaq sahələri miras payı olaraq bölünə bilməz. Məhkəmə isə maddi hüquq normalarının tələblərini pozmaqla qanunsuz bölgü aparmışdır. Məhkəmə kollegiyası həmçinin Ailə Məcəlləsinin 43-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, birinci növbəli vərəsələr olaraq uşaqların mənşəyi müəyyən edilməklə vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsi müəyyənləşdirilir. Məhkəmə kollegiyası nə iddiaçının, nə də iş üzrə miras qoyan şəxsin qızları olaraq qeyd etdiyi şəxslərin miras qoyanla qohumluğunu müəyyən etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

23. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

24. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

25. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

26. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

27. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

28. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

29. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.

30. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

31. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

32. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, mi ras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli Qərarı

34. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir.

36. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, tərəflərin valideynləri X15 ilə X8 06 aprel 1961-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahlarından İddiaçı, X11, X7, Cavabdeh2, X10 və X9 adlı uşaqları doğulmuşdur. X15 07 mart 1989-cu il tarixdə ölmüşdür. JN-159 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi X8 və X2 birgə mülkiyyətinə verilmişdir. Bundan əlavə, Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. X8 26 noyabr 2008-ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq qızı Cavabdeh2 vəsiyyət etmiş, digər vərəsələri vərəsəlikdən məhrum etmişdir. X8 15 aprel 2013-cü il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri olan övladları- İddiaçı, X11, Cavabdeh2, X10 və X9 qalmışdır. Adları qeyd olunan vərəsələr miras qoyan X3 qalmış mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan X3 miras qalmış əmlaklar Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi və JN-159 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət olmuşdur. Vərəsə Cavabdeh2 notariat ofisinə müraciət edərək miras qoyan X3 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Tovuz Regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş vəsiyyətnamə üzrə “Vərəsəlik hüququ haqqında” 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli Şəhadətnamə ilə xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh2 olması müəyyən edilmiş və sonuncuya miras əmlakdan tam hissədə pay verilmişdir. Şəhadətnamə ilə miras verilən əmlak ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X5 verilmiş Çı xarışa əsasən Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən, mülkiyyətində olan 0,19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,5 kv.m, yaşayış sahəsi 26,7 kv.m, yardımçı sahəsi 49,8 kv.m 1 otaqlı fərdi yaşayış evindən, əlavə tikililərdən və həmin torpaq sahəsindən və DTXK Tovuz rayon şöbəsi tərəfindən xx.xx.1997 tarixdə X5 verilmiş JN 159 saylı “Dövlət aktına” əsasən Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən ümumi sahəsi 0,5732 ha olan torpaq sahəsinin mərhuma məxsus olan ½ hissəsi olmuşdur.

47. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, mərhum X1 vəsiyyətnamə vermiş və vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq bacısı Cavabdeh2 vəsiyyət etmişdir. Bundan sonra Cavabdeh2 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” 18 mart 2022-ci il tarixli 2V-231 reyestr nömrəli Şəhadətnamə verilmişdir və Şəhadətnamə əsasında verilən miras əmlak DTXK Tovuz rayon şöbəsi tərəfindən xx.xx.1997 tarixdə X5 verilmiş JN-159 saylı Dövlət Aktına əsasən, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən ümumi sahəsi 0,5732 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. İşin mübahisəsiz halı həmdə ondan ibarətdir ki, miras qiyanın birinci növbəli vərəsələrindən X11 və X9 miras açıldıqdan sonra ölmüşlər. Bu hal tərəflərin izahatı ilə də təsdiq olunur.

48. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan normaların tələblərinə istinad edərək qeyd etmişdir ki, vərəsəlik hüququ- mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra on un iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12 46 və 1273-1 -ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1 -ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

50. X14 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək da vam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

51. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271 -ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçir ilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

52. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301 -ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

53. Apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq qeyd etmişdir ki, Cavabdeh2 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli Şəhadətnamə əsasında həm vəsiyyətnamə üzrə vərəsə kimi anası Xəlifə Vidadiyevadan miras qalmış əmlaklardan tam olaraq pay almışdır. Bununla yanaşı müəyyən edilir ki, miras qoyanın qanun üzrə digər vərəsələri də olmaqla həmin vərəsələrin miras əmlaka məcburi pay hüquqları vardır.

54. Nəzərə alınmalıdır ki, Mülk i Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

55. Qeyd olunmalıdır ki, mirasda məcburi pay - sosial-iqtisadi vəəxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Vəsiyyət azadlığını məhdudlaşdıran hal kimi çıxış edən mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Bu hüquq məcburi pay almağa səlahiyyəti olan şəxsin mirasda minimal iştirakını təmin edir. Hətta vəsiyyət edən MM-nin 1176-cı m addəsinəəsaslanmaqla qanun üzrə vərəsələrdən birini və ya bir neçəsini vəsiyyətnamə ilə mirasdan məhrum etdiyi halda belə, konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyi üçün vəsiyyət edənin birinci növbə vərəsələrinin mirasda minimal iştirakı məhz məcburi pay hüququ ilə təmin edilir.

56. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mərhum Xəlifə Vidadiyevadan miras qalmış əmlaklar barədə Cavabdeh2 adına yuxarıda qeyd edilən “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən mərhumun (miras qoyanın) qanun üzrə digər vərəsələrinin olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan sadəcə Cavabdeh2 adına “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə vermişdir.

57. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, miras qoyan Xəlifə Vidadiyevanın miras kütləsinin həcmini, vərəsələrinin sayını, həmçinin Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsə olmasını nəzərə alaraq qeyd etmişdir ki, miras əmlak olan Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən, 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi, eləcə də JN-159 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə qanun üzrə, o cümlədən vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 6/10 hissədə, digər birinci növbəli vərəsələr İddiaçı, X11, X10 və X6 hər birinin 1/10 h issədə vərəsəlik payları müəyyən edilməlidir.

58. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmalıdır.

59. Cavabdeh2 kassasiya şikayətində, Konstitusiya Məhkəməsinin Plenmunun sözügedən Qərarının hazırki mübahisəyə düzgün tətbiq olunmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, sözügedən Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bu Qərar hazırda məhkəmənin icraatda olan işlərə də şamil olunur. Hazırkı mülki iş isə 25 aprel 2023-cü il tarixdən məhkəmənin icraatında olmuşdur. Belə olan halda Cavabdeh2 kassasiya şikayətində göstərdiyi bu dəlil əsaslı sayıla bilməz.

60. İddiaçının miras qoyana münasibətdə qohumluluğunun müəyyən edilməməsinə dair Cavabdeh2 digər dəililinə münasibət də isə kassasiya instansiyası məhkəməsi qeyd edir ki, o, özü apellyasiya şikayətinə qarşı etiraz ərizəsində etiraf etmişdir ki, onlar beş bacı yox, altı bacı olmuşlar, anasına digər bacılar yox, yalnız o baxıb və sair kimi fikirlər sübut edir ki, iddiaçı da miras qoyanın qızıdır. Bu hallar işə əlavə edilmiş digər sübutlarla da tam təsdiq olunur.

61. Göstəriləndərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh 2 kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələblərini yuxarıda göstərilən qaydada qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(104)-173/2024 saylı qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar