Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2897/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehlakçı hüquqlarının müdafiəsi, borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiəsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 fevral 2022-ci il tarixli, 2(103)261/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı yaşadığı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********00002 abonent kodu verilmişdir. 2. 16 may 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı XXX saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmin kənar xətt 0,4 kv-luq şəbəkədən ayrıca faz xətti vasitəsi ilə çəkilmişdir. Sayğacın üzərində isə kompüter məlumat bazasına daxil edilməmiş 30794 kvt/saat elektrik enerjisi sərfiyyatı var. Xətdən axan yük ölçülmüşdür. Göstərici kompüter məluma t bazasına daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiəsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilən 16 may 2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt üzrə yazılmış 9.601 manat 89 qəpik cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. ünvan yerləşən ünvana onun adına olmaqla, **********00002 abonent kodu ilə elektrik sayğacı quraşdırılmışdır. 16 may 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun ünvanına gələrək fər di yaşayış evinə qoyulmuş elektrik sayğacını ona hər hansı məlumat və bildiriş vermədən və hər hansı hal şahidlərinin iştirakı təmin edilmədən sökərək aparmışlar. 2 azyaşlı körpə balaları ilə işıqsız qalmışlar. Sonradan ona məlum olmuşdur ki, elektrik sayğacından kənar xətt aşkar ediblər və buna görə də, ******* nömrəli akt tərtib edilərək, ümumilikdə 9.601 manat 89 qəpik cərimə yazmışlar. Qeyd edir ki, həmin elektrik sayğacı mənzillərindən çöldə yerləşdirilmişdir və daim ərazi üzrə nəzarətçi olan "xxxx" ASC-nin əməkdaşları həmin sayğaca mütəmadi olaraq hər ay baxış keçirib elektrik sərfiyyatı barədə qəbz yazaraq ona təqdim etmişdir və o da, vaxtında elektrik sərfiyyatı üçün ödənişləri aparmışdır. 16 may 2020-ci il tarixə qədər ona həmin sayğaca hər hansı müdaxilənin olması barədə ərazi üz rə nəzarətçi olan "xxxx" ASC-nin əməkdaşları hər hansı irad və məlumat bildirməmişlər. "xxxx" ASCnin əməkdaşları tərəfindən qanunsuz və əsassız tərtib olunmuş ******* saylı akt tərtib edilərək, ümumilikdə 9.601 manat 89 qəpik cərimə yazmışlar. "xxxx" ASC-nin əməkdaşları tərəfindən belə qanunsuz aktlar kütləvi şəkildə tərtib olunaraq vətəndaşlara külli miqdarda cərimələr yazmaqla əsassız varlanırlar. Cavabdeh tərəfindən tərtib edilən 16 may 2020-ci il tarixli ******* saylı akt qanunsuz və əsassız olduğu üçün etibarsız bilinməli və həmin akt üzrə edilmiş 9.601 manat 89 qəpik cərimə silinməlidir
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 2(006)-388/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 16 may 2020-ci il tarixdə tərtib edilmiş NDM seriy alı XXX saylı aktın ləğv edilməsi, ünvan 2 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00002 saylı abunə koduna hesablanmış cəmi 9.570 manat 71 qəpik elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmiş və bu səbəbdən, akt ləğv edilməlidir. Həmçinin, İddiaçı adına olan **********00002 saylı abonent koduna hesablanmış 5.672 manat 37 qəpik + 511 manat = 6.183 manat 37 qəpik (xx.xx.2020-ci il tarixli akta əsasən xx.xx.2020-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələ blərdə qeyd olunan), həmçinin kompüter məlumat bazasına daxil olmadığı göstərilən 30794 kvts-a görə hesablanmış 3.387 manat 34 qəpik olmaqla, cəmi 9.570 manat 71 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının özünün də etiraf etdiyi kimi, X1yə görə 16 may 2020-ci il tarixə 794 kvts elektrik enerjisi sərf etmişdir ki, 0,07 manat tarifi ilə cavabdehə ödəməli olduğu borc məbləği 55 manat 58 qəpik təşkil edir.
8. Məhkəmə öz mövqeyini «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13, 17, «X1 qaydaları»nın 8.17, 8.32, 8.33-cü bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissədə ləğv edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və V.N.Sadıqov) 4 fevral 2022-ci il tarixli, 2(103)-261/2022 saylı qətnaməsi ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(006)-388/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə tutulmas ı qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sayğaca kənar müdaxilənin olması iş materialları ilə təsdiq edilmədiyindən və bu hal ekspert rəyi ilə də öz təsdiqini tapdığından, ekspert rəyinin qeyri-mötəbərliyi ilə bağlı hər hansı şübhə olmadığından, video diskdəki sayğacın iddiaçıya məxsus sayğac olması sübut olunmadığından birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sayğacda həmin sərfiyyatın olması göstərilsə də, cavabdeh tərəfindən təqdim edilən videogörüntüdə sayğacın iddiaçıya məxsus saygac olması sübuta yetirilə bilinmədiyindən, həmçinin sayğacda olan məlumatlar Azəriqazın özünün nümayəndəsinin dediklərinə istinadən bazada olmadığından və bu məlumatların hansı səbəbdən bazad a olmamasına aydınlıq gətirə bilmədiyindən, eyni zamanda iş materiallarında bunları təsdiq edəcək heç bir sübut olmadığından apellyasiya şikayətinin dəlili də əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh "xxxx" ASC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr işi düzgün və hərtərəfli araşdırmamış, iş materiallarında olan abunə haqqında məlumatın təhlilini düzgün aparmamış və iddiada tələb olunan 9605.11 manat borcun bütövlükdə akt borcu olması barədə səhv qənaətə gəlmiş, zəruri olan iş üzrə təkrar və ya əlavə məhkəmə ekspertizas ının aparılmasını təmin etməmiş, iş üzrə sübutların qiymətləndirilməsini düzgün aparmamış, nəticədə əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Prosessual məsələlər
16. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
17. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edil məmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”.
18. Bənd 8.17. İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən h esablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir.
19. Bənd 8.32. Məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur.
20. Bənd 8.33. Məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
21. Bənd 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar.
22. Bənd 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət d aşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
33. İlk növbədə qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Məhkəmələr müəyyən etmişlər ki, sayğaca kənar müdaxilənin olması iş materialları ilə təsdiq edilmədiyindən, bu hal ekspert rəyi ilə də öz təsdiqini tapdığından, ekspert rəyinin qeyrimötəbərliyi ilə bağlı hər hansı şübhə olmadığından, video diskdəki sayğacın iddiaçıya məxsus sayğac olması sübut olunmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.
35. Həmçinin, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmişdir.
36. İş üzrə təkrar ekspertiza keçirilməməsi ilə bağlı qeyd olunur ki, təkrar ekspertizanın keçirilməsi əsasları qanunla müəyyən edilir. Beləki, MPM-nin 102.2. maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
37. İş üzrə verilmiş ekspertiza rəyinin əsassız olmasına dəlalət edən hər-hansı hal aşkar edilməmiş, cavabdeh özü də bununla bağlı sübut təqdim etməmişdir. Ona görə ekspert rəyinin əsassız olması barədə şifahi olaraq verilmiş bəyanat həmin rəyin mötəbərliyini qüvvədən sala bilməz. 38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edi lir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiril məsi üçün əsas yoxdur.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2(103)-261/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.