Məhkəmə qərarları › İş №2(102)-2897/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2897/2024

17.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2897/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ, mirasın kütləsi, mirasın qəbulu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavab deh1, Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-104/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş üzrə tərəflər olan İddiaçı1, İddiaçı2 və Cavabdeh1 qardaşdırlar. Onların atası Həsən İsmayılov 1964-cü ildə, anası X8 xx.xx.2001-ci ildə vəfat etmişdir.

2. X3 Tovuz rayonun Alakol kəndi ərazisində yerləşən torpaq sahəsi miras qalmışd ır. Belə ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə (bundan sonra - 30 nömrəli qərar yazılacaq) X2 və X2 mülkiyyətinə 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, onların torpaq sahəsi üzərində hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN 706 KOD 50303018 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir.

3. Cavabdeh1 anasından qalan mirasa dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş və 1 saylı Gəncə regional “ASAN” xidmət mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-298 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. X1 vərəsəsi kimi Cavabdeh1 tanınmış, miras qalan əmlak kimi “Torpağa mülkiyyət hüququna dair” JN 706 KOD 50303018 saylı dövlət aktında qeyd oluna n 0,1618 ha torpaq sahəsinin 1/2 hissəsi göstərilmişdir.

4. Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 95 nömrəli arayışa əsasən 1996-2000-ci il tarixli 1 saylı təsərrüfatbaşına kitabın 1197-ci şəxsi hesabında təsərrüfat miras qoyanın adına olmaqla təsərrüfatda 0,26 ha torpaq sahəsi, 1975-ci ildə tikilmiş yaşayış evi ümumi sahəsi 96 kv.m, o cümlədən yaşayış sahəsinin 54 kv.m olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, anaları X4 miras qalan Tovuz rayonu Alakol kəndində yerləşən 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən ibarət miras əmlakdan (bundan sonra – miras əmlak) vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar miras qoyandan qalan evdə doğulub böyümüşlər. Miras qoyan vəfat edəndə iddiaçılar onun yas mərasimində iştirak etmiş və ondan qalan mirasın qəbulunda bilavasitə iştirak ediblər. Sonrakı vaxtlarda iddiaçılar miras əmlakın idarə olunmasında birinci cavabdehlə bərabər iştirak ediblər. İddiaçılar miras əmlakın notarial qaydada rəsmləşdirilməsi üçün notariat ofi sinə müraciət etmiş, lakin onlara birinci cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlakı öz adına sənədləşdirdiyi bildirilmişdir. Halbuki, notariat ofisi vərəsələrin dairəsini müəyyənləşdirmədən Cavabdeh1 əsassız vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.

7. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, miras əmlakdakı ev yaşayışa yararsız olmuşdur. Onlar həmin evdə doğulub böyümüşlər. Həmin evi söküb 1997-ci ildə yenidən inşa etdirmişdir və iddiaçıların ona 1 manat da köməyi dəyməyib. Anası ölən zaman Rusiyada olduğu üçün anasının yeddisi günü gəlib çatmışdır. Bütün yas mərasimi özü tərəfindən qarşılanmış, habelə qəbir daşı belə onun vəsaiti hesabına qoyulmuşdur. O, İddiaçı1 3000 dollar versə də, ala bilməmişdir və pulu istədiyinə görə ona qarşı o lan münasibət dəyişmişdir. Tərəflər heç bir əmlak bölgüsündə iştirak etməyiblər, həmçinin 2001-ci ildə Tovuzda heç bir asan xidmət mərkəzi olmamışdır. Belə çıxır ki, iddiaçılar yalan danışırlar. İddiaçılar ona şər böhtan atır. Çünki o, İddiaçı2 və oğluna çox maddi yardımlar etmişdir. Onlar nəyə görə torpaq məsələsi tələbini 10-15 il bundan qabaq irəli sürmürdülər? Belə ki, o zamanlar torpaq boş idi, lakin indi o, həmin torpaq sahəsinə ağaclar əkib ki, onlardan xeyir götürsün. İddiaçıların ona olduğu borclar və ağacların da pulu verilsə, o zaman həmin torpaqdan onlara da pay verər. O və yoldaşı xəstədir, aldıqları təqaüd dərmanlarına yetmir. Ona görə də xahiş etmişdir ki, ona dəymiş maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilsin.

8. Məhkəmə iclasında İddiaçı1 öz izahatında bildirmişd ir ki, tələbəlik illərindən ata yurdundan çıxıb getmiş, daimi yaşamaq üçün 1973-cü ildən Gəncə şəhərində məskunlaşmışdır. Hazırda da orada yaşayır. Cavabdeh olan qardaşı isə daimi olaraq ata yurdunda yaşamışdır və hazırda da orada yaşamaqda davam edir. Mirasın faktik qəbulu üzrə hər hansı addım atmasa da, anasının yas mərasimində iştirak etdiyinə görə onun bu addımı mirasın qəbulunun bir növüdür. Çünki anasından qalmış miras əmlakdan birinci cavabdehlə bərabər bütün vərəsələrin payı vardır. Lakin birinci cavabdeh vərəsələr haqqında düzgün məlumat verməmişdir.

9. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi (arvadı) Gülbahar İsmayılova İddiaçı1 izahatı ilə eyni məzmunda izahat vermişdir.

10. Tovuz Rayon Məhkəməsinin 2(062)-185/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin o lunmamışdır (hakim Əliyev Fərid).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsəlik hüquq münasibətlərində əsas əhəmiyyət kəsb edən məqam mirasın qəbul edilməsi faktının olub-olmamasıdır. Baxılan iş üzrə də miras iddiaçılar tərəfindən qəbul ediləcəyi halda onların iddia tələbləri üzrə subyektiv hüququ yaranmış olacaqdır. Belə ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Bu iş üzrə də iddiaçıların özlərinin izahatları, həm də iş materiallarında olan icra nümayəndəliyi tərəfindən verilmiş arayışlarla təsdiq olunur ki, onlar mirası qəbul etməmişlər, sadəcə olaraq analarının yas mərasimində iştirak etmişlər. Bu zaman orada mərasimlə bağlı qısa müddət yaşamaları mirası qəbul etməyə yönələn hərəkət kimi yox, ölmüş şəxsin yas məraimi ilə bağlı adət-ənənədən irəli gələn vəzifələrin icrasına xidmət edən hərəkət olaraq qəbul edilməlidir.

12. Beləliklə, iddiaçıların mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar olmadığına və iddiaçılar tərəfindən analarından qalmış mirası qəbul etmələrini sübuta yetirilə bilmədiklərinə görə iddia tələbi təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1245, 1246-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 77.1, 217, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçılar birgə qaydada apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum anaları öldükdən sonra miras əmlak onlar tərəfindən qəbul edilmiş, torpaq sahəsində İddiaçı2 tərəfində n meyvə ağacları əkilmiş, təsərrüfat aparılmaqla miras kütləsinə faktiki sahiblik həyata keçirilmişdir. Birinci cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədə də bu faktlar öz əksini tapmışdır. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı2 mübahisəli əmlaka faktiki sahiblik həyata keçirməklə mirası qəbul etmişdir. Həmçinin notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın digər vərəsələri qəsdən gizlədilmişdir. Qeyd olunanlara əsasən iddiaçılar hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 verdiyi izahatında bildirmişdir ki, mərhum anaları vəfat edəndən sonra arabir Tovuz rayonuna gedərək miras əmlaka baş çəkmişlər. Bundan başqa mərhum anası öləndən sonra qardaşı Cavabdeh1 yox, onun ailəsi miras əmlakda yaşamışdır.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, onun tikdiyi evin altındakı 0.30 ha torpaq sahəsi ona və ailə üzvlərinə islahat gedən vaxtı 1999cu ildə verilmişdir. İnşa etdiyi ev də həmin torpaq sahəsinin üzərindədir. Mərhum anasından ona vərəsəlik qaydasında keçən torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi 0.16 ha olmaqla unun ½ hissəsi vərəsəlik qaydasında ona keçmişdir. Onu da 2018-ci ildə sotunu 150 manatdan qeyri rəsmi olaraq şifahi formada başqa şəxsə satmışdır.

18. Məhkəmə kollegi yasının iclasında İddiaçı1 verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 guya həmin torpaq sahəsinin 10 sotunu satdığını bildirmişdir. Halbuki, torpaq sahəsinin hər hansı hissəsi satılmamışdır. Miras qoyan 2001-ci ildə vəfat etdikdən 20 il sonra Cavabdeh1 Rusiya Federasiyasından qayıdaraq mərhum anasından miras qalmış əmlaka dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-104/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən edilmiş, notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, miras qalmış Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən 0,1618 ha torpaq sahəsinin ½ hissəsi üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı1, İddiaçı2 vvə Cavabdeh1 hər birinin 1/3 hissədə payları müəyyən edilmiş, həmin kəndin ərazisində yerləşən 0,1618 ha torpaq sahəsi üzərində ümumi əmlakda İddiaçı1, İddiaçı2 və Cavabdeh1 hər birinin payı 1/6 hissədə, digər mülkiyyətçi X2 ümumi əmlakdakı payı isə 3/6 hissədə müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakimlər İ.Həsənov /sədrlik edən və məruzəçi/, L.Süleymanov və Ş.Rzaquliyev).

20. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Mirasdan imtina şəxsin olduqca mühüm konstit usiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Belə ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Ona görə də bu iş üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və həmin miras əmlak üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələrin bərabər payları müəyyən edilməlidir.

21. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya icraatı zamanı verilmiş sorğuya cavab əsasında müəyyən olunmuşdur ki, iddiaç ıların bölünməsini tələb etdikləri fərdi yaşayış evi başqa torpaq sahəsində yerləşir. Belə ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 nömrəli qərarı əsasında Cavabdeh1 və ailə üzvləri S.Əliyeva və L.İsmayılovanın ümumi birgə mülkiyyətinə Tovuz rayonu Alakol kəndində 0.3005 ha torpaq sahəsi verilmişdir. Hazırda da hüquqların dövlət reyestrindən müvafiq çıxarışa əsasən həmin torpaq sahəsi birinci cavabdehin və yuxarıda adı qeyd olunan ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir və həmin torpaq sahəsi üzərində inşa edilmiş 221.6 kv.m fərdi yaşayış evi isə tam həcmdə Cavabdeh1 mülkiyyətindədir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, ölmüş şəxsin adına qeydiyyatdan keçməmiş və üzərində mülkiyyət hüququ qeydə alınmamış əmlakın mirasın kütləsinə da xil edilməsi və vərəsələr arasında bölünməsi yolverilməzdir.

22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və müəyyən edilmiş faktlara əsasən tərəflər arasındakı qarşılıqlı münasibətlər barədə düzgün nəticəyə gəlməmişdir.

23. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 1133.2, 1145, 1146, 1159.1, 1256-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına və MPM-in 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçılar İddiaçı2 və İddiaçı1 (vəkil Nümayəndə) birgə qaydada kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, analarından qalmış miras əmlak 95 nömrəli arayışda göstərilmiş əmlakdır və həmin əmlakdan cavabdehin qızına heç bir pay verilməmişdir. Lakin Cavabdeh1 analarından qalmış miras əmlaka dair özünün adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün öz qızının adına həmin miras əmlakın ½ hissəsinə dair saxta sənəd düzəltmişdir. X11 Komissiyasının miras əmlakın bölünməsi ilə bağlı qərar vermək hü ququ yoxdur. Sonra isə Cavabdeh1 həmin torpaq sahəsi üzərində olan tikilini sökərək yeni ev inşa etmişdir. Cavabdeh bütün bunlara həm 30 nömrəli qərarla miras qoyanın və E.İsmayılovanın mülkiyyətinə 0.16 ha torpaq sahəsi verilməsi, həm də həmin qərarla Cavabdeh1 və onun ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə 0.30 ha həyətyanı torpaq sahəsi ayrılması ilə nail olmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi yalnız 30 nömrəli qərara istinad etməklə koordinatları müəyyən etmədən iddiaçıların bölünməsini tələb etdikləri fərdi yaşayış evinin başqa torpaq sahəsində yerləşdiyi qənaətinə gəlmişdir, lakin hesab edir ki, həmin 221.6 kv.m fərdi yaşayış evi analarından miras qalmış torpaq sahəsində yerləşməkdədir.

27. Cavabdeh1 birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində göst ərmişdir ki, anasının 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində evi olmuş, o həmin evi sökmüş, 1997-ci ildə yenidən inşa etdirmişdir. Buna nəzərə almayan apellyasiya instansiyası məhkəməsinin apardığı bölgü iddiaçıların mülkiyyət hüququnu pozur. Belə ki, analarından qalmış 0,26 ha torpaq sahəsi və onun üzərində ataları tərəfindən tikilmiş yaşayış evi analarının adına keçmiş əmlakdır. Ona görə də məhkəmə kollegiyası vərəsələrə düşən payları həmin əmlak üzrə müəyyən etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 1133.1. Ölmüş şəxsi n (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

32. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

34. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

35. Mad də 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayə tində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məs ələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

49. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.

50. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.

51. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) tə şkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).

52. Bu mənada mirasın kütləsi vərəsəlik institutunun vacib aspektlərindən biridir. Ona görə də mirasın bölünməsi tələblərində həll olunmalı məsələlərdən biri – mirasın nədən ibarət olması, yəni mirasın kütləsinin müəyyən olunmasıdır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay da daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir.

53. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

54. Baxılan iş üzrə iddiaçılar analarından miras qalan Tovuz rayonu Alakol kəndində yerləşən 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən payın müəyyən olunmasını tələb etmişlər. Lakin iddiaçılar analarından qalan mirasa həmin əmlakların daxil olduğu barədə hər hansı sübut təqdim etməmişdir. İşə baxmış apel yasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıların bölünməsini tələb etdikləri fərdi yaşayış evi başqa torpaq sahəsində yerləşir. Belə ki, 30 nömrəli qərar əsasında Cavabdeh1 və ailə üzvləri S.Əliyeva və L.İsmayılovanın ümumi birgə mülkiyyətinə Tovuz rayonu Alakol kəndində 0.3005 ha torpaq sahəsi verilmişdir və hazırda da hüquqların dövlət reyestrindən müvafiq çıxarışa əsasən həmin torpaq sahəsi cavabdehin və yuxarıda adı qeyd olunan ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş 221.6 kv.m fərdi yaşayış evi isə tam həcmdə Cavabdeh1 mülkiyyətindədir.

55. İddiaçıların kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Cavabdeh1 qeyd olunan torpaq sahəsinə və evə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri saxtalaşdırmışdır.

56. La kin bu dəlil kassasiya araşdırmasının predmeti deyildir. Çünki Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(104 )-104/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar