Məhkəmə qərarları › İş №2(102)-290/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-290/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-290/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin kompensasiyası, podrat müqaviləsi üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyətinə qarşı artıq ödənilmiş pul vəsaitinin tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5430/2024 nömrəli 26 sentyabr 2024-cü il tarixl i qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında 22 dekabr 2015-ci il tarixdə bağlanmış 509 nömrəli müqaviləyə görə satıcı, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 24-cü mərtbəsində ümumi tikinti sahəsi 157,6 kv.m.-dən ibarət olan 3 otaqlı 132 nömrəli mənzili (bundan sonra mübahisəli mənzil) alıcıya təhvil verməyi, alıcı isə mənzilin razılaşdırılan dəyəri olan 126 080 manatı satıcıya ödəməyi öhdəsinə götürmüş, mənzilin bir kvadrat metrinin qiyməti 800 manat olaraq müəyyənləşdirilmişdir.

2. Cavabdeh MMC tərəfindən verilmiş 22 dekabr 2015-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, mübahisəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur.

3. Cavabdeh MMC ilə İddiaçı arasında 28 dekabr 2015-ci il tarixdə bağlanmış “qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” 159 nömrəli müqavilədə göstərilmişdir ki, Cavabdeh MMC İddiaçı 22 dekabr 2015-ci il tarixli 509 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.metr olan 132 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil verir.

4. Mübahisəli mənzilə işıq, qaz və su sayğaclarının, habelə siqnalizasiyanın quraşdırılması üçün İddiaçı tərəfindən xx.xx.2015-ci tarixdə MMC-yə 1200 manat ödəniş həyata keçirilmiş, bu barədə ona kassa mədaxil orderi verilmişdir.

5. Yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mübahisəli m ənzil xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağladığı xx.xx.2015-ci il tarixli 509 nömrəli müqavilə üzrə ona verilməmiş 15,7 kv.metr mənzil sahəsinin əvəzinin naturada və ya hazırkı bazar dəyərinə uyğun olaraq hər kvadrat metri üçün 2500 manat hesablanmaqla (15,7 x 2500 = 39 250) 39250 manat pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzilin ölçüsü müqavilədə “satıcı” tərəfindən 157,6 kv.metr göstər ilmiş, satıcının təklifinə inanıb 157,6 kv.metrin dəyərini tam ödəmişdir. Lakin bir neçə gün əvvəl ona məlum olmuşdur ki, sahəsinin 157,6 kv.metr olduğu bildirilən mənzilin sahəsi əslində 141,9 kvadrat metrdir. Beləliklə, 15,7 kv.metrin dəyəri olan 12.560 manat artıq hesablanaraq ödətdirilmişdir. Həmin binada hal-hazırda mənzilin hər kvadrat metrinin dəyəri 2500 manatdır, indiki qiymət isə 15,7 kv.metr sahəyə görə 39 250 manat təşkil edir. Ona görə də, ondan artıq hesablanıb alınmış 15,7 kv.metr sahənin indiki bazar dəyərinə uyğun 39250 manat cavabdehdən alınıb ona qaytarılmalıdır.

8. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə ərizə təqdim edərək iddi a müddəti ötürüldüyü üçün iddia tələbinin rədd edilməli olduğunu bildirmişdir.

9. Məhkəmənin təyin etdiyi tikinti-texniki ekspertizası əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinin tələblərinə əsasən, İddiaçı məxsus mübahisəli mənzilin müvafiq azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 144,0 kv.metr təşkil etdiyi, çöl divarlarının ortasından hesablanmaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan, yaxud tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və sair altı da daxil olmaqla, 157,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir”.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(005) 122/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mövcud məhkəmə təcrübəsində formalaşmış mövqeyə əsasən, tərəflərin arasında bağlanmış müqavilədə ifadə olunan şərtlər və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri podrat müqaviləsinə uyğundur. Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edild iyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 28 dekabr 2015-ci il tarixli 159 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı 22 dekabr 2015-ci il tarixli 509 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.metr olan 132 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil vermişdir. İddiaçının mənzili qəbul etməsi işin mübahisəsiz halıdır. İddiaçı özü də mənzilin daha gec tarixdə ona təhvil verməsini iddia etməmişdir. Mənzili təhvil alan iddiaçının mənzilin real sahəsi barədə məlumatı olmuş, ən azı o, qəbul etdikdən sonra ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqaviləyə uyğun ölçülərdə olmasını yoxlamaq imkanında olmuşdur.

12. İddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında daha kiçik sahəli olduğu iddia edilən mənzilə dair müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmış, 28 dekabr 2015-ci il tarixdə isə tərəflərin arasında qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə əsasında mənzil iddiaçıya təhvil verilmişdir. Bununla belə iddiaçı həmin tarixdən sonra cavabdehə qarşı mənzilin sahəsinin əskik olduğuna dair, başqa sözlə, cavabdeh tərəfindən müqavilənin lazımınca icra edilməsinə dair hər hansı tələb irəli sürməmişdir.

13. Qanunvericiliyə görə, əgər məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün hə lli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh məhkəmədə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cavabdeh mənzili iddiaçıya xx.xx.2015-ci il tarixdə təhvil verdiyini bildirərək bu barədə müqaviləni məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi və vəkili öz izahatında bu faktı təkzib etməmişdir.

14. Tərəflər arasında bağlanmış qarşılıqlı münasibətləri tənziml əyən fərdi məsuliyyət barədə 28 dekabr 2015-ci il tarixli 159 nömrəli müqaviləsinə əsasən "Sahil-D Kompani” MMC İddiaçı 22 dekabr 2015-ci il tarixli 509 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.metr olan 132 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil vermişdir. İddiaçının mənzil sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış alındıqdan sonra xəbər tutmasına dair dəlili əsassızdır. İddiaçı mənzili təhvil aldıqdan sonra onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən hərəkətlərin heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

15. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 372.1, 377.1, 385.1, 386.1, 404.1, 404.2, 752.1, 762.1, 762.2, 776.1-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.3-cü maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istin ad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, xx.xx.2015-ci il tarixli müqavilənin formal bağlandığını və binanın 2020-ci ildə Dövlət Komissiyası tərəfindən qəbul edildikdən sonra iddiaçının mənzildə təmir işləri aparmaq imkanına sahib olduğunu, beləliklə də yalnız həmin dövrdə mənzilin ölçüsünün müqavilədə göstəri ləndən az olmasını bildiyini nəzərə almadığını, bu səbəblə əsassız olaraq iddia müddətinin ötürülməsi nəticəsinə gəldiyini, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5430/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər, bununla yanaşı nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa, bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İşin hallarından görünür ki, mənzil iddiaçıya xx.xx.2015-ci il tarixdə təhvil verilmiş, bununla bağlı tərəflər arasında müvafiq müqavilə bağlanmış, həmin tarixdə iddiaçı tərəfindən su, qaz, elektrik sayğaclarının, habelə siqnalizasiyanın quraşdırılması üç ün ödənişlər həyata keçirilmişdir; bu xüsusatlar isə mənzilin məhz göstərilən tarixdə iddiaçıya təhvil verilmiş olduğu qənaətinə gəlməyə əsas verir. Belə görünür ki, iddiaçı mənzili təhvil aldığı zaman cavabdeh MMC-yə qarşı heç bir pretenziya irəli sürməmiş, iddia ərizəsini isə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, mənzili təhvil aldıqdan sonra iddiaçı, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalı olduğu halda, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da iddia müddətini ötürmüşdür.

20. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 372.1, 377.1, 385.1, 3 86.1, 442, 752.1, 766, 773, 776.1, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 59.2 və 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi araşdırarkən xx.xx.2015-ci il tarixli müqavilənin 2.3 və 2.4-cü bəndinə hüquqi qiymət verməmişdir. Halbuki, həmin bəndlərdə cavabdeh "xxxx" MTK İddiaçı üzərinə bina istismara qəbul edilməyənədək hər hansı təmir-tikinti işinin aparılmaması öhdəliyini qoymuşdur. Binanın 2020-ci ilin oktyabr ayında istismara qəbul edildiyini cavabdeh "xxxx" MTK-nın nümayəndəsi apellyasiya instansiyasında məhkəmə iclasında özü bir daha təsdiq etmiş, apellyasiya instansiyası məhkəməsi isə iddia müddətinin konkret hansı tarixdən ötürüldüyünü əsaslandıra bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozu lmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

27. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya mü əyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

32. Maddə

766. Sifarişç i müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

33. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

34. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qan uni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

38. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

39. Maddə

1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

40. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, ye rləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

41. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halla rı müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh sahəsi 157.6 kv metr olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüş, lakin iddiaçıya təhvil verilən mənzilin faktiki sahəsi 144,0 kv.metr təşkil edir. Tərəflər arasında müqavilə bağlanması və öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.

55. Apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə mübahisəli mənzil iddiaçıya xx.xx.2015-ci il tarixli müq avilə ilə təhvil verilmiş və təmir işlərinə başlanmışdır.

56. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2015-ci ildə ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. İddiaçıya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyini, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır.

57. Bununla yanaşı müəyyən edilir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 5 ildən artıq müddət keçəndən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Mənzil iddiaçıya təhvil verilərkən real sahənin nə qədər olması barədə məlumatlı olmalı idi. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş m üddəti ötürmüşdür.

58. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur.

59. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.

60. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyı r. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

62. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5430/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar