Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2904/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 1 saylı Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X5 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamə əsasında verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, miras əmlaklarda payların müəyyən olunması, məcburi pay) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, G əncə Şəhəri 1 saylı Notariat ofisinə qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsələrin miras əmlakı sahiblik və idarə etməsi faktının müəyyən edilməsi, miras əmlakda payların müəyyən olunması, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-153/2*24 nömrəli, 26 fevral 2*24-cü il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə 26 avqust 2*24-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1* özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını bütövlüklə qızı– Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə Gəncə şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən *6.*5.2*14-cü il tarixdə təsdiq edilmişdir.
2. İddiaçı1 və İddiaçı2, Cavabdeh1 və X7, X5 qardaş-bacıdırlar. Onların atası Hüseynov Həsənqulu Muxtar oğlu *9.*1.1971-ci ildə, anaları X1* isə 14.*1.2*15-ci il tarixdə vəfat etmişlər.
3. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(*44)-334/2*15 nömrəli, 3*.*3.2*15ci il tarixli qətnaməsi ilə ərizəçilər İddiaçı1 və Cavabdeh1 ərizəsi təmin edilmiş, Gəncə şəhəri, Mehrablı küçəsi, ev 62A saylı mülkdə 43* kv.m. torpaq sahəsində yerləşən 11,7 kv.m, 23,8 kv.m iki yaşayış otağı, 25,5 kv.m, 8,2 kv.m. örtülü eyvanı, 12 kv.m. mətbəxi, 2,9 kv.m. hamamı, 4 kv.m. açıq eyvanı olan “A” literli yaşayış binasının, 25,9 kv.m. bir yaşayış otağı, 1*,9 kv.m. dəhlizi olan “B” literli yaşayış binasının, sahəsi 9 kv.m olan “C” literli mətbəxin, sahəsi 1 8,2 kv.m. olan “Ç” literli və sahəsi 6,3 kv.m. olan “D” literli hamamların, sahələri 73,7 kv.m, 21,2 kv.m. olan talvar tikililərin Hüseynov Həsənqulu Muxtar oğluna məxsus olması və həmin əmlak üzərində X8 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və barəsində sərəncam vermək faktı müəyyən edilmişdir.
4. Gəncə şəhəri, Mehrablı küçəsi, 62A ünvanda yerləşən, ümumi sahəsi 12*,9 kvadrat metr olan fərdi yaşayış evi X8 xüsusi mülkiyyəti kimi *4.*8.2*15-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1*8 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən 26.11.2*15-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən vəfat etmiş X8 vərəsəsi – qızı Cavabdeh1dır və o, miras ə mlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ümumi sahəsi 12*,9 kv. m. olan Gəncə şəhəri, Mehrablı küçəsi, 62A saylı evin 6/1* hissəsindən ibarətdir. Evin 4/1* hissəsi açıq qalmışdır.
6. Gəncə şəhəri, Mehrablı küçəsi, 62A ünvanda yerləşən fərdi yaşayış evi (miras əmlak) Cavabdeh1 (6/1* hissə) və X8 (4/1* hissə) paylı mülkiyyətlərindədir. Bu barədə müvafiq olaraq 16.12.2*15-ci il tarixli, 2*1*11**3612-1*3*1 reyestr nömrəli və 13.*6.2*19-cu il tarixli, 2*1*13**8894-1*3*1 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək Gəncə şəhəri 1 saylı notariat ofisinin vəsiyyətnamə üzrə 26 noyabr 2*15-ci il tarixli 2V-1-196 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv olunması, onun icrası nəticəsində Cavabdeh1 adına verilmiş 13 iyun 2*19-cu il tarixli çıxarışın ləğv edilməsi, vərəsələrin ünvan 1 ünvanda yerləşən əmlaka sahiblik və faktiki idarə etməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair payların müəyyən olunması, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, valideyinlərinin ölümündən sonra 5 nəfər vərəsə, yəni İddiaçı1, İddiaçı2, X7, X11 və Cavabdeh1 qalmışdır. Atalarından miras qalmış əmlakı ana ları ilə birlikdə hazırkı 5 nəfər vərəsələr də qəbul etmişlər. Gəncə şəhər 1 saylı notariat ofisi Cavabdeh1 vəsiyyətnamə üzrə 26 noyabr 2*15-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, cavabdehə həmin ev üzrə 6/1* hissədə pay verilmiş, 4/1* hissədə pay açıq saxlanılmışdır. Belə olan halda notarius əmlaka dair 4/1* hissədə payı məcburi pay kimi 4 nəfər vərəsə üçün açıq saxlamışdır.
9. Gəncə şəhər 1 saylı notariat ofisinin 26 noyabr 2*15-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini qanunsuz və əsassızdır. X2 6 may 2*14-cü il tarixdə cavabdehə verdiyi vəsiyyətnamə Mülki Məcəlləsinin 1224.*.2-ci maddəsinə əsasən qüvvədən düşmüşdür.
10. İddiaçılar miras əmlaka sahiblik (misal üçün, evin təmir-tikinti işlərində iştirak etmişlər) və idarə etməyə fakt iki başladıqları üçün bununla mirası qəbul etmiş sayılırlar və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət edərkən digər vərəsələrin olduğunu gizlətmişdir.
11. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 1137, 1139, 1145, 1146, 1152, 1224.*.2, 1243, 1248.1 və 1248.2-ci maddələrinə istinad etmişlər.
12. Birinci instansiya məhkəməsi X7, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir.
13. Birinci instansiya məhkəməsində İddiaçı1 əlavə göstərmişdir ki, mübahisədə adı keçən ev köhnə ev olmuş, sözügedən evin təmirini özü etmişdir, hazırda da həmin evdə o və Cavabdeh1 ilə yaşayır. Həmçinin evə anasının mül kiyyət hüququnun tanınmasına əsas olmuş məhkəmə qətnaməsi qanuni qüvvədədir, onu və vəsiyyətnamənin özünü, o cümlədən evin atadan miras qalmasını mübahisələndirmirlər, onların əsas tələbi vəsiyyətnamə əsasında verilmiş şəhadətnamənin qanunsuzluğudur. Belə ki, vəsiyyətnamə verilərkən sözügedən əmlak analarının mülkiyyətində olmamışdır.
14. İddiaçı2 birinci instansiya məhkəməsində əlavə olaraq qeyd etmişdir ki, 199*-cu ildən bəri həmin evdə yaşamır, hazırda evdə qardaşı Hamlet və bacısı Gülçöhrə yaşayırlar.
15. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 3* ildir həmin evdə İddiaçı1la yaşayır, digər iddiaçı və üçüncü şəxslər həmin evdə yaşamırlar. Anasının ona vəsiyyətnamə verdiyini digər vərəsələr bilirdi. Miras əmlakın 6/1* hissəsinə onun payı qanunla müəyyən edilmiş qaydada tan ınmışdır. Digər vərəsələr notariusdan gizlədilməmişdir, əksinə, onların məcburi payları açıq saxlanmışdır. Həmçinin, sənədləşmə işləri aparıldıqdan sonra notariusa müraciət edilmiş, hər hansı müddəti ötürməmişdir. Həmçinin 1* ildir ki, ev ona məxsus olsa da, evdən istifadə edə bilmir.
16. Rusiya Federasiyası, Stavropol diyarı, Yessentuki şəhəri, Vokzalnaya küçəsi, ev 57v ünvanda yaşayan və qeydiyyatda olan X11 (iş üzrə üçüncü şəxs) qızı tərəfindən verilmiş ərizədə bildirilmişdir ki, o, 14.*1.2*15-ci ildə vəfat etmiş anasının ölümündən sonra açılmış mirasdan xəbərdardır. Mirasın qəbul edilməsi üçün müddəti ötürmüşdür, məhkəməyə müddətin bərpası üçün müraciət etməyəcək. Faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmamış, vərəsəlik şəhadətnaməsinin İddiaçı1 verilməsinə etiraz etmir.
17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlalət Ağayeva (etibarnamə əsasında nümayəndəsi vasitəsilə) birinci instansiya məhkəməsinə ərizə verərək mirası qəbul etmədiyini, evdən ona çatası payın yarısından qardaşı İddiaçı1, yarısından bacısı Cavabdeh1 xeyrinə imtina edir.
18. Gəncə Şəhər Məhkəməsinin *7 iyun 2*23-cü il tarixli 2(125)-2265/2*23 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. (hakim Fuad Fərhadov)
19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin anası X1* 14.*1.2*15-ci il tarixdə vəfat etmişdir. X4 şəhəri 5 saylı DNK tərəfindən *6.*5.2*14-cü il tarixdə təsdiq edilmiş vəsiyyətnamə əsasında özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını bütövlüklə qızı - Cavabdeh1 vəsiyyət etmişdir. Bundan sonra, ərizəçilər İddiaçı1 və Cavabdeh1 ərizəsi əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(*44)-334/2*15 nömrəli, 3*.*3.2*15-ci il tarixli qətnaməsi ilə mübahisəli miras əmlaka X8 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. Həmin qətnamədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1*13/2*15 nömrəli, *2.*6.2*15-ci il tarixli qərardadı ilə İdarənin apellyasiya şikayətindən imtinası əsası ilə apellyasiya icraatına İdarəyə münasibətdə xitam verilmişdir. Daha sonra, sözügedən fərdi yaşayış evi X8 xüsusi mülkiyyəti kimi *4.*8.2*15-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh bütün bu proseslərdən s onra, Gəncə şəhər 1 saylı notariat ofisinə müraciət etmiş və ona 26.11.2*15-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mərhum X8 özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını bütövlüklə qızı - Cavabdeh1 vəsiyyət etməsi barədə *6.*5.2*14-cü il tarixdə Gəncə şəhəri 5 saylı DNK tərəfindən təsdiq edilmiş vəsiyyətnamə verməsi işin mübahisəsiz halıdır. Tərəflər vəsiyyətnaməni mübahisələndirmirlər.
21. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçıların tələbinin faktiki əsasına görə sözügedən şəhadətnamə qanun pozuntusu ilə verilmiş, cavabdeh analarının vəfatından 1* ay sonra iddiaçıların razılığı olmadan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və 6 aylıq müddəti ötürmüş dür. Lakin iş materialları ilə müəyyən olunur ki, mərhum X1 vəsiyyətnamə tərtib edərək, bütün daşınar və daşınmaz əmlakını bütövlüklə qızı - Cavabdeh1 vəsiyyət etmişdir. Miras qoyan 14.*1.2*15-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra 5 övladı – iddiaçılar, cavabdeh və üçüncü şəxslər qalmışdır. Miras qoyan öldükdən sonra qızı - Cavabdeh1 ondan miras qalmış əmlakı vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etmək üçün müəyyən sənədləşmə işləri aparıldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, iddiaçılardan yalnız İddiaçı1 anasının sağlığından mübahisəli evdə yaşamış, anası öldükdən sonra da anasının qanun üzrə birinci növbəli vərəsəsi kimi həmin miras əmlakı faktiki qəbul etmiş, hazırda da həmin əmlakda yaşamaqda davam edir. Mir as qoyanın digər övladları mirası nə faktiki, nə də notariat ofisinə ərizə ilə müraciət edərək qəbul etməmişlər. Bununla belə, notarius təqdim edilmiş arayış əsasında digər 4 vərəsənin payını açıq saxlamış, sözügedən qətnamə və vəsiyyətnamə əsasında miras əmlakın 6/1* hissəsinə vəsiyyət üzrə vərəsə Cavabdeh1 payı barədə müvafiq şəhadətnamə vermişdir. Göründüyü kimi, miras qoyan Almaz Hüseynovanın əmlakı vəsiyyət üzrə vərəsəsi Cavabdeh1 keçdiyindən qanun üzrə vərəsəlik qüvvədə olmamışdır.
22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçılar özləri mirasın qəbulu ilə bağlı mübahisə açmaq müddətini ötürmüşlər. Belə ki, cavabdeh mirası qəbul etməsi barədə ərizəni 26 noyabr 2*15-ci il tarixdə vermiş, miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də həmin tar ixdə verilmişdir. Lakin iddiaçılar bundan 7 il keçdikdən sonra həmin şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Halbuki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
23. İddiaçıların vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 26.11.2*15-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı anaları X8 14.*1.2*15-ci il tarixdə vəfat etməsi və ölən günə onun heç bir daşınmaz əmlakının olmaması barədə dəlillərini əsassız sayan birinci instansiya məhkəməsi göstərmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin mərhum X8 mülkiyyətində olması onun ölümündən sonra İddiaçı1 və C avabdeh1 birgə ərizəsi əsasında qəbul edilmiş məhkəmə qətnaməsi əsasında müəyyən olunmuşdur və həmin məhkəmə qətnaməsi hazırda qüvvədədir, iddiaçılar bu qətnaməni mübahisələndirməmişlər, əksinə qəbul edirlər. Belə olan halda, sözügedən fərdi yaşayış evinin mərhumun mülkiyyətində olması məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan onun miras əmlak sayılması və qeyd edilən vəsiyyətnamə əsasında cavabdehə keçməsi qanuni olmuşdur.
24. Həmçinin nəzərə alınmalıdır ki, qüvvədə olan mülki qanunvericilik mirasın açılması anını istisnasız olaraq miras qoyanın öldüyü günlə müəyyən edir. Bu baxımdan miras qoyan ölərkən mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntisinin olduğu, lakin rəsmi reyestrdə qeydə alınmamış əmlaka hüquqların onun ölümündən sonra qeydə alınması mirasın açılması tarixini dəyi şmir. Lakin konkret işin hallarından asılı olaraq belə vəziyyət vərəsələr tərəfindən mirasın qəbulu müddətlərinin gecikdirilməsi səbəblərinin üzrlü sayılması və ya uzadılması üçün əsas kimi qəbul edilə bilər.
25. İddiaçıların *6.*5.2*14-cü il tarixli vəsiyyətnamənin Mülki Məcəllənin 1224.* və 1224.*.2-ci maddələrinə əsasən qüvvədən düşməsi barədə dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, həmin maddənin tələbinə görə vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə vəsiyyətnamə qüvvədən düşür. Lakin hazırkı iş üzrə belə hal müəyyən edilməmişdir.
26. Cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət edərkən digər vərəsələrin olduğunu gizlətməsi, dig ər vərəsələri gizlətdiyinə görə iddiaçının qaydasında ləyaqətsiz vərəsə hesab edilməli olması barədə iddia tələbini də əsassız sayan birinci instansiya məhkəməsi vurğulamışdır, cavabdehə verilmiş və cavabdehin notariat işinə əlavə etdiyi 23.11.2*15-ci il tarixli, 364 nömrəli arayışa görə onun anası X1* vəfat edənə kimi - 14.*1.2*15-ci il tarixədək Gəncə şəhəri, Mehrablı küçəsi, 62A ünvanda yaşamışdır. Mərhumun valideynləri vəfat etmişlər. Mərhumun əri Hüseynov Həsənqulu Muxtar oğlu *9.*1.1971-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra öhdəsində aşağıdakı ailə üzvləri qalmışdır: mərhumun övladlarından Cavabdeh1 və İddiaçı1 hələ mərhumun sağlığında ikən və hazırda həmin ünvanda yaşayırlar və orada pasport qeydiyyatındadırlar. Mərhumun qızı X5 hələ mərhumun sağlığında ikən və hazırda h əmin ünvanda pasport qeydiyyatında olsa da, başqa ünvanda yaşayır. Mərhumun digər övladları İddiaçı2 və X7 hələ mərhumun sağlığında ikən və hazırda başqa ünvanlarda yaşayırlar və yaşadıqları ünvanda da pasport qeydiyyatındadırlar. Mərhumun vəfatından sonra öhdəsində adı çəkilən şəxslərdən başqa heç bir azyaşlı və əmək qabiliyyətini itirmiş ailə üzvləri qalmamışdır.
27. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, üçüncü şəxs X5 tərəfindən miras əmlak nə faktiki, nə də notariat ofisinə ərizə ilə müraciət edilərək qəbul edilmədiyindən onun vərəsəlik şəhadətnaməsinin İddiaçı1 verilməsinə etiraz etməməsi barədə ərizəsi əhəmiyyətsizdir. Buna görə
28. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, notarius tərəfindən cavabdehə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanuni və əsaslı olmuşdur və iddianın bu tələbdən asılı olan digər hissələrinin də təmin edilməsi üçün əsas yoxdur.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 1133, 1151.1, 1152, 1159.1.1, 1166, 1167, 1168, 1193, 1243, 1246, 1255, 1272, 1321, 1322, 1325-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayəti iddia ərizəsini məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, notarius mirasın açılacağı vaxtadək vəsiyyət edənin mülkiyyətində əmlak olmadığını bilə-bilə vəsi yyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə maddi hüquq normalarını pozmuş, məhkəmə isə bu pozuntunu nəzərə almamışdır. Cavabdehə 26 noyabr 2*15-ci il tarixdə verilmiş miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən iddiaçılar məlumatsız olmuşlar. Həmçinin vərəsələr notariat ofisinə dəvət edilməmişlər. Cavabdeh1 ünvan 2 ünvanda yerləşən əmlakın naturada ayrılması tələbinə dair iddia ilə müraciət etdikdən sonra həmin qətnamədən xəbərdar olmuşdur. Buna görə də hazırkı iddia tələbi ilə məhkəmə müraciət etmək üçün müddəti ötürməmişlər. Cavabdehin gizli şəkildə mirası təkbaşına qəbul etməsi digər vərəsələrə ziyan vurmaq məqsədi ilə olmuş, lakin məhkəmə bu halları sübut kimi qiymətləndirməmişdir.
32. İddiaçı1 apellyasiya baxışında əlavə olaraq bildirmişd ir ki, iki qardaş, üç bacıdırlar. Bacısı Cəlalət əmlakdakı payını ona və Gülçöhrəyə vermiş, digər bacısı Rəna isə payının tam olaraq ona verilməsinə razılıq vermişdir. Vəsiyyətnamə verilən zaman ev anasının adına qeydiyyata alınmamışdı. Buna görə də əmlakın 6/1* hissəsi vəsiyyətnamə üzrə Gülçöhrəyə verilə bilməzdi.
33. İddiaçı2 apellyasiya baxışında əlavə olaraq bildirmişdir ki, vəsiyyətnamə verilən zaman ev anasının adına qeydiyyata alınmadığından əmlakın 6/1* hissəsi vəsiyyətnamə üzrə Gülçöhrəyə verilə bilməzdi. Əslində miras üç vərəsə arasında, onun, qardaşı Hamletin və bacısı Gülçöhrənin arasında 1/3 hissədə bölünməlidir.
34. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-153/2*24 nömrəli, 26 fevral 2*24-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmi ş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin miras əmlakda payların müəyyən olunmasının təmin edilməməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddianın qismən təmin edilməsi, 14 yanvar 2*15-ci il tarixdə ölmüş X6 miras qalmış Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, X7 və X3 (birinci növbə vərəsələr) hər birinin 1/1* hissə məcburi payları müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Ədil Məmmədov, Fikrət Mehtiyev)
35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 6 may 2*14-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına hüquqi əsaslar olmadığından, onun əsasında verilmiş çıxarışın ləğvi, eləcə də Cavabdeh1 ləyaqətsiz vərəsə hesab olunması hissədə iddia əsaslı sayıla bilməz. Buna görə də iddia tələbini qeyd olunan hissələrdə təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
36. Miras əmlakda payların müəyyən olunmasına münasibətdə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçılar miras əmlakda vərəsələrin paylarının qanun üzrə müəyyən olunmasını tələb etsə də, digər vərəsələrin payı qanun üzrə deyil, onlara çatası məcburi pay hissədə təmin olunmalıdır. Belə ki, işin faktiki hallarına əsasən *6 may 2*14cü il tarixli vəsiyyətnamə əsasında notariat orqanı tərəfindən 26 noyabr 2*15- ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsi müəyyən olunmuş və digər 4 məcburi pay hüququ olan vərəsənin payı saxlanılmışdır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2*23-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən digər dörd vərəsə artıq məcburi payı qəbul etmiş sayılırlar. Məcburi pay hüququ olan vərəsələrdən X5 və X7 onlara çatası payı qardaşlarının xeyrinə imtina etsələr də, lakin imtina qəbul edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Rəna Mustafayeva və Cəlalət Ağayevanın mirasdan imtinası isə qanunla müəyyən edilmiş üç ay müddət keçdikdən sonra verilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1134.2, 1137, 1151.1, 1151.2, 1166, 1167, 1193, 1196, 1243.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmil edilmədiyi hissədə ləğv edilib, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri 1 saylı Notariat ofisinin 26.11.2*15-ci il tarixli vərəsəlik işini tam araşdırılıb düzgün qiymətləndirilməmişdir. Xüsusilə məhkəmə Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət edərkən digər vərəsəlin olduğunu gizlətdiyini nəzərə almamışdır. Cavabdehin burada gizli şəkildə mirası təkbaşına qəbul etməsi birbaşa onun digər vərəsələrə ziyan vurmaq məqsədi güdmüşdür ki, cavabdeh bu məqsədə çatmışdır, lakin məhkəmə bu hallara qiymət verməmişdir. Bununla da Mülki Məcəlləsinin 1151.1, 1152-ci, Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəx slərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtl ə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1166 Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167 Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və ar vadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1196 Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
26. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçü n apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənsin və ya nəticələnə bilsin. Maddə 42*. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirili b. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən həmin hissədə tam yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
47. İşdən görünür ki, iddia tələbi vəsiyyətnamə əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsızlığı barədədir. İddiaçılar tələbinin əsası kimi vəsiyyətnamə verilərkən vəsiyyət edilən əmlakın vəsiyyət edənin mülkiyyətində olmaması və Cavabdeh1 vərəsələrin dairəsini gizlətməklə həmin vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsi almasına istinad etmişlər.
48. İşin müəyyən edilmiş hallarına görə isə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı üçün əsas yoxdur. İddiaçıların anası tərəfindən Cavabdeh1 *6.*5.2*14-cü il tarixdə Gəncə şəhəri 5 saylı DNK tərəfindən təsdiq edilmiş vəsiyyətnamə verilməsi işin mübahisəsiz halıdır. Tərəflər vəsiyyətnaməni mübahisələndirmirlər. Mübahisələndirilən 26.11.2*15-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə də həmin vəsiyyətnamə əsasında verilmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, iddiaçılar vəsiyyətnamənin qanuniliyini qəbul etdikləri halda, vəsiyyətnamə verilərkən vəsiyyət edilən əmlakın vəsiyyət edənin mülkiyyətində olmamasını bildirməklə həmin vəsiyyətnamə əsasında verilən vərəsəlik şəhadətnaməsini mübahisələndirməklə ziddiyyətli tələblər irəli sürmüşlər. 5*. Bundan əlavə, vəsiyyətnamə verilərkən vəsiyyət edilən əmlakın vəsiyyət edənin mülkiyyətində olmaması barədə dəlilə işə mahiyyəti üzrə baxan məhkəmələr qiymət veriblər.
51. Həmçinin bununla bağlı qeyd edilməlidir ki, mülki qanunvericilik miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək ma lik olduğu əmlak hüquqlarını daxil etdiyi kimi, gələcək əmlakın da vəsiyyət edilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
52. Vəsiyyət edənin vəsiyyətnamə tərtib edilən zaman mülkiyyətində olan, eləcə də vəsiyyətnamədən sonra əldə edilən və miras açılana qədər mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakını vəsiyyət etməsi qanunvericiliyin tələbinə uyğundur.
53. Cavabdeh1 vərəs ələrin dairəsini gizlətməklə mirası təkbaşına qəbul etməsi barədə iddiaçıların kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, işin müəyyən edilən halına görə cavabdehə vərəsəlik şəhadətnaməsi mirasın 6/1* hissəsinə verilib, qalan 4/1* hissə isə açıq qalıb. Buna görə də cavabdehin mirasa təkbaşına yiyələnməsi barədə dəlil iş materialları ilə təkzib edilir.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Gə ncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-153/2*24 nömrəli, 26 fevral 2*24-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.