Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2906/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-ə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2079/2024 nömrəli, 13 may 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh İstehsalat Biriliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi barədə bağlanılmışdır.
2. İddiaçının adına olan abonent saldosunda (abonent kodu **********00070) 2021-ci ilin dekabr ayında 1836 manat, 2023-cü ilin yanvar ayında 8812,80 manat, fevral ayında 734,40 manat, mart ayında 362,88 manat, aprel ayında 734,40 manat və iyul ayında 544,32 manat borc yazılmış, bununla da iddiaçının abonent hesabına aktlar əsasında 13024,80 manat məbləğində borc yazılmışdır. 3. 30,12.2021-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarda həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halının aşkar edildiyi və bu səbəbdən həmin aktın tərtib edildiyi əks olunmuşdur. Həmin akt əsasında 16200 kub metr həcmində (1836 manat dəyərində) itirilmiş təbii qaz hesablanmışdır. 4. 31.01.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarda həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halının aşkar edildiyi və bu səbəbdən həmin aktın tərtib e dildiyi qeyd edilmişdir. Həmin akt əsasında 73440 kub metr həcmində (73440 x 0,12 =8812,80 manat) itirilmiş təbii qaz hesablanmışdır. 5. 28.02.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarda həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halının aşkar edildiyi və bu səbəbdən həmin aktın tərtib edildiyi qeyd edilmişdir. Həmin akt əsasında 6120 kub metr həcmində (6120 x 0,12 =734,40 manat) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. 6. 31.03.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarda həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halının aşkar edildiyi və bu səbəbdən həmin aktın tərtib edildiyi əks olunmuşdur. Həmin akt əsasında 3024 kub metr həcmində (3024 x 0,12 =362,88 manat) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. 7. 28.04.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarda həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halının aşkar edildiyi və bu səbəbdən həmin aktın tərtib edildiyi əks olunmuşdur. Həmin akt əsasında 6120 kub metr həcmində (6120 x 0,12 =734,40 manat) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında olan **********00070 saylı abonent hesabına yazılmış 13024,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən ona məxsus ünvan 2 ünvanında olan **********00070 saylı abonent hesabına 2023-cü il tarixdə qazdan qeyri-qanuni istifadə etmədiyi halda 2023-cü ilin yanvar ayında akt yazılaraq 8812,80 manat, fevral ayında 734,40 manat, mart ayında 362,88 manat, aprel ayında 734,40 manat, iyun ayında 1836 manat, iyul ayında 544,32 manat məbləğində cəmi 13024,80 manat məbləğində borc hesablanmışdır. 2014-cü ildə mərhum qardaşı vəfat edəndən sonra həmin evdə yaşayış olmamışdır. 2023-cü ilin yanvar, fevral mart, aprel, iyun, iyul aylarında tarixsiz fotoşəkillərə istinad edilərək qanunsuz aktlar tərtib olunmu ş və yuxarıda göstərilən məbləğlərdə borc hesablanmışdır. Yazılmış aktlarda qaz işlədici avadanlıq kimi РQ-4, QSSQ 160 1, dəmir soba, iran sobası göstərilmişdir. Amma həmin evdə PQ-3 olmuş, ondan başqa qaz işlədicisi olmamışdır. Məhkəmədən evə baxış keçirilməsini, evdə hansı qaz işlədicilərin olmasının müəyyən edilməsi, həmin evdə 2014-cü ildə qardaşının vəfatından sonra yaşayış-olub olmadığının aydınlaşdırılmasını xahiş edir. Həmçinin 2021-ci ilin dekabr ayında həmin ünvana borc yazılmış, 2022-ci ilin yanvar ayında silinmişdir. xx.xx.2023-cü il tarixə qədər həmin abonent hesabı onun adında olmamışdır. X1 adına olmuşdur. Amma qanunsuz cərimələr onun adına yazılmışdır.
10. İddiaçının ünvanı yerində müayinə olunmuş və yerində müayinə zamanı iddiaçının yaşadığı ünvanda iki tikilinin olması – iki mərtəbəli və bir mərtəbəli yaşayış evinin olması, ünvanda üç ədəd sayğacın yerləşdirildiyi, quraşdırılmış sayğaclarının ikisi bir mərtəbəli evə aid olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, **********00070 nömrəli (iddiaçının adına olan) abonent hesabı və qeyri-qanuni xətdən istifadə edildiyi yaşayış evi bir mərtəbəli evə aiddir. Həmin evdə qazdan istifadə üçün cihazlardan yalnız PQ-4 cihazı var və orada hazırda yaşayış yoxdur. Eyni zamanda müəyyən olunmuşdur ki, hazırda həmin evə gedən qaz borusu Cavabdehnə məxsus qaz borusuna birləşik deyil, sadəcə Cavabdehnə məxsus qaz borusunun üzərində boru hissəsiciyi ilə bərkidilməklə yerləşdirilmişdir və həmin xətt vasitəsilə iddiaçının evinə qaz daxil olmur. Xəttin bərkidildiyi hissədən təxminən 15 sm qabaq hissədə isə əvvəl q az xəttinin daxil olması barədə iz mövcuddur.
11. Yerində müayinə zamanı İddiaçı bildirmişdir ki, 2021-ci ildə dekabr ayında dostu qonaq gəlmiş və həmin evdə qalmışdır. Evdə qaz olmadığından məcbur olmuş qeyriqanuni xətt vasitəsilə qazdan istifadə etmişdir. Təxminən bir ay həmin xətt vasitəsilə qazdan istifadə etmiş, sonra isə Cavabdeh əməkdaşları həmin xətti aşkar edib ləğv etmişlər. Evə gədən əsas borunun isə yerini dəyişdirərək bir az yan hissədən yerləşdirmişlər, lakin həmin borunu əsas ana xəttə qoşmamışlar. Buna baxmayaraq Cavabdeh əməkdaşları 2023-cü il tarixdə gələrək onun iştirakı olmadan aktlar tərtib etmişlər. Hazırda onun ünvanında üç ədəd sayğac vardır. İki sayğac ona məxsus evlərə, bir sayğac isə qardaşı X3 məxsus evə aiddir. Belə ki, ünvanda olan bir mərtəbəli evin yarısı qa rdaşına məxsusdur. Eyni vaxtda qardaşının adına da aktlar tərtib edilmişdir.
12. Yerində müayinə zamanı dindirilmiş cavabdehin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin çilingəri X5 göstərmişdir ki, İddiaçı, 2021-ci ildə qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə etmişdir. Həmin xətt onun tərəfindən aşkar edilmişdir. Daha sonra həmin xətt kəsilmiş, evə gedən borunun yeri isə dəyişdirilmişdir. Lakin iddiaçının ünvanına həmin zaman baxış keçirilməmişdir. 2023-cü ildə isə Baş İdarənin əməkdaşları tərəfindən ünvana gedən qaz xəttinə baxış keçirilmiş və ünvanda qeyr-qanuni xətt vasitəsilə qazdan istifadə edilməsi səbəbindən akt tərtib edilmişdir. Bu barədə onlara məlumat verilmiş, qrup rəhbəri Mircavid Seyidovla birlikdə ünvana baxış keçirmişlər, lakin hər hansı bir xəttin olmadığını müəyyən etmişlər.
13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3049/2023 saylı, 6 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək iddiaçının adına olan **********00070 nömrəli abonent hesabından 12938,4 manat məbləğində borc silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehdən 128,81 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim İ.Cəfərzadə)
14. Birinci instansiya məhkəməsinin qeyd etmişdir ki, 2021-ci ilin dekabr ayından başqa 2023-cü ildə iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və məhkəmədə işin araşdırılmış halları ilə də müəyyən olunmamışdır. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, 2021-ci ilin dekabr ayında iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə olunmuş, həmin xətt aşkar edilərək ləğv edilmiş, iddiaçının evinə gedən qaz turbasının yeri dəyişdirilərək əvvəlki yerindən təxminən 15 sm aralı məsafədə bərkidilməklə yerləşdirilmiş, lakin Cavabdehnə məxsus qaz xəttinə qoşulmamış, sadəcə xəttin üzərində yerləşdirilmişdir. Bundan sonra isə yəni 2023-cü ildə Cavabdeh əməkdaşları tərəfindən hansı səbəbə görə iddiaçının ünvanında qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə edilməsi səbəbindən aktarın tərtib edilməsinin əsası nədən ibarət olması məhkəməyə aşkar olmamaqla bu barədə sübut olunmamışdır.
15. Məhkəmə 2021-ci ilin dekabr ayında tərtib edilmiş 30,12.2021-ci il tarixli, AKT ******* saylı akt əsasında ünvanda PQ-4, QSSQ, dəmir soba, iran sobası nəzərə alınmaqla dəymiş ziyanın hesablanmasını əsassız hesab etmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, qeyri-qanuni xəttin çəkildiyi evdə PQ-4 cihazı vardır. Akt tərtib edildiyi zaman isə evə baxış keçirilməmiş və bu səbəbdən evdə qazdan istifadə üçün mövcud olan qaz qurğuları nəzərə alınmadan düzgün qaydada hesablama aparılmamışdır. Eyni zamanda bu barədə müvafiq sübutlar da məhkəməyə təqdim edilməmişdir.
16. Məhkəmə “Qazdan istifadə Qaydaları”nın qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanmasına aid tələbləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən 1 ay müddətində 86,4 manat (1.2 kub metr /saat x 12 saat x 30 gün x 0.20 manat= 86,4 manat) dəyərində təbii qazdan istifadə edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının **********00070 nömrəli abonent hesabına aktlar əsasında dəymiş ziyana görə cəmi 13024,80 manat pulun 12938,4 manat hissəsinin hesablanması (13024,80 – 86,4) əsassız olmuşdur.
18. Məhkəmə mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci, Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 6.5, 6.5-1, 6.5-2, 6.5-3, 6.5-4, 6.7-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliy in əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən Birliyə vurulmuş zərəri sübut etmişdir. Həmin aktlar Birliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir. Əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünmüşdür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Məhkəmə tələbi müəyyən etmək üçün istehlak olunmuş qaz həcmini və ödənilmiş pul məbləğini müəyyən etmək üçün saldoya və çəkilmiş fotoşəkillərə diqqət etmiş olsaydı, obyektiv nətic əyə gələrək iddia tələbinin rədd etmiş olardı. Qeyd edilənlərə baxmayaraq məhkəmə qətnaməsini iddiaçının ifadəsi üzərində qəbul etmişdir.
21. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-679/2024 saylı, 16 aprel 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Naziriər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. xx.xx.2024-cü il tarixdə qeyd edilən ünvanda yerləşən hər 3 evə baxış keçirilmiş və aşağıda göstərilən qaz qurğularının qaz xətlərinə qoşulu olduğu müəyyən edilmişdir: 1.**********00070 nömrəli abonent kodu üzrə: -1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi; 2. **********09100080 və **********00090 nömrəli abonent kodları üzrə: -1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi -1 ədəd İran sobası; -1 ədəd 24 L həcmli qənaətli su qızdırıcı. Digər qaz avadanlıqlarının daxili qaz kəmərlərinə qoşulması əlamətləri müəyyən edilməmişdir. Faktiki istifadə edilən qaz cihazları nəzərə alınmaqla qaz paylayıcıya dəyən zərərin məbləği aşağıdakı kimi ola bilər: Kod:**********00070 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərin ə əsaslanaraq iddiaçının yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi (2023-cü ilin yanvar ayı üzrə 1.2 kub metr və 12 ay), (2023cü ilin fevral ayı üzrə 1.2 kub metr və 1 ay), (2023-cü ilin mart ayı üzrə 1.2 kub metr və 1 ay), (2023-cü ilin iyul ayı üzrə 1.2 kub metr və 3 ay) istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 2023-cü ilin yanvar ayı üzrə: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 kub metrx 3 saat x 360 gün = 1296 kub metr; 2023-cü ilin fevral ayı üzrə: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün -1x1,2 kub metrx3 saat x 30 gün = 108 kub metr; 2023-cü ilin mart ayı üzrə: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 kub metr x 3 saat x 30 gün = 108 kub metr; 2023-cü ilin iyul ayı üzrə: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 kub metr x 3 saat x 90 gün = 324 kub metr; Ümumilikdə dəymiş ziyanın həcmi 1296 kub metr + 108 kub metr+ 108 kub metr+ 324 kub metr = 1836 kub metr təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 kub metr (1200 kub metrdaxil olmaqla) olan hissəsi üçün hər 1 kub metr -i 0,12 manat, illik istehlak həcminin 1200 kub metr -dən 2500 kub metr-dək hissəsi üçün hər 1 kub metr -i 0,20 manat, illik istehlak həcminin 2500 kub metr -dən çox olan hissəsi üçün hər 1 kub metr -i isə 0,25 manat qiymət təyin ediidiyini nəzərə alaraq 1836 kub metrqaz həcminin 1200 kub metr i 0,12 manat (1200 x 0,12 = 144 manat), 636 kub metr -i 0,20 manat (636 x 0,20 = 127,2 manat), olmasını nəzərə alaraq, cəmi 144 + 127,2 = 271,2 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər. -Kod: **********00080 və **********00090 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə "Qazdan istifadə Qaydalan"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 kub metrvə 12 ay, 1 ədəd qənaətli su qızdırıcısı üçün 1.5 kub metr və 12 ay, 1 ədəd İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 kub metr və 12 ay istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına v urulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: -1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 kub metrx 3 saat x 360 gün = 1296 kub metr; -1 ədəd qənaətli su qızdırıcısı üçün - 1 x 1,5 kub metr x 3 saat x 360 gün = 1620 kub metr; -1 ədəd İran sobası üçün - 1 x 1,5 kub metrx 12 saat x 150 gün = 2700 kub metr. Ümumilikdə dəymiş ziyanın həcmi 1296 kub metr + 1620 kub metr+ 2700 kub metr = 5616 kub metr təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 kub metr (1200 kub metrdaxil olmaqla) olan hissəsi üçün hər 1 kub metr -i 0,12 manat, illik istehlak həcminin 120 0 kub metr -dən 2500 kub metr-dək hissəsi üçün hər 1 kub metr -i 0,20 manat, iilik istehlak həcminin 2500 kub metr -dən çox olan hissəsi üçün hər 1 kub metr -i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 5616 kub metr qaz həcminin 1200 kub metr -i 0,12 manat (1200 x 0,12 = 144 manat), 1300 kub metr -i 0,20 manat (1300 x 0,20 = 260 manat), qalan 3116 kub metr -i isə 0,25 manat (3116 x 0,25 = 779,0 manat) olmasını nəzərə alaraq, cəmi 144 + 260 + 779,0 = 1183,0 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər. Beləliklə, abonentin sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla qazpaylayıcıya dəyən zərərin məbləği 271,2 + 1183,0+ 1183,0 = 2637,2 manat təşkil edə bilər. İddiaçı hər üç sayğac üzrə sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla qazpaylayıcıya dəymiş zərərin məbləği yuxarıda göstərilən hesabata əsasən **********00070 abonent kodu üzrə 271,2 manat, **********00080 abonent kodu üzrə 1183,0 manat, **********00090 abonent kodu üzrə 1183,0 manat, ümumilikdə 2637,2 manat təşkil edə bilər.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2079/2024 nömrəli mülki iş üzrə 13 may 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin silinməli borcun məbləği hissəsində dəyişdirilməsi və məbləğin azaldılaraq 12753,60 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər E.Kazımov - sədrlik edən və məruzəçi, İ.Şirinov və N.Cəfərov)
23. Ap ellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, **********00070 nömrəli abonent kodu üzrə iddiaçıya 13024,80 manat borcun həqiqi və düzgün olması mütəxəssis (ekspert) tərəfindən toplanmış materialların araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsi silinməsi tələb edilən 13024,80 manat məbləğdən 86,4 manat hissəsində zərərin olduğunu müəyyən edərək 12938,4 (on iki min doqquz yüz otuz səkkiz manat qırx qəpik) manat hissəsini əsassız hesablandığı üçün silmişdir. İddiaçı silinməyən həcmdə, yəni 86,40 manat məbləğində cavabdehə zərər vurması ilə razılaşmış və həmin hissəni mübahisələndirməmişdir. Cavabdeh isə silinən 12938,4 (on iki min doqquz yüz otuz səkkiz manat qırx qəpik) manat hissəni mübahisələndirir və dəlillərini şikayətində göstərib. Mütəxəssis (ekspert) rəyi ilə **********00070 nömrəli abonent kodu üzrə iddiaçıya sayğacdan kənar istifadə etməsinə görə bir il üçün 271,2 manat borcun olmasının müəyyən edilə bilməsi göstərilib. Ona görə də silinməsi tələb edilən 13024,80 manat məbləğdən 271,2 manat çıxılmaqla (13.024,80 - 271,2 = 12753,6) 12753,60 manat silinməli idi. Lakin birinci instansiya məhkəməsinin zərərin məbləğinin 86,40 manat olması barədə qənaəti hər hansı bir mötəbər sübuta əsaslanmadığından düzgün olmamışdır.
24. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 1096.1, 1096.2 və 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2, 8-1,13.9-cu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18.1, 18.2 və 26-cı, Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixl i qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 6.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88. 217.3, 217.4, 384.0 və 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə m əhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir.
27. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.5, 1091.2-ci, Mülki Prosessual Məcəlləsinin 77, 88-ci, Azərbaycan Respublikasının Nazirlər Kabineti 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”– nın 6.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzi nin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 425.1. Öz hüquqlarını h əyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
37. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
38. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənil məsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
39. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edil ir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəs ait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
40. Maddə
3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.
41. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir.
42. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyat a keçirirlər.
43. Maddə
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq m ünasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvin ə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2079/2024 nömrəli iş üzrə 13 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.