Məhkəmə qərarları › İş №2(102)-2907/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2907/2024

29.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2907/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (üçüncü şəxs 31 saylı Notariat ofisi, maraqlı şəxs 25 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (üçüncü şəxs 31 saylı Notariat ofisi, 25 saylı Notariat ofisi və maraqlı şəxs DƏDRX-nin 1 say lı Bakı Ərazi İdarəsi) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2951/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə “29” oktyabr 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçının anası X1 18 iyun 2022-ci il tarixdə vəfat etdikdən sonra vərəsəlik işi açılmış və miras qoyanın 3 vərəsəsi müəyyən edilmişdir.

2. Daha sonra vərəsələrdən Vasif Qasımov miras qalmış əmlakın ona düşən payından qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir.

3. Bundan sonra İddiaçı (bundan sonra mətndə-iddiaçı) ilə Cavabdeh1 miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə a lmışlar.

4. İddiaçı digər cavabdeh olan dayısı Cavabdeh2 etibarnamə verərək, miras əmlakdan payı bağışlamaq və digər hərəkətləri etməyi ona etibar etmişdir. Cavabdeh2 həmin etibarnamə əsasında 08 fevral 2023-cü il tarixdə bağışlama müqaviləsi ilə ünvan ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsində və AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD 463136 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2013-cü il olan Renault Tondar minik markalı ** VU *** dövlət nömrə nişanlı avtomobildə 1/2 hissə vərəsəlik payını bütövlükdə Cavabdeh1 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında b ağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində dayısı Cavabdeh2 onun etibarından sui-istifadə edərək ona sənədləşmə işlərinin aparılması üçün etibarnamə verilməsini istəmiş, o da baş etibarnamə (yəni, mülki etibarnamə, bütün hərəkətlərin edilməsi barədə) vermişdir. İddiaçı notariat ofisini tərk etdikdən sonra, halbuki vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2023-cü il tarixində verilmiş, notarius ona şəhadətnamə təqdim etməmişdir. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixində dayısı Cavabdeh2 etibarnamədən suiistifadə edərək, hazırkı Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixində əmlakın bağışlanması haqqında müqavilə bağlayaraq hazırkı c avabdehə, ona vərəsəlik qaydasında verilmiş 1/2 payı bağışlamışdır. Sonradan ona bu hallar məlum olmuşdur, dərhal dayısı Cavabdeh2 vermiş olduğu etibarnaməni ləğv etdirmiş, notariat ofisinə müraciət etmiş və məlum olmuşdur ki, ona vərəsəlik qaydasında verilmiş torpaq sahəsi dayısının imzası ilə cavabdehə bağışlanmışdır. Bundan başqa öyrənmişdir ki, torpaq sahəsi hələ də mərhum anasının adındadır. O, əmlakı öz iradəsi ilə qardaşına bağışlamış olmuş olsa idi, elə həmin gün, yəni xx.xx.2023-cü il tarixində bunu edərdi və əmlakı bağışlayardı, deməli o payını bağışlamaq istəməmişdir, payından istifadə etmək niyyəti olmuşdur. 31 saylı notariat ofisi qanunsuz fəaliyyətinə görə nəzarətə götürülmüş və notarius Hümmətov Ramiz işindən vaxtından əvvəl kənarlaşdırılmışdır.

7. Cavabdeh2 iddianı qəbul et məyib, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Yəmənin ona qarşı qaldırdığı iddia tam əsassız şər və böhtan xarakterlidir. Belə ki, bacısı X1 18 iyun 2022-ci il tarixində qəflətən dünyasının dəyişdi. Təbii ki, o, bu hadisəyə biganə qala bilməzdi. Ona görədə bütün ailə üzvləri ilə və qohum qardaşlarla birlikdə üzr yerində iştirak etdilər. O, bacısı uşaqlarını çağırıb soruşdu: Sizin qəbr yeriniz və əlinizdə pulunuz varmı. Onlar ona məlumat verdilər ki, nə yerimiz nə də pulumuz var. Məhəmmədli qəbiristanlığında özün üçün götürdüyü yerdə bacısını dəfn etdilər. Bundan sonra onlar dəfələrlə bir yerdə oturub əmlak bölgüsü barədə söhbət etmişlər. Bacısının 7-si, 40-ı cə ilinə qədər və ondan sonrakı dövrlərdə əmlak barədə dəfələrlə söhbətləri olub. Söhbət əsnasında onların aralarında heç bir fikir ayrılığı olmayıb. Məlum edir ki, hər hansı xırda bir anlaşılmazlıq olanda iddiaçı və Yusif ona müraciət ediblər, o isə öz növbəsində tərəf tutmadan onları düzgün istiqamətə yönəltməyə çalışmışdır. Məsələ gəlib o yerə çatıb ki, vərəsəlik açmaq və ortaya çıxan əmlakların bölünməsi oldu. Notariusun sorğusu əsasında ortaya çıxan əmlaklar bunlardır: 1.Səbail rayonunda 2 otaqlı mənzil.

2. Köhnə nimdaş istismara qismən yararlı avtomobil.

3. Albalıda sənədli, 10 - sot torpaq sahəsi və üzərində inşa edilmiş sənədsiz ev № - 1 (sxemə baxmaq olar).4. Bankda 5 (beş) min AZN Tam razılaşdırılmış bölgü əsasında iddiaçı ona etibarnamə verdi. Səbəbi isə onun vaxt məhdudluğu, işləməyi və himayəsində azyaşlının olması idi. Yusifin q ardaşı Vasif isə öz növbəsində qardaşı Yusifin xeyrinə ona düşən paydan imtina edib. Səbəbi - Vasifin səhhətində problemin olması, Yusiflə bir yerdə yaşaması və şəhəri pis tanımasıdır. Hər iki məsələ verilmiş etibarnamə və imtina heç bir təzyiq olmadan tam razılıq əsasında həll olunmuşdur. Nəticə olaraq razılaşdırılmışdır ki, Səbail rayonunda olan 2 otaqlı mənzil satılsın onun 3/1 Yəmənə 3/2 hissəsi Yusifə verilsin. Bundan başqa nəzərə çatdırır ki, sənədi olan torpaq sahəsinə bitişik 12 - sot sənədsiz torpaq sahəsi var və bu torpaq sahəsi də 30 ildən çox bacımın istifadəsində olub. Həmin torpaq sahəsindən 6 sot iddiaçıya verilməsi razılaşdırılıb, həmin torpaq sahəsinin içərisində tikili kirayəşinlə birlikdə 2 otaq var. (Əlavə olunan sxemə baxmaq olar ev № 3). İddiaçı bu bölgü ilə tam razıl aşdıqdan sonra içərisində ev olan həmin torpaq sahəsinə daş töküb, hasar çəkdirib. Bacısı Şərqiyyənin həyat yoldaşı 20 il bundan qabaq dünyasını dəyişdikdən sonra 2 oğlu ilə birlikdə fəhləlik edərək çox çətinliklə bu evi (ev №1) tikib və uzun müddət burada yaşamışlar, bu evin yerləşdiyi torpağın bir çıxışı olduğuna görə onu bölmək çətindir və eyni zamanda uzun müddət burada yaşadıqlarına görə uşaqlarını buradan çıxarıb çölə atmaq ədalətsiz olardı. Ona görədə ona 8 dekabr 2022-ci il tarixdə verilən etibarnamə əsasında bu sənədlərə imza atmışdır. Ona qarşı qaldırılan iddianın şər və böhtan olması bir də onunla sübut olunur ki, əgər onun neqativ hərəkət edib tərəf tutmaq fikri olsaydı Səbail rayonunda olan evə və bankda olan pula dair etibarnamə alardı. Bütün bunlardan sonra iddiaçının məhkəm ə qarşısmda ona qarşı iddia qaldırması çox təəssüf doğurur və başa düşünülən deyil.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-508/2024 saylı, 1 mart 2024-cü il tarixli (hakim İ.Ş.Rüstəmli) qətnaməsi ilə, iddia rədd edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində sənədləşmə işlərini aparmaq üçün dayısına etibarnaməni 08 fevral 2023-cü il tarixdə verdiyini və dayısının da məhz həmin tarixdə bundan sui-istifadə edərək bağışlama müqaviləsini bağladığını göstərsə də, iş materialları ilə bunun əksi sübut olunur. Belə ki, iş materiallarında olan sözügedən etibarnamənin surətindən görünür ki, iddiaçı tərəfindən dayısına həmin etibarnamə 08 dekabr 2022-ci il tarixdə verilmiş və dayısı tərəfindən sözügedən bağışlama müqaviləsi həmin tarixdən 2 ay müddət k eçdikdən sonra bağlanmışdır. Bundan başqa iddia tələbinin əsassızlığını təsdiq edən dəlillərdən biri də budur ki, iddiaçı 08 fevral 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsızlığını tələb etməsinə baxmayaraq, məhkəmənin 21 fevral 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında vermiş olduğu izahatından bəlli olmuşdur ki, o, həmin müqavilə ilə qardaşına bağışlanmış nəqliyyat vasitəsi və torpaq sahəsindən yalnız torpaq sahəsinə münasibətdə müqavilənin etibarsızlığını istəyir. Belə ki, nəqliyyat vasitəsinin qardaşına bağışlandığına etirazı yoxdur. İddiaçı eyni zamanda bildirmişdir ki, dayısına etibarnaməni heç bir hədəqorxu və kənar təsir olmadan öz iradəsinə əsasən vermişdir və dayısından onun əvəzinə vərəsəliklə bağlı işlərin görülməsini xahiş etmişdir. Burdan da görünür ki, iddia çı dayısına vərəsəlik payının bağışlanması hərəkətini etməyi etibar edərkən, müqavilə ilə bağışlanmış əmlaklara dair əqd bağlamaqda maraqlı olmuş və bu hərəkətləri onun əvəzinə etməyi dayısına şüurlu olaraq, heç bir kənar təsir olmadan etibar etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 334.1, 334.2, 334.3.1, 337.1, 337.2, 337.4, 359.1, 362.1, 362.2 və 647.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual məcəlləsinin (bundan sonra-MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Qətnamədən narazı qalan iddiaçı birinci instansiya məhkəməsinin 2(009)-508/2024 saylı, 1 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətn amə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, ancaq avtomobilin qeydiyyata alınması və torpaq sahələrinin sənədləşməsi üçün etibarnamə vermişdir. Cavabdeh indiyə qədər torpaq sahəsini dövlət qeydiyyatına alınması barədə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Çünki cavabdeh bilirdi ki, bunu o, biləcək və dərhal iddia qaldıracaq, ona görə də 1 illik müddətin başa çatmasını gözləmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2951/2024 saylı, 8 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov, M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(103)-2951/2024 saylı, 1 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Məhkəmənin mövqeyinə əsasən, müqavilə bağlanarkən qanunvericiliklə tələb olunan subyekt tərkibi, forma və məzmunla bağlı şərtlərə əməl edilməklə bərabər, əks edilmiş iradə ifadəsi də tərəflərin iradəsinin həqiqi məzmunu və hüquqi niyyətlərini müəyyən etmişdir. Yəni, iddiaçının torpaq sahəsinə olan payını bağışlamaqda məqsədi qardaşı Cavabdeh1 zənginləşdirmək olmuşdur. Əmlakın yeni mülkiyyətçinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması bağışlama müqaviləsi üzrə iradə ifadəsinin zədələnməsinə və ya qeyrihəqiqiliyinə səbəb ola bilməz. Birinci instansiya məhkəməsi iddia tələbinin əsası kimi istinad edilən halların öz təsdiqini tapmadığı qənaətinə gələrək iddianı rədd etmişdir. Məhkəmənin qənaətinə görə mü bahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir və buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 359.1, 362.1 və 362.2, AR MPM-in 14.2, 77.1, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2951/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəb ul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, müqavilə etibarnamə ilə imzalanmışdır, bu da iddiaçının iradəsinə ziddir, bundan başqa 1 illik müddət ötmədən iddia qaldırılmışdır, etibardan sui - istifadə halları vardır. Apelyasiya instansiya məhkəməsi mülki qanunvericiliyi düzgün tətbiq etməmişdir, beləki müəyyənləşdirilmiş şərtlər burada pozulub, artıq əqd əhəmiyyətsiz olduğu halda məhkəmə şikayəti təmin etməmişdir.

18. Cavabdeh kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddələrinə və AR MPM-in 14, 77.1 və 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcə lləsi:

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

22. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

23. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin)etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqa nının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

24. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

25. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlilləri ndən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tə rəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

93. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiy a məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

39. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)2951/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar