Məhkəmə qərarları › İş №2(102)-2908/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2908/2021

31.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2908/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Goranboy rayon Notariat Kontoruna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı hüquqi varisi xxxxxxxxxvə onun vəkili Vəkil1, Cavabdeh1 və kili Vəkil2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1206/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi xxxxxxxxxxxxxx tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 14 may 1947-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, atası X4, anası X3r. X4 13 oktyabr 2001-ci il tarixdə ölmüşdür. Goranboy rayon Aqrar İslahat Komissiyasının 16 may 2001-ci il tarixli 16 saylı qərarı ilə X5 mülkiyyətinə 0,25 hektar ölçüdə torpaq sahəsi verilmiş və 14 dekabr 2004-cü il tarixdə onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 04 sentyabr 2006- cı il tarixdə X5 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 25 kvadrat metr yaşayış, 25,2 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrində qeydə alınmışdır. 14 sentyabr 2006-cı il tarixdə X8 mülkiyyətində olan torpaq sahəsini və mübahisəli fərdi yaşayış evini oğlu Cavabdeh1 bağışlamış, 18 sentyabr 2006-cı il tarixdə sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. X9 16 noyabr 2011-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bər də Ərazi İdarəsinə və Goranboy rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 məhrum anası X5 adına tərtib edilmiş MH seriyalı ******* nömrəli, **********26-10301 reyestr nömrəli 04 sentyabr 2006-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və bağışlama müqaviləsinin ləğv edilməsi, həmçinin Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən atası X1 miras qalmış 0,25 ha torpaq sahəsində yerləşən mübahisəli fərdi yaşayış evinin qanun üzrə yeganə vərəsəsi olduğundan mülkün əvvəlki vəziyyətə qaytarılaraq onun mülkiyyət hüququnun vərəsə tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaq olarkən anası vəfat etmiş və atası sonradan X8 adlı bir qadınla q eyri-rəsmi evlənmişdir. Mübahisəli evdə ailəsi ilə uzun müddət ərzində yaşasalar da, o, ögey ana ilə yaşamaq istəmədiyindən 1977-ci ildə ailəsi ilə birlikdə Qazaxstan Respublikasına yaşamaq və işləmək üçün getmişlər. Lakin hər il davamlı olaraq atasının yanına gəlmişdir. Atasının 13 oktyabr 2001-ci ildə vəfatından sonra Goranboy rayon Aqrar İslahat Komissiyasının verdiyi səhv sənəd əsasında XXX torpaq sahəsini adına rəsmiləşdirmiş və sonradan başqa kişidən olan oğlu Cavabdeh1 mülkiyyətinə vermişdir. İddiaçı tərəfin təqdim etdiyi şahid X6 göstərmişdir ki, iddiaçı X2 doğma oğludur. Cavabdeh isə onun ögey oğludur. Yəni XXXnin qeyri-rəsmi evləndiyi XXXnın başqa nikahdan olan oğludur. İddiaçı arvadı və uşaqları ilə birlikdə keçən əsrin 70-ci illərinin sonunda köçüb Qazaxıstana getmişdir. XXX 20 01-ci ildə vəfat etmişdir. O zaman iddiaçı və ailəsi yasa gəlməsə də, deyilənlərə görə Qazaxıstanda atasına yas da saxlamışdır. Keçən il iddiaçı kəndə gələrkən cavabdeh onu evə buraxmamışdır. Hesab edir ki, cavabdeh iddiaçını ata yurduna buraxmamaqda düz etməmişdir. Məhkəməyə təqdim edilmiş Goranboy rayon Dövlət Arxivinin 27 fevral 2007-ci il tarixli 11 nömrəli arayışında qeyd edilmişdir ki, Goranboy rayonu Qızılhacılı Qəsəbəsinin 1986-1990-cı illərə dair 4 saylı təsərrüfatbaşına kitabın 249 saylı şəxsi hesabında X4 ailə başçısı kimi qeyd olunmuş və 1971-ci ildə inşa olunmuş fərdi yaşayış evi sonuncunun adına qeyd olunmuşdur. Sair tikililər isə 1975-ci ildə tikilmişdir. Təsərrüfatın şəxsi mülkiyyətində 0,20 ha torpaq sahəsi, tikili alti isə 0,02 ha kimi göstərilmişdir. Goranboy Rayon Məh kəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(045)-125/2019 nömrəli iş üzrə 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abdurəhmanlı) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsinin Cavabdeh1 anasının mülkiyyətınə verilməsinə dair rəsmi sənədlərdən görünür ki, vərəsəlik qaydasında mübahisələndirilən üzərində bir mərtəbəli, bir otaqlı yaşayış evi olan 0,25 ha torpaq sahəsi X7 vərəsəlik qaydasında deyil, 2001-ci ildə Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmişdir. Həmin sənədlərin ləğv edilməsi mirası qəbul etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. İddiaçının isə keçən 18 il müddətində mövcud olmayan “miras kütləsini” qəbul etməsi və ya qəbul etməyə cəhd göstərməsi t əsdiq olunmur. X5 mülkiyyətinə 0,25 ha həyətyanı torpaq sahəsi veriləndə XXX XXX sağ olmuşdur. XXX XXX istifadəsində olan torpağın mülkiyyətinə verilməsi barədə Aqrar İslahat Komissiyasına ərizə ilə müraciət etməmişdir, Aqrar İslahat Komissiyasının qərarından narazı olduğu təqdirdə qərarı qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı miras hesab etdiyi əmlakı qəbul etmək üçün qanunla nəzərdə tutulan hərəkətlərin heç birini etməmişdir. Yəni güman etdiyi ata mülkündən istifadə etməmiş, faktiki olaraq mülkə yiyələnməmiş və notariat kontoruna müraciət etməklə mirası qəbul etməmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericilikdə bu növ münasibətlər üçün müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı iddia müddəti nin bərpası barədə də məhkəməyə müraciət etməmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyi üçün hazırkı iddia tələbi üzrə iddia müddətinin keçməsi də məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139, 178, 372, 373, 375, 1151, 1243-cü maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 22-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Məhkəməyə təqdim olumnmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsindən alınmış 28 may 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilkin olaraq 04 sentyabr 2006-cı il tarixdə 21600342 qeydiyyat nömrəli çıxarışla X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin fərdi yaşayış evi Goranboy rayon Dövlət Notariat Kontorunun 17 sentyabr 2006-cı il tarixli 4Ə-2-204 reyestr nömrəli müqaviləsinə əsasən Cavabdeh1 bağışlanmış, həmin müqavilə əsasında Cavabdeh1 fərdi yaşayış evi üzərində 0,25 ha torpaq sahəsi ilə birlikdə mülkiyyət hüquqları 08 oktyabr 2006cı il tarixdə ********* qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış dır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1920/2019 nömrəli iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Muradov, Ş.Əliyeva və Ə.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin edilib X5 adına 04 sentyabr 2006-cı il tarixdə verilmiş çıxarışın, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması hissəsində, eləcə də Goranboy rayon Dövlət Notariat Kontorunda bağlanmış 14 sentyabr 2006-cı il tarixli bağışlama müqaviləsinin fərdi yaşayış evinin X8 tərəfindən Cavabdeh1 bağışlanması hissəsində etibarsız hesab edilm əsi, X2 13 oktyabr 2001-ci il tarixdə ölümündən sonra miras qalmış evinə bütövlükdə onun birinci növbə vərəsəsi iddiaçının payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi X1 miras qalmış və sonuncunun birinci növbə vərəsəsi oğlu – hazırkı iş üzrə iddiaçıdır. X8 miras qoyanın vərəsələri sırasına daxil deyil. Belə ki, sonuncular faktiki olaraq ər-arvad münasibətlərində olsalar da, lakin onların nikahları rəsmi olaraq qeydə alınmamışdır. Buna baxmayaraq XXX mübahisəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edərək evi mülkiyyətinə keçirmişdir. Halbuki, miras qoyan sağlığında qeyd olunan fərdi yaşayış evinə dair XXXnın mülkiyyətinə verilməsi bar əsində sərəncam verməmişdir. Belə olan halda mülki qanunvericilik miras əmlaka XXXnın vərəsəliyini istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evinə aid hissədə XXXnın adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi əsaslıdır. 0,25 ha torpaq sahəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha torpaq sahəsi Goranboy rayon Aqrar İslahat Komissiyasının 16 may 2001-ci il tarixli 16 nömrəli qərarına əsasən X5 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə əsas olan Aqrar İslahat Komissiyasının qeyd olunan qərarı isə mübahisələndirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 666, 668.1, 1133.1, 1133.2, 11 34.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2-ci maddələrinə, MPM-in 385.1.2, 384.0.2ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-7096/2019 nömrəli iş üzrə 20 noyabr 2019-cu il tarixli qərarı (hakimlər: İ.Xələfov, Q.Allahverdiyev və Ə.Şadiyev) ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi Goranboy rayon Aqrar İslahat Komissiyasının 16 may 2001-ci il tar ixli qərarı ilə XXXnın mülkiyyətinə verilmiş və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə onun mülkiyyət hüququ 04 sentyabr 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mübahisəli evin ondan əvvəl başqasının, o cümlədən mərhum XXX XXXun (iddiaçının atası) adına qeydiyyata alınması və XXXnın həmin evə vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etməsi iş materiallarından görünmür. XXXnın mülkiyyətinə verilən evin məhz XXX XXXa məxsus ev olması barədə işdə heç bir sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi XXXnın mərhum XXX XXXa məxsus evə mülkiyyət hüququ əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübuta söykənməmiş, həmin hissədə gəldiyi nəticəni əsaslandırmamış və belə vəziyyətdə qanunun vərəsəlik haqqında müddəalarının qüvvəsini tətbiq etməklə çıxarışı və müqavilən i etibarsız saymışdır. Məhkəmə çıxarışı və müqaviləni etibarsız sayarkən heç bir maddi hüquq normasına istinad etməmiş və gəldiyi nəticənin qanuni əsasını müəyyən etməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, bağışlama müqaviləsi 2006-cı ildə bağlanmış, iddiaçı isə hazırkı tələblə məhkəməyə 2018-ci ildə, 12 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Lakin işə baxan məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini müzakirə etməmiş və işin həmin halına hüquqi qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(104)-1206/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi Goranboy rayon Aqrar İslahat Komissiyasının 16 may 2001-ci il tarixli qərarı ilə XXXnın mülkiyyətinə verilmiş və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə onun mülkiyyət hüququnun ilkin hüquq müəyyənedici sənədlər əsasında 04 sentyabr 2006-cı il tarixdə yaranması öz təsdiqini tapır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 07 saylı Ərazi idarəsinin 28 may 2019-cu il tarixli məktubundan görünür ki, həmin ev ilkin olaraq XXXnın adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia etdiyi əmlakların ona vərəsəlik qaydasında keçməli olduğunu bildirdiyinə görə, həmin mirasın qəbul edilməsini təsdiq edən sənədləri təqdim etm əlidir ki, işdə qanun və ya vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yoxdur. Bu da onu göstərir ki, mübahisəli evin əvvəllər başqasının adına, yəni XXX XXXa məxsus olması və onun adına qeydiyyata alınması və XXXnın həmin evi vərəsəlik qaydasında adına keçirməsi öz təsdiqini tapmamışdır. İddiaçının istinad etdiyi yeganə sənəddə (Dövlət Arxivinin 27 aprel 2007-ci il tarixli arayış) evin yaşayış sahəsinin 48 kvadrat metr olması qeyd olunduğu halda XXXnın adına olan sənəddən evin 25 kvadrat metr olması görünür. Bununla belə XXX tərəfindən mübahisəli əmlakların Cavabdeh1 bağışlanmasının və onun nəticəsi olaraq sonuncunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddianın dəlilləri öz təsdiqini tapmır. Məhkəmə həmçinin qeyd etmişdir ki, bağışlama müqaviləsi 2006-cı ildə bağlanmış, iddiaçı isə hazırki iddia tələbi ilə 2018-ci ildə, yəni 12 il sonra məhkəməyə müraciət etmişdir. Həmin tələblər üzrə mülki qanunvericilikdə müəyyən edilmiş əqdin etibarsız sayılması ilə bağlı 1 illik müddəti ötürməklə müraciət etmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 354.1, 354.2, 347.1, 668.1, 1145, 1151, 1159.1.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçının hüquqi varisi xxxxxxx (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmə işi tam araşdırmamışdır. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair 14.12.2004-cü il tarixli şəhadətnamədə X13 XXXun evinin 0,25 ha torpaq sahəsini təkcə özünün adına yazdırmışdır. Halbuki torpağın tək onun mülkiyyətinə verilməsi mümkün deyil. Bu saxtakarlığı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin naməlum işçisi etmişdir. Həqiqəti müəyyən etmək üçün Goranboy rayon Aqrar İslahat Komissiyasının 16.05.2001-ci il tarixli 16 nömrəli qərarını tapmaq lazımdır. Bunu da yalnız məhkəmə edə bilərdi, lakin məhkəmə bunu etməmiş, işə birtərəfli, qeyri-obyektiv, yarımçıq baxmışdır. O, Goranboy rayon Aqrar İslahat Komissiyasının 16.05.2001-ci il tarixli 16 № li q ərarını ona görə mübahisələndirməmişdir ki, həmin qərarla 0,25 ha həyətyanı sahə M.XXXun mülkiyyətinə verilmişdir. Saxtakarlıq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə yazılarkən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinə baxılması zamanı kassator və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh1 vəkili kassasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəməyə məktub göndərərək işə İdarənin əməkdaşının işti rakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxnılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd ba ğlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmi ş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə

666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Maddə 668.1. Daşınmaz əşyaların və ya həmin əşyala ra hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı hesab edilir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. Maddə 1159.1-1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay almaq hüquqlu vərəsələrdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquqi varisi xxxxxxxxxxxxxxx kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1206/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar