Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-291/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqavilələrinin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6159/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 26.01.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsinə əsasən - borcverən X9 borcalan İddiaçı 26.04.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər.
2. Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış 22.06.2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsinə əsasən - borcverən X9 borcalan İddiaçı 22.12.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər.
3. X9 09.10.2018-ci il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır.
4. İddiaçı cavabdehlərin mərhum ataları X3 26.01.2018-ci il tarixdə 10.000 ABŞ dolları və 22.06.2018-ci il tarixdə 20.000 ABŞ dolları pulun borc kimi deyil, məhz xaricdən avtomobil alıb gətirmək üçün aldığını, X4 təklifi ilə avtomobillərinin alınıb gətirilməsinin qarantiyası üçün aralarında belə bir kredit müqavilələrinin bağlandığını, həmin əqdlərin etibarsızlığının əsası kimi – borc müqavilələrinin formal, görünüş məqsədilə bağlanmasını qeyd edərək aşağıdakı tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X1 arasında Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 26.01.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsinin və Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış 22.06.2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X9 arasında işgüzar münasibətlər olmuş, onlar şərikli maşın alveri ilə məşğul olmuş və qazanc əldə etmişlər. İddiaçı və X9 pul qoyaraq xaricdən avtomobil gətirmişlər, avtomobilləri sataraq, qoyduqları vəsaiti götürdükdən sonra, qalan məbləği qoyduqları vəsaitə uyğun olaraq aralarında bölmüşlər. Avtomobillərin ölkəyə gətirilməsi ilə İddiaçı mə şğul olmuşdur. X9 avtomobillərin alınması üçün verdiyi pul vəsaitlərinə dair İddiaçı ilə aralarında 26.01.2018-ci və 22.06.2018-ci il tarixlərdə kredit müqavilələri bağlamışdır. Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 26.01.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsində borcverən X4 borcalan İddiaçı 26.04.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc verdiyi göstərilmişdir. Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış 22.06.2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsində borcverən X4 borcalan İddiaçı 22.12.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc verdiyi göstərilmişdir. İddiaçı iddia ərizəsində X3 26.01.2018-ci il tarixdə 10.000 ABŞ dolları və 22.06.2018-ci il tarixdə 20.000 ABŞ dolları pul aldığını et iraf edir. Bu məbləğləri borc kimi deyil, məhz xaricdən avtomobil alıb gətirmək üçün aldığını, X4 təklifi ilə avtomobillərinin alınıb gətirilməsinin qarantiyası üçün aralarında belə bir kredit müqavilələrinin bağlandığını qeyd edir. Həmçinin iddiaçı qeyd edir ki, birinci dəfə avtomobil almaq üçün 26.01.2018-ci il tarixdə İddiaçı 8.000 ABŞ dolları və X9 isə 10.000 ABŞ dolları pul qoymuşdur. İddiaçı xaricdən X11 markalı 2013-cü il buraxılışlı avtomobili 18.000 ABŞ dollarına alıb gətirmiş və Bakıda 25.000 ABŞ dollarına satmışdır. İddiaçı avtomobilin satışından əldə etdiyi 25.000 ABŞ dolları pulun 15.000 ABŞ dollarını (10.000 ABŞ dolları maya və 5.000 ABŞ dolları qazanc) X7 vermiş, 10.000 ABŞ dollarını (8.000 ABŞ dolları mayası və 2.000 ABŞ dolları qazanc) isə İddiaçı özünə götürmüşdür. İkinci dəfə avtomobil almaq üçün 22.06.2018-ci il tarixdə İddiaçı 14.000 ABŞ dolları və X9 isə 20.000 ABŞ dolları pul qoymuşdur. İddiaçı xaricdən X11 markalı 2014-cü il buraxılışlı avtomobili 34.000 ABŞ dollarına alıb gətirmiş və Bakıda 48.000 ABŞ dollarına satmışdır. İddiaçı avtomobilin satışından əldə etdiyi 48.000 ABŞ dolları pulun 28.000 ABŞ dollarını (20.000 ABŞ dolları maya və 8.000 ABŞ dolları qazanc) X7 vermiş, 20.000 ABŞ dollarını (14.000 ABŞ dolları mayası və 6.000 ABŞ dolları qazanc) isə İddiaçı özünə götürmüşdür. Bununla da İddiaçı hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, şərikli avtomobil almaq üçün X3 26.01.2018-ci il tarixdə aldığı 10.000 ABŞ dollarını və 22.06.2018-ci il tarixdə aldığı 20.000 ABŞ dollarını qazancları ilə birlikdə X2ytarmışdır. 26.01.2018-ci və 22.06.20 18-ci il tarixli kredit müqavilələri görünüş üçün formal olaraq bağlanmışdır. X9 09.10.2018-ci ildə vəfat etmişdir, həmin vaxta kimi heç bir problem olmamışdır. X4 vəfatından sonra onun övladları (vərəsələri) Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, 26.01.2018-ci və 22.06.2018-ci il tarixli kredit müqavilələrinə əsaslanmaqla İddiaçı ümumilikdə 30.000 ABŞ doları borcun qaytarılmasını tələb edirlər. Bu səbəbdən iddiaçı hesab edir ki, həmin müqavilələr formal olaraq bağlandığına və müqavilələrdə göstərilən və avtomobilin alınmasına görə verilmiş pul vəsaitlərini X7 tam olaraq qaytardığına görə, müqavilələr etibarsız hesab edilməlidir.
7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X6 birinci instansiya məhkəməsinin iclasında id dia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, müqavilədə pulun borc verilməsi və alınması aydın şəkildə öz əksini tapmışdır. Müqavilədə pulun borca verilməsinin avtomobil alveri ilə bağlı olması barədə heç bir qeyd şərt yoxdur və əgər doğrudan da iddiaçının göstərdiyi kimi pulun verilməsi avtomobil alveri ilə əlaqədar saydı, tərəflər elə bu məzmunda müqavilə bağlamış olardılar. Belə bir müqavilənin bağlanması qanunvericiliyə zidd deyildir. İddiaçı cavabdehlərin atası ilə qonşu olmuş, X9 İddiaçı inanmış və etibar etmişdir. İddiaçı hərdən bir X8 də avtomobil alverinə cəlb etmiş, Avropadan və Dubaydan avtomobil alıb gətirmiş baha qiymətə satsa da, X8 aldatmışdır ki, avtomobili ucuz satıb, maşın yolda xarab olub, təmirinə xərci çıxıb. Belə bəhanələrlə İddiaçı mərhum X4 xeyli pulunu qaytarmamışdır. X9 09.10.2018-ci ildə vəfat etmişdir, bundan sonra cavabdehlər iddiaçı ilə görüşmüş və haqq-hesab aparmağı təklif etmişlər. Lakin iddiaçı hər şeyi danaraq avtomobil alverindən borcu qalmadığını bildirmişdir. Avtomobil alverinə dair pul verməsinə dair rəsmi sənədlər olmadığına görə cavabdehlər heç bir dövlət orqana müraciət etməmişlər. Lakin hazırki iş üzrə mübahisələndirilən 26.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə 10.000 ABŞ dollarını və 22.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 20.000 ABŞ dollarını İddiaçı mərhum X3 özünün şəxsi işləri, ailə problemlərini həll etmək məqsədilə almışdır. X4 sağlığında övladları iddiaçıya verdiyi 30.000 ABŞ dollarını məhkəmə qaydasında İddiaçı tələb etməsini təklif etsələr də, X4 iddiaçının onun borcunu qaytaracağına inandığına, uzun illər ailəyə yaxın adam olduğunu, kəsdikləri duz-çörəyin xətrinə həmişə təxirə salmışdır. Müqavilələr bağlanarkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdehlər atalarının verdiyi borcun qaytarılmasına dair iddiaçıya qarşı Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qaldırdıqlarına görə, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) 08 aprel 2021-ci il tarixli, 2(004)491/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, 26.01.2018-ci və 22.06.2018-ci il tarixli borc müqavilələrinin predmetinin məbləğləri üç min manatdan çoxdur, müqavilə tərəfləri kredit müqavilələrini yazılı forma da bağlamış, hətta notarial qaydasında təsdiq etdirməklə Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbinə əməl etmişlər. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.
10. Həmçinin iddiaçı 26.01.2018-ci və 22.06.2018-ci il tarixli kredit müqavilələrinin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra 21.09.2020-ci il tarixdə bu əqdləri məhkəmədə mübahisələndirmişdir. Bu halın mövcud olması da, iddianın rədd edilməsi üçün müstəqil əsasdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), F.Talışinski və Ş.Məmmədova) 13 iyul 2021-ci il tarixli, 2(103)-6159/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasi ya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, araşdırma zamanı ortada iki kredit müqaviləsinin qüvvədə olmasından və həmin kredit müqaviləsinin 26.01.2018-ci ildə bağlanaraq onun 26.04.2018-ci il tarixədək qüvvədə olması, müqavilənin 5-ci bəndinə əsasən onun bildiriş verilmədən də kreditin qaytara bilinməsi və müqavilə üzrə mübahisənin tərəflərin razılığı ilə həll edilə biləcəyi müqavilə şərtlərində öz əksini tapmışdır. Yəni müqavilənin müddəti 26.04.2018-ci il tarixədək bağlanıb və kredit üzrə ödəniş mübahisəsiz qaydada qaytarıla bilər, əgər qaytarılmasa tərəfin məhkəməyə müraciət etmək hüququ da müqavilədə izah olunmuşdur. Göründüyü kimi müqavilə üzrə öhdəlik yerinə yetirilib. Yetirilməmiş olsaydı həmin müddətdə Rauf Quliyev tərəfindən iddia qaldırılardı. Əksinə bu müqavilədən sonra tərəflər arasında yeni müqavilə, yəni 22.06.2018-ci il tarixdə 22.12.2018-ci il tarixədək yeni müqavilə bağlanmış və yuxanda qeyd olunana müqavilə şərtinin hazırki müqaviləyə də aid olması onu göstərir ki, İddiaçı öhd əliyini tam şəkildə yerinə yetirmiş və müqavilə üzrə onun heç bir borcu qalmamışdır. Əks təqdirdə mərhum onunla yeni müqavilə bağlamaz və ona əlavə olaraq etibarnamələr verərək, adına avtomobillərin gətirilməsi ilə bağlı səlahiyyətini də verməzdi. Göründüyü kimi mərhumun sağlığında belə bir mübahisələr olmamış, onun vəfatından sonra oğlu evdə olan müqavilələrdən istifadə edərək təkrarən pul əldə etmək niyyəti ilə İddiaçı qarşı iddia qaldırmışdır. Məhkəmə iddia tələbini kəsici müddətə əsaslanaraq ləğv etmişdir. Məhkəmənin gəldiyi nəticə düzgün deyildir. İddiaçı 2019-cu ildə hansı əsasla məhkəməyə müraciət etməli idi? O hüququnun pozulduğu vaxtdan bir il keçməmiş kredit müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmiş, sübutları təqdim etmiş, lakin məhkəmə sübutları tam araşdır madan, işi hüquqi qiymət vermədən kəsici müddətə əsaslanaraq iddia tələbini rədd etmişdir. Yəni İddiaçı hüququnun pozulduğunu məhz Xətai Rayon Məhkəməsində ona qarşı qaldırılmış iddiadan sonra xəbəri olub. Dərhal da müqaviləni mübahisələndiribdir. Bakı Apellyasiya Məhkəməsi kəsici müddətə deyil, məhz iddia müddətinə əsaslanmalı idi. Kəsici müddət -şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüququ xitam verilməsini nəzərdə tutan müddətdir. Belə halda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənlədirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. “İddia müddəti tələb hüququ üçün xarakterikdir”, yəni şəxsin tələb etmək hüququ yalnız iddia müddətində mövcud olur, Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir”. “İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir.” Burdan belə aydın olur ki, İddiaçıla Rauf Quliyev arasında bağlanmış kredit müqavilələri üzrə Rauf Quliyev müqavilədə qeyd olunmuş müddət üzrə hər hansı bir tələb irəli sürmədiyindən, İddiaçı ona qarşı iddia tələbi verməmişdir. Yəni faktiki olaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirilmişdir. Lakin onun ölümündən sonra varislərinin müqaviləni götürərək İddiaçı qarşı iddia tələbləri vermələri, İddiaçıda hüququnun pozulduğunu bildiyi andan onlara qarşı iddia qaldırmasına əsas vermişdir. Yəni iş üzrə hüquqa xitam verilməsi deyil, iddia müddətinin keçməsi ilə baxıla bilərdi. Lakin cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə məhkəməyə müraciət etməmişlər. Kəsici müddəti isə məhkəmə özü tətbiq etmişdir. Odur ki, məhkəmə tərəfindən kəsici müddətə əsaslanaraq, tələbin rədd edilməsi düzgün tətbiq edilməmişdir və bununla da maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6159/2021 saylı qətnaməsi ləğv olunmalı və yeni qətnamə qəbul olunması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
17. M əhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
19. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və y a digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
28. Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 26.01.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsinə əsasən - borcverən X9 borcalan İddiaçı 26.04.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc vermişdir. Tərəflər kreditin faizsiz verilmə sini şərtləndirmişlər.
29. Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış 22.06.2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsinə əsasən - borcverən X9 borcalan İddiaçı 22.12.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər.
30. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsi dir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri).
31. Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur.
32. İşdə olan sübutlardan aydın olur ki, kredit (borc) müqavilələri yazılı bağlanmaqla və notariat qaydasında təsdiq olunmaqla, əqdin iştira kçıları tərəfindən imzalanmışdır.
33. Əqdin etibarsızlığı dedikdə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır.
34. İddiaçı əqdlərin formal, görünüş məqsədilə bağlanmasını iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının bildirdiyi kimi onun cavabdehlərin mərhum ataları ilə işgüzar münasibətlərinin olması faktı isə özü-özlüyündə onlar arasında borc münasibətlərinin yaranmasını istisna etmir. Həmçinin, mübahisələndirilən əqdlərdən də pulun borc deyil, başqa məqsədlə (maşın alınması və s.) verilməsi ilə bağlı hər hansı qeyd (şərt) mövcud deyildir. İddiaçı tələbinin əsası kimi həmçinin cavabde hlərin mərhum ataları tərəfindən sağlığında pulun tələb olunmamasını göstərmişdir.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin dəlil də əqdlərin əhəmiyyətsiz (etibarsız) olmasını ehtiva etmir. Həmçinin, işin hallarına əsasən kredit (borc) müqavilələri üzrə borcun qaytarılması müvafiq olaraq 26 aprel 2018-ci il tarixdə və 22 dekabr 2018-ci il tarixdə həyata keçirilməli idi. Lakin kreditor (cavabdehlərin atası) 09 oktyabr 2018-ci il tarixdə vəfat etmiş, bu səbəbdən də sağlığında obyektiv olaraq verdiyi borcu tələb edə bilməmişdir.
36. İddiaçı tələbinin əsası kimi, həmçinin aldığı pulun sonradan qaytarılmasını qeyd etsə də, məhkəmə kollegiyası bu halın araşdırılmasını zəruri hesab etməyərək qeyd etmişdir ki, pulun sonradan qaytarılıb-qaytarılmaması ilə əqdin etibarsızlığı arasında hər ha nsı səbəbli əlaqə mövcud deyildir və birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı pulun qaytarılması ilə bağlı dəlillərini borcun tələb olunması barədə iddia üzrə təqdim etməklə öhdəliyin icra olunmasını sübut edə bilər. Göründüyü kimi, iddiaçı sübutetmə yükünü həyata keçirə bilməmiş, bunu formal mülahizələri ilə əsaslandırmağa çalışmışlar.
37. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. İşə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən əqdlərin etibarsız sayılması üçün əsas müəyyən edilmədiyindən Kollegiya MM-in 354-cü maddəsində nəzərdə tutu lan müddətlərin müzakirəsinə zərurət görmür.
39. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6159/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov