Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2913/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X3, Cavabdeh1, Qax rayon Dövlət Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin və onun hüquqi nəticələrinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X3, Cavabdeh1, Qax rayon Dövlət Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-157/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qax rayonu, Güllük kəndində yerləşən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 27 fevral 2020-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir.
2. İddiaçı 3 fevral 2020-ci il tarixdə X2 1 il müddətinə qüvvədə olan etibarnamə vermişdir. 3. 27 aprel 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmıdır, müqavilənin şərtlərinə görə iddiaçının mülkiyyətində olan 1,05 ha torpaq sahəsi Cavabdeh1 5000 manat qiymətinə satılmışdır. Müqaviləni iddiaçının adından verilmiş etibarnamə əsasında X3 imzalamışdır.
4. Alqı-satqı müqaviləsindəki alıcı Cavabdeh1 cavabdeh X1 doğma oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər X3, Cavabdeh1, Qax rayon Dövlət Notariat Ofisi və DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Güllük kəndinin inzibati ərazisindəki İddiaçı xüsusi mülkiyyətindəki 1,05 ha torpaq sahəsinin X3 tərəfindən onun oğlu Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasına dair Çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, latın qrafikası olan əlifbanı bilmədiyinə görə şəxsiyyətini təsdiq edən vəsiqənin alınması üçün aidiyyatı orqanlara ərizə yazmaq, sənədinin rəsmiləşdirilməsinə köməklik göstərmək üçün 2019-cu ilin iyun ayında həmkəndlisi Cavabdeh2 xahiş etmiş, cavabdeh etiraz etməmiş, onunla birlikdə Qax şəhərinə getmiş və əvəzindən ərizə yazıb tələb edilən dövlət rüsumunu da ödəmişdir. Sonra isə Rəsmiyyə onun əvəzindən elektrik enerjisinə görə olan borcunun müəyyən hissəsini də ödəmişdir. Ona bu barədə minnətdarlıq edib çəkdiyi xərcləri tezliklə ödəyəcəyini bildirmişdir. Belə ki, onun və mərhumə anasınının xüsus i mülkiyyətində olan 1,05 ha torpaq sahəsini icarə verdiyi digər həmkəndlisi 2020-ci ilin aprel ayında ona icarə haqqı ödəməli idi və ondan alacağı pulla Rəsmiyyəyə borcunu ödəyəcəkdi. 2020-ci ilin mart ayında Rəsmiyyə ona aqrokart vasitəsi ilə torpağa verilməli gübrə paylandığını və özünə ayrılmış gübrəni rəsmiləşdirilməyə getdiyini bildirdikdə, gübrənin alınması üçün rəsmiləşdirilmə işini bacarmayacağı səbəbindən ondan bu işdə yenidən ona köməklik etməsini xahiş etmişdir. Rəsmiyyə gübrəyə görə bir-neçə dəfə Qax şəhərinə və Qorağan kəndindəki aqroparka getmək lazım olacağını, hər dəfə onu özü ilə apara bilməyəcəyini, ona notarial qaydada rəsmiləşdirilən etibarnamə verərsə, əvəzindən gübrə verilməli sənədləri imzalayacağını və kəndə gətirilməsini təşkil edəcəyini bildirmişdir. Əlacsız qalı b cavabdeh Rəsmiyə Məmmədovanın təklifini qəbul etmiş və bu məqsədlə Qax şəhərindəki notariat kontoruna getmişlər. Notariatda şəxsiyyət vəsiqəsini əlindən alıb vəzifəli şəxsə onun adından ona etibarnamə yazılmasını xahiş etmişdir. Etibarnaməni yazan xanım etibarnamənin məzmununun necə olması, hansı məqsədlə və hansı müddətə verdiyini qətiyyən izah etməmişdir. O, da belə hesab etmişdir ki, bu belə də olmalıdır. Etibarnaməni imzalamaq üçün notariusun qəbuluna girməzdən əvvəl Rəsmiyə də onun məzmununu izah etməmiş və ona verilən bir nüsxəsini otaqdan çıxan kimi əlindən almışdır. Bir müddət sonra, torpaq sahəsini icarəyə verdiyi həmkəndlisi yaşadığı evə gəlib nə səbəbdən torpaq sahəsini ona deyil, Rəsmiyyəyə icarəyə verdiyini soruşduqda, bunu etmədiyini bildirmiş, həmkəndlisi isə Rəsmiyənin hə min sahəni şumlatdırdığını və artıq qarğıdalı toxumu da səpdirdiyini demişdir. Dərhal Rəsmiyyənin yaşadığı evə gedərək nə üçün belə hərəkət etdiyini soruşduqda isə o aqressiv şəkildə onun borclarının ümumi məbləğinin torpağının dəyəri qədər olduğunu və həmin məbləği qaytarmadığına görə verdiyi etibarnamə əsasında torpağı satdığını bildirmişdir. Rəsmiyyəyə cəmi 360 manat borcunun olduğunu, həmin torpaq sahəsinin yeganə qazanc yeri olduğunu və az miqdar borca görə daşınmaz əmlakından məhrum olmasına hec cür razı olmayacağını bidirdikdə, cavabdeh artıq torpaq sahəsini digər şəxsə satdığını, guya onun verdiyi etibarnamədə ona belə bir hüququ etibar etdiyini bildirmişdir. Rəsmiyə etibarnaməni rəsmiləşdirəndə yalnız gübrənin alınması üçün etibar etdiyni, torpağın alqı-satqısı ilə bağlı hər han sı söhbəti olmadığı, 360 manat borcuna görə torpağı digər şəxsə satmağı harada və kimin şahidliyi ilə razılıq vermədiyi halda nə üçün onu satıb etibarından sui-istifadə edib aldatdığını dedikdə, Rəsmiyyə ona böhtan ataraq ki, guya ona torpağının satmasını etibar etdiyini bildirmişdir. Torpaq alqı-satqısı barədə hər hansı razılaşma, 360 manat məbləğində az miqdarlı borcuna görə dəyəri dəfələrlə qiymətli olan yeganə qazanc mənbəyini ona satmağa dair hər hansı vədinin olmadığı halda, cavabdeh real təfsirinə və həqiqi məzmununa qəti uyğun olmayan birtərəfli əqd olan etibarnaməni ondan almaqda məqsədi iradə ifadəsinin saxtalaşdırılması, savadsızlığının və psixi sağlamlığının yetərincə olmadığından sui-istifadə etməklə əmlakını ələ keçirməsi olmuşdur. Cavabdeh2 əvvəldən belə niyyəti olmuş və bel ə zənn etmişdir ki, o öz hərəkətlərinin mənasını başa düşmür, odur ki, onu gübrə almaq adıyla aldadıb aldığı etibarnamədən əmlakını talamaq məqsədi ilə istifadə etməyə uğursuz cəhdlər etməklə torpaq sahəsini başqa şəxsə deyil öz doğma oğlu olan digər cavabdehə satmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu Güllük kəndinin inzibati ərazisindəki İddiaçı xüsusi mülkiyyətindəki 1.05 ha torpaq sahəsinin X3 tərəfindən onun oğlu Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasına dair Çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmsını xahiş etmişdir.
7. Cavabdeh X3 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, Raya ona 2019-cu ildə də etibarnamə vermiş, həmin sənəd əsasında dövlət aktında olan səhvlərlə bağlı digər işləri həyata keçirmişdir. 2020-ci ildə Qax rayonu dövlət notariat ofisində alqı-satqı etmək istəyəndə isə notarius ona həmin etibarnamədə ancaq dövlət aktında olan səhvlərin düzəldilməsi ilə bağlı olan səlahiyyətlərin əks olunduğunu, alqısatqının mümkün olmayacağını bildirmişdir. Bundan sonra Raya ona baş etibarnamə vermiş, həmin sənəd əsasında da vərəsəlik işlərini aparmış və alqı-satqını həyata keçirmişdir. İddiaçını aldatmamış, borc əvəzinə həmin torpaq sahəsini ondan almamış, iddiaçının həmin torpaq sahəsini satmaq niyyəti olmuş və bu səbəbdən də ona etibarnamə vermişdir.
8. Birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh Qax rayon Dövlət Notariat Ofisinin notariusu X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx. xx.2020-ci ildə iddiaçı tərəfindən Cavabdeh2 baş etibarnamə verilmiş, etibarnamə verilərkən tərəflərə etibarnamənin məzmunu izah edilmiş, iddiaçı etibarnamənin məzmununa etiraz etməmişdir. Etibarnamə verilən zaman etibar edənin şəxsiyyəti müəyyən edilərək fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Həmin etibarnamə əsasında da Raya Məmmədova iddiaçını təmsil edərək onun adından alqı-satqı müqaviləsi bağlamış, iddiaçıya məxsus əmlakı satmışdır. Etibarnamə verilərkən və alqı-satqı müqaviləsi təsdiq edilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq notariat hərəkətləri aparılmışdır.
9. Qax Rayon Məhkəməsinin (hakim M.İ.Qarayev) 17 avqust 2020-ci il tarixli 2(024)341/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövq eyi ondan ibarət olmuşdur ki, iddia tələbinin əsasını sübut etmək cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı etibarnamə verilərkən aldadıldığı, etibarnamənin məzmununun izah olunmadığını və savadsızlığı və psixi sağlamlığının yetərincə olmadığından sui-istifadə etdiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Qanunvericiliyə uyğun olaraq verilmiş etibarnamə əsasında etibar edənin adından edilmiş hərəkətlər etibar edən üçün hüquq və vəzifələr yaratdığından etibarnamə verildiyi zaman hüquqlarının pozulmadığı aydın olan iddiaçının həmin etibarnamə əsasında bağlanmış əqdi mübahisələndirməsi əsassızdır. Bundan əlavə, cavabdeh etibarsız hesab edilməsini xahiş etdiyi çıxarışı məhkəməyə təqdim etməmişdir. Eyni zamand a məhkəmə alqı-satqı müqaviləsini qanuni və əsaslı hesab etdiyi üçün qeyd etmişdir ki, iddiaçının tələbinin həmin hissəsi də əsassızdır.
11. Məhkəmə mövqeyini Mülki Məcəllənin 359.1 və 362.1-ci, MPM-nin 14.2, 76.1 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh2 latın qrafikasında yazıb oxuya bilmədiyindən süi-istifadə edərək tamah məqs ədilə əmlakını alınması, yəni mülkiyyətində olan 1,05 ha torpaq sahəsini əvəzsiz olaraq ələ keçirmək üçün 1 il müddətində davamlı olaraq müxtəlif qanunsuz hərəkətlər etməsini çarpaz dinlənmədə şəxsən onun üzünə deyəndən sonra cavabdeh hər şeyi etiraf etmişdir. Lakin məhkəmə cavabdehin bu izahatını nəzərə almamış, sübut kimi qəöul etməmişdir. Məhkəmə həmçinin iddiaçının barəsində məhkəmə-psixotrik ekspertizasının keçirilməsi barədə vəkilinin vəsatətini təmin etməməklə prosessual qanun pozuntusuna yol vermişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), M.A.Əsədli və V.İ.Məlikov) 2(107)-157/2021 saylı mülki iş üzrə 8 dekabr 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, ape llyasiya şikayəti təmin edilməmişdır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir.
16. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmamış, qeyd etmişdir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibar ət olmuşdur.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 646.1, 646.2, 648.1, 650, 152.1, 152.5, 139.1, 140, 359.1 və 362.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir.
19. Apellyasiya şikayəti ilə oxşar məzmunda tərtib edilən kassasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, İddiaçı qeyd edilən hüquqi məzmunlu etibarnamə əvəzinə, əsassız və qanunsuz olan, mübahisələndirdiyi ümumi etibarnamə ilə tanış olmamış, etibarnamənin real təf siri və hüquqi məzmunu notariat ofisinin vəzifəli şəxsi tərəfindən ona qətiyyən izah edilməmiş, iradə ifadəsinin əleyhinə olan birtərəfli əqdinin mətnini savadsız olduğu üçün oxumadan belə mexaniki olaraq imzalamışdır.
20. Ümumi səlahiyyətlər göstərilmiş etibarnamə əsasında belə, Cavabdeh2 torpaq sahəsini kənar 3-cü şəxsə deyil, özü ilə birgə yaşayıb, eyni təsərrüfat aparan şəxsə, doğma oğlu Cavabdeh1 satmaqla, Mülki Məcəllənin 359.3-cü maddəsində ehtiva olunan imperativ normanı pozub, təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlamışdır.
21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 359.3-cu, MPM-nin 9.1, 9.3 və 88-ci maddələrinin, “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarının tələblərinin pozulması ilə qəbul olunmasına istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
23. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəllə:
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
29. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısı nda təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin b axılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətrafl ı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. İddiaçı cavabdehin adına verdiyi etibarnamə ilə tanış olmaması, etibarnamənin real təfsiri və hüquqi məzmunu notariatus tərəfindən ona izah edilməməsi, iradə ifadəsinin əleyhinə olan birtərəfli əqdinin mətnini savadsız olduğu üçün oxumadan belə mexaniki olaraq imzalaması ilə bağlı irəli sürdüyü dəlillər həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla təkzib olunur.
43. İddiaçının verdiyi etibarnamə əsa sında torpaq sahəsini doğma oğluna satılmasının Mülki Məcəllənin 359.3-cü maddəsinə görə iddiaçının özü üçün əqd bağlaması kimi dəyərləndirilməli olmasına gəldikdə isə təmsil edilən tərəfindən etibarnamədə əqd bağlanacaq üçüncü şəxs konkret göstərilmədiyi halda təmsilçinin yetkinlik yaşına çatmış uşaqlarının və digər qohumlarının barəsində əqd bağlaması qanunla qadağan olunmayıb və həmin şəxslər də üçüncü şəxslər sırasına aid ola bilər. Alıq-satqı nəticəsində torpaq sahəsi iddiaçının mülkiyyətinə deyil, oğlunun ayrıca mülkiyyətinə keçmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-157/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.