Məhkəmə qərarları › İş №2(102)-2914/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2914/2021

01.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2914/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: boşdayanma vaxtı üçün haqqın və mənəvi ziyan ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1631/2020 nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin bi nasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı 27.11.2018-ci il tarixdə “xxxx” MMC-yə əmək müqaviləsi ilə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 03.06.2019cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.

2. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı 30.05.2019-cu il tarixdə “xxxx” MMC-yə 200 manat ödəniş etmişdir

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən götürülmüş iş yerinə dair arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-də 22.07.2019-cu il tarixdə əmək müqaviləsinə əsasən 1200 manat aylıq əmək haqqı ilə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir.

4. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC 01.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi və qanuni təmsilçisi həmin Cəmiyyətdə 100 faiz 1 paya malik olan Cavabdeh2dır.

5. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMC 01.05.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi və qanuni təmsilçisi həmin Cəmiyyətdə 100 faiz 1 paya malik olan Cavabdeh2dır.

6. İş materiallarında olan “xxxx” MMC-nin direktoru Cavabdeh2 tərəfindən verilmiş işdən azad olunma haqqında 23.07.2019-cu il tarixli 29 №-li əmrdə İddiaçı 22.07.2019-cu il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd ed ilmişdir.

7. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə qeyd olunur ki, 09.10.2019cu il tarixdə sistemə daxil edilən 22.07.2019-cu il tarixli 28 nömrəli əmrə əsasən İddiaçı “xxxx” MMC-dən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh “xxxx” MMC və Cavabdeh2 qarşı əmək haqqı, maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2400 manat məbləğində ödənilməyən əmək haqqı, 1000 manat məbləğində gecikmə faizi, 2000 manat məbləğində maddi zərərin əvəzi, 1000 manat məbləğində mənəvi zərərin əvəzi, 30 manat dövlət rüsumu, cəmi 6430 manat pulun cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 tutularaq ona ödənil məsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər “xxxx” MMC-də qaynaqçı vəzifəsində çalışmış və aylıq 1000 manat əmək haqqı almışdır. 2019-cu ilin may ayında X adlı orada çalışan bir qaynaqçı ona yaxınlaşaraq demişdir ki, X şirkətinə qaynaqçı yığırlar və bu iş Cavabdeh1 MMC-yə həvalə olunmuşdur. Bu məqsədlə X ona cavabdeh təşkilatın direktoru Cavabdeh2 telefonunu vermişdir. O, Cavabdeh2 zəng etmiş, X ona təlimlər üçün 200 manat ödəniş etməli olduğunu və bundan sonra onunla əmək müqaviləsi bağlanacağını demişdir. O, 30 may 2019-ci ildə Cavabdeh1 MMC-nin hesabına 200 manat ödəniş etmişdir. Daha sonra 03 iyun 2019-cu il tarixində öz xahişi ilə “xxxx” MMC-dəki işindən çıxmış və Bakı şəhərində Cavabdeh2 dediyi təlimlərə başlamış dır. Təlimlərə başladığı vaxt X ona demişdir ki, ona aylıq əmək haqqı da yazılır. Təlimlər bitəndən sonra 22 iyul 2019-cu il tarixində Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə əmək müqaviləsi bağlamış və onu qaynaqçı kimi işə götürmüşdür. Əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 1200 manat təşkil etmişdir. Onun əmək müqaviləsi elektron sistemə yerləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmiş, lakin ona əmək müqaviləsinin surəti verilməmişdir. Bütün bunlarla birlikdə Cavabdeh2 ona əmək haqqı ödəməmiş, iddia ərizəsi məhkəməyə verilən dövrə qədər də əmək müqaviləsinə xitam verməmişdir. Cavabdeh2 söz verdiyi təlimlər vaxtı ona yazılan maaşı da ödəməmişdir. Bundan əlavə o, əvvəlki işini də itirdiyi üçün 2000 manat maddi zərərə, habelə mənəvi zərərə məruz qalmışdır.

10. Bakı şəhəri Nər imanov Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(005)4498/2019 saylı qətnaməsi ilə (K.Əmirxanova) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı “xxxx” MMC-də 22.07.2019-cu il tarixdə işə qəbul edilmiş və elə həmin tarixdə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, tərəflərin etirafından da göründüyü kimi, iddiaçı cavabdeh şirkətdə hər hansı iş görməmişdir. Belə halda məhkəmə hesab edir ki, ona hər hansı bir əmək haqqının ödənilməsindən söhbət gedə bilməz.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək haqqının onun xeyrinə cavabdehdən tutulması barədə iddia tələbi təmin edilmədiyindən, ondan törəmə tələb olan 1000 manat faiz təl əbi də təmin edilə bilməz.

13. Bundan başqa iddiaçının digər tələbi maddi zərər kimi 2000 manat məbləğində pulun ödənilməsidir. Lakin iddiaçı tərəfindən qeyd edilən halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbi bütövlükdə onun əsasını təşkil edən hallar sübuta yeririlmədiyindən rədd edilməlidir.

14. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

15. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməs i zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

16. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

17. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsinə dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından cavabdehlərdən mənəvi zərərin əvə zinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16.1, 172.1, 172.2-ci, Mülki Prossesual Məcəllənin 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1631/2020 nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(005)- 4498/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı xeyrinə boşdayanma vaxtı üçün 2000 manat və mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin, cəmi 2520 manat pulun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 10 manat hissəsinin əvəzinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 “xxxx” MMC-nin yeganə təsisçisi, qanuni təmsilçisi və direktorudur. O, 22 iyul 2019-cu il tarixdə İddiaçı ilə əmək müqaviləsi bağlayaraq onu 1200 manat aylıq əmək haqqı ilə qaynaqçı işinə götürmüş, həmin tarixdə İddiaçı işdən azad olunması barədə əmr versə də, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş yalnız 09 oktya br 2019-cu il tarixdə sistemə daxil edilmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən hesab olunduğundan, əmək müqaviləsinin bağlandığı 22 iyul 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron sistemə daxil edildiyi 09 oktyabr 2019-cu il tarixədək İddiaçı “xxxx” MMC ilə əmək münasibətlərində olmuşdur.

23. Eyni zamanda kollegiya hesab etmişdir ki, Cavabdeh2 “xxxx” MMC-nin yeganə təsisçisi, qanuni təmsilçisi və direktoru kimi Əmək Məcəlləsinin 3- cü maddəsinin3-cü bəndinə görə əmək müqaviləsində faktiki olaraq işəgötürən qismində çıxış etmişdir.

24. İddiaçı 22 iyul 2019-cu il tarixdən əmək müqaviləsinə xitam ver ilməsi barədə bildirişin elektron sistemə daxil edildiyi 09 oktyabr 2019-cu il tarixədək “xxxx” MMC ilə əmək münasibətlərində olduğuna görə müəssisənin rəhbəri olan Cavabdeh2 həmin dövrdə ona müvafiq əmək şəraitinin təmin etməli olduğu halda, işəgötürən kimi həmin vəzifəsini yerinə yetirməmişdir.

25. İddiaçı cavabdehlərdən iki aylıq əmək haqqı kimi 2400 manat pulun cavabdehlərdən tutulub ona ödənilməsini tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, 22 iyul 2019-cu il tarixdən 09 oktyabr 2019-cu il tarixədək olan dövrdə o həmin təşkilatda əmək funksiyasını yerinə yetirmədiyinə görə ona əmək haqqı yox, boşdayanma vaxtı üçün haqq ödənilməlidir.

26. Boşdayanma əmək münasibətləri prosesində təsadüf olunan elə bir haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəl iklərini yerinə yetirə bilmir. Boşdayanma vaxtı işəgötürənin təqsiri üzündən və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləğləri tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə işəgötürən hasilat normalarının yerinə yetirilməsi üçün işçiyə müəyyən şərait yaratmalıdır. Qeyd olunan maddəyə uyğun olaraq müvafiq şəraitin yaradılmasına görə boşdayanma vaxtı birbaşa olaraq işəgötürənin məsuliyyətinə aiddir və onun təqsiri üzündən boşdayanma vaxtı kimi qəbul olunur. Bu zaman işçinin əmək haqqı Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq ödənilir.

27. Buna gö rə də İddiaçı əmək münasibətlərində olduğu 22 iyul 2019-cu il tarixdən 09 oktyabr 2019-cu il tarixədək olan 2 ay 17 gün dövr üçün əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə maaşının üçdə iki hissəsi miqdarında ona haqq ödənilməlidir. Həmin dövr üçün İddiaçı əmək müqaviləsi üzrə maaşının 1200x2+600=3000 manat təşkil etdiyini nəzərə alaraq həmin məbləğin üçdə iki hissəsi, yəni 2000 manatı işəgötürən Cavabdeh2 alınıb İddiaçı ödənilməlidir.

28. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 1000 manat məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək müb ahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddiaçı öz tələbini əsaslandırdığı həmin maddə boşdayanma vaxtı üçün haqqın ödənilməsinin yox, əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödənc verilməsini nəzərdə tutduğuna görə iddia bu hissədə təmin oluna bilməz.

29. İddia tələbinin 2000 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, bu hissədə məhkəməyə heç bir sübut təqdim olunmadığına görə həmin hissədə iddia təmin oluna bilməz.

30. İddia tələbinin 1000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalıdır.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci ma ddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 32. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibət ləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

34. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində İddiaçı hər hansı zərurət olmadan təlimlərə cəlb olunmuş, bu məqsədlə o, 200 manat pul ödəmiş, bir neçə ay işdən və əmək haqqından məhrum olmuşdur. Bu hərəkətlərin İddiaçı şüurunda mənfi psixoloji reaksiyaya səbəb olması, ona mənəvi zərər vurması şəksizdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, vurulmuş mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pulun Cavabdeh2 İddiaçı xeyrinə tutulması hazırki mübahisənin halları baxımından vurulmuş mənəvi zərərin ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 MMC-yə qarşı hissədə təmin olunmamalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı ilə əmək münasibətlərində işəgötürən kimi faktiki olaraq Cavabdeh1 MMC və “xxxx” MMC-nin yeganə təsisçisi, qanuni təmsilçisi və rəhbəri olan X2 çıxış etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

40. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

41. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini x ahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi

44. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs hesab olunur. (maddə 3.3)

45. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən hesab olunur. (maddə 12)

46. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.. (maddə 49.1)

47. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən müvafiq əmək şəraitini təmin etməlidir. (maddə 54)

48. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfində n pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. (maddə 154)

49. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. (maddə 156)

50. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. (maddə 169)

51. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. (maddə 172.5)

52. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. (maddə 290.3) Mülki Prossesual Məcəllə

53. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

54. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

55. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

56. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

57. Kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

60. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1631/2020 nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar