Məhkəmə qərarları › İş №2(102)-2914/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2914/2022

17.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2914/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə (X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlunun məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə (X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vəsiyyətnamənin etibarsız he sab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-201/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 03.02.1982-ci il tarixli vəsiyyətnamənin surəti ilə müəyyən olunur ki, X18 ona məxsus olan Zaqatala rayon Aşağı Çardaxlar kəndində yerləşən əmlakını, yəni ikimərtəbəli daşdan tikilmiş üstü karametlə örtülü dörd otaqlı evini və torpaq sahəsini oğlu X7 vəsiyyət etmişdir. 01 dekabr 2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Zaqalala rayon Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci ildə təsdiq edilən və reyestrdə 2/43 N-ilə qeyd olunan 03.02.1982-ci il tarixli vəsiyyətnaməyə əsasən 22 iyun 1982-ci ildə vəfat etmiş X1 və 27 fevral 1987-ci ildə vəfat etmiş X8 Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 0,2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85.2 kv.m. yaşayış sahəsi 39.8 kv.m. olan fərdi yasavıs evinin vərəsəsinin X14 olması təsdiq edilmişdir.

2. Qeyd edilən əmlak üzərində X5 hüquqları 06.02.2013-cü ildə qeydə alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

3. X14 05.09.2016-ci ildə vəfat etmişdir.

4. Mübahisəli əmlak üzərində mülkiyyət hüququ 05.10.2018-ci ildə X5 arvadı X9 adına daşınmaz əmlakın dövlət reyestrində qe ydə alınmış və sonuncuya çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi”nə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayon 1 saylı Notariat ofisi tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yaşayır. Həyətlərində 2 yaşayış evi vardır. Yaşayış evinin biri 1962-ci ildə tikilmişdir və həmin evdə mərhum X2 və nənəs i X4 yaşamışdır. İkinci yaşayış evində isə atası yaşamışdır. Həmin mülkə dair atasının adına 24.02.1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. X2 1987-ci ildə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, babası sağlığında nəyi varsa hamısını oğlu X7 03 fevral 1982-ci ildə vəsiyyət etmişdir. Babasının adına 1962-ci ildə tikilmiş yaşayış evi və mal damı olmuşdur. Üçüncü şəxs Fatimat Sofiyevanın əri Abdulla Musayev 05.09.2016-cı il tarixdə vəfat etmişdir. Babası sağlığında 1960-cı ildə X7 şəhərdə mənzil alaraq öz ata payını vermişdir. Həmin ildən babasının və mərhum nənəsinin qayğısını özü çəkmişdir. Babasının sağlığında əldə etdiyi əmlakının oğlu Abdulla Musayevə vəsiyyət etməsi heç də inandırıcı deyildir. Ona görə ki, babası 1970-ci illərin axırından görmə qabiliyyətini itirmişd ir. Bunu təsdiq edən şahidləri də vardır. Eyni zamanda babası savadsız olmuşdur. Mübahisəli vəsiyyətnamədə olan imza X2na məxsus deyildir. Bundan başqa X8 adından tərtib edilmiş 03 fevral 1982-ci il tarixli vəsiyyətnamə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda 16 fevral 1982-ci il tarixdə təsdiq edilməklə, 2/43 nömrə ilə reyestrə daxil edilmişdir. Bu hal vəsiyyətnamənin saxta olmasını bir daha təsdiq edir. Eyni zamanda torpaq sahəsi həmin dövrdə dövlətin müstəsna mülkiyyəti olmuşdur. Torpaq islahatı haqqında qanuna əsasən isə 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayıbsa torpaq payı vətəndaşlara həmin ünvandan verilməli idi. İslahatdan əvvəl babası öldüyünə görə torpaq sahəsi onun adına işlənə bilməzdi. Mübahisəli vəsiyyətnamə üçüncü şəxs tərəfindən saxta yolla tərtib edilmişdir. Vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə şahidlərin iştirakı ilə tərtib edilməmişdir.

7. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 iddanı qəbul etməyərək göstərmişdir ki, mərhum Abdulla Musayev onun əri olmuş və 05.09.2016-ci ildə vəfat etmişdir. Qeyd olunan mübahisəli evə o, gəlin gəlmişdir. Həmin ev vəsiyyətnamə əsasında X19 tərəfindən onun ərinə vəsiyyət edilmişdir. Evin onun ərinə vəsiyyət olunmasını hamı, o cümlədən iddiaçının atası Musayev Ramazan bilmişdir. Musayev Ramazan atası öləndən təxminən 6 il sonra 06.12.1994-cü ildə vəfat etmişdir. Vəsiyyətnamədə hər hansı bir problem olsaydı o, vaxtında məhkəməyə müraciət edərdi. O, iddianı tam əsassız sayaraq rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Məh kəmə xətşünaslıq ekspertizasının 12 iyul 2021-ci il tarixli 4/865 №-li rəyində 14 saylı təsərrüfatbaşına kitabın 13-cü vərəqində “Ailə başçısı:” qrafasında olan imzaların və 3 fevral 1982-ci il tarixli *** reyestr nömərli vəsiyyətnamədəki imzanın müxtəlif şəxslər tərəfindən icra olunduğu göstərilmişdir.

9. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat mələğində pul vəsaitinin iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandı rmışdır ki, məhkəmə xətşünaslıq ekspertizasının 12 iyul 2021-ci il tarixli ***** №-li rəyində 14 saylı təsərrüfatbaşına kitabın 13-cü vərəqində “Ailə başçısı:” qrafasında olan imzaların və 3 fevral 1982-ci il tarixli **** reyestr nömərli vəsiyyətnamədəki imzanın müxtəlif şəxslər tərəfindən icra olunduğu göstərilsə də, ekspertin tədqiq edilmiş hansı sənəddəki imzanın X19 tərəfindən icra edildiyini müəyyən edə bilmədiyindən ekspert rəyi hazırkı mübahisənin həllində mötəbər sübut sayılmır.

11. İddiaçı eyni zamanda X8 vəsiyyətnamənin verildiyi dövrdə görmə qabiliyyətini itirməsi barədə də sübut təqdim etməmiş, iddiaçının tələbinin əsası kimi istinad etdiyi həmin hal da təsdiq edilməmişdir. Beləliklə, iş üzrə sübutlarla mübahisəli vəsiyyətnamənin X19 tərəfindən imzalanmaması halı təsdiq edilməm işdir.

12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli vəsiyyətnamənin X20 tərəfindən imzalanmamasının təsdiq olunması halı belə iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, X8 27 fevral 1987-ci ildə vəfat etdiyi vaxt, onun birinci növbə üzrə vərəsəsi olan iddiaçının atası X3 olduğundan, mirasdan pay almaq, o cümlədən vəsiyyətnaməni mübahisələndirmək hüququ ona aid olmuş, iddiaçının isə mərhum X6 qalmış mirasa qanun üzrə vərəsəlik hüququ, o cümlədən miras əmlak barədə verilmiş vəsiyyətnaməni mübahisələndirmək hüququ əmələ gəlməmişdir.

13. Göründüyü kimi iddiaçı həmin vəsiyyətnaməni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Onun subyektiv hüquqa malik olmaması iddianın təmin edilməsini istisna etdiyindən, mübahisəli vəsiyyətnamənin Azərbaycan Respublikası Mülki Məcəlləsində müə yyənləşdirilmiş şərtlərə riayət edilib edilməməsi ilə verilməsi halının araşdırılması zəruriliyini də aradan qaldırır. İddiaçı vəsiyyətnaməni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadığından, onun tələbi ilə vəsiyyətnamə etibarsız hesab edilə, iddia tələbi isə təmin edilə bilməz.

14. Məhkəmə öz mövqeyini 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci, Mülki Prossesual Məcəlləsinin 9.1, 9.3, 88, 107, 119.1, 115, 217.2, 217.4-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qəra rına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə əlavə olunmuş adına verilmiş 24.02.1988-ci il tarixli qeydiyyat vəsiqəsi ona əsas verir ki, mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuş saxta vəsiyyətnaməni mübahisələndirsin. Eyni zamanda 24.02.1988-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, torpaq sahəsi həmin dövrdə dövlətin müstəsna mülkiyyəti olduğundan sənəddə fərdi yaşayış evi göstərilmişdir. Məhkəmə mülki işə baxarkən Torpaq islahatı haqqında qanunun tələblərini nəzərə almamışdır. İslahatdan əvvəl babası X20 1987-ci ildə vəfat e tdiyinə görə torpaq sahəsi babasının adına işlənə bilməzdi. Ona görə ki, həmin dövrdə torpaq sahələri Dövlətin müstəsna mülkiyyəti olmuşdur. Qeyd edilənlər Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin saxta olmasını göstərir. Eyni zamanda ekspert rəyindən görünür ki, Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamədə olan vəsiyyətçi sözündən sonra olan imzanın X20 tərəfindən imzalanmadığı sübut olunmuşdur. Məhkəmə xətşünaslıq ekspertizası təyin edərkən həqiqəti müəyyən etmək üçün ekspert qarşısında qoyduğu beş sualdan birini qərardadda göstərməklə, onun hüquqlarını məhdudlaş dırmışdır. Həmçinin məhkəmə mülki mübahisəni 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə istinad edərkən, Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda 01.12.2012-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 01.09.2000-ci il tarixdən sonra yaranmış Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğunluğuna münasibət bildirməmişdir. Bundan başqa 14.09.2021-ci il tarixdə təyin olunmuş məhkəmə baxışı iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 iştirak etmədiyi halda onun qətnamədə iddia tələbinə dair izahatı göstərilmişdir.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-201/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A. Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, miras qoyan şəxs X20 1987-ci ildə vəfat etdiyindən, mübahisələndirilən vəsiyyətnamə isə 1982-ci ildə tərtib edildiyindən notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq vəsiyyətnamənin tərtibinə və mübahisələndirilməsinə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) müddəaları əsasında həll olunmalıdır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə sübutlarla mübahis əli vəsiyyətnamənin X19 tərəfindən imzalanmaması halı təsdiq edilmir. Belə ki, məhkəmə xətşünaslıq ekspertizasının 12 iyul 2021-ci il tarixli 4/865 №-li rəyində mübahisələndirilən vəsiyyətnamədəki imzanın X19 tərəfindən icra olunmaması deyil, vəsiyyətnamədəki imza ilə sərbəst nümunə kimi götürülmüş və tədqiqata təqdim edilmiş təsərrüfatbaşına kitabdakı imzaların eyni olmamamsı qeyd edilmişdir. Bu isə özü-özlüyündə vəsiyyətnamədəki imzanın X13 məxsus olmaması anlamına gəlmir.

20. Bundan əlavə işin mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı 1962-ci il təvəllüdlü olmaqla mübahisələndirilən vəsiyyətnamə tərtib olunan vaxtı, yəni 1982-ci ildə artıq yetkinlik yaşına çatmış şəxs olmuşdur. Həmçinin vəsiyyət edən X19 27 fevral 1987-ci ildə vəfat etdiyi vaxt, onun birinci növbə üzrə vərəsəsi, yəni iddiaçının atası X3 olmuş, lakin həmin dövrdə birinci növbə vərəsə kimi vəsiyyətnaməni mübahisələndirməmişdir. Göründüyü kimi vəsiyyətnamənin tərtib olunduğu vaxtdan qırx ilə yaxın müddət keçəndən sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində hüquqlarından istifadə etməmişdir. Ona görə də iddiaçı tərəfin bu mülahizələri də məhkəmə tərəfindən inandırıcı və ağalbatan görünmür.

21. Məhkəmə öz mövqeyini Azərbaycan SSR Mülki Məcəlləsinin (1965-ci il redaksiyalı) 77, 537, 545, 549-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci il redaksiyalı) 377.1, 1231.1, 1231.2-ci, Mülki Prossesual Məcəlləsinin 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.09.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə əsasən vərəsə mirası mirasın açıldığı gündən 6 ay müddətinə qəbul etməli olduğu halda üçüncü şəxsin əri X14 qeyd edilən təsərrüfatda yaşamamış və mirası nə faktiki nə də rəsmi qəbul etməmişdir. X10 vəfatından sonra həmin təsərrüfatda iddiaçı və atası X15 yaşamış və idarə etmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və 01.09.2000-ci ilədək qü vvədə olmuş Mülki Məcəllənin 528, 552, 564-cü maddəsinin tələblərini pozmuşdur.

24. Bundan başqa Mülki Məcəllənin 1151.1-ci maddəsinin tələblərinə əsasən X10 mübahisəli torpaq sahəsinə və evə mülkiyyət hüququ olmadığından qeyd edilən əmlaklar mirasın kütləsinə daxil edilə bilməzdi. Həmçinin mübahisəli fərdi yaşayış evinə iddiaçının 1988-ci il tarixli qeydiyyat vəsiqəsi vardır və həmin ev onun mülkiyyətindədir.

25. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hazırkı işə kəsici müddət tətbiq edərkən nəzərə almamışdır ki, iddiaçı vərəsəlik işinin açılmasından və vəsiyyətnamənin mövcud olmasından məlumatlı olmamış və bu barədə yalnız üçüncü şəxs ona qarşı məhkəmədə miras əmlakdan çıxarılması ilə bağlı iddia qaldırdıqdan sonra məlumatlı olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 23.09.2021-ci il tarixli qərardadı ilə həmin iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi Mülki məcəllənin 1231.1-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir.

26. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etməməklə, apellyatorun dəlillərinə heç bir münasibət bildirməməklə, işin hərtərəfli, tam və obyektiv araşdırılmasına şərait yaratmamaqla MPMin 14.1, 88, 101.7, 102.1, 103.1, 372.6, 372.7-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan SSR Mülki Məcəlləsi (1965-ci il redaksiyalı)

28. Maddə 532 Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar ( o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

29. Maddə 537 Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan, həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ya ayrı-ayrı dövlət, kooperativ təşkilatlarına və ictim ai təşkilatlara vəsiyyət verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər.

30. Maddə 545 Vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Mülki Prossesual Məcəllə

31. Maddə 14.1 Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır

37. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qa nuni əsas deyildir.

43. Hazırkı iş üzrə iddiaçının babası tərəfindən əmisi Abdulla Musayevə vəsiyyətnamə qoyması, vəsiyyətnamə qoyularkən və ondan sonra iddiaçının atasının sağ olması, bu müddətdə iddiaçının atasının mirasın qəbulu üçün müraciət etmədiyi, vəsiyyətnamə icra olunaraq A.Musayev tərəfindən mirasın qəbul olunması, onun vəfatından sonra isə onun həyat yoldaşı olan Fatimat Sofiyevanın mülkiyyətinə keçməsi işin müəyyən olunmuş hallarıdır.

44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işdə olan sənədlərə əsasən mübahisəli miras əmlakın iddiaçının atası tərəfindən qəbul edilməsi müəyyən edilmir. Miras açılarkən iddaçının atası sağ olmuş və mirası qəbul etmək imkanı olmuş, lakin o mirası qəbul e tməmişdir. Vəsiyyətnamə qoyularkən isə iddiaçının özü yetkinlik yaşına çatmışdır. Odur ki, apellyasiya məhkəməsi tərəfindən haqlı olaraq qeyd edilmişdir ki, vəsiyyətnamənin tərtib olunduğu vaxtdan qırx ilə yaxın müddət keçəndən sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, qanunvericiliklə müəyyən olunmuş müddətdə hüquqlarından istifadə etməmişdir.

45. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlill əri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-201/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar