Məhkəmə qərarları › İş №2(102)-2915/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2915/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2915/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əlövsət qızının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillərin təhvil verilməsi və mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Əlövsət qızının Cavabdeh MMC-yə qarşı mənzillərin təhvil verilməsi və mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2347/2023 nömrəli, 3 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Əlövsət qızı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti məhəllə 1181 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin “C” blokunun 22-ci və 23-cü mərtəbələrində 80 kv.m. və 195 kv.m. sahəsi olan mənzillərə dair podrat müqavilələri bağlanmışdır.

2. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışlarına görə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 məhəllədə tikiləcək binanın C blokunun 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 m² olan 136 saylı yaşayış sahəsi və həmin binanın C blokunun 23-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80 m² olan 137 saylı yaşayış sahəsi İddiaçı Əlövsət qızına məxsusdur. Mənzillərin dəyəri tam ödənilmişdir.

3. Binanın layihə sənədlərində edilmiş dəyişikliklərə əsasən “C” bloku sonradan “A-1” binası adlandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Əlövsət qızı Cavabdeh MMC-yə qarşı mənzillərin təhvil verilməsi və mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən, A-1 yaşayış binasında (A-1 blokunda) yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və həmin mərtəbədə yerləşən ümumi sahəsi 80 kv.m. olan 137 saylı mənzilin (əgər bu mümkün olmadıqda, yəni 22-ci mərtəbədə həmin nömrəli mənzillər olmazsa və s. hallarda inşası tamamlanmış eyni binadan (blokdan) eyni ölçüdə olmaqla müvafiq mənzillərin) İddiaçı Əlövsət qızına təhvil verilməsi, Cavabdeh MMC tərəfindən yuxarıda qeyd edilən mənzillərə dair İddiaçı Əlövsət qızına sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbini belə əsaslandırmışdır ki, müqavilələri bağladığı vaxtdan üç ildən çox müddət keçmişdir. Hazırda yaşayış binası tam tikilmiş və bəzi mənzi llərdə vətəndaşlar tərəfindən təmir işləri aparılır. Sözügedən binada yerləşən mənzillərinə baxmaq istəyərkən cavabdeh tərəfindən iddiaçıya müxtəlif bəhanələrlə maneələr yaradılır və mənzillərə sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinin qarşısı alınır. Qeyd edilən mübahisə ilə əlaqədar mülki iş üzrə yerli baxış keçirilən zaman Cavabdeh MMC-nin direktoru bildirdi ki, hal-hazırda sözügedən mənzillər inşası tamamlanmış yaşayış binasında mövcuddur. Sadəcə sonradan yaşayış binasının girişlərinin adı dəyişib. Yəni, İddiaçı Əlövsət qızı ilə bağlanan 19 aprel 2019-cu il tarixli müqavilədəki “C” bloku “A-1” binası (bloku) adlanır. Həmçinin məhkəmənin sorğusunda cavabdeh tərəfindən verilən cavabda bu öz əksini tapmışdır.

6. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh MMC ilə İddiaçı Əlövsət qızı arasında heç bir müqavilə bağlanılmamışdır. Onlar qeyd iddiaçının təqdim etdiyi müqavilələri Mahmud adlı şəxsə vermişdirlər. Belə ki, Əliyev Qabilin dostu olan Nəbi adlı şəxs, Mahmuddan tikinti materialları götürmüş və həmin materialların dəyəri olan 115000 ABŞ dolları borcu yaranmışdır. Həmin borcun ödənilməsi üzrə öhdəliyin təminatı kimi qeyd edilən müqavilələr imzalanmışdır. İddiaçı mənzillərə görə hər hansı bir ödəniş etməmişdir. Odur ki, Cavabdeh MMC ilə Xətai rayonu, Xocalı prospekti, 1118-ci məhəllədə yerləşən yaşayış binasının “C” blokunun 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və 80 kv.m. olan 137 saylı mənzilin alqı-satqısı barədə 19 aprel 2019-cu il tarixli müqavilələr etibarsızdır. Cavabdeh MMC tərəfindən Xətai rayonu, Xocalı prospekti, 1118-ci məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin ilkin layihəsində “C” blokunun tikinti nəzərdə tutulduğuna görə müqavilə həmin blokda yerləşən mənzillər ilə bağlı imzalanmışdır. Daha sonra yaşayış kompleksinin layihə-tikinti sənədləri də dəyişilmişdir. Lakin müqavilələrdə göstərilən hər iki mənzil Xətai rayonu, Xocalı prospekti, 1118-ci məhəllədə yerləşən A-1 binasının (blokunun) 22-ci mərtəbəsində yerləşir və həmin mənzillərə dair üçüncü şəxslərlə digər müqavilələr bağlanılmayıb.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 4 noyabr 2022-ci il tarixli 2(011)-3790/2022 saylı qətnaməsi ilə (hakim Əminə Ab basova) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh aralarında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti məhəllə 1181 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin “C” blokunun 22-ci və 23-cü mərtəbələrində 80 kv.m. və 195 kv.m. sahəsi olan mənzilləri barədə podrat müqaviləsi bağlamışlar. Cavabdeh tərəf məhkəmə prosesi zamanı İddiaçı Əlövsət qızı ilə Cavabdeh MMC arasında bağlanılmış müqavilələr mənzillərin “C” blokunda yerləşdiyi qeyd edildiyinə baxmayaraq, binaların layihə sənədlərində edilmiş dəyişikliklərə əsasən, həmin “C” blokunun sonradan “A-1” binası adlandırıldığını, barəsində müqavilələr imzalanmış mənzillərin Bakı şəhəri, Xətai rayonu, X ocalı prospekti 1181-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş “A-1” binasının 22-ci mərtəbəsində yerləşdiyini etiraf etmişdir. Müqavilələrin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmiş, habelə cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərkən də bu halı mübahisələndirməmişdir. Bu halda, cavabdeh bağladığı müqavilə üzrə mənzillərin satıcıya təhvil verilməsi öhdəliyini daşıyır. Bu öhdəlik onun şəxsi öhdəliyidir və hər bir öhdəliyi üçün məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öhdəliyini icra edərək mənzillərin müqavilədə nəzərdə tutulmuş dəyərini tam şəkildə ödəsə də, cavabdeh həmin mənzilləri iddiaçıya təhvil verməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, mənzillər otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olan fərdi müəyyən edilən əşya olduğundan, bununla da bağlanmış müqavilə əsasında mənzillər yalnız iddiaçıya məxsus olduğundan, iddiaçı mənzillərin ona təhvil verilməsini, həmin mənzillərə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasın qadağan edilməsini tələb etməkdə haqlıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 452.1, 178.1, 178.2, 178.8, 157.2, 157.8-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ilkin iddia ərizəsi üzrə iddiaçının təqdim etdiyi iddia ərizəsində göstərilənlər tamamilə yalandır. Ümumiyətlə onlar İddiaçı Əlövsət qızı ilə heç bir müqavilə bağlamamışlar. Nədəki, 2019-cu il tarixdən bugünə kimi, binaya yaxınlaşaraq orada mənzillərinin olmasını bildirməyib. Belə ki, qeyd olunan mülki işlə bağlı məhkəmə tərəfindən yerli baxış keçirildikdən sonra cavabdeh tərəfindən mülki iş materiallarına əlavə olunmuş müqavilələrə nəzər yetirildikdə məlum olmuşdur ki, həmin müqavilələr Mahmud adlı şəxsə verilmişdir. Belə ki, onların dostu olan Nəbi adlı şəxs Mahmuddan tikinti materialları götürmüş və həmin materialların dəyəri olan 115.000 (yüz on beş min) ABŞ dolları borcu yaranmışdır. Lakin həmin borcu qaytara bilmədiyi üçün Mahmudla Nəbinin arasında narazılıq yaranmışdır. Sonradan cavabdeh Nəbinin dostu olaraq, onun borcu barədə Mahmudla danışıq aparan zaman, Mahmud borcun qarşılığı qismində girov olaraq, yuxarıda qeyd olunan müqavilələri imzalamağı istəmişdir. Nəbi ilə Mahmud arasında olan borc münasibətlərini pərdələmək adı ilə yuxarıda qeyd olunan müqavilələr cavabdeh tərəfindən imzalanmışdır. Razılıq əldə olunub ki, qeyd olunan müqavilələr girov olaraq imzalanır. Sonradan araşdırma zamanı məlum olmuşdur ki, X1 həyat yoldaşıdır. İddiaçı Əlövsət qızının tikintiyə gəlməsi və ona maneələrin yaradılması isə tamamilə yalandır. Bəlkə də, o, ümumiyyətlə, bu müqavilə bağlanan zaman Azərbaycanda olmayıb. Çünki, Mahmudu n bildirdiyinə görə o, ailəsi ilə birlikdə Ukraynada yaşayır. Qeyd olunan müqavilələrin dəyərinə nəzərə yetirdikdə də məlum olur ki, həmin müqavilələr 115.000 (yüz on beş min) ABŞ dollarının dəyəri olaraq qiymətləndirilmişdir. Belə ki, hər iki müqavilə üzrə olan mənzillərin dəyəri də manat-dollar ekvivalenti ilə 115.000 (yüz on beş min dollar) məbləğində qeyd olunmuşdur. Halbuki, müqavilələrdə qeyd olunan qiymətə, bu tikintinin yerləşdiyi ərazidə mənzil tapmaq qeyri-mümkündür. Hər bir halda hesab edirik ki, qeyd olunan, "xxxx" MMC ilə İddiaçı Əlövsət qızı arasında olan xx.xx.2019-cu il tarixli müqavilələr digər mülki münasibətləri pərdələdiyinə görə etibarsız sayılmalıdır. Həmçinin məhkəmə qətnaməsinin əsası kimi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmiş, habelə cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərkən də bu halı mübahisələndirməmişdir. Qeyd olunmalıdır ki, məhkəmə qətnaməsindən də göründüyü kimi, cavabdeh tərəfindən məhkəməyə yuxarıda qeyd olunan hallar barədə məlumat verilmiş və həmin hallara görə iddiaçı ilə olan müqavilələrin etibarsızlığı məhkəmənin diqqətinə çatdırılmışdır. Belə ki, məhkəməyə bu barədə qarşılıqlı iddia tələbi ilə müraciət olunsa da, məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə verilmiş qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Həmin qərardaddan şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6266/2022 saylı,xx.xx.2022-ci i l tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3790/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2347/2023 nömrəli iş üzrə 3 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini yerinə yetirmək istəmir, müxtəlif bəhanələrlə bundan yayınmağa çalışır. Cavabdeh tərəf iddiaçı ilə bağla nmış müqavilələri inkar etmir, sadəcə MMC-nin iddiaçının ərinə tikinti materiallarına görə 115.000 (yüz on beş min) ABŞ dolları borcu yarandığına görə qeyd olunan müqavilələrin borc münasibətlərini pərdələmək üçün girov məqsədilə bağlandığını qeyd edir. Təbii ki, bəyan edilən bu hallar sübuta yetirilməlidir. Onları sübut etmək yükü isə cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh MMC bəyan etdiyi hallara dair məhkəməyə hər hansı bir, o cümlədən 115.000 (yüz on beş min) ABŞ dolları borcun qaytarılmasına dair sübut təqdim etməmişdir. Bu cür vəziyyətdə qeyd olunan müqavilələri etibarsız saymaq vicdanlılıq prinsipinə zidd və hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadə sayılır. Birdəki, mənzillərin alınması müqabilində pul əvəzi kimi tikinti materiallarının verilməsi də həmin müq avilələrin əvəzsiz olması demək deyildir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də mövcuddur. Cavabdeh tərəf şikayətində həmin dəlilləri qeyd etsə də yarana biləcək bu “sualların” cavabına da şikayətində aydınlıq gətirə bilərdi, ancaq gətirməmiş, apellyasiya baxışı zamanı da nümayəndəsi məhkəmə iclasında iştirak edərək qeyd olunan halları təkzib etməyə cəhd edə bilərdi, ancaq onu da etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfin mövqeyi inandırıcı və ağlabatan olmamaqla, həm də xoş niyyətlə olmadığı da açıqaşkar bəllidir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Kass asiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 157.2, 157.8-ci maddələrini tətbiq edərək, işin hallarında iddiaçının əmlakının bizim qanunsuz istifadəmizdə olmasını izah edə bilməmişdir. Qeyd olunan hal apellyasiya şikayətində göstərilsə də apellyasiya məhkəməsi öz qətnaməsində buna münasibət bildirməmişdir.

18. Kassator qeyd etmişdir ki, Cavabdeh MMC ilə X3 arasında olan xx.xx.2019-cu il tarixli müqavilələr digər mülkü münasibətləri pərdələdiyinə görə etibarsız sayılmalıdır.

19. Mülkü iş araşdırılarkən, göstərilən xüsusatlar məhkəmə tərəfindən araşdırılm alı idi. Belə ki, aralarında olan əqdin etibarsızlığına dair məhkəməyə məlumat vermişdilər. Əslində məhkəmə əqdin həqiqiliyinin şübhə doğuran məqamlarını onun məzmunundan da görə bilərdi. Belə ki, iddiaçının bu qədər vaxt keçdikdən sonra birdən birə gəlib ortaya çıxması, müqavilə predmeti olan mənzilin dəyərinin həqiqəti əks etdirməməsi buna sübutdur. Həmçinin kassator qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunan mənzillərin dəyərinin ödəməsini bildirir. Lakin həmin dəyərin ödənilməsini sübut edə biləcək kassa mədaxil orderi və yaxud da ödəniş qəbzini məhkəməyə təqdim edə bilmir.

20. Həmçinin məhkəmə qətnaməsinin əsası kimi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmiş, habel ə cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərkən də bu halı mübahisələndirməmişdir. Qeyd olunmalıdır ki, məhkəmə qətnaməsindən də göründüyü kimi, onlar məhkəməyə qeyd edilən hallar barədə məlumat vermiş və həmin hallara görə, iddiaçı ilə aramızda olan müqavilələrin etibarsızlığı məhkəmənin diqqətinə çatdırmışıdırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə

13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibar ətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 157.1 və 157.2. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halla rı istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

28. Maddə 387.2 və 387.3. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər

29. Maddə 389.1 və 389.3. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilm əsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

32. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

33. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

34. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma i lə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

35. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.

36. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

37. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzif ələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

38. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

39. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tut ulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir

40. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür

41. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür

42. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

43. Maddə

758. Əgər müqavilənin predmeti bina və ya onun ayrı-ayrı hissələridirsə, podratçı müqavilədən irəli gələn tələblərinə əsaslanaraq, binanın ucaldıldığı sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb edə bilər.

44. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası k imi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyə n edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında podrat münasibətləri yaranmışdır və hazırki mübahisə də tərəflər arasında bağlanmış podrat müqaviləsinin müddəaları və Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır.

56. Nəzərə alınmalıdır ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

57. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də mübahisənin həllinə Mülki Məcəllənin podrat münasibətlərinə aid 39-ci fəslinin normalarını tətbiq etmiş, tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərini əsas tutmuş, işin hallarını qeyd olunan hüquq normalarnın tələbləri əsasında araşdıraraq qeyd etmişdir ki, müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini yerinə yetirmək istəmir, müxtəlif bəhanələrlə bundan yayınmağa çalışır. Cavabdeh tərəf iddiaçı ilə bağlanmış müqavilələri inkar etmir, sadəcə MMC-nin iddiaçının ərinə tikinti materiallarına görə 115.000 (yüz on beş min) ABŞ dolları borcu yarandığına görə qeyd olunan müqavilələrin borc münasibətlərini pərdələmək üçün g irov məqsədilə bağlandığını qeyd edir. Təbii ki, bəyan edilən bu hallar sübuta yetirilməlidir. Onları sübut etmək yükü isə cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh MMC bəyan etdiyi hallara dair məhkəməyə hər hansı bir, o cümlədən 115.000 (yüz on beş min) ABŞ dolları borcun qaytarılmasına dair sübut təqdim etməmişdir. Bu cür vəziyyətdə qeyd olunan müqavilələri etibarsız saymaq vicdanlılıq prinsipinə zidd və hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadə sayılır.

58. Məhkəmə sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülmə si və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.

59. Apelyasiya instansiyası məhkəməsi də cavabdehin apellyasiya şikayətində irəli sürdüyü bütün dəlilləri ayrılıqda araşdıraraq aydın şəkildə qiymətləndirmiş, gəldiyi nəticəni əsaslandırmışdır.

60. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlil ləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2347/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar