Məhkəmə qərarları › İş №2(102)-2917/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2917/2024

11.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2917/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və ünvan qarşı ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi, mirasdan məcburi pay tələbi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X12 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və ünvan qarşı şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı məcburi pay hüququnun müəyyən edilməs i tələblərinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-200/2024 nömrəli, 23 aprel 2024-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ölüm haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. 2. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X13 Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi ev 21, 3 saylı mənzili İddiaçı bağışlamışdır.

3. Ölüm haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

4. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Nissa n Micra” minik markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 adına qeydiyyata alınmışdır.

5. DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) X8 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

6. X6 tərəfindən ünvan ünvanlanmış ərizəyə əsasən, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası – X7 irs qalmış yaşayış evi, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir.

7. Cavabdeh2 tərəfindən ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasə n, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 miras qalmış mənzil, maşın və əmanətdən ibarət əmlakdan ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

8. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktuba əsasən, Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi ev 21, 3 saylı mənzil 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-422 reyestr nömrəli, X13 və İddiaçı arasında imzalanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

9. X8 miras əmlakı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Y eni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzil, **-ZC-*** dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomobil və "xxxx" QSC-də əmanət vəsaitindən ibarətdir. Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzil isə mərhumun sağlığında İddiaçı bağışlanmış, sonuncunun mülkiyyətindədir.

10. X8 (doğum tarixi: xx.xx.1952-ci il; ölüm tarixi: xx.xx.2021-ci il) "xxxx" QSC-də adına olan bank hesablarına dair "xxxx" QSC-nin 083271 nömrəli arayışdan məlum olur ki, mərhum X8 adına həmin bankda olan hesablarda cəmi məbləğ 20723,99 (18228,75 manat hər üç əmanət üzrə hesablanmış faiz məbləğlərinin cəmi+2495,24 manat digər gəlirlər)+21000+70000+7300=119023,99 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh2 və ünvan qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş anası mərhum X8 yeganə vərəsəsi kimi tanınması və İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş anası mərhum X7 miras qalan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzilin, **-ZC-*** dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomobilin və "xxxx" QSC-də əmanət vəsaitinin üzərində tam hissədə payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 18 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Mərhum mirasqoyan xx.xx.1952-ci il təvəllüdlü X13 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhumun vəfat etdiyi vaxtda onun birinci növbə 3 vərəsəsi, onun övladları həyatda idi. Mərhumun ölümü ilə əlaqədar onun övladları İddiaçı və Cavabdeh2 29 yanvar 2022-ci il tarixində ünvan müraciət etmiş, hər ikisi mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Mərhumun digər övladı- X6 isə 18 saylı Notariat Ofisinə ərizə ünvanlayaraq ona çatacaq miras payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mərhum mirasqoyanın həyat yoldaşı X9 isə mərhumdan daha öncə, xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdə 18 saylı Notariat Ofisində mərhum X8 ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır, mərhumun iki övladı mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Mirasqoyanın ölümü və vərəsəlik işi ilə əlaqədar aşağıdakı sənədlər hazırki iddia ərizəsinə əlavə edilir. X2 ölüm haqda şəhadətnaməsi; iddiaçının mirasqoyanın oğlu olmasını təsdiq edən iddiaçının doğum haqda şəhadətnaməsi; iddiaçının bacısı X3 ona çatacaq miras payından qardaşı İddiaçı xeyrinə imtina barədə xx.xx.2022 tarixli ərizəsi; cavabdehin mirasın qəbul edilməsi ilə bağlı xx.xx.2022 tarixli ərizəsi; mərhum mirasqoyanın əri X5 ölüm haqda şəhadətnaməsi. Mirasın tərkibi aşağıdakı əmlaklardan ibarətdir: Avtomobil, mərhum mirasqoyan X10 məxsus 90-ZC- 345 dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomobil miras kütləsinə daxildir. Nəqliyyat v asitəsinin qeydiyyat şəhadətnaməsi hazırki iddia ərizəsinə əlavə edilir. Mənzil, mərhum X11 Cavad qızma məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzil miras kütləsinə daxildir. Mənzilin ƏMDK yanında DƏDRX reyestrindən çıxarış hazırki iddia ərizəsinə əlavə edilir. "xxxx" QSC-də əmanət vəsaiti. Əmanətin məbləği və tarixçəsi barədə AccessBank QSCnin Babək filialı tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli 019354 saylı məktub hazırki iddia ərizəsinə əlavə edilir. İddiaçi cavabdehə mirasdan hər hansı payın verilməsinə etiraz edir. İddiaçı mərhum anasının müalicəsi ilə bağlı xərc çəkmişdir. İddiaçının anası ilə çox sıx ana-oğul münasibətləri m övcud olmuşdur. İddiaçı daim anasına baxmış, ona maddi və mənəvi köməklik göstərmişdir. İddiaçı anasının son günlərinə kimi onun yanında olmuşdur, ona qayğı göstərmişdir. Mərhum mirasqoyan ömrünün son illərində kəskin xəstəliyə tutulmuşdur, xəstəliyinin müalicəsi ilə bağlı xarici ölkələrə (Türkiyə, Almaniya, İsveç və s.) üz tutmuşdur. Sözügedən müalicələrin həmin ölkələrdə aparılması kifayət qədər vəsait tələb edirdi, həmin vəsaitin hamısı iddiaçı tərəfindən qarşılanırdı. İddiaçı anasını həmin ölkələrdə müşayiət etmiş, ona lazımi dərman preparatlarını hər zaman vaxtı-vaxtında almışdır. Onu müxtəlif həkim müayinələrindən və müalicəvi prosedurlardan keçirmişdir. Bütün bu xərclərin hamısı iddiaçının şəxsi vəsaiti hesabına qarşılanmışdır. İddiaçı anasının əmlakını idarə etmişdir, anasının peşə və kommersiya fəaliyyətində yaxından iştirak etmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı anasına hər bir mənada maddi və mənəvi dəstək göstərmişdir. Cavabdeh isə, daim xarici ölkədə yaşamışdır, anasının həyatında iştirak etməmişdir. Vacib qeyd: iddiaçının xüsusi töhfəsinə dəlalət edən, onun çəkdiyi xərcləri sübut edən sənədlər tərəfimizdən müvafiq qurumlara sorğu edilmişdir. Sorğulara cavablar əldə ediləndən sonra məhkəməyə təqdim ediləcəkdir. İddiaçı tam hissədə vərəsəlik haqda şəhadətnamə tələb etmişdir. İddiaçı mirasın açıldığı 18 saylı Notariat Ofisinə yazılı şəkildə müraciət etmiş və ona mirasın tam hissəsində vərəsəlik hüququ haqda şəhadətnamənin verilməsini tələb etmişdir. Lakin Notariat Ofisindən ona yalnız 2/3 hissədə vərəsəlik vərəsəlik şəhadətnaməsinin verilə biləcəyi bildir ilmişdir. 18 saylı Notariat Ofisinin bizə ünvanladığı 17 may 2022 tarixli 590 saylı məktubuna əsasən, iddiaçıya vərəsəlik haqda şəhadətnamənin verilməsindən imtina edilmiş, bununla bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 18 saylı Notariat Ofisinin bizə ünvanladığı xx.xx.2022-ci il tarixli 590 saylı imtina məktubu hazırki iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı mirasın qəbulu üçün vaxtında müraciət etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilən materiallara əsasən, İddiaçı anasından qalmış mirası qəbul etmək üçün xx.xx.2022-ci il tarixində 18 saylı Notariat Ofisinə müraciət etmişdir. (iddiaçının notarial qaydada təsdiq edilmiş xx.xx.2022 tarixli ərizəsi hazırki iddia ərizəsinə əlavə edilir). Göründüyü kimi, iddiaçı mirası vaxtında qəbul edən yeganə birinci növbə vərəsəsid ir. Belə olan halda isə, iddiaçıya vərəsəlik hüququ haqda şəhadətnamə verilməlidir.

13. Bununla yanaşı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X13 tərəfindən cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli 4Ə-422 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən bağışlanmış Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilində Cavabdeh2 1/6 hissədə məcburi pay hüququnun tanınması barədə qətnamə çıxarılması, çıxarılacaq qətnamənin göstərilən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına müvafiq qeydiyyatın aparılması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci il tarixdə an adan olmuşdur. Cavabdeh İddiaçı onun doğma qardaşıdır. Onların anası mirasqoyan xx.xx.1952-ci il təvəllüdlü X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfat etdiyi vaxtda birinci növbə 3 vərəsəsi - 3 övladı həyatda olmuşdur. Həmin övladlar xx.xx.2022-ci il tarixdə ünvan mirasın qəbul edilməsi üçün müraciət etmiş və vərəsəlik işi açılmışdır. X1 ona çatacaq miras paydan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mirasın tərkibinə daxil olan əmlaklar - “Nissan Micra” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi M.Hadi küçəsi 136P saylı evin 49 saylı mənzili və "xxxx" QSC-də olan əmanət hesabıdır. Miras kütləyə daxil olan yuxarıdakı əmlaklardan başqa mərhum X8 adında Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzili də olmuşdur. Həmin mənzil DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi xx.xx.2020-ci il tarixli 4Ə-422 reyestr nömrəli X13 və İddiaçı arasında imzalanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Cavabdeh2 mərhum X8 birinci növbəli 3 vərəsəsindən biridir. Ona görə də onun bağışlanmış əmlakda məcburi payı mövcuddur. Konstitusiya məhkəməsinin qərarına və qanunvericiliyin tələblərinə əsasən hesab etmişdir ki, cavabdeh İddiaçı miras qoyan mərhum X13 tərəfindən Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzili ölümündən 1 il 9 ay qabaq bağışladığı üçün iddiaçı Cavabdeh2 həmin əmlakda məcburi pay hüququ var. Miras qoyan Pakizə Mahmudova nın miras açılan vaxtı üç vərəsəsi olmuşdur, bu halda miras əmlakdakı məcburi payı 1/6 hissə təşkil edəcəkdir.

15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5672/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 qeyrisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “birinci növbəli vərəsə kimi bağışlanmış əmlakda məcburi pay hüququnun tanınması” tələbi barədə iddia üzrə mülki işlər birləşdirilmişdir.

16. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-104/2023 nömrəli iş üzrə 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) İddiaçı Cavabdeh2 və ünvan qarşı “şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddiası rədd edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddiası təmin olunmuş, Cavabdeh2 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilin 1/6 hissəsinə pay hüququ (məcburi pay) müəyyən edilmişdir.

17. İddiaçı iddiasına münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mərhum anasının miras əmlakına yeganə vərəsə hesab olunması üçün irəli sürdüyü dəlillərini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iş üzrə müəyyən olunmuşdur ki, Cavabdeh2 mərhumun qanun üzrə vərəsəsi olmaqla İddiaçı ilə birlikdə hüquqlara malikdir. Hazırda İddiaçı yeganə vərəsə kimi miras əmlaka tam hissədə pay hüququnun müəyyən edilməsi mərhumun digər vərəsəsinin hüququnun pozulması olardı.

18. İddiaçı mərhum anası X8 yeganə vərəsəsi olmadığınd an, onun anasına məxsus miras əmlaka tam hissədə pay hüququnun müəyyən edilməsi üçün hər hansı əsas aşkar edilməmişdir.

19. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə qeyd etmişdir ki, Cavabdeh2 məcburi pay hüququnun müəyyən olunmasını istədiyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzil əvvəllər onların anasının Pakizə Mahmudovanın mülkiyyətində olmuş, xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında artıq İddiaçı mülkiyyətinə keçmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, miras qoyan sağlığında özünə məxsus Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzili İddiaçı bağışlamışdır. Qanunda miras əmlakın vərəsələrə keçməsinin 3 əsası nəzərdə tutulmuşdur: birincisi, qanun üzrə; ikincisi vəsiyyətnamə üzrə; üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Hazırkı mübahisə üzrə mərhum Pakizə Mahmudova öz əmlakını qanun üzrə vərəsələrindən birinə bağışlamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının miras əmlakda məcburi pay hüquqları yaranmışdır. Qanunvericiliyin müddəalarında məcburi payın yaranmasının dispozitiv şərtləri nəzərdə tutulmuşdur. Qanunun mənasına görə tamamlanma tələbinin təmin edilməsi üçün ilk növbədə tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid o lmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olması əsas şərtlərdir.

21. Cavabdeh2 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzildə məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını təşkil etməlidir. X15 üç övladı onun vərəsələri olduğundan, Cavabdeh2 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzildə məcburi payı qanun üzrə vərəsəlik zamanı ona çatası 1/3 payın yarısını, yəni 1/6 təşkil etməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh2 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilin 1/6 hissəsinə məcburi payı müəyyən edilməlidir.

22. Cavabdeh2 iddia ərizəsində çıxarılacaq qətnamədə göstərilən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına müvafiq qeydiyyatın aparılması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmasının göstərilməsi xahişinə münasibətdə məhkəmə iddiaçının göstərilən tələbini vəsatət kimi qəbul edərək qeyd etmişdir ki, iddiaçının xahişinin təmin olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi gələcəkdə iddiaçının mübahisə li əmlaka dair hüquqlarının qeydə alınması üçün əsas olacağından, qətnamənin nəticə hissəsində bununla bağlı qeyd göstərilməsinə zərurət yoxdur.

23. Məhkəmə öz mövqeyini istinad Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146,1193, 1195, 1297 və 1299-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, Cavabdeh2 mərhum mirasqoyan anaları X13 tərəfindən İddiaçı bağışlanmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 21 saylı evin 3 saylı mənzilində Cavabdeh2 1/6 hissədə pay hüququnun tanınması barədə iddia tələbinin tamamilə rədd edilməsi, İddiaçı iddiasının təmin edilərək, mərhum X8 yeganə vərəsəsi kimi tanınması və anasından miras qalan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzilin, **-ZC-*** dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomobilin və "xxxx" QSC-də əmanət vəsaitinin üzərində tam hissədə payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının öz anasının həyatında yaxında iştirak etməsini, onunla daim sıx əlaqədə olmasını və m əhz bu səbəbdən də, miras payının ona daha artıq hissədə verilməsi tələbini və həmin tələbin əsaslandığı faktları və dəlilləri ümumiyyətlə araşdırmamış, buna dəlalət edən lazımi məhkəmə araşdırması aparmamışdır. Halbuki, həmin araşdırma aparılsa idi cavabdehin anasının həyatında ümumiyyətlə iştirak etməməsi müəyyən edilmiş olardı. Digər tərəfdən cavabdeh öz iddiasında Mülki Məcəllənin 1200-cü maddəsinin məzmununa istinad etmişdir. Halbuki, həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Mülki Məcəllənin 1200-cü ma ddəsində “üçüncü şəxs” sözləri təsadüfən vurğulanmayıb. Belə ki, həmin maddənin məqsədi odur ki, qanun üzrə birinci növbədə vərəsələrin hüquqları təminat altında olsun. Əksi olsaydı, həmin maddədə “üçüncü şəxs” sözləri olmazdı və yaxud ümumilikdə “əşya bağışlandıqda” sözləri yazılardı. Mirasqoyan isə əmlakını oğluna, yəni birinci növbə vərəsəyə və məcburi paya hüququ olan şəxsə bağışlamışdır. Göründüyü kimi, MM-in 1200-cü maddəsində “üçüncü şəxs” sözlərinin yazılması əşyanın yad şəxslərə, yəni birinci növbə vərəsə(lər)yə deyil, digər şəxslərə, o cümlədən, mərhum ilə qohumluq münasibətində olmayan şəxsləri nəzərdə tutur. Belə olan halda isə, qarşılıqlı iddianın hüquqi əsası mövcud olmur. Bundan başqa məcburi pay təminatının əsas qayəsi birinci növbə vərəsənin hüquqlarını qorumaqdır. Hazırki vəziyyətə münasibətdə isə mirasoqoyanın vəfatından sonra mənzil (miras) yad şəxslərə, digər qohumlara deyil, məhz mirasqoyanın ailə üzvü, doğma oğlu olan və birinci növbə vərəsə sayılan İddiaçı hədiyyə edilib. Belə olan halda isə, məcburi payın əsas təminatına da ehtiyac qalmır. Məhkəmə məcburi pay barədə qanunvericiliyin normalarını düzgün tətbiq etməməklə, İddiaçı anasının sağ ikən ona bağışladığı və hazırda da ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzildən əsassız olaraq, digər şəxsə pay hüququ tanımışdır. Bu isə iddiaçının mülkiyyət hüquqularının kobud şəkildə pozulmasına dəlalət edir. Eyni zamanda məhkəmə, iddiaçının anasının həyat və sağlamlığına, o cümlədən, peşə və kommersiya fəaliyyətinə verdiyi töhfəni nəzərə alma mışdır. 26. "xxxx" MMC tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilin bazar dəyəri 102000 manat, **ZC-*** dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomobilinin bazar dəyəri 12800 manat, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, 49 nömrəli mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, 7 nömrəli mənzil) bazar dəyəri 155000 manat təşkil edir.

27. Digər miras əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 127C ünvanındakı, 0,12 hektar torpaq sahəsinin real bazar dəyərinin isə 40000 manat olması barədə apellyasiya baxışı zamanı hər iki tərəf məhkəmə iclasında yekdil olaraq razılığa gəlmişlər.

28. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-200/2024 nömrəli mülki iş üzrə 23 aprel 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddiaçı Cavabdeh2 iddiasının təmin edilən hissəsində ləğv olunması, Cavabdeh2 İddiaçı qarşı “məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

29. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisə üzrə mərhum Pakizə Mahmudova xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi ev 21, 3 saylı mənzili qanun üzrə vərəsələrindən birinə-İddiaçı bağışlamışdır.

30. Birinci instansiya məhkəməsinin İddiaçı iddiasının rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə öz təsdiqini tapmamışdır. Miras qoyan - Pakizə Mahmudovanın üç övladı onun vərəsələridir və belə olan halda da İddiaçı mərhum anası X8 yeganə vərəsəsi olmadığından, onun anasına məxsus miras əmlaka tam hissədə pay hüququnun müəyyən edilməsi üçün hər hansı əsas yoxdur. Apellyasiya baxışında isə iddiaçı tərəf iddiasının əsaslı olması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı iddiasının rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

31. Apellyasiya məhkəməsi qe yd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 iddiasını təmin etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məcburi pay qanun üzrə vərəsəlik zamanı vərəsəyə çatası payın yarısını təşkil etməlidir.

32. Miras qoyan Pakizə Mahmudova xx.xx.2021-ci il tarixdə vəfat etmiş, həmin tarixdən miraç açılmış, əmlakın bağışlanılmasından miras açılana kimi iki il keçməmişdir. Ona görə də həmin əmlak hədiyyə olaraq hesaba alınır. Bu zaman iddiaçının qeyd olunan əmlaklardan qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olan hissəni tələb etmək hüququ yaranır.

33. Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanan şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirili r və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər.

34. Hazırkı halda ilkin olaraq bağışlanmış əmlak hesabına vərəsə Cavabdeh2 mirasdan payının tamamlanması zərurətinin yaranması üçün əsasların olub-olmamasını müəyyən etmək məqsədi ilə miras aktivinin ümumi dəyəri müəyyən olunmalıdır.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras kütləsinə daxil olan olan cəmi əmlakların dəyəri, ümumilikdə (102000+12800+155000+40000=309800)309800+119023,99=428823,99 manat təşkil etmişdir və həmin m əbləğə münasibətdə hər bir vərəsəyə çatası pay 1/3 olmaqla 142941,33 manat təşkil edir. Demək ki, mirasqoyanın qanun üzrə 3 vərəsəsi var və vərəsələrdən hər birinə düşən pay 142941,33 manat təşkil edir. Məcburi pay qanun üzrə düşən payın yarısını təşkil etdiyindən, 142941,33 manatın 1/2-i isə 71470,66 manat təşkil edir.

36. Bununla yanaşı, miras kütləsinə daxil olan əmlakların dəyəri hesablanan zaman bağışlanan əmlakın (Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzil) dəyəri, yəni 102000 manat nəzərə alınmadıqda, qalan əmlakların ümumi dəyəri 428823,99-102000=326823,99 manat təşkil etmiş olacaq ki, 326823,99 manat qanun üzrə üç vərəsə arasında bölündükdə (326823,99:3= 108941,33) hər bir vərəsəyə düşən pay 108941,33 manat təşkil edir.

37. Miras kütləsinin ümumi dəyər indən bağışlanan əmlak çıxılan zaman üç vərəsənin hər birinin payı 108941,33 manat təşkil etdiyindən, bu da həmin bağışlanan əmlak miras kütləsinə daxil olan zaman hər bir vərəsənin məcburi payı olan 71470,66 manatdan çox olduğundan, hazırkı halda iddiaçı Cavabdeh2 Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən, məcburi payın tamamlanmasını tələb etmək hüququ yaranmır. Bu hüquq yalnız ona çatan payın məcburi payının həcmindən - 71470,66 manatdan- az olduğu halda yarana bilərdi. Hazırkı halda isə ona düşən pay 108941,33 manat olmaqla, məcbur payı üstələyir. Demək ki, hazırkı halda Cavabdeh2 bağışlanmış əmlakın hesabına məcburi payın tamamlanmasını tələb etmək üçün qanuni əsası mövcud deyildir.

38. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi bağışlanmış əmlak hesabına və rəsə Cavabdeh2 mirasdan payının tamamlanması zərurətinin yaranması üçün əsasların olub-olmamasını müəyyən etmədiyindən və bu halda maddi hüquq normasının tələblərini pozduğundan, gəldiyi nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olmamışdır.

39. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 mirasdan məcburi payının tamamlanması zərurəti yaranmadığından, demək ki, onun iddiasının təmin edilməsi üçün əsaslar olmadığından, rayon məhkəməsi hazırkı iş üzrə məcburi payın tamamlanmasında istinad edilən maddi hüquq normalarının tələblərini pozduğundan, eləcə də gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.

40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1193, 1195, 1200, 1243.1, 1297 və 1299-cu maddələrinə, Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş anası mərhum X8 yeganə vərəsəsi kimi tanınması, anasından miras qalan əmlakların üzərində tam hissədə miras payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik tə şkil etmişdir.

43. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1297-ci, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 77.1, 88, 174.2, 217.1 və 217.3-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır.

44. Cavabdeh2 ( vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, Cavabdeh2 iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 mərhum X8 birinci növbəli 3 vərəsəsindən biridir. Ona görə də onun bağışlanmış əmlakda məcburi payı mövcuddur. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində maddi hüquq normaları pozulmaqla qanunlar düzgün tətbiq edilməmişdir.

46. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 667.1, 1159.1.1, 1193, 1200-cü mad dələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1193 və 1200-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 386 və 418.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

49. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

50. Maddə 1145. Miras fiziki şəxsin ölüm ü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

51. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

52. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

53. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

54. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mira sa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

55. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

56. Maddə 1297. Ailə təsərrüfatında əməyi ilə, miras qoyanın peşə və kommersiya fəaliyyətində iştirakla, özünün çəkdiyi xeyli xərclərlə, yaxud başqa şəkildə miras qoyanın əmlakının qorunmasına və artırılmasına xüsusi töhfə vermiş övlad (enən xətt üzrə qohum) miras qoyanın əmlakı bölüşdürülərkən onunla birlikdə qanun üzrə vərəsə sayılan və miras tələb edən qohumlarla bərabərləşdirilməsini tələb edə bilər.

57. Maddə 1299. Miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun ola raq ədalətlə aparılmalıdır. Əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvəd ə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

66. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya in stansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

67. Cavabdeh və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq onun ididasının rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə Mülki Məcəllənin 1193 və 1200-cü maddələrini hazırkı işə düzgün tətbiq və təfsir etmişdir. Cavabdeh2 kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

68. Kassasiya şikayətlərinin işin faktiki h allarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

69. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-200/2024 nömrəli iş üzrə 23 aprel 2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar