Məhkəmə qərarları › İş №2(102)-2918/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2918/2022

31.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2918/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 Nadir oğlu və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2918/22 (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlığı, əqd bağlamağa məcburetmə, sübutetmə) Bakı şəhəri, 31 may 2022-ci il Hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1 Nadir oğlu və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassa siya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh İddiaçı1 Nadir oğlunun ögey bacısıdır. 13.12.1994-cü il tarixdə, 1527 saylı şəhadətnamə ilə qeydiyyata alınmış "xxxx" MMC-nin 01 aprel 2005-ci il tarixində təsdiq olunaraq qeydə alınmış yeni redaksiyada nizamnaməsinə əsasən MMC-nin iki təsisçisi var; hər birinin payı 50% İddiaçı1 və İddiaçı2.

3. Azərbaycan Respublikasının Dövlət Əmlak İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xx.xx.2006 tarixli, 000132 nömrəli şəhadətnaməsinə əsasən, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 150.4 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları vardır. 4. 11.08.2020-ci il tarixli, 3m-350 reyestrli alğı-satqı müqaviləsinə əsasən, İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-nin nizamnamə kapit alında hər birinə məxsus 50% payı hər biri 5 manata Cavabdeh satmışdır.

5. Mübahisə həmin alğı-satqı müqaviləsinin qanunsuz olması ilə bağlı yaranıb. 1.

2. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 Nadir oğlu və X5 (bundan sonra – iddiaçılar) iddia ərizəsi (sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 54 saylı notariat kontorunda cavabdeh X3 (bundan sonra – cavabdeh) ilə aralarında bağlanmış 11 avqust 2020-ci il tarixli, 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, göstərilən alğı-satqı müqaviləsi hədə təsiri altında, yə ni onların həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan bağlanmışdır. "xxxx" MMC-nin yeni redaksiyada Nizamnaməsinin 6.2 və 6.3-cü bəndlərindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 5.000 (beş min) manat həcmindədir, hər biri 2.500 (iki min beş yüz) manat olmaqla 2 paydan ibarətdir ki, hər birinə 1 (bir) pay, yəni nizamnamə kapitalının 50% məxsusdur. Notariat işində olan "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, hər birinin payı 5 (beş) manata cavabdehə satılmışdır. İddiaçılar 16 il ərzində qanuni əsaslarla təsisçisi olduqları "xxxx" MMC-nin Nizamnamə kapitalında olan paylarını həqiqi iradə sərbəstliyi və könüllü niyyətləri olmadan 5 (beş) manata satmaqla 708.000 (yeddi yüz səkkiz min) manat bazar dəyəri olan əmlak kompleksi üzərində olan hüquqları na da özgəninkiləşdirilmişlər. Hansı ki, hər birinin cəmiyyətin nizamnamə kapitalında olan paylarına düşən əmlak hissəsi 404.000 (dörd yüz dörd min) manat təşkil edir. 11 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsi satıcı olaraq iddiaçılar tərəfindən uzun illər ərzində mühacirətdə yaşayan Nadir Ağayevin (iddiaçılardan İddiaçı1 doğma atası, İddiaçı2 isə doğma əmisidir) 15 iyul 2020-ci il tarixdə Azərbaycana qayıtmasından sonra bilavasitə onun (eləcə də həmin əmlakda marağı olan cavabdeh ögey bacının və onun həyat yoldaşının) hədə təsiri altında, yəni onların həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan təsir, təzyiq, hədə və şantajlarına məruz qalmağı səbəbindən bağlanmışdır. Hansı ki, onların həqiqətən belə bir fikirləri və həqiqi niyyətləri olsa idi, həmin alğı-satqını Nadir Ağayev Azərbaycana qatyıtmazdan əvvəl həyata keçirərdilər.

8. Göründüyü kimi, alğı-satqı müqaviləsi bilavasitə Nadir Ağayevin və İddiaçı1 ögey bacısı olan cavabdehin iradəsinə uyğun olmaqla bağlanmışdır, yəni onlar, belə bir müqavilə bağlamaqla öz istəklərini yox, Nadir Ağayevin istəyini həyata keçirməyə məcbur olmuşlar (Nadir Ağayev alqı-satqıdan 29 gün sonra, yəni 09 oktyabr 2020-ci ildə qəflətən vəfat etmişdir).

9. Cavabdeh və onun həyat yoldaşı şantaj üsullarına əl atmış, Nadir Ağayevin adından Azərbaycan Respublikasının Baş prokuroru, Daxili İşlər nazirinə və qeyri şəxslərə ünvanlanmış şantaj xarakterli ərizənin fotoşəklini “WhatsApp” vasitəsilə göndərmişlər. Habelə, cavabdehin həyat yoldaşı da “WhatsApp” yazılarında təhdid və şantaj xarakterli ifadələr işlətmiş, "vəkili tərəfindən is tintaqa verilməsi üçün bütün sənədlərin yığıldığını" bildirmişdir.

10. Odur ki, iddiaçılar onara qarşı edilən təzyiqlərdən, o cümlədən, yuxarıda göstərilən ərizədə və “WhatsApp” yazılarında yazılan ittihamlardan ehtiyat edib çəkinmiş, ən azından həmin şantaj xarakterli şikayətdə göstərilən hər hansı bir cinayət xarakterli əməlin barələrində yayılacağından, hüquq mühafizə orqanlarına çağırılacaqlarından, bununla da, qohumlar və dost-tanışlar arasında hörmət və nüfuzlarını itirəcəyindən qorxmuşlar. İddiaçı1 həm də iş yerində nüfuzunu, nəticə etibarilə isə işini itirəcəyindən qorxaraq mübahisəli alğı-satqı müqaviləsini bağlamağa məcbur olmuşdur. Belə ki, İddiaçı1 artıq 20 ildir ki, “BİPİ EKSPLOREYŞN (KASPİAN Sİ)” LTD şirkətində fasiləsiz olaraq çalışır və həmin şirkətdə etibar və nüfuz sahibi dir.

11. İddiaçılar tələblərini hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.4, 339.1 və 339.4-cü maddələrinə istinad etmişlər.

12. İş üzrə şahid X6 bildirmişdir ki, Nadir Ağayevi 1971-ci ildən tanıyır, onun ilk müdiri olmuşdur, İddiaçı1 balacalıqdan tanıyır. Ata-oğul arasında heç vaxt mübahisə olmamışdır. X8 cinayət təqibi ilə bağlı ölkədən getmişdir. 20 ildən sonra Nadir Ağayevin dəvəti ilə Mərdəkana getmiş və onunla görüşmüşdür. Görüş zamanı Mədinə və onun əri Nadir Ağayevi bir dəqiqə belə tək qoymamışlar. Söhbətin gedişində seyfdən pul oğurlandığını, hətta Feliksin açar üçün onu göndərdiyini demişlər. O heç vaxt belə bir mübahisənin olacağını düşünməmiş, Nadir Ağayevdən belə bir şey gözləməmişdir. 20 il bundan əvvəlin seyfindən 20 il sonra hansısa pulu axtarırlar. O, Feliksdən az qala 20 yaş böyükdür. Açar üçün göndəriləcək uşaq deyildi. Nadir İddiaçı1i də, onu da tutduracağını demişdir. O, Nadir Ağayevdən belə sözlər eşidəcəyini təsəvvür belə etməmiş, onun necə dəyişdiyini, necə öyrədildiyini anlamamışdır. O Nadirdən inciyərək çıxıb getmişdir. Bir həftə sonra yenidən ona zəng edib bağ evinə çağırmışdır. Bu zaman isə Feliks orada olmamışdır. Bu zaman da Mədinə və onun yoldaşı Nadiri tək qoymamışlar və bütün dialoqlar pul və obyekt üzərində olmuşdur.

13. İş üzrə şahid X1 bildirmişdir ki, o, Nadir Ağayevin xalası qızıdır. Münasibətləri hər zaman yaxşı olmuş, lakin Nadir Ağayev cinayət işi ilə bağlı ölkədən getmişdir. 20 il sonra İddiaçı2 onu Nadir Ağayevi görməyə bağ evinə aparmışdır. Bağa girən zaman Mədinə atasının yatdığını bildirmişdir. Lakin içəri keçərək Nadirin ya tmadığını görmüşdür. Nadir onu gördükdə çox sevinmişdir. Felikslə atası arasında həmişə isti münasibətlər olmuşdur. Onların arasını Mədinə vurmuş, atasını Feliksə qarşı doldurmuşdur. Sonradan Nadir 2 dəfə onlara qonaq gəlmişdir. O zaman Nadir ona Felikslə Aydının oğurluq etdiyini demişdir. Mədinə atasına baxmamış, onu xəstəxanaya yerləşdirmişdi. Əməliyyat olunandan sonra da Nadir vəfat etmişdir.

14. Cavabdehin nümayəndəsi (vəkil) iddiaya etiraz edərək göstərib ki, iddiaçıların onlara hədə-qorxu gəlinməsi barədə müraciətləri əsasında cinayət işini başlanması rədd edilib. İddiaçılar notariusda ərizə yazaraq "xxxx" MMC-dəki paylarını cavabdehə satmalarını, tələblərinin olmacağını bildirmişlər. Bu onların iradə ifadələrini bildirir. Beləliklə bağlanan alğı-satqı müqaviləsi tam qanunidir. Məh kəmə iclasında dindirilən şahidlər iddiaçılara təzyiq göstərilməsinə şahid olmaları barədə ifadə vermədilər. Əgər İddiaçı2 təzyiq altında müqaviləni imzalayıbsa, bəs İddiaçı2 yoldaşı nə səbəbə müqaviləni imzalayıb məlum deyil. Nizamnamə kapitalının 5000 manat olmasına gəldikdə, bu, köhnə Azərbaycan manatı ilə 5 manat edir.

15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 Nadir oğlu və İddiaçı2 ilə Cavabdeh arasında Bakı şəhəri 54 saylı notariat kontorunda imzalanan 11 avqust 2020-ci il tarixli 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu cavadehdən iddiaçıların xeyrinə tutulmuşdur. (hakim Şəhla Süleymanova)

16. B irinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. İddiaçılar əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edirlər. Onlar bildirirlər ki, mübahisələndirilən müqavilə onların iradə ifadəsinə uyğun bağlanılmamışdır.

17. Mülki Məcəllənin 339.4-cü maddəsindən göründüyü kimi, əqd tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu altında bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə, mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir.

18. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçı alğı-satqı müqaviləsini bağlayarkən onun iradə ifadəsinin həqiqi məzmunu pozulmuşdur. Alğı-satqı müqaviləsi bağlanarkən hüquqi niyyətinin olmaması halı da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan yazışmalardan görünür ki, iddiaçının atası və ögey bacısı onu ittiham edəcəklərini bildirmişlər və bu səbəbdən iddiaçı nüfuzuna ləkə düşməsin deyə əqdi bağlamışdır.

19. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, alğı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməsi də öz təsdiqini tapmamışdır

20. Həmçinin, birinci instansiya məhkəməsinin mövqeyinə görə alğı-satqı müqaviləsində nəzərdə tutulmuş alğı-satqı predmetinin qiymətindən də görünür ki, müqavilə formal olaraq bağlanılmış, o cümlədən razılaşdırılmış məbləğ ödənilməmişdir. Həmçinin, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Lakin sözügedən alğısatqı müqaviləsinin bağlanması zamanı alğı-satqı predmetinin nizamnamə kapitalındakı payların sahib ləri İddiaçı1 Nadir oğlu və İddiaçı2 iradə ifadələri olmamışdır. Göstərilən hallar müqavilənin etibarsız olmasına dəlalət edir.

21. Məhkəmə nəticəni Mülki Məcəllənin 93.3, 96.1, 337.1, 337.4, 339.4, 354.1, 354.2, 404, 567, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

23. Apellyasiya şikayətinin dəlilləri: iddiaçılar müqavilənin hədə-qorxu altında bağlanmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişlər. Hədə-qorxu cinayət əməlidir və Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. həmçinin, nəzərə alınmalıdır ki, hədə real olmalıdır; bundan başqa, şahidlər iddiaçıların hədəyə məruz qalmasına şahid olmamışlar; müqavilənin qiyməti Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı mayaya uyğun formalaşdırılmışdır. Müqavilənin etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, Anar Tanrıverdiyev)

25. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd edib ki, istənilən mülki mübahisənin düzgün həlli iddia tələbin in qanuni əsasının düzgün müəyyən olunmasından asılıdır. İddiaçılar əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edirlər. Onlar bildirirlər ki, mübahisələndirilən müqavilə onların iradə ifadəsinə uyğun bağlanılmamışdır. Belə olan halda hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 337.1., 339.4. və 354.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirili r.

26. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına istinadən göstərib ki, hazırkı mülki işin müəyyən olunmuş faktiki halları ilə Konstitusiya Məhkəməsinin istinad olunan Qərarındakı hüquqi mövqeyi tamamilə üst-üstə düşür. Belə ki, iddiaçıların mübahisələndirdikləri əqdi bağlamaqda həqiqi iradə ifadəsinin, başqa sözlə, onların arzu olunan hüquqi nəticənin əldə olunmasına yönələn istəklərinin olmadığı onların öz izahatları, şahid ifadələri, yazışmalar, MMC-nin real qiyməti ilə alqı-satqı mü qaviləsində göstərilən məbləğ arasında olduqca böyük fərqin olması, habelə alqı-satqı müqaviləsi bağlansa da, MMC-nin heç vaxt alıcıya təhvil verilməməsi və bu gün də həmin obyektin iddiaçılarda qalması faktı ilə aşkar təsdiq olunur.

27. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, əslində, cavabdeh tərəf də bu əqdin mərhum N.Ağayevin “tələbi” ilə bağlandığını inkar etmir, (belə olan halda müəyyən olunur ki, iddiaçıların müqaviləni notariat qaydasında imzalamalarının, eləcə də onların ailə üzvlərinin də buna razılıq vermələrinin heç bir əhəmiyyəti qalmır) cavabdeh tərəf hesab etmişdir ki, birincisi, N.Ağayev həmin “tələbi” ilə özünün hesab etdiyi əmlakların qaytarılmasını, başqa sözlə, “tarixi ədaləti” bərpa etmişdir, ikincisi isə, onun həmin “tələbi” Cinayət Məcəlləsinin 182-ci maddəsi nin tərkibini yaratmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, cavabdeh tərəfin qeyd olunan dəlillərinin heç biri əsaslı deyildir. Çünki, əqdə iştirak edən tərəfin iradəsinin zədələnməsinin (məcburetmənin) hansı məqsəd naminə edilməsinin, habelə bu məcburetmənin cinayət tərkibi yaratmamasının, mülki hüquqi baxımdan, yəni əqdin etibarlılığı baxımından hər hansı əhəmiyyəti ola bilməz, ona görə ki, mülki əqdlərin etibarlılığı, onun bağlanmasında iştirak edən subyektlərin sərbəst iradə ifadəsinin mövcudluğu şərtinə bağlıdır. Bundan başqa, iddiaya etiraz edən cavabdeh nə rayon məhkəməsinə, nə də apellyasiya icraatı zamanı müqavilənin bağlanmasından öncə iddiaçıların özlərinə məxsus həmin obyekti satmaq istəyinin olmasına, eləcə də cavabdehin də belə bir obyekt almaq niyyətin in olmasına dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf məhkəmə iclasında təxminən 5-6 yüz min manatdan artıq dəyəri olan obyektin hansı səbəbdən cavabdehə cəmi (5+5) 10 manata satılmasının səbəblərini də hər hansı ağlabatan şəkildə izah edə bilmədi. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir, eyni zamanda, bu zaman büt ün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar,...tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Demək ki, rayon məhkəməsi tərəflər arasında müqaviləyə qədər olan münasibətləri və onların müqavilədən sonrakı hərəkətlərini nəzərə alınmaqla həmin əqdin məcburetmə nəticəsində bağlandığını, bu səbəbdən də onun etibarsız əqd olması qənaətinə gələrkən haqlı olmuş və tamamilə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: apellyasiya məhkəməsi əqdin məcburetmə nəticəsində bağlanıbbağlanmamasına qiymət verməmişdir. Apellyasiya kollegiyası yanlış olaraq Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad etmişdir; müqavilə tərəflərin iradə ifadəsi nəticəsində bağlanmışdır. Şahid ifadələri mötəbər sübut deyil, çünki onlar yalnız eşitdiklərini danışmışlar. Müqavilənin hədə-qorxu altında bağlanması inandırıcı deyil, çünki hədə-qorxu cinayət əməlidir və buna dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Müqavilənin qiyməti Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı mayaya uyğun formalaşdırılmışdır. Müqavilənin etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur; məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyi qüsurludur. Belə ki, həmin rəydə 1787,3 kv.m. torpaq sahəsinin olması göstərilmiş və qiymətləndirilmişdir. Halbuki Cəmiyyətin mülkiyyətində heç vaxt həmin ölçüdə torpaq sahəsi olmamışdır. 29. 30. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı İddiaçı1 yazılı etiraz daxil olm uşdur.

32. Etirazın dəlilləri iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəx sə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub -olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılma lıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin y axud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

35. Məhkəm ə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

37. Belə ki, iddiaçılar tələblərinin əsası kimi müqaviləni onlara edilmiş hədə-qorxu nəticəsində bağlamalarına istinad etmişlər.

38. Birinci instansiya məhkəməsi isə işdəki sübutları sadalayaraq, həmin sübutlar əsasında nəinki iddiaçıların istinad etdikləri halı, hətta işin hər hansı halını müəyyən etmədən alğı-satqı müqaviləsi bağlanarkən iddiaçının iradə ifadəsinin həqiqi məzmunun pozulması nəticəsinə gələrək, mübahisəyə Mülki Məcllənin 339.4-cü maddəsini tət biq etməklə iddianı təmin etmişdir. Halbuki hakim məhz sübutların qiymətləndirilməsinin nəticəsi olaraq iş üçün əhəmiyyəti olan halları müəyyən etməklə mübahisəyə hüquq normasının tətbiq etməlidir. Bu tələb MPM-in 218.1-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. Birinci instansiya məhkəməsi hədə qorxunun nədə ifadə olunması və bunun iddiaçıları müqaviləni bağlamağa vadar edən real hədə olmasına dair hər hansı hala aydınlıq gətirməyib.

40. Birinci instansiya məhkəməsi yalnız İddiaç ı1 atası və ögey bacısının onu ittiham edəcəklərini bildirməsi və bu səbəbdən iddiaçının nüfuzuna ləkə düşməmək üçün müqaviləni bağlamağa məcbur olması kimi ümumi sözlərə istinad edib.

41. Əvvəla, Mülki Məcəllənin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələnd irilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

42. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Həmçinin məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Yəni istənilən məcburetmə halına istinad edib əqdin etibarsız sayılmasını tələb etmək olmaz. Məcburetmə o zaman əqdin etibarsızlığına səbəb olur ki, bu, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlq in edə bilən məcburetmə olsun. Lakin birinci instansiya məhkəməsi iddianı Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən təmin edərkən tələblərinin əsası kimi iddiaçıların istinad etdikləri hədəqorxunun xaraktercə onlara təsir edə bilən və real olub-olmamasına qiymət verməmişdir. İşin bu hallarını müəyyən etmədən isə Mülki Məcəllənin 339.4-cü maddəsinin tətbiqi əsaslı sayıla bilməz. Çünki həmin normanın tətbiqi normanın özündə sadalanan dispozitiv şərtlərin müəyyən edilməsindən asılıdır.

43. Həmçinin iddiaçıların istinad etdikləri hədə-qorxu halı mövcud olubsa, bu hədənin (hansısa əməldə ittiham edilmə, nüfuza ləkə düşməsi) mahiyyətinə görə hələ də qalması ehtimalı var idi. Bu məsələyə aydınlıq gətirilməyib. Bu baxımdan, bir tərəfdən müqavilənin hədə-qorxu təsiri altında bağlanmasına istinad e dib, digər tərəfdən də həmin hədənin mövcud olub-olmamasına aydınlıq gətirmədən müqavilənin etibarsızlığının tələb edilməsi ziddiyyət yaradır.

44. Bundan başqa, iddiaçılardan birinə – İddiaçı1 münasibətdə onun atası və ögey bacısı olan cavabdehin onu ittiham edəcəklərini bildirməsi və bu səbəbdən iddiaçının nüfuzuna ləkə düşməmək üçün müqaviləni bağlamağa məcbur olması göstərilsə də, digər iddiaçıya münasibətdə hansı hədənin olması və onun xarakteri ümumiyyətlə, müəyyən edilməmişdir.

45. Eyni zamanda birinci instansiya məhkəməsi alğı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməməsinə də əsaslanmışdır. Qeyd edilən norma Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçılarının digər iştirakçının payını satın almaqda üstünlük hüququnu müəyyən edir. Hazırki işdə iddi açılar təsisçiləri olduğu MMCnin payını cavabdehə satdıqlarını mübahisələndirlər. Bu halda cəmi iki təsisçinin olduğu MMC-də payın alqı-satqısı zamanı Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməməsinin nədə ifadə olunması məlum deyil və bu baxımdan, qeyd edilən normaya istinad edilməsi işin hallarına görə ziddiyyətli olub.

46. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi bu pozuntulara diqqət yetirməmiş, üstəlik, iddiaçıların mübahisələndirdikləri əqdi bağlamaqda həqiqi iradə ifadəsinin, başqa sözlə, onların arzu olunan hüquqi nəticənin əldə olunmasına yönələn istəklərinin olmaması, bu faktın onların öz izahatları, şahid ifadələri, yazışmalar, MMC-nin real qiyməti ilə alqı-satqı müqaviləsində göstərilən məbləğ arasında olduqca böyük fərqin olması, ha belə alqı-satqı müqaviləsi bağlansa da, MMC-nin heç vaxt alıcıya təhvil verilməməsi və bu gün də həmin obyektin iddiaçılarda qalmasına istinad etmişdir. Əvvəla qeyd edilməlidir ki, istinad edilən yazışmaların məzmunu, yazılma tarixi, şahid ifadələrinin məzmunu və s. ilə bağlı hər hansı dəyərləndirmə aparılmadığı üçün həmin sübutların qiymətləndirilməsini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hesab etmək olmaz. Bundan başqa, qeyd edilən hallar iddianın hüquqi əsası olan Mülki Məcəllənin 339.4-cü maddəsinin tələbləri, yəni hədənin xarakteri, onun müqavilənin bağlanmasına təsir edə biləcək səviyyədə real olub-olmaması kontekstində (bu zaman tərəflərin yaşı, cinsi, həyat şəraiti nəzərə alınır) qiymətləndirilməlidir.

47. Bu baxımdan, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə g əlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bunun nəticəsi olaraq tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

48. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar