Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2919/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh4 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: ev vəsiyyətnaməsi üzrə payların vərəsələr arasında bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16.*4.2*24-cü il tarixli, 2(1*3)1783/2*24 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 noyabr 2*24-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları: 1. “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, X 26 dekabr 2*2*-ci il tarixdə Balakən şəhərində ölmüş, ölüm səbəbi kimi “kəskin respirator çatmamazlığı” göstərilmişdir. 2. 13 dekabr 2*18-ci il tarixli X və Cavabdeh4 tərəflərindən imzalanan vəsiyyətnamənin mətnində: “Mən, X və Cavabdeh4 Balakən rayonu, X kəndində yerləşən ər-arvad olaraq ümumi mülkiyyətdə olan bütün əmlakımızı, həyətyanı torpaq sahəsini, kənd təsərrüfatı təyinatlı torpaq sahələrim (pay torpaq sahələrini) həmin torpaq sahələrin üzərindəki bağları, fərdi yaşayış evlərini, həmin evlərdə olan bütün əmlakı, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 62/4, mənzil 1*-da olan fərdi yaşayış evini, bütün ev əşyalarını, qaraj və balkonu, şəxsi minik avtomaşınını oğlum İddiaçımuza (bundan sonra mətndəiddiaçı) verilməsini vəsiyyət edirik. Oğlum İddiaçı vəsiyyət edilmiş bu əmlaklardan ayraraq, Balakən rayonu, Şərif kəndində olan köhnə Fındıq bağının cənub tərəfdən sonda olan, şərqdən-qərbə uzanan l-ci cərgə Fındıq ağacları, onların əhatə etdiyi torpaq sahəsi, orada əkilmiş xurma ağacların yarısı (şərqdən-qərbə tərəf hesablamaqla) böyük qızımız X, həmin köhnə findiq bağın cənub tərəfdən olan, şərqdən-qərbə uzanan 2-ci cərgə fındıq ağacları, onların əhatə etdiyi torpaq sahəsi, bağın cənub tərəfində əkilmiş xurma ağacların yarısından başlayaraq cərgə axırma qədər olan ağaclar (şərqdən-qərbə tərəf hesablamaqla) kiçik qızımız Cavabdeh2ma verilməsini vəsiyyət edirik” qeyd olunmuşdur.
3. Ədliyyə Nazirliyi, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilən *9.*7.2*23-cü il tarixli məktubdan gör ünür ki, *9.*7.2*23-cü il tarixli, 8i-189*8 saylı reyestrdə qeydə alınmış ərizəyə cavab olaraq 1* gün vaxt müddəti ilə məhkəməyə müraciət barədə məlumat gəlmədiyi təqdirdə qanunvericiliyə əsasən notariat əməliyyatının aparılacağı qeyd olunuşdur.
4. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11 yanvar 2*22-ci il tarixli, 2(*11)295/2*22 nömrəli qətnaməsinə əsasən, iddiaçılar Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər Bakı şəhəri, 43 saylı Notariat Ofisinə, 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı, Cavabdeh5 və Cavabdeh6 qarşı “miras paydan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi və “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi tələbinə dair” iddia təmin edilərək, Cavabdeh4 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imti naya dair 24.*4.2*21-ci il tarixli, 8İ-42*7 reyest nömrəli, 217128***42*7 nömrəli; Cavabdeh3 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24.*4.2*21-ci il tarixli, 8İ-4166 reyest nömrəli, 217128***4199 nömrəli; Cavabdeh2 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24.*4.2*21-ci il tarixli, 8İ-4198 reyest nömrəli, 217128***4198 nömrəli ərizələri etibarsız hesab edilməsi, Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən 22 noyabr 2*21-ci il tarixdə İddiaçı adına verilmiş və reyestrdə 2V-1*11 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, 26 iyul 2*21-ci il tarixdə Cavabdeh5 və Cavabdeh6 adlarına verilmiş və reyestrdə 2V-6*8 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməni n ləğv edilməsi qət olunmuşdur. 5. 22 noyabr 2*21-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, 26 dekabr 2*2*-ci il tarixdə vəfat etmiş X vərəsələri Bakı şəhəri, Xətai rayon İlqar Həbibov küçəsi, ev 62/4, mənzil 1* da qeydiyyatda olan oğlu iddiaçı və o miras əmlakdan 1/3 hissədə pay almasını təsdiq etmiş, miras əmlak Reyestr Xidməti tərəfindən 27 aprel 2*21-ci il tarixdə X verilmiş Çıxarışa əsasən Bakı şəhər, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 62/4, mənzil 1*-da yerləşən ümumi sahəsi 66.31 kv/m olan mənzildən ibarətdir. 6. 22 noyabr 2*21-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, 2 saylı Bakı “ASAN Xidmət” Mərk əzində notariat ofisinin xüsusi notariusu Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, 26 dekabr 2*2*-ci il tarixdə vəfat etmiş X vərəsələri Zaqatala rayonu, Zaqatala şəhəri, Dağıstan küçəsi, ev 43-də qeydiyyatda olan Cavabdeh6, Cavabdeh5 və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almasını təsdiq etmiş, miras əmlak Reyestr Xidməti tərəfindən 27 aprel 2*21-ci il tarixdə X verilmiş Çıxarışa əsasən Bakı şəhər, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 62/4-də yerləşən ümumi sahəsi 66.31 kv/m olan 1* nömrəli mənzildən ibarətdir. 7. 27 aprel 2*21-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 62/4 saylı evin 1* saylı mənzili üzərində X xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2 8 sentyabr 2*21-ci il tarixli, 2(*11)5254/2*21 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh6 cavabdehlər İddiaçı, X4 və X1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddiası təmin edilərək, İddiaçı, X4 arasında balanmış 13 aprel 2*21-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında verilmiş AE *41258 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər 2 saylı “Bakı Asan Xidmət” Mərkəzi Notariat ofisi, Cavabdeh4, Cavabdeh2 və X2 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 deka br 2*2*-ci il tarixdə vəfat etmiş X və anası Cavabdeh4 birgə tərtib etdikləri 13 dekabr 2*18-ci il tarixli ev vəsiyyətnaməsinin əsas götürülərək, vəsiyyətnamənin şərtlərinə uyğun olaraq X miras qalmış Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 62/4, mənzil 1* və “Mitsubishi Pajero” markalı, 9*KU-57* dövlət qeydiyyat nişanlı avtomobil üzərində vərəsələrin vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırmışdır ki, atası X 26 dekabr 2*2*-ci iltarixdə vəfat etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11 yanvar 2*22-ci il tarixli, 2(*11)-295/2*22 nömrəli qətnaməsinə əsasən Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, 43 saylı Notariat Ofisinə, 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinə, İddiaçı, Cavabdeh5 və Ca vabdeh6 qarşı “miras paydan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi və “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi təmin edilərək, Cavabdeh4 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24 aprel 2*21-ci il tarixli Cavabdeh3 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24 aprel 2*21-ci il tarixli, 8İ4166 reyest nömrəli, 217128***4199 nömrəli, Cavabdeh2 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24 aprel 2*21-ci il tarixli, 8İ4198 reyest nömrəli ərizələri etibarsız hesab edilmiş, Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən 22 noyabr 2*21-ci il tarixdə İddiaçı adına verilmiş və reyestrdə 2V-1*11 nömrə ilə qeyd edilmiş “Qanun üz rə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, 26 iyul 2*21-ci il tarixdə Cavabdeh5 və Cavabdeh6 adlarına verilmiş və reyestrdə 2V6*8 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilmişdir. Bundan sonra Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində icraatda olan *8 aprel 2*21-ci il tarixli vərəsəlik işi açıq qalmış, hüquqi məsələlər əvvəlki vəziyyətə qayıtmışdır. Bir neçə gün öncə mərhum atası ilə anası Cavabdeh4 birlikdə tərtib etdiyi 13 dekabr 2*18-ci il tarixli ev vəsiyyətnaməsini mərhumun əşyaları arasından tapmışdır. Dərhal Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə müraciət edərək atasından qalan miras əmlakın həmin vəsiyyətnamə üzrə bölünməsini tələb etmişdir. Miras əmlakın vəsiyyətnamə üzrə vərəsələr arasında bölünməsi ilə bağlı mübahisə yarandığından, Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi *9 iyul 2*23-cü il tarixli, 1*19 nömrəli məktubla iddiaçıya cavab verərək 1* gün müddətində məhkəməyə müraciət etməli olduğunu, əks təqdirdə notariat əməliyyatının aparılmalı olduğunu bildirmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2*23-cü il tarixli, e-2(*11)5678/2*23 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, Qanunda vərəsəlik hüququ “əl ilə yazılan vəsiyyatnamə” anlayışı işlətmir, bunun əvəzinə “ev vəsiyyətnaməsi” anlayışından istifadə olunur. Ev vəsiyyətnaməsi dedikdə, vəsiyyət edənin öz əli ilə yazıb imzaladığı vəsiyyətnamə başa düşülür. Ev vəsiyyətnaməsi notariusa saxlanca vermək vəsiyyət edənin vəzifəsi yox, hüququdur. Yəni vəsiyyət edən ev vəsiyyətnaməsini notariusa saxlanca verə də bilər, verməyə də. Buna görə də əgər o, vəsiyyətnaməni notariusa saxlanca verməzsə, bu hal ev vəsiyyətnaməsinin etibarsız sayılmasına dəlalət etmir. Lakin ev vəsiyyətnaməsinin notariusa saxlanca verilməsinin öz üstünlüyü varki, bu vəsiyyətnamənin itmək və ya məhv olmaq ehtimalını istisna edir. Ev vəsiyyətnaməsi sadə yazılı formada tərtib edilir. Bu o deməkdir ki, onun notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Ev vəsiyyətnaməsi müəyyən üstünlüklərə malikdir. Belə ki, ev vəsiyyətnaməsinin vəsiyyət edənin öz əli ilə yazılıb imzalanması kimi xüsusiyyəti saxtakarlığa yol verilməsi ehtimalını azladır. Texniki vasitələrdən istifadə edilməklə tərtib olunan vəsiyyətnamələri ev vəsiyyətnaməsi kateqoriyasına aid etmək olmaz. Ona görə ki, ev vəsiyyətnaməsinə verilən leqal anlayışdan vəsiyyət edənin hə min vəsiyyətnaməni yalnız öz əli ilə yazmağa borclu olması müəyyənləşdirilir. Texniki vasitələrdən istifadə edilməklə tərtib olunan vəsiyyətnamələr sadə yazılı formalı vəsiyyətnamələrin ayrıca növünü təşkil edir. Sadə yazılı formalı vəsiyyətnamə notarial formanı nəzərdə tutmayan yazılı vəsiyyətnamədir, yəni notariat qaydasında təsdiqlənməyən vəsiyyətnamədir. Deməli, texniki vasitələrdən istifadə etməklə tərtib olunan vəsiyyətnamə növünün ev vəsiyyətnaməsi kimi notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Amma göstərilən növ vəsiyyətnamə ev vəsiyyətnaməsindən fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə aiddir: vəsiyyətnamə texniki vasitələrdən istifadə olunmaqla tərtib edilir; vəsiyyətnaməyə vəsiyyət edənin özü imza qoymalıdır,vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərti b etməli və imzalamalıdır, şahidlər vəsiyyətnamənin onların yanında texniki vasitələrdən istifadə olunmasını, tərtib edilməsini müvafiq qeyd vasitəsi ilə təsdiqləməlidirlər, şahidlər vəsiyyətnamədə öz adlarını,soyadlarını və yaşayış yerlərini göstərməlidir.
13. Məhkəmə qeyd etmişdir ki, vəsiyyətnamə bir tərəfli, formal əqddir. Buna görə də vəsiyyətnamə qanunla müəyyənləşdirilən formada tərtib olunmalıdır. Əgər bu formaya riayət olunmazsa, onda vəsiyyətnamə etibarsız sayılır. Bu cür etibarsız vəsiyyətnamələrə forması qüsurlu olan vəsiyyətnamələr deyilir. Forması qüsurlu olan vəsiyyətnamələr qismən yox, tamamilə və bütövlükdə etibarsız sayılır.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1186, 1187, 1188, 1193, 1194, 1321.1, 1321.2 və 1325-cü maddələrinə, habelə Mülki Prosessual Mə cəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə əsas hüquqi fakt odur ki, anası və mərhum atası tərəfindən texniki vasitələrdən istifadə edilməklə tərtib olunan vəsiyyətnamə mövcuddur və mən həmin vəsiyyətnamə üzrə vərəsəlik payının məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə bu hüquqi fakta uyğun olaraq vərəsəlik hüququ üzrə hüquq normalarını sistemli şəkildə tətbiq etməklə, işin hallarına əsasən tətbiq edilməli olan hüquq normasını düzgün şərh etməli idi. Hazırki mübahisə üzrə vəsiyyətnamədə olan vəsiyyət edənə məxsus imzanın həqiqiliyinə dair heç bir mübahisə yoxdur. Heç bir cavabdeh bu halı məhəkəmədə mübahisələndirməmişdir. Əksinə vəsiyyətnaməni imzalayan vərəsə anası məhkəmədə verdiyi izahatında imzanın həqiqətən atasına məxsus olmasını bir daha təsdiq etmişdir. Məhkəmə isə vəsiyyət edənin iradəsinin üstün olmasını və cavabdehlərin vəsiyyət edənin iradəsini mübahisələndirmədiklərini nəzərə almamış, iddianı rədd edərkən əsaslandığı maddi hüquq normasını düzgün təfsir etməmişdir. Qanun vəsiyyət edənə sərbəst iradə ifadə etmək hüququnu tanıyırsa və vəsiyyət edən həmin hüquqdan istifadə etdikdə hüquq normasında müəyyən edilmiş prosessual qaydaları pozursa, həmin pozuntu vəsiyyət edənin iradə ifadəsinin həqiqiliyinə şübhə yaradarsa, poz untunun vəsiyyət edənin iradəsinin həqiqiliyinə şübhə yaratmasına dair nəticələrinin aradan qaldırılması tərəflərin vəsatətinə əsasən məhkəmə tərəfindən işin faktiki hallarından və işdə olan sübutlardan asılı olaraq təmin edilməsi mümkündür. Məhz bu səbəbdən biz məhkəmənin gedişatında vəsiyyət edən atasının imzasının olduğu etibarnaməni və digər sənədləri təqdim edərək, məhkəmədən məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini, vəsiyyətnaməki imzanın atama məxsus olmasının ekspert rəyi ilə bir daha təsdiq olunmasını xahiş etmişlər. Lakin məhkəmə tərəfindən vəsatətləri təmin edilməmişdir. Eləcə də cavabdehlərdən hər hansı biri imzanın həqiqiliyi ilə bağlı münahisə yaratmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-1783/2*24 saylı, 16 aprel 2*24-cü il tarixli qətna məsi ilə (hakimlər- F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev, X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(*11)-5678/2*23 saylı, 14.11.2*23-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vəsiyyətnamənin vəsiyyət edənin öz tərəfindən əl ilə yazılıb, imzalanması halında ev vəsiyyətnaməsindən söhbət gedə bilər. Hazırkı halda iddianın əsası kimi təqdim edilmiş 13 dekabr 2*18-ci il tarixli vəsiyyətnamə texniki vasitələrdən istifadə edilməklə tərtib edilmişdir. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanın da tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Göründüyü kimi, qanunvericinin vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtib edilməsi barədə əsas şərti vəsiyyətnamənin iki şahidin yanında tərtib etməli və imzalamalı olmasıdır. Hazırkı təqdim olunan vəsiyyətnamə isə bu şərtə əməl edilmədən, iki şahidin iştirakı olmadan tərtib olunmuşdur ki, bu halda vəsiyyətnamə mötəbər sənəd kimi qəbul edilə bilməz.
19. Məhkəmə kollegiyası dəlillərə münasibətdə qeyd edib ki, düzdür, “vəsi yyətnamə imzalanarkənşahidlərin iştirakının təmin edilməli olması qaydası”nın müəyyən edilməsində qanunvericinin məqsədi həqiqətən də vəsiyyətnamənin məhz vəsiyyətnaməni verən şəxs tərəfindən imzalanmasına və məzmunun ilə tanış olmasına gələcəkdə hər hansı bir şübhə yaranmaması barədədir. Elə buna görə də qanunverici bu şərti birbaşa imperativ qaydada təsbit etmişdir. Bu qaydanın pozulması, ilk növbədə qanunun göstərilən normasına istinad edilə bilməsini aradan qaldırır, bundan əlavə vəsiyyətnamənin həqiqətən vəsiyyət edən şəxs tərəfindən tərtib edilməsini şübhə altına alır ki, bu şübhələrin başqa hər hansı vasitə ilə aradan qaldırılması mümkün deyil.
20. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, mülki qanunvericilikdə vəsiyyətnamə ilə bağlı 2 şərt mövcuddur: 1) imzanı vəsiyyət edən qoymalı; 2) vəsiyyətnamə iki şahidin yanında tərtib edilməli. İş üzrə ekspertiza tədqiqatı aparılaraq imzanın həqiqətən vəsiyyət edənə məxsusluğu təsdiq edilsə belə, bu yalnız qanun normasının birinci şərtinin mövcudluğunu təsdiq edəcəkdi. Nə qədər ki, ikinci şərtə əməl edilməmişdir, birinci şərtin mövcudluğu özlüyündə heç bir hüquqi nəticə yaratmır.Odur ki, göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, işin halları ilə öz təsdiqini tapmır.
21. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlil ləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.2, 1168, 1179.2, 1186, 1187.1, 1187.2, 1188 və 1666-cı maddələrinə, habelə MPM-in 14.2, 217.1, 217.3-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə, bildirilmişdir ki apellyasi ya instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə birsıra maddi və prosessual tələblər pozulmuşdur.Apellyasiya məhkəməsi iddiaçının ədalətli məhkəmə araşdırılması və səmərəli hüquqi müdafiə vasitələri hüquqlarını pozmuşdur.Məhkəmədən məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini, vəsiyyətnaməki imzanın iddiaçının atasına məxsus olmasının ekspert rəyi ilə bir daha təsdiq olunmasını xahiş edib. Lakin məhkəmə tərəfindən vəsatəti əsaslı bir səbəb olmadan təmin edilməyib. Çünki ekspertiza nəticəsində imzanın atasına məxsusluğu təsdiqini tapmış olsa idi,vəsiyyətnamənin atasının iradəsi ilə verildiyini də məhkəmə müəyyən edə bilərdi. Onu da nəzərə almaq lazımdır ki, cavabdeh qanun üzrə vərəsələrdən hər hansı biri imzanın həqiqiliyi ilə bağlı mübahisə yaratmamışdır. Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir;
27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır;
28. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmay araq, ola bilərlər;
29. Maddə 1666. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər;
30. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir;
31. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir;
32. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin;
33. Maddə 1186. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər;
34. Maddə 1187.1. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur;
35. Maddə 1187.2. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir;
36. Maddə 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə t ərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyihalları sübut etməlidir.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara vətərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
34. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğ v edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanuna görə vəsiyyətnamənin vəsiyyət edənin özü tərəfindən əl ilə yazılıb, imzalanması halında ev vəsiyyətnaməsindən söhbət gedə bilər. Hazırkı halda iddianın əsası kimi təqdim edilmiş 13 dekabr 2*18-ci il tarixli vəsiyyətnamə texniki vasitələrdən istifadə edilməklə tərtib edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassa siya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.
40. Göründüyü kimi, qanunvericinin vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtib edilməsi barədə əsas şərti vəsiyyətnamənin iki şahidin y anında tərtib etməli və imzalamalı olmasıdır. Hazırkı təqdim olunan vəsiyyətnamə isə bu şərtə əməl edilmədən, iki şahidin iştirakı olmadan tərtib olunmuşdur ki, bu halda vəsiyyətnamə mötəbər sənəd kimi qəbul edilə bilməz.
41. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “vəsiyyətnamə imzalanarkən şahidlərin iştirakının təmin edilməli olması qaydası”nın müəyyən edilməsində qanunvericinin məqsədi həqiqətən vəsiyyətnamənin məhz vəsiyyətnaməni verən şəxs tərəfindən imzalanmasına və məzmunun ilə tanış olmasına gələcəkdə hər hansı bir şübhə yaranmaması barədədir. Elə buna görə də qanunverici bu şərti birbaşa imperativ qaydada təsbit etmişdir. Bu qaydanın pozulması, ilk növbədə qa nunun göstərilən normasına istinad edilə bilməsini aradan qaldırır, bundan əlavə vəsiyyətnamənin həqiqətən vəsiyyət edən şəxs tərəfindən tərtib edilməsini şübhə altına alır ki, bu şübhələrin başqa hər hansı vasitə ilə aradan qaldırılması mümkün deyil.
42. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, mülki qanunvericilikdə vəsiyyətnamə ilə bağlı 2 şərt mövcuddur: 1) imzanı vəsiyyət edən qoymalı; 2) vəsiyyətnamə iki şahidin yanında tərtib edilməli. İş üzrə ekspertiza tədqiqatı aparılaraq imzanın həqiqətən vəsiyyət edənə məxsusluğu təsdiq edilsə belə, bu yalnız qanun normasının birinci şərtinin mövcudluğunu təsdiq edəcəkdi. Nə qədər ki, ikinci şərtə əməl edilməmişdir, birinci şərtin mövcudluğu özlüyündə heç bir hüquqi nəticə yaratmır.Odur ki, göründüyü kimi, iddiaçının ap ellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, işin halları ilə öz təsdiqini tapmır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazı rkı mülki mübahisəyə düzgün tətbiq etmişdir və iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.
44. Qeyd rlunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2*24-cü il tarixli, 2(1*3)-1738/2*24 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.