Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2921/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 Etibar qızına, X1 Xidmət mərkəzi notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 (AR ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müdd ətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)-1207/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)-1207/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2921/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Elşən Kazımov 2(103)1207/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)-1207/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayətinin verildiyini qeyd edərək həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsi nə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, kassasiya məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2921/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-2921/2023
11.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver