Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2925/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “aliment və s.” QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul olunmasına dair qərardadın ləğv olunması və işin kassasiya baxışından çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil4, cavabdehin vəkili Vəkil2 qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələblərinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyas ının 2(103)-921/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə həmin məhkəmənin 19.05.2014-cü il tarixli qətnaməsi əsasında 29.06.2012-ci il təvəllüdlü Leyla Ələkbərovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulması qaydası dəyişdirilərək, cavabdehdən 29.06.2012-ci il təvəllüdlü Leyla Ələkbərovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin, 500 TL, 13.500 rubl (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Ban kı tərəfindən müəyyən edilmiş lira və rublun manata məzənnəsi nəzərə alınmaqla) və 3.719,50 manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi, məhkəmə xərci kimi ödənilmiş 130 manatın (dövlət rüsumu kimi ödənilmiş 30 manat və göstərilən hüquqi xidmətə görə 100 manat) 18 manatının iddiaçıya aid edilməsi, 112 manatının isə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov-sədrlik edən və məruzəçi, F.Talışinski, R.Eyvazov, iş № 2(103)-921/20) apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4056/2019 saylı iş üzrə 30 avqust 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdi rilmədən saxlanması qət olunmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti icraata qəbul olunmuş və şikayətə baxılması 22 aprel 2021-ci il tarixə təyin edilmişdir. Hazırda müəyyən olunur ki, iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti vermiş və həmin şikayətin mümkünlüyünün yoxlanması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aiddir. Belə olan halda məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin iddiaçının kassasiya şikayətinin icraata qəbul olunması haqqında 10 mart 2021-ci il tarixli qərardadı ləğv olunmalı və həmin kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsini müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 403.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhk əmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilməli və həmin şikayət məhkəmə baxışından çıxarılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli 2(103)921/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin 10 mart 2021-ci il tarixli 2(102)-2925/21 saylı qərardadı ləğv edilsin, iş kassasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiy
Məhkəmə qərarları › İş №2(102)-2925/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2925/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver