Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2926/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ o Kateqoriya: Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1596/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə Cavabdeh1 və X12 və X1.
2. Əzizbəyov rayonu Zirə qəsəbəsi ünvanda yerləşən 2 otaqlı, sahəsi 47,6 kv metr, köməkçi sahəsi 26,6 kv metr fərdi yaşayış evi Abşeron rayonu XDS İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydə alınmışdır.
3. X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. 4. "xxxx" MMC-nin №035/21 saylı qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə sovxozunda yerləşən 47,6 kv.metr yaşayış və 26,6 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin hazırki dövr ə olan orta aylıq kirayə qiyməti 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun tərəfindən 20000 (iyirmi min) manat məbləğində pul kompensasiyası ödənilməklə onun ailə üzvləri ilə birlikdə Baki şəhəri, Zirə qəsəbəsi, Südçülük tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh1 onun oğludur. Son vaxtla r cavabdeh evdə dava salır. Davalara tab gətirməyən iddiaçının həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda Cavabdeh1 ilə birgə yaşayış qeyri-mümkündür. Ona görə də evdən çıxıb qızının evində yaşayır. Hesab etmişdir ki, onun cavabdehə qarşı kompensasiya ödəməklə evə istifadə hüququna xitam verilməsi tələbi ilə iddia irəli sürmək hüququ vardır.
7. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 iddiaçı tərəfindən 20.000 manat məbləğində pul kompensasiyası ödənilməklə onun Bakı şəhəri Zirə qəsəbəsi Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə ailə üzvləri: arvadı Cavabdeh2, yetkinlik yaşına çatmayan övladları X8 və X6 ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-36/23 nömrəli iş üzrə 29 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın təmin edilməsi, Cavabdeh1 20.000 (iyirmi min) manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları X8 və X6 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə təklif olunan kompensasiya onun davamlı surətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olduğundan, Cavab deh1 20000 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməli, iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
10. Birinci instansiya məhkəməsi cavabdehin arvadı Cavabdeh2 mübahisəli mənzildən çıxarılması tələbinə qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının gəlini mübahisəli ünvanda qeydiyyatda deyildir. Ailə qurduqdan sonra onlar iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşamışlar. İddiaçı onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. Cavabdeh arvadı və iki uşağı ilə birlikdə iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşayırlar.
11. Məhkəmə, cavabdehlərin azyaşlı uşaqları X5 və X2 həmin yaşayış sahəsindən çıxarılması tələbinə münasibətdə bildirmişdir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırkı iş üzrə də uşaqların ev barəsində istifadə hüququ valideynlərinin istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və ataları olan cavabdehin (Cavabdeh1) istifadə hüquqlarına xitam verildiyindən, onların da həmin evdə yaşamaqları üçün qanuni əsaslar qalmamışdır.
12. Məhkəmə ö z mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228.1 və 228.2-c maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh1 20000 (iyirmi min) manat miqdarında kompensasiya ödənilməsi hissəsində dəyişdirilərək, kompensasiya 80000 manat məbləğində müəyyən edilməsi, kompensasi ya ödənildikdən sonra istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, kompensasiyanın məbləğinin hesablanmasının meyarlarına dair qanunda konkret göstəriş olmasa da, məhkəmə təcrübəsində müxtəlif kompensasiya məbləğlərinin təyin edilməsi ilə rastlaşılır. Məhkəmə təcrübəsinə görə məhkəmələr tərəfindən kompensasiyanın məbləği müəyyən olunarkən kompensasiya ödəyənin maddi vəziyyəti və digər diqqətəlayiq halları ilə yanaşı kompensasiya alanın da maddi vəziyyəti və iş üçün əhəmiyyət kəsb edən digər halları da nəzərə alınmaqdadır. Belə hallarda kompensasiya alan şəxsin ailə üzvlərinin sayı, onların mübahisəli mənzildən çıxarıldıqdan sonra həmin mənzilə uyğun müvəqqəti olaraq digər yaşayış sahəsinin ə ldə edə bilməsi imkanı, onların maddi vəziyyəti və s. hallar nəzərə alınır. Ona görə də Konstitusiya Məhkəməsinin məlum qərarına görə “kompensasiya ödənilməklə şəxs(lər)in mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddialara baxılarkən bazar qiymətinə uyğun kompensasiya məbləğini müəyyən etmək vəzifəsini qanunverici məhz həmin tələbə baxan məhkəmələrin üzərinə qoymuşdur. Lakin buna baxmayaraq, Xəzər Rayon Məhkəməsi qanunvericinin ona verdiyi bu səlahiyyətdən istifadə etməmiş, yalnız iddiaçının iddia tələbində qeyd etdiyi 20000 manat kompensasiya verilməsini əsas götürərək iddiaçının iddia tələbinin ona münasibətdə təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə kompensasiya məbləğini müəyyən edərkən həmin məbləğin nəinki bazar qiymətinə uyğun olub olmamasını araşdırmamı ş, bu məbləğin bazar qiymətlərinə uyğunlaşdırılmasına dair heç bir təşəbbüs göstərməmişdir. İddiaçı tərəfindən ödənilən kompensasiyanın məbləği ilə razı deyildir. Bu məbləğ ona davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq və təsərrüfatla məşğul olmaq imkanı vermir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4107/2023 nömrəli mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 kompensasiyanın məbləğ inin bazar qiymətinə uyğun olmadığına dair bildirdiklərini əsassız hesab etmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan "xxxx" MMC-nin №035/21 saylı qiymətləndirmə hesabatından müəyyən edildiyi kimi Bakı şəhəri, Xəzər rayonu, Zirə sovxozunda yerləşən 47,6 kv.metr yaşayış və 26,6 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin aylıq kirayə qiyməti və ona yaxın ərazidə analoji evlərin orta aylıq kirayə qiyməti 250 manat təşkil edir. Beləliklə, təklif olunan kompensasiya ilə Cavabdeh1 təqribən 7 ilə yaxın müddətə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində cavabdeh yaşayış sahəsi ilə təminatsız qalmır və məhkəmə istifadəçinin kompensasiya verilməklə hüquqlarına xitam verilməsi zamanı onun davamlı surətdə müəyyən müddət daxilində əvvəlki mənzildə ona məxsus olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) 53 və 54-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdehlər (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr işin faktiki hallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırmadan, faktlara düzgün hüquqi qiymət vermədən, kimin haqlı, kimin haqsız olmasını araşdırmadan qanunsuz və ədalətsiz nəticəyə gəlmişlər. Bütün bu hallar “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri, Pirallahı RPŞ-nin 9 iyun 2020-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur. Qeyd edilən qərardan görünür ki, həmin təhqiqat vətəndaş X9 29 may 2020-ci il tarixdə DİN-nin 102 Xidmətinə zəng etməsi əsasında aparılmışdır. Qərarın məzmunundan aydın olur ki, Ə.Zeynalov 102 Xidmətin ə zəng edərək qardaşı, hazırkı iş üzrə Cavabdeh1 tərəfindən guya bacısı Solmazın döyüldüyünü və anası Əcəbin təhqir olunduğunu bildirmişdir. Lakin aparılmış araşdırma nəticəsinə qeyd edilən xüsusatların heç biri öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd olunmuşdur.
22. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4348/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Nurməmmədov (məruzəçi), A.Hüseynov, Z.Babayev) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4348/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
23. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iş materia llarında olan sənədlərdən görünür ki, mübahisənin predmeti olan Əzizbəyov rayonu Zirə qəsəbəsində yerləşən, ümumi sahəsi 74,2 kv.metr olan fərdi yaşayış evi keçmiş Əzizbəyov rayonu XDS İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydiyyata alınmış, yaşayış evinə dair 1997-ci ilin avqust ayında tərtib edilmiş Texniki pasporta görə evin 1 hektar həyətyanı torpaq sahəsi vardır. Cavabdehin izahatına görə torpaq sahəsində hazırkı mübahisənin predmeti olan yaşayış evindən başqa bacısına və qardaşına məxsus olan daha iki ev vardır, qardaşı və bacısı öz ailəsi ilə birlikdə həmin evlərdə yaşayırlar. İş materiallarına görə iddiaçı mübahisənin predmeti olan yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınan zaman o, cavabdehin atası X10 ilə rəsmi nikahlı ər-arvad münasib ətlərində olmuş, Əli Zeynalov 12 sentyabr 2019-cu il tarixdə ölmüşdür. Əli Zeynalov öləndən sonra da Cavabdeh1 mübahisənin predmeti olan evdə yaşamaqda davam etmiş, hal-hazırda da həmin evdə yaşayır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 həmin evdə yaşayış sahəsindən istifadə hüququnun olması qənaətinə gələn apellyasiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, yaşayış evinin iddiaçı ilə cavabdehin atası Əli Zeynalovun birgə mülkiyyəti olub-olmadığını müəyyən etməmiş, əgər birgə mülkiyyətdirsə evin ikidə bir hissəsinin Əli Zeynalovdan qalmış miras əmlakın kütləsinə aid olması, Cavabdeh1 mərhum atası Əli Zeynalovun birinci növbədə vərəsəsi olması, mübahisəli evdə ailə üzvləri ilə birlikdə yaşamaqla mirası faktiki qəbul etməsi, belə olan halda artıq onun yaşayış ev ində yaşayış sahəsindən istifadə hüququnun mülkiyyət hüququndan irəli gəldiyini nəzərdən qaçırmış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən həmin hallara hüquqi qiymət verməmişdir. Belə olan halda isə apellyasiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab edilə bilməz.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
26. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1, 152.5, 228.2, 1243.2, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) 53, 54-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1596/2024 saylı, 12 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Mə mmədov (sədrlik edən və məruzəçi) F.Talışinski və A.İmanov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiası rədd edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 həmin evdə yaşayış sahəsindən istifadə hüququnun olması qənaətinə gələn birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamış, yaşayış evinin iddiaçı ilə cavabdehin atası Əli Zeynalovun birgə mülkiyyəti olub-olmadığını müəyyən etməmiş, əgər birgə mülkiyyətdirsə evin 1/2 hissəsinin Əli Zeynalovdan qalmış miras əmlakın kütləsinə aid olması, Cavabdeh1 mərhum atası Əli Ze ynalovun birinci növbədə vərəsəsi olması, mübahisəli evdə ailə üzvləri ilə birlikdə yaşamaqla mirası faktiki qəbul etməsi, belə olan halda artıq onun yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun mülkiyyət hüququndan irəli gəldiyini nəzərdən qaçırmış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən həmin hallara hüquqi qiymət verməmişdir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı apellyasiya baxışı iclasında iddiaçı bildirmişdir ki, onun mülkiyyətində olan daşınmaz əmlak kimi qeydiyyata alınmış mübahisəli evi o və Əli Zeynalov birgə nikahda olduqları dövrdə əldə etmiş və sonradan evdə təmirtikinti işləri aparaq evin sahəsini genişləndirmiş, şəraitini yaxşılaşdırmışlar.
30. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, nikah müddətində ər-a rvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli fərdi yaşayış evindən istifadə hüququ onun mülkiyyət hüququndan irəli gəldiyi üçün bu hüquqa kompensasiya verilməklə məcburi qaydada xitam verilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə evdən çıxarılması mümkün deyil.
31. Məhkəmə kollegiyası qeyd etmişdi r ki, vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması hesab edilir. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Çünki vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddia əsasızdır, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya şikayətinin iddi açı tərəfindən ədalətli kompensasiya təklif edilməməsi ilə bağlı dəlillərinə qiymət verməyə lüzum görməmiş və qətnamənin yuxarıda qeyd edilən əsaslarla ləğv edilməli olduğu qənaətinə gəlmişdir.
32. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 228.2,1243.2, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) 53, 54-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(103)-1596/2024 saylı qətnaməsini tamamilə ləğv edərək, iddianın təmin olunm ası ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Şikayət onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulur ki, ər-arvadın əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak hər birinin ayrıca əmlakıdır. Mübahisəli fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestrinə” əsasən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Əzizbəyov rayonu, Zirə qəsəbəsində yerləşən 2 yaşayış otaqlı (sahəsi 47,6 kv.m), köməkçi sahəsi 26,6 kv.m olan ev Abşeron rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydə alınmışdır. Həmin evin 1997-ci ilə aid “Texniki pasportuna” əsasən, sözügedən evin sahibi İddiaçıdır. Bu səbəbdən mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı əvəssiz olaraq verildiyindən həmin əmlak onun ayrıca əmlakıdır və əmlaka ər-arvadın əmlakının qanuni rejimi tətbiq oluna bilməz. Məhz bu səbəbdən əvəzsiz olaraq əməkçi fəaliyyətinə görə Abşeron rayon X4 İcraiyyə Komitəsi tərəfindən iddiaçıya bağışlanmış həmin evdən apellyasiya məhkəməsinin irəli sürdüyü əsasla cavabdehlərin istifadə hüququna xitam verilməməsi əsassızdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Yaşayış yeri haqqında arayışa” əsasən, iddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə (hazırki iş üzrə tərəf olmayan) X3, (hazırki iş üzrə tərəf olmayan) X12 və Cavabdeh1dir. Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 mübahisəli ünvanda qeydiyyatda deyildir. Ailə qurduqdan sonra onlar iddiaçıya məxsus ola n mübahisəli evdə yaşamağa başlayıblar. İddiaçı onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. Cavabdeh, arvadı və iki uşağı ilə birlikdə hal-hazırda sözügedən mənzildə yaşayırlar. Hazırkı iş üzrə də cavabdehin arvadının və uşaqların ev barəsində istifadə hüququ Cavabdeh1 istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və ataları olan cavabdehin istifadə hüququna xitam verilməsi səbəbindən onların da həmin evdə yaşamağı üçün qanuni əsas qalmır. Apellyasiya instansiyası məhkəməsi həm də prosessual hüquq normalarının tələblərini pozmuş, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir.
35. Kassasiya şikayəti Mülki Məcəllənin 27.1, 152.1, 152.5, 228.2-ci maddələrinə, Azərba ycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1, 88, 218.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 152.1. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
38. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
40. Maddə 12 43.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
41. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
42. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi
43. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Hə ddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
44. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya b axışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması, sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
54. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının ayrıca mülkiyyətidir, Cavabdeh1 həmin evdə yaşayış sahəsindən istifadə hüququ vardır, sonuncunun arvadı olan digər Cavabdeh2 isə yaşayış sahəsindən istifadə hüququ yoxdur, Cavabdeh1 20.000 manat miqdarında kompensasiya ödənilməklə onun yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayış evindən çıxarılmaları işin müəyyən edilmiş hallarına və tərəfl ərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır.
55. Cavabdehin apellyasiya şikayətində tələbi kompensasiyanın məbləğinin dəyişdirilməsi və həmin məbləğin artırılaraq 80.000 manat həddində müəyyən edilməsi ilə bağlı olmuşdur. Dəlillərindən isə aydın olur ki, təklif olunan və məhkəmə tərəfindən müəyyən olunan kompensasiya məbləği məqbul və kifayət hesab edilmir.
56. Əvvəlki kassasiya icraatında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınan zaman o, cavabdehin atası X10 ilə rəsmi nikahlı ər-arvad münasibətlərində olmuş, Əli Zeynalov 12 sentyabr 2019-cu il tarixdə ölmüşdür. Əli Zeynalov öləndən sonra da Cavabdeh1 mübahisənin predmeti olan evdə yaşamaqda davam etmiş, hal-hazırda da həmin evdə yaşayır. Cavabdeh1 həmin evdə yaşayış sahəsindən istifadə hüququnun olması qənaətinə gələn apellyasiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, yaşayış evinin iddiaçı ilə cavabdehin atası Əli Zeynalovun birgə mülkiyyəti olub-olmamasını müəyyən etməmiş, əgər birgə mülkiyyətdədirsə evin ikidə bir hissəsinin Əli Zeynalovdan qalmış miras əmlakın kütləsinə aid olması, Cavabdeh1 mərhum atası Əli Zeynalovun birinci növbədə vərəsəsi olması, mübahisəli evdə ailə üzvləri ilə birlikdə yaşamaqla mirası faktiki qəbul etməsi, belə olan halda artıq onun yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun mülkiyyət hüququndan irəli gəldiyini nəzərdən qaçırmış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən həmin hallara hüquqi qiymət verməmişdir.
57. Təkrar apellyasiya baxışında apellyasiya instansiy ası məhkəməsi eyni mövqedən çıxış edərək mübahisəli evə münasibətdə cavabdehin istifadə hüququnun mülkiyyət hüququ ilə bağlı olmasını qeyd edərək cavabdehin apellyasiya şikayətində olan tələbini, dəlillərini nəzərə almamış, apellyasiyanın həddini müəyyən etməmiş, bu halların aydınaşdırılmasından sonra zərurət olarsa kassasiya məhkəməsinin göstərişi - “yəni yaşayış evinin iddiaçı ilə cavabdehin atası Əli Zeynalovun birgə mülkiyyəti olub-olmasına” dair hər hansı araşdırma (mübahisəli əmlakın ayrıca və ya birgə mülkiyyət olması, birgə mülkiyyətçilərdən birinin vəfat etməsi halında həmn əmlaka vərəsəliyin açılmasının mümkün olub-olmaması və s.)aparmamışdır.
58. Nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya do layısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisə predmeti bölünməz olduqda isə tam yoxlayır. (MPM-in 372.6-cı maddəsi)
59. Nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəlməmiş, apellyasiya şikayəti kompensasiyanın məbləğinin az olması ilə əsaslandırılmış və məhz həmin tələbdən çıxış edərək kompensasiyanın məbləğini artıraraq 80.000 manat həddində müəyyən olunmasını xahiş etmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq apellyasiya baxışının həddini müəyyən etməli, bundan sonra göstərişlərə uyğun araşdırma aparılmasını təmin etməli olduğu halda istinad olunan normaların tələbinə əməl etməmişdir.
61. Qeyd edilməlidir ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.
62. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
63. Göstərildiyi kimi MPM-in 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instan siyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, o nun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
64. Məlum olduğu kimi, MPM-in 88, 217, 218-ci maddələrinə, habelə çəkişmə prinsipinə görə məhkəmə tərəflərin təqdim etdikləri faktlar (hallar) əsasında hüquqi nəticəyə gəlir. Məhz buna görə də apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində yoxlamaq hüququna malikdir. Əks halda MPM-in 327.6-cı maddəsi öz əhəmiyyətini itirmiş ola rdı.
65. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir.
66. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbinin pozulması maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlməyə imkan vermir.
67. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
68. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır
69. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin əda lətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
70. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzr ə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
71. Ona görə də yuxarıda göstərilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
72. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə cavab verən qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(1 03)1596/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir