Məhkəmə qərarları › İş №2(102)-2928/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2928/2022

11.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2928/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar Məmmədov (Mamedov) Nağı Bayram oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə iddia icraatı qaydasında baxıla bilməz, icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar Məmmədov (Mamedov) Nağı Bayram oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2172 /2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 nömrəli, 14.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1ndən (bundan sonra – MMC) 68.000 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu tutularaq Məmmədov (Mamedov) Nağı Bayram oğluna, 61.200 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməlidir.

2. Həmin icra sənədi icra olunması üçün icraya yönəldilmiş, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən icra sənədinin icra olunması üçün bir sıra tədbirlər görülmüşdür. İcra mərhələsində İcra Şöbəsinə tələbkarların adı ndan borcun tam olaraq ödənildiyini barədə 29.04.2021-ci il tarixli ərizə daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Məmmədov (Mamedov) Nağı Bayram oğlu və İddiaçı2 (bundan sonra – iddiaçılar) MMC-yə və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların adından tərtib edilən Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramova ünvanlanan 29.04.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bunda sonra – birinci instansiya məhkəməsi) 2(009)-2701/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia rədd edilmişdir.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçı t ərəf 29 aprel 2021-ci il tarixli ərizənin onun məlumatı olmadan tərtib olunmasına və imzalanmasına istinad etsə də, MMC-nin adıçəkilən ərizənin tərtibi ilə bağlı qəsdən aldadıcı davranış etməsini, yaxud borcun verilməsi ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə yanılmasının olduğunu təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə iş üzrə gəldiyi qənaəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 339.2, 339.3, 347.1, 347.2-ci maddələrinə istinadla əsaslanmışdır.

7. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra –apellyasiya instansiyası məhkəməsi) 2(103)-2172/2021 nömrəli iş üzrə 09 mart 2022-c i il tarixli qərardadı ilə (hakimlər F.Babayev - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və R.Eyvazov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.

9. Məhkəmə belə qənaətə gəlmişdir ki, icra icraatının gedişində verilən ərizələri, həmçinin müvafiq olaraq icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) tərəflər bu barədə ayrıca iddia qaldırmaqla deyil, icra icraatı çərçivəsində və müvafiq olaraq icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirə bilərlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçılar kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişlər.

11. Kassasiya şikayəti onunla saslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda sonra – MPM) 4, 5-ci maddələrinin tələblərini pozmuş, şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

13. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

14. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçılarım kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq MPM

15. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarı 17. “...İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. 18. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkət lərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır: 19. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. 20. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasit ə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir.

21. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən on ların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır.

23. Nəzərə alınmalıdır ki, icra icraatının gedişində verilmiş ərizələr özü-özlüyündə, icra məmurunun hərəkətl ərindən kənarda müstəqil hüquqi nəticələr yaratmır. Bu baxımdan adından icra qurumuna ərizə verilmiş şəxs bu barədə icra məmuruna məlumat verməklə, həmin ərizənin nəzərə alınmamasını tələb edə bilər. İcra məmuru tərəfindən icra icraatı tərəflərinin iradəsinə zidd olan ərizələr üzrə hər hansı hərəkətlər edildikdə, yaxud həmin ərizəyə dair verilmiş etirazlar nəzərə alınmadıqda isə tərəfin icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) icraya nəzarət edən məhkəməyə şikayət vermək hüququ vardır.

24. Ona görə də apellyasiya instansiyası məhkəməsi hazırkı iddia ərizəsinə ayrıca iddia icraatı qaydasında baxılmasının yolverilməzliyi barədə qanuni nəticəyə gəlmişdir.

25. Həmçinin iş üzrə icraata xitam verilməsi məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması kimi də qiymətləndirilə bilməz. Çünki yuxarıda da qeyd olunduğu kimi icra icraatının tərəfləri icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verdiyi halda göstərilən məsələlərə hər bir halda səlahiyyətli məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət veriləcək, tərəf həmin məhkəmənin aktından razı olmadığı təqdirdə ondan şikayət vermək hüququna malik olacaqdır.

26. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar Məmmədov (Mamedov) Nağı Bayram oğlu və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2172/2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar