Məhkəmə qərarları › İş №2(102)-2928/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2928/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2928/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X1rşı iş üzrə QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X1rşı “bonus-malus əmsallarının silinməsi və sığorta haqqının yenidən hesablanması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1368/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh “İcbari Sığorta Bürosu” X2 kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı və “Lexus” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə “İcbari Sığorta Bürosu” X4 tərəfindən hesablanmış bonus-malus əmsallarının qanunsuz hesab edilərək silinməsi, sığorta haqqının yenidən hesablanması, ödənilmiş 100 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icbari sığorta edərkən sığorta haqqı olaraq ondan 450 manat pul alınmışdır. Sığor ta haqqının yüksək olmasından şübhələnərək bu barədə cavabdehə rəsmi müraciət etmişdir. Cavabdehin 20 iyun 2023-cü il tarixli, **-VM-***2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, Büronun informasiya sistemində axtarış zamanı iddiaçının adına olan avtonəqliyyat vasitəsinin 26 dekabr 2022ci il tarixdə sığorta hadisəsi törətdiyi və bu səbəbdən malus tətbiq edildiyi aşkarlandığı, hadisənin törədilməsinin iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir. İddiaçının mülkiyyətində olan başqa - “Lexus” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icbari sığorta edərkən eyni qaydada bonus-malus əmsalı 3 hesablanmaqla, 304,39 manat sığorta haqqı alınmışdır. İddiaçı hesab edir ki, ona yazılmış cavab məktubunda istinad olunan “İcbari sığortalar haqqında” Azərbaycan Respublik ası Qanununun 53.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Mülkiyyətində olan “Lexus ** MK ***” markalı avtonəqliyyat vasitəsilə sığorta hadisəsi törədilərkən həmin avtonəqliyyat vasitəsini özü idarə etməmişdir və inzibati xətanı törədən şəxs etibarnamə ilə avtomobili idarə edən oğlu Ümid Məmmədov məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda, iddiaçının mülkiyyətində olan və sığorta hadisəsi törətməmiş başqa avtonəqliyyat vasitəsinə də eyni əsaslarla bonus-malus əmsalının tətbiq edilməsi qanuna uyğun deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli, 2(004)3950/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1368/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-3950/2023 nömrəli qətnaməsinin qismən – “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə hesablanmış bonus – malus əmsallarının qanunsuz hesab edilərək silinməsi və sığorta haqqının yenidən hesablanması” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı iddiasının “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə hesablanmış bonus – malus əmsallarının qanunsuz hesab edilərək silinməsi və sığorta haqqının yenidən hesablanması hissəsində qismən təmi n edilməsi, “İcbari Sığorta Bürosu” X4 tərəfindən İddiaçı mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə digər ödəniş həyata keçirilmiş sığorta hadisəsinin baş verməsi ilə bağlı hesablanmış bonus – malus əmsalının silinməsi və sığorta haqqının yenidən hesablanması qət edilmişdir. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Xəyal Sarıyev) Cavabdeh “İcbari Sığorta Bürosu” X4 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1368/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiy a baxışından çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, MPM-də əmlak xarakterli iddialar üzrə yalnız qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan yuxarı olduqda kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdən gö rünür ki, iddiaçının mənafeyi sığorta haqqı olaraq ondan alınmış 450 manatla bağlıdır, başqa sözlə, iddia tələbi 450 manat həddindədir. Buna görə də iddiaçının tələbi (bərpa olunmasın xahiş etdiyi bonus məbləği) qanunvericilikdə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş məbləğdən az olmuş, üstəlik, həmin tələb də qismən təmin edilmişdir. Belə olan halda, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəm əsinə qaytara bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izah verərkən iddianın qiyməti ilə bağlı yuxarıda şərh edilən hallara diqqət yetirməməklə səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh “İcbari Sığorta Bürosu” X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1368/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, iş şikayətin qaytarılması məsələsinin həlli üçü n iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh “İcbari Sığorta Bürosu” X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1368/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh “İcbari Sığorta Bürosu” X2 kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar