Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2931/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mamedov İslam Şərafəddin oğluna (X16, X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alınmış əmlakın və ya onun dəyərinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mamedov İslam Şərafəddin oğluna qarşı əmlakın və ya onun dəyərinin qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(103)-1811/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Mamedov İslam Şərafəddin oğlunun kassasiya şikayətinə dair 26 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh1 xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hər biri 90 m2 olan 3 ədəd taxta evi alıcı İddiaçı satmağı, alıcı isə onların qarşılığında 45000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə satıcı qismində Cavabdeh1, alıcı qismində İddiaçı və vasitəçi olduğu qeyd edilən X20 tərəfindən imzalanmışdır. 2. 3 ədəd taxta konstruksiyalı ev Abşeron rayonu, Saray qəsəbəsində yerləşməklə Mamedov İslam Şərafəddin oğluna məxsus olmuş, onun tapşığına əsasən həmin evlər Cavabdeh 1 tərəfindən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında cəmi 45000 manata İddiaçı satılmış, evlərin sökülüb yerləşdikləri torpaq sahəsindən aparılması üçün iddiaçıya 2 ay vaxt verilsə də, o həmin müddətdə evləri götürməmiş, evlərin olduğu torpaq sahəsi ardıcıl olaraq müxtəlif şəxslərə satılmış, sonuncu alıcı (torpaq sahəsinin hazırkı mülkiyyətçisi) X17 isə torpağı üzərindəki həmin evlərlə birlikdə aldığını bildirərək iddiaçının evləri aparmasına icazə verməmişdir.
3. DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,27625 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.
4. Abşeron rayon Pİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən, X6 Cavabdeh1 cəmi 45000 manat verib aldığı, lakin ərazidən dərhal apara bilmədiyi 3 ədəd taxta konstruksiyalı evin götürülməsinə onların yerləşdiyi ərazinin yeni mülkiyyətçisi tərəfindən evləri torpaqla birlikdə alması əsas gətirilərək icazə verilməməsi barədə şikayəti həmin idarədə araşdırılmış, cinayət tərkibi yaranmadığından toplanmış material üzrə fakta görə CM-in 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı bundan sonra iddiaçı iddia ərizəsi (iddianın dəqiqləşdirilməsi barədə ərizə) ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, hər biri 15000 manat olmaqla, üç ədədinin cəmi dəyəri 45000 manat olan, Bakı-Qub a avtomobil yolunun Abşeron rayonunun Saray qəsəbəsinin ərazisindən keçən hissəsində, yolun kənarında torpaq sahəsinin üzərində yerləşən, sökülüb aparması mümkün olan üç ədəd taxta konstruksiyalı evlərin və ya sökülüb aparması mümkün olmadıqda onların dəyəri olan 45000 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mamedov İslam Şərafəddin oğlundan ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi əsaslandırılmışdır ki, iddiaçı əri X15 ilə birlikdə əmlak alqı-satqısında vasitəçiliklə məşğul olan Cavabdeh1 hər birinə 15000 manat olmaqla üç ədədinə cəmi 45000 manat pul verib, Bakı-Quba avtomobil yolunun Abşeron rayonunun Saray qəsəbəsinin ərazisindən keçən hissəsində, yolun kənarında yerləşən torpaq sahəsinin üzərində sökülüb aparması mümkün olan üç ədəd taxta ko nstruksiyalı evlər almışlar. Lakin aldıqları taxta konstruksiyalı evləri həmin ərazidən dərhal apara bilməmişlər. Səbəb isə, həmin taxta konstruksiyalı evlərin qoyulacağı ərazinin səliqəyə salınması, düzlənməsi ilə bağlı olmuşdur. Qarşılıqlı razılaşma ilə həmin taxta evlərin onlara məxsus ərazidə bir neçə ay saxlanmasına razılaşıblar. Ərazi hazır olandan sonra həmin taxta evləri montaj olunmasını xahiş ediblər. Sonradan onlara məlum olub ki, həmin ərazi başqa şəxslərə satılıb. İddiaçı dəfələrlə tələb etsə də, nəticə əldə edə bilməmiş, onlar iddiaçının əmlaklarını geri qaytarmaqdan imtina etmiş və müxtəlif bəhanələr ilə əlaqəyə girməkdən yayınmışlar. Buna görə də məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Qeyd olunan taxta evlər cavabdehlərə məxsus torpaq sahəsində saxlanılır.
7. İddiaçı tə ləbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 152.1, 152.5 və 157.2-ci maddələrinə istinad etmişdir.
8. Abşeron rayon Polis İdarəsində araşdırma zamanı X15 (iddiaçının əri) bildirmişdir ki, 2020-ci ilin avqust ayında Xırdalan şəhərində əmlak alğı-satqısı ilə məşğul olan Cavabdeh1 hər birinin qiyməti 15000 manat olmaqla, cəmi 45000 manat verməklə sadə yazılı müqavilə əsasında üç ədəd taxta materialdan sökülüb daşınması mümkün olan evlər almışdır. Aldığı həmin taxta materialdan olan evlər Bakı-Quba yolunun kənarında, Saray qəsəbəsinin ərazisində yerləşir. Evləri alandan sonra evlər həmin ərazidə qalmış və Hüseyn ilə evlərin 1-2 ay keçəndən sonra aparılacağı barədə razılaşmışlar. Təxminən 4 ay sonra həmin evləri oradan götürmək istədikdə həmin ərazidə olan mühafizəçi evləri götürməyə icazə v erməmişdir. Sonradan torpağı almış İslam adlı şəxslə görüşmüş, İslam ona bildirmişdir ki, onun Emin adlı şəxslə torpaqla bağlı mübahisəsi qalmışdır, həmin mübahisəni həll etdikdən sonra evləri götürər. Bir müddət gözlədikdən sonra 01 iyul 2022-ci il tarixdən 03 iyul 2022-ci il tarixədək İslama zəng etmiş, lakin İslam onun telefonunu açmamış, o da şikayət etmişdir;
9. Polis İdarəsində Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, qohumu X3 BakıQuba yolunun kənarında, Saray qəsəbəsinin ərazisində yerləşən öz torpaq sahəsində dörd ədəd taxta materialdan evi olmuş, İslam özü Rusiya Federasiyasında olduğu üçün həmin evlərin satışını ona həvalə etmiş, o da evin birini satdıqdan sonra üç ədəd taxta materialdan olan evi X9 (iddiaçının əri) hər birinin qiyməti 15000 manat olmaqla, cəmi 45000 manat verməklə sadə yazılı müqavilə əsasında satmışdır. X30 aldığı taxta materialdan olan evləri aparmamışdır. Sonradan torpaq sahəsini qohumu X32 İslam adlı şəxsə satmışdır. X32 İslama torpaq sahəsində olan evlərin Ceyhun adlı şəxsə satıldığını və gəlib aparacağını dəfələrlə demiş, Hacı İslam evlərin Ceyhun tərəfindən aparılacağına etiraz etməmişdir. X33 həmin torpaq sahəsini Emin adlı şəxsə satmışdır.
10. Polis İdarəsində həmin araşdırma zamanı Mamedov İslam Şərafəddin oğlu bildirmişdir ki, taxta evlərin satılması üçün qohumu Hüseynə müraciət etmişdir. Üç ədəd taxta evi Hüseyn 45000 manata satıb pulunu onun ailə üzvlərinə vermişdir. Taxta evlərin yeni sahibi evlərin götürməsi üçün iki ay vaxt istəmiş, o, da evlərin götürülməsi üçün iki ay vaxt vermişdir. 2020-ci ilin avqust ayında Azərbaycan R espublikasına gəlmişdir. Həmin vaxta qədər evləri alan şəxs onları götürməmişdi. Buna görə də, Hüseynə demişdir ki, evləri alan şəxs evləri torpaq sahəsindən götürsün, çünki həmin torpaq sahəsini satmaq istəyir. Hüseyn evləri alan şəxsə, adı sonradan ona məlum olan Ceyhuna zəng edib evləri götürməsi barədə onun tələbini çatdırmışdır. Maddi ehtiyacı olduğu üçün 2020-ci ilin oktyabr ayında taxta evlərin yerləşdiyi torpaq sahəsini satmışdır. Torpaq sahəsini Hüseynin vasitəsi ilə İslam və Şirin adlı şəxslərə satmışdır. Qayınatası və qardaşı onlara Bakı şəhərin 3-cü mikrorayon dairəsində notariat kontorunda etibarnamə vermişlər ki, sonradan onlar torpaq sahəsini öz adlarına keçirsinlər. Torpağı satarkən o və Hüseyn torpağı alan İslam və Şirinə bildirmişlər ki, torpağın üzərində olan üç ədəd tax ta ev onlara aid deyil, həmin evləri başqa şəxsə satmışlar və həmin şəxs gəlib evləri aparacaq.
11. Polis İdarəsində Cavabdeh2 göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında BakıQuba yolunun kənarında, Saray qəsəbəsinin ərazisində 0,054 ha-dan ibarət torpaq sahəsini X21 adlı şəxsdən Bakı şəhərində yerləşən 11 saylı Notariat Kontorunda alqısatqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsi dostları X8 və X10 adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsini almaq üçün 200000 manat, üzərində olan üç ədəd taxta materialdan olan evlərin hər birinə 10000 manat olmaqla cəmi 30000 manat pul vermişdir. Bir müddət sonra torpağın sahibi İslam adlı şəxs gəlib Orxan adlı şəxsin onu aldatdığını bildirmiş, bu zaman onun nümayəndəsi olan Emin adlı şəxs Orxanla onun arasında olan mübahisəni öz araların da həll etməyi bildirmişdir.
12. Birinci instansiya məhkəməsində cavabdeh Mamedov İslam Şərafəddin oğlu iddiaya etiraz edərək bildirmişdir ki, 2020-ci ildə pandemiya vaxtı ailəsini Bakıya göndərmiş, lakin özü gələ bilməmişdir. Həmin dövrdə qohumu olan Hüseyn onunla əlaqə saxlayaraq taxta evlərə müştəri olduğunu demiş, o, isə satmasını bildirmişdir. Hüseyn də evlərdən birini Türkiyə vətəndaşına, qalan üçünü isə Vüsalə (iddiaçıya) xanıma satmışdır. Türkiyə vətəndaşı evi söküb aparsa da, Vüsalə xanım yerinin olmadığını əsas gətirərək evlərin sökülüb aparılması üçün 2 ay vaxt istəmişdir. Avqust ayında yollar açılmış və o, Bakıya gəlmişdir. Gələndən sonra torpağa da müştəri çıxmışdır. Torpağı almaq istəyən İslam adlı şəxslə görüşüb danışmış və razılaşmışlar. Oktyabr ayında torpağı etibarnamə ilə İslama satmışdır. İslama bildirmişdir ki, ərazidə yerləşən taxta evlər Vüsalə adında xanıma satılıb, yerləri olmadığına görə apara bilməyiblər. Bir müddət sonra İslam da həmin torpağı Sumqayıt şəhərində Sement zavodunun müdiri olan Orxan adlı şəxsə bir neçə ton beton müqabilində satmışdır. Orxan İslama 2-3 maşın beton versə də, torpağı 100000 manata başqa bir şəxsə satıb Türkiyəyə qaçmışdır. Həmin evlərin hazırda kimdə olduğu, satılıb-satılmadığı barədə məlumatı yoxdur. O, öz üzərinə düşən öhdəliyini tam yerinə yetirmişdir
13. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçı tərəflə dəfələrlə əlaqə saxlasalar da, evləri gəlib aparmalarını söyləsələr də, iddiaçı hər dəfə bir bəhanə ilə evləri gəlib aparmamış, qoymağa yerləri olmadıqlarını demi şlər. Onlar da torpağı başqa şəxsə satmış və həmin torpağın üzərində olan evləri yiyələrinin gəlib aparacağını bildirmişlər. Bu məsələdə onların heç bir təqsiri yoxdur.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(005)-2698/2023 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim N.Tağıyeva).
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə adı keçən 3 ədəd taxta konstruksiyalı ev Abşeron rayonu, Saray qəsəbəsində yerləşməklə Mamedov İslam Şərafəddin oğluna məxsus olmuş, onun tapşığına əsasən həmin evlər Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında cəmi 45000 manata İddiaçı satılmış, evlərin sökülüb yerləşdikləri torpaq sahəsindən aparılması üçün iddiaçıya 2 ay vaxt verilsə də, o, həmin müddətdə evləri götürməmiş, evlərin olduğu torpaq sahəsi ardıcıl olaraq müxtəlif şəxslərə satılmış, sonuncu alıcı (torpaq sahəsinin hazırkı mülkiyyətçisi) X17 isə torpağı üzərindəki həmin evlərlə birlikdə aldığını bildirərək iddiaçının evləri aparmasına icazə verməmişdir. Bu səbəbdən hazırkı mübahisə yaranmışdır.
16. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddia tələbi mahiyyətinə görə alqısatqı müqaviləsinin predmeti olan əşyanın təhvil verilməsi öhdəliyinin (müqavilə öhdəliyinin) icra edilməsinə dairdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyin icra edilməməsi anlayışı isə Mülki Məcəllənin 442-ci maddəsində verilmişdir. Hə min maddəyə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Birinci instansiya məhkəməsi vurğulayıb ki, hazırkı işdə nə mübahisə mövzusu olan 3 ədəd taxta konstruksiyalı evlərin satıcısı olan Mamedov İslam Şərafəddin oğlunun, nə də onun tapşırığını icra edən (şifahi tapşırığa əsasən nümayəndəsi) Cavabdeh1 xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyi – yəni, 3 ədəd taxta konstruksiyalı evləri təhvil verilməsi öhdəliyini pozduqları və ya lazımınca icra etmədikləri müəyyən edilmir. Əksinə, alıcı İddiaçı razılaşdırılan vaxtda evləri sökdürərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi ndən aparmadığı hazırkı işin mübahisəsiz halıdır.
18. Birinci instansiya məhkəməsi vurğulayıb ki, işin müəyyən edilən faktiki halları qanunvericilikdə kreditorun icranı gecikdirməsini nəzərdə tutan 446.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir.
19. Mülki Məcəllənin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Mülki Məcəllənin 446.4-cü maddəsinə görə kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. Mülki Məcəllənin 446.5-ci və 446.5.2-ci maddələrinə görə isə gecikdi rmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür. Həmin Məcəllənin 556.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.
20. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Mamedov İslam Şərafəddin oğluna qarşı “üç ədəd taxta konstruksiyalı evlərin və ya 45000 manat məbləğin ödənilməsi” tələbini irəli sürməkdə haqlı olmamışdır.
21. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia digər Cavabdeh2 qarşı da əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli evlərin yerləşdiyi torpaq sahəsinin ardıcıl ola raq müxtəlif şəxslərə satıldığı, orada yerləşən taxta konstruksiyalı evlərin də torpaqla birlikdə həmin alıcılara (onların faktiki sahibliyinə) təhvil verildiyi müəyyən edilir. Cavabdeh2 da həmin torpaq sahəsini üzərindəki ədəd taxta konstruksiyalı evlərlə birlikdə Orxan adlı şəxsdən aldığını, torpaqdan əlavə evlərə görə ayrıca 30000 manat ödədiyini bildirmişdir. Onun həmin evləri alarkən evlərin mübahisəli olduğunu bildiyi müəyyən olunmur. Bu isə onun vicdanlı əldə edən olduğu qənaətinə gəlməyə əsas verir. Çünki iddiaçı bu halı təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisəli taxta evlərin onlara zərər vurulmadan sökülüb aparılmasının mümkün olduğu – başqa sözlə, daşınar əşya xüsusiyyətində olduqları da tərəflərin izahatları ilə təsbit edilmişdir. Bu mənada nə zərə alınmalıdır ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 182.1, 385, 386.1, 446.1, 446.4, 446.5.2, 556.2, 567-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 həm də dəllallıqla məşğul olur. Tərəflər razılaşmışlar ki, cavabdeh ona torpaq sahəsi tapır, iddiaçı həmin torpaq sahəsini alır və evləri ordan söküb yeni alacağı torpaq sahəsində yerləşdirir. Həmin dövrdə məhz Cavabdeh1 özünün iddiaçıya təklif etdiyi Şahin adlı usta ilə iddiaçı gedib evlərin ölçüsünü götürmüşdür. Cavabdehlər Cavabdeh1 və İ.Mamedov hər biri öz izahatında bildirmişdir ki, onlar torpağı başqa şəxslərə satmış, bu zaman satdıqları şəxslərə həmin torpağın üzərində olan evlərin iddiaçıya məxsus olduğunu, iddiaçının gəlib onları aparacağını demişlər. Əgər iddiaçı cavabdehlərlə razılaşmasını həqiqətən də pozsaydı və öhdəliyini yerinə yetirməsəydi, bu zaman cavabdehlər torpağı satdığı zaman evlərin yiyəsi olan iddiaçının evləri hələ də götürm ək hüququ olduğunu torpağı satdığı adamlara bildirməzdi. Cavabdeh İ.Məmmədov izahatında göstərmişdir ki, pandemiya ilə bağlı avqust ayında yollar açılmış və o, Bakıya gəlmiş, gələndən sonra torpağa da müştəri çıxmış, torpağı almaq istəyən İslam adlı şəxslə görüşüb danışmış və razılaşmışlar. Halbuki, işin hallarından müəyyən edilir ki, tərəflər arasında taxta evlərə dair müqavilə elə məhz 19 avqust 2020-ci il tarixində bağlanmış və tərəflər bu tarixdən bir neçə ay sonra evlərin oradan götürüləcəyi barədə razılığa gəlmişlər. Məhkəmə tələbin ikinci hissəsi ilə bağlı qiymətləndirmə aparmamışdır.
25. Apellyasiya baxışı zamanı taxta evlərin qoyulduğu torpaq sahəsinin mülkiyyətçilərinin kimliyini, mübahisəli taxta evlərin kimin sahibliyində olmasını aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğu göndərilmişdir.
26. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin cavab məktubuna əsasən mübahisədə adı keçən torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdeh İslam Mamedovun qardaşı X4 adına qeydə alınmış, o, həmin torpaq sahəsini X12, Rəşad Mikayılov isə X1. Hazırda torpaq sahəsi sonuncunun mülkiyyətindədir.
27. Apellyasiya instansiyası məhkəməsi X7, X17 və X14 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etmişdir.
28. Apellyasiya baxışında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 bildirmişdir ki, o, torpaq sahəsini alarkən orada yerləşən 3 ədəd taxta konstruksiyalı evləri də almışdır. Belə ki, onların hər biri nə görə 10000 manat olmaqla, cəmi 30 000 manat pulu satılan torpaq sahəsinin mülkiyyətçisinin etibarnamə üzrə nümayəndəsinə ödəmişdir.
29. Apellyasiya baxışında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 isə göstərmişdir ki, o, torpaq sahəsini Rəşad Mikayılovdan almış, lakin Rəşad Mikayılov həmin taxta evləri ona satmamışdır. O, yalnız torpaq sahəsini almışdır. Hazırda onun mülkiyyətində olan torpaq sahəsində həmin taxta konstruksiyalı evlərdən yalnız biri qalıb, digər iki ev aparılıb.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1811/2024 saylı, 29 aprel 2024 il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmişdir və iş üzrə yeni qətnamə çıxarılmışdır, iddia qismən təmin olunmuşdur və cavabdeh Mamedov İslam Şərafəddin oğlundan 45 000 (qırx beş min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında hər biri 15000 manat olmaqla 3 ədəd taxta evi cəmi 45000 manat pul ödəməklə Cavabdeh1 almasını, lakin evləri yerləşdiyi torpaq sahəsindən götürmədiyini, qarşılıqlı razılaşma ilə həmin taxta evlərin onlara məxsus ərazidə bir neçə ay saxlanmasına razılaşmalarını, amma həmin ərazinin başqa şəxslərə satılmasını və taxta evlərin ona təhvil verilməməsini iddia edir.
32. İşdə n göründüyü kimi, bundan əvvəl iddiaçının əri Ceyhun Cəfərov əmlaklarının qanunsuz ələ keçirilməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmiş, Abşeron RPİdə müvafiq araşdırma aparılmış və toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı İstintaq şöbəsi tərəfindən hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1, X2 və Cavabdeh2 izahatlar alınmışdır.
33. Cavabdeh1 Polis idarəsində verdiyi izahatında göstərmişdir ki, qohumu X3 BakıQuba yolunun kənarında, Saray qəsəbəsinin ərazisində yerləşən öz torpaq sahəsində dörd ədəd taxta materialdan evi olmuş, özü Rusiya Federasiyasında olduğu üçün həmin evlərin satışını ona həvalə etmiş, o da evin birini satdıqdan sonra üç ədəd taxta mate rialdan olan evi X9 (iddiaçının əri) hər birinin qiyməti 15000 manat olmaqla, cəmi 45000 manat verməklə sadə yazılı müqavilə əsasında satmışdır. X30 aldığı taxta materialdan olan evləri aparmamışdır. Sonradan torpaq sahəsini qohumu X32 İslam adlı şəxsə satmışdır. X32 İslama torpaq sahəsində olan evlərin Ceyhun adlı şəxsə satıldığını və gəlib aparacağını dəfələrlə demiş, Hacı İslam evlərin Ceyhun tərəfindən aparılacağına etiraz etməmişdir. X33 həmin torpaq sahəsini Emin adlı şəxsə satmışdır.
34. Həmin araşdırma zamanı Mamedov İslam Şərafəddin oğlu bildirmişdir ki, taxta evlərin satılması üçün qohumu Hüseynə müraciət etmişdir. Üç ədəd taxta evi Hüseyn 45000 manata satıb pulunu ailə üzvlərinə vermişdir. Taxta evlərin yeni sahibi evlərin götürməsi üçün iki ay vaxt istəmiş, o da evlərin götürül məsi üçün iki ay vaxt vermişdir. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxta qədər evləri alan şəxs onları götürməmişdi. Ona görə də, Hüseynə demişdir ki, evləri alan şəxs evləri torpaq sahəsindən götürsün, çünki həmin torpaq sahəsini satmaq istəyir. Hüseyn evləri almış, adı sonradan mənə məlum olan Ceyhun adlı şəxsə zəng edib evləri götürməsi barədə onun tələbini çatdırmışdır. Maddi ehtiyacı olduğu üçün 2020-ci ilin oktyabr ayında taxta evlərin yerləşdiyi torpaq sahəsini satmışdır. Torpaq sahəsini Hüseynin vasitəsi ilə İslam və Şirin adlı şəxslərə satmışdır. Qayınatası və qardaşı onlara Bakı şəhərin 3-cü mikrorayon dairəsində notariat kontorunda etibarnamə vermişlər ki, sonradan onlar torpaq sahəsini öz adlarına keçirsinlər. Torpağı satarkan o və Hüseyn t orpağı alan İslam və Şirinə bildirmişlər ki, torpağın üzərində olan üç ədəd taxta ev onlara aid deyil, həmin evləri başqa şəxsə satmışlar və həmin şəxs gəlib evləri aparacaq.
35. Araşdırma zamanı Cavabdeh2 göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında BakıQuba yolunun kənarında, Saray qəsəbəsinin ərazisində 0,054 ha-dan ibarət torpaq sahəsini X21 adlı şəxsdən Bakı şəhərində yerləşən 11 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsi dostları X8 və X10 adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsini almaq üçün 200000 manat, üzərində olan üç ədəd taxta materialdan olan evlərin hər birinə 10000 manat olmaqla cəmi 30 000 manat pul vermişdir. Bir müddət sonra torpağın sahibi İslam adlı şəxs gəlib Orxan adlı şəxsin onu aldatdığını bildirmiş, bu zaman onun nümayəndəsi olan Emin adlı şəxs Orxanla onun arasında olan mübahisəni öz aralarında həll etməyi bildirmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh1 İslam Mamedovun tapşırığı əsasında hərəkət edərək taxta evləri iddiaçıya satdığına dair etirafedici izahatlarını nəzərə almamış, sübutları düzgün qiymətləndirməmiş, torpaq sahəsinin əvvəlki və hazırkı mülkiyyətçilərini prosesə cəlb etməmiş, taxta evlərin torpaqla birgə satılıb-satılmamasını kifayət qədər araşdırmamışdır.
37. Cavabdeh1 apellyasiya baxışında istintaq orqanına verdiyi izahatı təsdiq edərək göstərmişdir ki, 3 ədəd mübahisəli taxta evlərin sahibi Mamedov İslam Şərafəddin oğludur. O, mülkiyyətçinin şifahi tapşırığına əsasən evləri hər birinin dəyəri 15 000 manat dan hesablanmaqla cəmi 45000 manata iddiaçıya satmış və əldə olunan vəsaiti İslam Mamedova (qohumları vasitəsilə) çatdırmışdır. İddiaçıya evləri gəlib aparmasını söyləsələr də, hər dəfə bir bəhanə ilə evləri aparmamışdır. Sonradan torpaq başqa şəxsə satılmış və onlar alıcıya həmin torpağın üzərində olan evləri sahibinin gəlib aparacağını bildirmişlər. Bu məsələdə onların heç bir təqsiri yoxdur.
38. Cavabdeh Mamedov İslam Şərafəddin oğlu apellyasiya baxışında göstərmişdir ki, o, iddiaçını şəxsən tanımamışdır. Taxta evləri iddiaçıya onların tapşırığına əsasən hərəkət edən Cavabdeh1 satmışdır. Hüseyn taxta evlərin dəyərini ona ödəmişdir. İddiaçı yerinin olmadığını əsas gətirərək evlərin sökülüb aparılması üçün 2 ay vaxt istəmiş, lakin gəlib aparmamışdır. Sonra o, torpağı etibarnamə ilə İslam adlı şəxsə satmışdır. İslama bildirmişdir ki, ərazidə yerləşən taxta evlər Vüsalə adında xanıma satılıb, yerləri olmadığına görə apara bilməyiblər. Bir müddət sonra İslam da həmin torpağı Orxan adlı şəxsə bir neçə ton beton müqabilində satmışdır. Orxan İslama 2-3 maşın beton versə də, torpağı 100 000 manata başqa bir şəxsə satıb Türkiyəyə qaçmışdır. Həmin evlərin hazırda kimdə olduğu, satılıb-satılmadığı barədə məlumatı yoxdur. O, öz üzərinə düşən öhdəliyini tam yerinə yetirmişdir.
39. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, daşınar əmlak olan 3 ədəd taxta konstruksiyalı evlərin sahibi Mamedov İslam Şərafəddin oğlu olmuşdur. O, həmin evləri faktiki olaraq özünün olsa da, mülkiyyət hüququ üzrə qardaşı X4 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,27625 ha torpaq sahəsində saxlamışdır. İslam Mamedovun şifahi tapşırığına əsasən hərəkət edən qohumu Cavabdeh1 xx.xx.2020-ci il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin evləri hər birinin dəyəri 15 000 manatdan olmaqla, cəmi 45 000 manata iddiaçıya satmışdır. İddiaçı satıcı tərəfindən müəyyən olunmuş vaxt ərzində evləri ərazidən aparmamışdır. Evlərin saxlanc olaraq qoyulduğu 0,27625 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Vahid Məmmədov tərəfindən Rəşad Mikayılova, xx.xx.2022-ci il tarixdə isə Rəşad Mikayılov tərəfindən Əhməd Eminova satılmışdır. Hazırda həmin torpaq sahəsinin mülkiyyətçisi Əhməd Eminovdur. Əhməd Eminov torpaq alqı-satqısı zamanı mübahisəli evləri almadığını bildirsə də, Rəşad Mikayılov xx.xx.2020-ci il tarixdə torpağı alarkən taxta evləri də aldığını, hər birinə görə 10 000 manat olmaqla, cəmi 30 000 manat ödədiyini göstərmişdir.
40. Göründüyü kimi, mübahisəli taxta evlər xx.xx.2020-ci ildə 45000 manata İddiaçı satılmış olsa da, xx.xx.2020-ci il tarixdə torpaq sahəsi ilə birlikdə yenidən Rəşad Mikayılova 30000 manata satılmışdır. Əhməd Eminovun izahatına əsasən isə mübahisəli taxta evlərdən ikisi artıq ərazidən aparılıb və ərazidə yalnız bir ev qalıb.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, 0,27625 ha torpaq sahəsinin və mübahisəli taxta evlərin faktiki sahibi cavabdeh İslam Mamedov olmuşdur və həm torpaq sahəsi, həm də taxta evlər onun tapşırığına əsasən satılmışdır. Mübahisəli taxta evlər İslam Mamedovun tapşırığına əsasən Cavabdeh1 tərəfindən iddiaçıya satılmış və əldə edilmiş 45 000 manat pul vəsait i İslam Mamedova verilmişdir. İşin bu halı nə Cavabdeh1, nə də İslam Mamedov tərəfindən mübahisələndirilməmişdir. Onların iddiaya etirazının əsas dəlili iddiaçının mübahisəli evləri 2 ay ərzində ərazidən aparmaması ilə bağlıdır.
42. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin həmin dəlilinə münasibətdə göstərmişdir ki, mübahisəli taxta evlərə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində öhdəliyin icra müddəti, yəni taxta evlərin iddiaçıya nə vaxt təhvil verilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
43. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin apellyasiya baxışı zamanı müəyyən edilən hallarına Mülki Məcəllənin 452, 567, 568, 569, 575-ci maddələri tətbiq olunmalı və hazırkı mübahisəyə həmin normalar baxımından qiymət verilməlidir.
44. Ape llyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin qeyd edilən normalarının hazırkı mübahisəyə tətbiqi nəticəsində belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli əmlakları, yaxud onların dəyərini tələb etməkdə haqlıdır. Onun tələbinə cavab verməli olan şəxs cavabdeh İslam Mamedovdur. İddiaçıya satılmış əmlaklar sonradan başqa şəxsə satıldığından iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 452, 567, 568, 569, 575-ci, Mülki Prosessual Məcəllənin 88, 385.1.1, 385.1.2, 385.1.4, 386, 388 və 390-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
46. Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qə tnaməsinin, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli taxta evlərə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində öhdəliyin icra müddəti, yəni taxta evlərin iddiaçıya nə vaxt təhvil verilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmasa da, iddiaçının əri X6 Abşeron Pİ-də vermiş olduğu izahatında müqavilənin imzalandığı gündən 4 ay sonra X23 adlı şəxslə görüşdüyünü, İslamın ona, Emin adlı şəxslə torpaqla bağlı mübahisəsinin olduğunu, həmin mübahisəni həll etdikdən sonra evləri götürə biləcəyini dediyini etiraf etmişdir. Lakin X5 Ceyhun Nəriman oğlu ilə 2021-ci ilin yaz aylarınadək dəfələrlə görüşüb torpaq sahəsini satdığını, həmin taxta evlərin dərhal götürülməsinə təklif və tələb etsə də X15 bu tələbə qarşı laqeyd yanaşaraq, alqı-satqı müqaviləsinin şərtlərini pozaraq əşyanı qəbul etməmişdir. Bu faktı X23 təsdiq edə bilər. Qeyd edilən xüsusatlar apellyasiya instansiyası məhkəməsi tərəfindən hər tərəfli araşdırılmamışdır.
48. Cavabdeh kassasiya şikayətinin hüquqi əsası Mülki Məcəllənin 427.2, 567, 569.1, 596.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və y a əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. M addə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 569.2. Əgər alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqısatqı müqaviləsinin icrasından imtina edə bilər. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikl ik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi v ə prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
52. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
55. İddia tələbi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alınmış 3 ədəd taxta evin verilməsi, bu, mümkün olmadıqda isə onların dəyəri olan 45000 manatın geri alınması barədədir.
56. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, 0,27625 ha torpaq sahəsinin və mübahisəli taxta evlərin faktiki sahibi cavabdeh İslam Mamedovdur. Mübahisəli taxta evlər İslam Mamedovun tapşırığına əsasən Cavabdeh1 tərəfindən xx.xx.2020-ci ildə 45000 manata İddiaçı satılmış olsa da, xx.xx.2020-ci il tar ixdə torpaq sahəsi ilə birlikdə yenidən Rəşad Mikayılova 30000 manata satılmışdır. İddiaçıdan əldə edilmiş 45000 manat pul vəsaiti İslam Mamedova verilmişdir.
57. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırkı işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
58. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 31-45-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi, tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdəki sübutlar əsasında müəyyən e tmiş, sübutları da MPM-in 88-ci maddəsinə uyğun qiymətləmdirmişdir.
59. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.
60. Kassasiya şikayətinin dəlillərinə görə Mülki Məcəllənin 427.2, 567, 569.1 və 596.3-cü maddələri pozulub.
61. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
62. Qeyd edilən norma əsasında iddianın rədd edilməsi o halda mümkün ola bilərdi ki, kreditor öhdəliyin dərhal icrasını tələb edərdi, borclu isə onu ağlabatan müddətdə icra etməzdi. Hazırkı işdə belə bir hal müəyən edilməyib.
63. Mülki Məcəllənin 569.1-ci maddəsi də alqı-satqı müqaviləsinin icrası ilə bağlı olduğu və öhdəliyin icrası müddəti ilə bağlı göndərici norma kimi 427.2-ci maddəsinə istinad etdiyi üçün Mülki Məcəllənin 569.1-ci maddəsinin pozulması barədə dəlil də yuxarıdakı bəndlərə uyğun olaraq əsaslı sayıla bilməz.
64. Mülki Məcəllənin 596.3-cü maddəsi isə alıcının alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcının alıcıdan əşyanı qəbul etməyi tələb edə bilməsi və ya müqavilənin icrasından imtina etməsini nəzərdə tutur ki, hazırkı işdə bu hal da müəyyən edilməyib. Həmçinin satıcının müqavilənin icrasından imtina etməsi əşyanı vermək öhdəliyinin icrasından imtinanı ehtiva edir, onu müqavilə üzrə satılan əşyanın ödənilmiş dəyərini qaytarmaq vəzifəsindən azad etmir.
65. Bu baxımdan məhkəmə ko llegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mamedov İslam Şərafəddin oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(103)-1811/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.