Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2934/2023 02.08.2023 ALİ MƏHKƏMƏ QƏRARDADİ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı3 və qeyrilərinin Cavabdeh1 ASC-yə və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(103)-886/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2( 103)-886/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2934/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Rafael Eyvazov 2(103)886/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(103)-886/2023 nömrəli qətnaməsindən İddiaçı5 tərəfindən kassasiya şikayətinin verildiyini qeyd edərək həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarması nı xahiş etmişdir. Məhkəmə kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, kassasiya məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlə rə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2921/2023 nömrəli xx.xx.2023-cü il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2934/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-2934/2023
02.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver