Məhkəmə qərarları › İş №2(102)-2935/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2935/2023

10.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2935/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2(103)2552/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 10 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 19.05.2022-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsi ilə (bundan sonra – kredit müqaviləsi), İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonracavabdeh) 10.000 manat borc pul vermiş, sonuncu isə həmin pul məbləğini xx.xx.2022ci il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi, sonradan iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinə əsasən ondan aldığı 10.000 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir

3. İddia tələbi işin yuxarıda qeyd olunmuş faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, cavabdeh borcunu hissə-hissə ödəməli olsa da, borcunu qaytarmamışdır.

4. Cavabdeh məhkəmə iclasında izahatında iddia t ələbini qəbul edərək, kredit müqaviləsi üzrə cavabdehdən 10.000 manat pul götürdüyünü, lakin müqavilə üzrə borcunu maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilmədiyini bildirmişdir.

5. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-5256/2022 saylı iş üzrə 01.11. 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı və iddiaçıya olan borcunu ödəməlidir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Kons titusiyasının 12-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 442, 443.1, 448.1, 448.2,739.1, 740, 741-ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıdan 10.000 manat borc pul alsa da, həmin məbləğin 1.000 manatını geri qaytarmışdır. Birinci instansiya məhkəməsi isə iddia tələbini tam təmin edərək, yanlış nəticəyə gəlmişdir.

10. Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2552/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov sədrlik edən, məruzəçi, İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 11.Məhkəmə kollegiyası hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh həmin pulu iddiaçıdan aldığını etiraf etmişdir. Cavabdeh, birinci instansiya məhkəməsində keçirilən iclasda da iddianı etiraf etmişdir. Həmçinin, apellyasiya şikayətində cavabdeh yazılı şəkildə iddianı etiraf edərək göstərmişdir ki, həmin pulu iddiaçıdan alıb.

12. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh aldığı pulu geri qaytarmamışdır. Belə ki, pulun q aytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh 1.000 manatı gerqaytardığını bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı isə 1.000 manatın qaytarılmadığını bildirmişdir.

13. Məhkəmə kollegiyası hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassator apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən şikayətində əlavə olaraq bildir mişdir ki, iş üzrə düzgün araşdırma aparılmamış, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara istinad edilərək qərar qəbul edilmiş, onun apellyasiya şikayətində göstərdiyi hallara qiymət verilməmişdir.

16. Kassator, kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, işt irakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 52.2. Cavabdeh bu barədə ya zılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir;

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;

32. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdı r;

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. Cavabdeh, kassasiya ş ikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

38. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehə 10.000 manat borc pul vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən notariusun Reyestrində 3M-720 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh qeyd olunan borcu xx.xx.2022-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

39. Apellyasiya instansiyası məhkəməsi, birinci inst ansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslanlırma ilə razılaşıb, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıdan aldığı 10.000 manat pulu müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır və iddiaçıya olan borcunu ödəməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə iddiaçı cavabdehdən 10.000 manat pul tələb edir və qeyd edilən məbləğ məhkə mə araşdırması zamanı öz təsdiqini tapdığı üçün, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.

41. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassator, kassasiya şikayətində sözügedən kredit borcunun 1.000 manatının cavabdeh tərəfindən iddiaçıya qaytarıldığını və işə baxan məhkəmələr tərəfindən bu hala diqqət yetirilmədiyini göstərsə də, işdə bu barədə heç bir sübut yoxdur.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Hazırki işdə də cavabdeh etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2(103)-2552/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar