Məhkəmə qərarları › İş №2(102)-2937/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2937/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2937/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı vəkili x7, Üçüncü şəxs x6 vəkili x4 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Respublika Xammal və x11 və Daşınmaz Əmlakların satışı üzrə Hərac Mərkəzinə, Cavabdeh3nə qarşı “əmlakın qiymətləndirilməsi haqqında hesabatın və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” təl əbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs x6 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: x10 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən, tələbin təmin olunmuş “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsini, İddiaçı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 15.05.2018-ci il tarixli hesabatın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Respublika Xammal v ə x11 və Daşınmaz Əmlakların satışı üzrə Hərac Mərkəzinə, Cavabdeh3nə qarşı “əmlakın qiymətləndirilməsi haqqında hesabatın və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-3712/2019) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)-607/2020) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3712/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qism ən, “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” barədə tələbin rədd edildiyi hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilərəjk, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “açıq hərracın nəticələri haqqında” 63/04 saylı 22.10.2018-ci il tarixli protokolunun etiabrsız hesab edilməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: x3 şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsinin qismən, tələbin təmin olunmuş “hərracın nəticələri h aqqında protokolun etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsini, İddiaçı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 15.05.2018-ci il tarixli hesabatın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Üçüncü şəxs x6 vəkili x9 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edi lməsini xahiş edir. İddiaçı vəkili x12 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, AN-İ **** *** nömrəli 30.03.2016-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətinə görə, satıcı İddiaçı ilə alıcı x10 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsi x1. Ağdaş rayon Məhkəməsinin 2(014)-2201/2017 saylı 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə ünvan 2 saylı ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair İddiaçı ilə x10 arasında bağlanılaraq 30 mart 2016-cı il tarixdə Ağdaş rayon notariat kontorunda rəsmiləşdirilmiş AN-İ, ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən x6 adına verilmiş 29 iyun 2017-ci il tarixli ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, x6 İddiaçı qızına 13500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsinin bağlanması, borc müqaviləsinin təminatı kimi x10 ilə İddiaçı arasında 30 mart 2016-cı il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 2-də yerləşən 0.05 hektar torpaq sahəsinin x6 xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Cavabdeh3 tərəfindən icra hərəkətlərinə başlanılmış və əmlak üzrə müvafiq qiymətləndirmənin aparılması “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə 2/1305 saylı 03.07.2018-c i il tarixli məktubla sifariş olunmuşdur. Həmin MMC-nin tərtib etdiyi 189 №-li 15.05.2018-ci il tarixli “əmlakın qiymətinin müəyyən edilməsi üçün hesabat”dan görünür ki, Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14-də yerləşən 0.05 ha torpaq sahəsinin satış qiyməti 18000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh3 08.06.2018-ci il tarixli təklif məktubuna əsasən icra işinin icrası ilə əlaqədar ünvan 2-də yerləşən 0.05 ha torpaq sahəsi x8 təklif edilmişdir. Belə ki, Respublika Xammal və x11 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 01/3399 saylı 21.09.2018-ci il tarixli məktubundan görünür ki, 2/1306 saylı 03.07.2018-cı il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14 saylı ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin satılması ilə bağlı mövcud q anunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 21.09.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Bundan sonra İddiaçı məxsus ünvan 2 -də yerləşən 0,05 ha torpaq sahəsini 11475 manata tələbkar x10 əldə etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2, 415.4, 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 42.1, 43.1-ci maddələrini tətbiq etmişdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsi iddia tələbinin “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı gəldiyi nəticə üçün maddi hüquq normalarının pozulmasına yol verilməsi nəticəsinə gələrək qeyd etmişdir ki, açıq hərrac qüvvədə olan qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Açıq hərrac əmlakın ən çox pul verənə verilmək üzrə açıq satışa çıxarılmasıdır. Açıq hərracda istənilən şəxs iştirak edə bilər. Bu məqsədlə hərrac təşkilatı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməlidir. Özü də belə elan formal xarakter daşımamalı, hamının oxuya biləcəyi, oxucu kütləsi olan mətbu orqanda verilməlidir. Hazırki işdən müvafiq torpaq sahəsinin açıq hərraca çıxarılması ilə bağlı elan verilməsi müəyyən olunmur. Sanki hazırkı hərrac torpaq sahəsinin maraqlı şəxsə satılması üçün təşkil olunmuşdur. Kütləvi məlumat verilmədən açıq hərrac keçirilməsi onun mahiyyətinə ziddir. Hərrac ona görə açıq elan olunur ki, istənilən şəxs bu barədə məlumatlı olsun və arzu edən şəxs həmin hərracda iştirak edə bilsin. Bu təkcə yerli mətbu orqanı olmamalıdır. Belə elan heç olmasa respublika daxili kütləvi informasiya orqanlarının birində verilməlidir. Belə elanın verilməsi ona xidmət edir ki, hərrac bunda iştirak etməyi arzu edən şəxslərin iştirakı ilə keçirilsin ki, əmlakın satılması daha çox vəsait ödəyənə verilməsi yolu ilə baş tutsun. Lakin hazırki işdə hərracın göstərilən qaydaya riayət edilməklə keçirilməsi faktı müəyyən olunmur. Apelyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, qanunun normalarına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətçisi olan, ipoteka qoyanın əmlak mənafeyinin pozul ması ilə də nəticələnə bilər. Hərracın baş tutması üçün azı iki nəfərin iştirakı, eyni zamanda hərracın təşkilatçısının beh qoyması zəruridir. Hazırkı işdə isə hərraca x5 başqa digər şəxslərin gəlməsi barədə məlumat yoxdur. Əks təqdirdə iştirak etmək arzusunda olan şəxslərin müraciəti və bu barədə beh ödəmələrinə dair məlumat olmalıydı. Lakin hərracda azı iki nəfərin iştirak etməsi, həmçinin iştirakçıların hərracda iştirak etməsi üçün beh qoymaları halı təsdiq olunmur. Qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair bildiriş göndərməlidir. Bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur. Lakin hazırki iş üzrə 17.08.2018-ci il və 31.08.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişlər in iddiaçı tərəfindən alınmasını təsdiq edən hər hansı sübut iş materiallarında öz əksini tapmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən 17.08.2018-ci il və 31.08.2018-ci il tarixli bildirişlərin iddiaçı tərəfindən alınmasını təsdiq edən sübutların məhkəməyə təqdim olunması barədə 20 noyabr 2019-cu və 11 dekabr 2019-cu il tarixlərdə Respublika Xammal və x11 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə sorğu göndərilsə də, həmin sorğuya cavab məktubu və tələb olunan sənədlər məhkəməyə təqdim olunmadığından hazırki işlə bağlı hərrac barədə ipoteka qoyana hər hansı bildirişin göndərilməsi, hərracın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elanın verilməsi hallarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iddianın q ismən təmin olunan hissəsi ilə bağlı gəlmiş olduğu nəticəsi ilə razılaşmır, eyni zamanda x3 şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə dair dəliləri ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya məhkəməsi bildirişlərin göndərilməməsi və ya vaxtında göndərilməməsi, mətbu orqanında hərrac hərəkətləri haqqında elanların verilməməsi, bildirişlərin iddiaçı tərəfindən alınmamasına dair iddiaçının göstərdikləri ilə kifayətlənməklə faktiki olaraq həmin dəlillərin araşdırılması ilə bağlı heç bir hərəkət etməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsindən görünü r ki, göstərilən halların aydınlaşdırılması ilə bağlı cavabdeh tərəfə müvafiq sorğular verilmiş, lakin sorğulara cavab verilmədiyi göstərilir (halbuki iş materiallarında belə sorğunun olması müəyyən olunmur) Lakin mülki işin 167-188-ci səhifəsində olan və 15.01.2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, bildirişlər, onların iddiaçıya çadırılmasına dair xəbərnamələr, elanların verilməsini təsdiq edən müvafiq mətbu orqanlarından çıxarışlar və hərracın keçirilməsi ilə bağlı digər sənədlər əlavə olunmuşdur. (həmin sənədlərin işə baxılanadək və ya ondan sonra məhkəməyə daxil olmasını müəyyən etmək mümkün deyil) Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi işin hallarının tam araşdırılmasını təmin edilməsi üçün qətnamədə göstərildiyi kimi müvafiq sorğu vermişdirsə, artıq bu o deməkdir ki, o əlavə araşdırmaya zərurətin olması nəticəsinə gəlmişdir. Belə olan halda isə həmin sorğuya cavab alınmadan müvafiq olaraq işdə olan sübutlarla (faktiki olaraq iddiaçı tərəfin təqdim etmiş olduğu sübutlarla kifayətlənərək) əsaslanmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin hazırda mübahisələndirilən hissədə ləğv edilməsi nəticəsinə gəlməsi düzgün olmamışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəəsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarından olan mövqyeinə görə bu maddənin (Mülki məcəllənin 415.2) məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında » 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Həmin qərarda Konstitusiya məhkəməsinin digər mövqeyinə görə insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətir ilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. … MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yox dur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına apelyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işdə olan digər sübutlarla uzlaşmayan və qanunvericiliyin tələblərinə cavab verməyən iddiaçı tərəfin izahatlarına və təqdim etdiyi sənədlərə istinad edərək iddia tələbini (mübahisələndirilən hissədə) təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmi yyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxı larkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda maddi hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: x2 şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsi «Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərrac Mərkəzi MMC-in «açıq hərracın nəticələri haqqında» 63/04 saylı 22.10.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar