Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2937/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2415/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti (yeni adı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – cavabdeh və ya Bank) İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1- 0-2454-14 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və 0,04 ha torpaq sahəsini 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılaşmasına əsasən 195.000 manat qiymətləndirilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıdan 70.445,24 manat əsas, 5 9.513,77 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.067,2 manat borc olmaqla, cəmi 131.226,21 manatın Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi, evin hərracda satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci 01 ay ərzində iddiaçının evdən çıxarılması qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)1561/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-13/2020 nömrəli qətnaməs i ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və ilkin satış qiyməti 210.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3234/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Banka qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Bankla aralarında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsi bağlanan zaman ona məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair razılığı olmamışdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin (bundan sonra – MM) 337, 339.2-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı borcunu ödəmədiyi üçün məhkəməyə müraciət edilmiş, Bankın iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. İddia tələbi əsasızdır. Həmçinin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Odur ki, 01 illik iddi a müddəti tətbiq edilməklə, iddia rədd olunmalıdır.
9. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1894/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.B.Əkbərli) iddia təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mülkiyyətçi kimi ipoteka müqaviləsini bağlamaqda səlahiyyətli olmuşdur. İpoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələbinə əməl edilmişdir.
12. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona fiziki və yaxud psixoloji təsir göstərilməsi yolu ilə müqavilələri bağlamağa məcbur edilməsi hallarını sübuta yetirə bilməmişdir. Belə ki, borc müqaviləsi, ipoteka müqavilələri onun işt irakı ilə bağlanmış, o, mənzilin ipoteka ilə yüklü edilməsinə könüllü olaraq razılıq vermişdir.
13. Qanuni qüvvəyə minmiş məhkəmə aktları və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, mübahisələndirilən ipoteka müqaviləsi yazılı formada bağlanmaqla, müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir, müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Çünki, müqavilənin tərəfləri ipoteka müqaviləsinin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqavilələri bağlayaraq imzalamışlar. Müqavilələrin bağlanmasının təşəbbüskarı iddiaçı özü olmuşdur. İşin qeyd olunan faktiki halları və müqavilənin qanuna uyğun bağlanması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Odur ki, iddia tələbi əsassızdır.
14. Məhkəmə eləcə də qeyd etmişdir ki, ipoteka müqaviləsi qanunvericiliyin tələbinə uyğun bağlanmışdır, iddiaçı xx.xx.2014-cü il tarixli müqaviləni şəxsən bağlamış və müqavilənin bağlanmasından məlumatı olmuşdur. İddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmış, xx.xx.2014-cü il tarixdə bağlanmış müqaviləni xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir.
15. Həmçinin, məhkəmə qeyd etmişdir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda yuxarıda qeyd olunduğu kimi iddiaçı bağladığı əqdlərə münasibətdə vicdanlı olmuş, əqdlərin legitimsizliyi barədə onda hər hansı şübhə olmamışdır.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 739.1, 740.2, 337.1, 404.1, 404.2, 354.2, “İpoteka haqqında” Qanunun 10.2 və 10.4; Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 82.3, 119-cu maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hərtərəfli, tam, obyektiv araşdırma aparmamışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5698/2022 nömrəli mülki iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi əqdlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan, ipoteka müqaviləsinin etibarsızlığı məsələsinə hüquqi qiymət verildiyindən və hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
21. Məhkəmə gəldiyi nəticəni MPM-in 261.0.2, 262.4, 384.0.4, 391 və Ali Məhkəmənin M ülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadına istinadla əsaslandırmışdır. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-309/2023 nömrəli mülki iş üzrə 09 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov (məruzəçi), Ə.G.Nurməmmədov, Z.Ə.Əliyev) apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmışdır.
23. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə şərh edilən göstərişləri ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə ic raata xitam verilməsi üçün əsas götürülmüş məhkəmə aktları üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbi əşya hüququna əsaslanan iddia olduğu üçün və işə baxılması zamanı hazırkı iş üzrə iddiaçı tərəfindən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə yazılı tələb (o cümlədən qarşılıqlı iddia) irəli sürülməklə etiraz edilmədiyi üçün həmin işə baxmış məhkəmələrin ipoteka qeydinin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi də yaranmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2415/2023 nömrəli mülki iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev, F.H.Qasımov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətna mə qəbul edilərək iddia tələbi təmin edilməmişdir.
25. Apelyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən, iddia tələbinin qanuni əsasını müəyyən etməmiş, həmçinin MPM-in 82.3-cü maddəsinə istinad etmişdir. Hansı ki, kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas götürülmüş məhkəmə aktları üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbi əşya hüququna əsaslanan iddia olduğu üçün və işə baxılması zamanı hazırkı iş üzrə iddiaçı tərəfindən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə yazılı tələb (o cümlədən qarşılıqlı iddia) irəli sürülməklə etiraz edilmədiyi üçün həmin işə baxmış məhkəmələrin ipoteka qeydinin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi də yar anmamışdır.
26. Hazırkı işdə iddiaçı ipoteka müqaviləsinin etibarsızlığını irəli sürərkən, cavabdeh tərəfindən aldadıldığı nəticəsində müqaviləni bağladığını bildirir.
27. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 18 dekabr 2014-cü il tarixli, 6-G-1- 0-2454-14 nömrəli ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla qanunvericiliyin tələbinə uyğun bağlanmışdır.
28. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 18 dekabr 2014-cü il tarixli, 6- G-1-0-2454-14 saylı kredit müqaviləsi əsasında Bankdan götürdüyü kreditin təminatı olaraq, hazırda mübahisələndirdiyi ipoteka müqaviləsini bağlamışdır.
29. Məhkəmə kollegiyası iddiaçının aldadılmaqla ipoteka müqaviləsi bağlaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materialları i lə mübahisələndirilən ipoteka müqaviləsinin etibarsızlığına səbəb ola biləcək qeyd olunan hal aşkar edilməmiş, iddiaçı da bunu təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə iş materialları ilə müəyyən edilmişdir ki, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, tərəflər müqaviləni bağlanması anında bütün şərtlər barəsində razılığa gələrək öz iradələri ilə həmin müqavilələri imzalayaraq təsdiq etmişlər.
30. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ipoteka müqaviləsini mübahisələndirmək üçün 1 (bir ) illik kəsici müddəti ötürmüşdür.
31. Belə ki, ipoteka müqaviləsi 18 dekabr 2014-cü il tarixdə bağlansa da, iddiaçı müqaviləni xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir.
32. Apelyasiya instansiyası məhkəməsi öz mövq eyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 140, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 339.2, 339.3, 354.2, 399.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 10.2, 10.4-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsində iddiaçının iştirakı təmin edilməmiş, nəticədə işin yuxarıda qeyd olunan xüsusatı ilə bağlı həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradılmamışdır. Bundan başqa, məhkəmə qətnaməsində iddiaçının ipoteka müqaviləsini mübahisələndirmək üçün 1 (bir) illik kəsici müddəti ötürməsi barədə göstərilənlərlə əlaqədar bildirmək istəyir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının ipoteka müqaviləsinin etibarsız sayılmasına əsas verən hallar barədə nə vaxtdan məlumatlı olması məsələsi araşdırılmadan iddiaçının ipoteka müqaviləsini mübahisələndirmək üçün 1 (bir) illik kəsici müddəti ötürməsi barədə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə s on qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
35. Kassator şikayətində MM-nin 354.2, 347.1-ci, MPM-in 14.1-ci maddələrinin tələblərinin pozulmasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
36. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
37. Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
38. Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəf in razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
39. Maddə 337.1.Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
41. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
42. Maddələr 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmada n bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
43. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, a ldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
44. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
45. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İpoteka Haqqında Azərbaycan Respublikasının Qanunu:
46. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
47. Maddə 10.4.İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Mülki Prosessual Məcəllə
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş pro sessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Sübutları araşdırmaq və qiymətlə ndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlillər i qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2415/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.