Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2939/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı və vəkili X2 iştirakı lə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-3003/2019, hakim İ.Ə.Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2 qarşı alqı-satqı müqavilələrin in etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi və mənzil üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11428/2019, hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçıünvan 1 ünvanda yerləşən 68 saylı mənzili xx xxxxxx 2011-ci il tarixli bağışlama müqaviləsi əsasında əldə etməklə, həmin mənzil on un adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx xxxx 2016-cı il tarixli etibarnamə əsasında əri Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunda icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, ipoteka qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və s.) etibar etmişdir. xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1, ev 3, 68 saylı mənzil İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınm ışdır. xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1, ev 3, mənzil 68 Cavabdeh2 tərəfindən X1 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1, X5, Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və hüquqi nəticərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qi ymət verilməmişdir. Cavabdehlərin hər biri məhkəmə araşdırması zamanı verdikləri izahatlarında borc münasibətlərinin olmasını qəbul etmişlər. Bu halda apellyasiya məhkəməsinin alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanması barədə gəldiyi nəticə əsassızdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya ins tansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı xx xxxx 2016-cı il tarixli etibarnamə əsasında Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunda icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, ipoteka qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və s.) etibar etmiş, həmin etibarnamə əsasınd a iddiaçıya məxsus mənzil xx xxxx 2016-cı il tarixdə digər cavabdeh Cavabdeh2 satılmış və sonuncunun mülkiyyətinə keçmişdir. Bundan sonra, cavabdeh Cavabdeh2 həmin mənzili xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X3 xeyrinə özgəninkiləşdirmişdir. İddiaçı mənzilini satmaq niyyəti olmadığına, əri tərəfindən etibarından sui-istifadə edilməklə və aldadılmaqla qanunsuz alqı-satqı müqaviləsi bağlandığına istinad edərək hazırki iddianı qaldırmış və həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə ona məxsus olmuş mənzilin mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 340-cı maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əqdlə rin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin anlayışı təsbit edilmişdir. Həmin Məcəllənin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 340-cı maddəsi ilə uydurma və yalan əqdlərin etibarsızlığı əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməməklə, tərəflər müqaviləni bütün mühüm şərtlərinə əməl etməklə bağlamışlar. İddiaçı müqavilənin onun etibarından sui- istifadə edildiyinə, aldadıldığına istinad etsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş və məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Bundan başqa o, özündə etibarnamənin predmeti harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunda icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, ipoteka qoymaq,ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və s hüquqları ehtiva edən etibarnamə verməklə, onun həmin səlahiyyətə uyğun olaraq mübahisəli mənzili özgəninkiləşdirilə biləcəyini, başqa sözlə bu etibarnamənin yarada biləcək hüquq i nəticələri görməli və bilməli idi. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q
Məhkəmə qərarları › İş №2(102)-2939/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2939/2020
20.05.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver