Məhkəmə qərarları › İş №2(102)-2942/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2942/2019

22.04.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2942/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(N02)-2942/20N9 22 aprel 20N9-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili ***nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.N2.20N8-ci il tarixli, 2(N03)NN508/20N8 nömrəli qətnaməsindən Ərizəçi kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəm iyyəti olan faktın müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun N saylı hərbi hissənin tərkibində ***ndə və ***lərində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında N994-cü ilin yanvar ayından N994-cü ilin may ayınadək iştirak etməyinin müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Ə.Rzayev) 20 iyul 20N8-ci il tarixli, 2(00N)-5573/20N8 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi N saylı hərbi hissəinin tərkibində ***ndə və ***lərində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında N994-cü ilin yanvar ayından N994-cü ilin may ayınadək iştirak etməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) 25.N2.20N8-ci il tarixli, 2(N03)-NN508/20N8 nömrəli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti qismən təminedilmiş, Bakı şəhəri BinəqədiRayon Məhkəməsinin 20 iyul 20N8-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə təmin edilməmişdir. Ərizəçi və onun vəkili XN iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.N2.20N8-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Ərizəçi və onun vəkili XN iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.N2.20N8-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, ərizənin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Ərizəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlara qiymət verərərkən mülki prosessual məcəllənin 88-ci maddəsinin tələ blərinə riayət etmədiyini göstərmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 4N6-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.N2.20N8-ci il tarixli qətnaməs i ilə maraqlı şəxsin apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyul 20N8-ci il tarixli qətnaməsini ləğv edib, ərizəni rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, ərizəçi N saylı hərbi hissənin tərkibində ***ndə və ***lərində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında N994-cü ilin yanvar ayından N994-cü ilin may ayınadək iştirak etməsinin müəyyən olunmasını xahiş edir. Həmin faktın müəyyən olunması üçün birinci instansiya məhkəməsində şahid ifadələrini sübut olaraq təqdim etmişdir. Birinci instansiya məhkəməsi yalnız həmin şahid ifadələr inə istinad edərək və işdə olan digər sübutlarla qarşılıqlı olaraq yoxlamadan əsassız olaraq ərizənin təmin olması nəticəsinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 28 mart 20N6-cı il tarixli arxiv arayışına əsasən, Ərizəçi N saylı hərbi hissə komandirinin N2 yanvar N994-cü il tarixli 225 saylı əmri ilə kursant rütbəsi verilərək Vİİİ MAT-ın şəxsi heyətininin siyahısına və bütün təminat növlərinə daxil edilərək *** hərbi şəhərciyinə ezamiyyətə göndərilmiş və 27 oktyabr N994-cü il tarixli 267 saylı əmrlə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissənin sərəncamına göndərilmişdir. Həmin hərbi hissədə isə N oktyabr N994-cü ildən N0 yanvar N998-ci ilədək xidmət etmişdir. Apellyasiya in stansiyası məhkəməsi hesab etmişdir ki, ərizəçi N saylı hərbi hissədə xidmətə N oktyabr N994-cü ildən başlamışdır. Belə olan halda isə bundan əvvəl, yəni N994-cü ilin yanvar-may aylarında həmin hərbi hissədə xidmət etməsi və göstərdiyi bölgələrdə döyüş əməliyyatlarında iştirakı mümkünsüzdür. Ərizəçinin göstərdiyi müddətdə o, *** və ya ***nun ərazisində deyil, *** Hərbi şəhərciyində ezamiyyətdə olmuşdur. Birinci instansiya məhkəməsi isə işdə ərizənin təmin olunmamasına əsas ola biləcək kifayət edən dərəcədə sübut olmasına baxmayaraq bunları nəzərə almadan ərizənin əsassız olaraq təmin olunması nəticəsinə gəlmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlil ləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 4N6-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 4N7.N.N-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 4N6-4N7, 4N9, 42N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.N2.20N8-ci il tarixli, 2(N03)-NN508/20N8 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Hacıyev hakimi Sənan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar