Məhkəmə qərarları › İş №2(102)-2943/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2943/2024

03.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2943/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, əmlakın naturada ayrılması, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dai r mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-7/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayətinə 03 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15 sentyabr 2006-cı il tarixli bağışlama müqaviləsinə əsasən X5 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhər Ərazi İdarəsinin xx.xx.2006-cı il tarixli 511 nömrəli arayışı və qeydəalma vəsiqəsinə əsasən ona məxsus Şəki şəhəri, M.Cabbarov küçəsi, 11/23, ümumi sahəsi 162.6 kv.m olan üç otaqdan ibarət mənzilin ½ hissəsini nəvəsi İddiaçı bağışlamışdır.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfind ən 04 oktyabr 2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şəki şəhəri, M.Cabbarov küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.0 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11 (23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı - ½, Cavabdeh - ½ adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Şəki Rаyоn Məhkəməsinin 06 sentyabr 2018-ci il tаrixli, 2(075)-3317/2018 saylı qətnаməsi ilə iddiаçı Cavabdehlər İddiaçı və Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi bаrədə iddiаsı rədd edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(107)-131/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə) ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən Şəki şəhəri, Məmməd Cabbarov küçəsində yerləşən 11(23) nömrəli fərdi yaşayış evinin ona məxsus olan hissəsində aparılmış qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, 15 sentyabr 2006-cı il tarixdə mərhum nənəsi X2 şəhəri, Məmməd Cabbarov küçəsində yerlə şən 11/23 saylı evin ½ hissəsini iddiaçıya bağışlamışdır. Fərdi yaşayış evi və həyətyanı sahə cavabdehlə aralarında hasarla bölünmüşdür. Cavabdehin hasarın özünə aid olan hissəsində tikdiyi tikilinin damının 2 m-lik hissəsi iddiaçıya məxsus olan hissəyə keçmişdir. Eyni zamanda həmin qanunsuz tikilidə olan pəncərənin biri iddiaçının birbaşa həyətyanı sahəsinə, digəri isə iddiaçının çöl qapısının qabağına açılır. Cavabdeh tərəfindən aparılmış qeyri-qanuni tikinti iddiaçının darvazasının sol tərəfinin tamamilə tutulmasına gətirib çıxarmışdır. Bu hal isə darvazanın normal hərəkətinə və iddiaçının evinə avtomobil daxil olmasına ciddi əngəllər yaradır.

6. Cavabdeh tərəfindən aparılmış qanunsuz tikili aralarında olan hasarın iddiaçıya tərəf olan hissəsində aparılmışdır. Bu isə tikinti normalarına uyğun olmamaqla iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili darvazanın normal hərəkətinə, iddiaçıya məxsus həyətə avtomobil, zəruri hallarda təcili tibbi yardım, yanğınsöndürən və s. kimi avtomobil və texnikanın daxil olmasına ciddi əngəllər yaradır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki məcəllənin 152.1, 157.4, 170.2, 180.4-cü və Şəhərsalma və Tikinti Məclləsinin 72.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək, ünvan 3 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ona aid ½ hissəsinin real naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 21 sentyabr 2007-ci il tarixdə MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Şəki şəhəri, Məmməd Cabbarov küçəsində yerləşən 11/23 saylı fərdi yaşayış evinin ½ hissəsi cavabdehin, digər ½ hissəsi iddiaçının mülkiyyətindədir. Lakin hazırkı vaxtadək fərdi yaşayış evi real bölgü əsasında bölünməmişdir. Paylı mülkiyyətçi olan iddiaçı ilə cavabdeh arasında razılıq əldə olunmamışdır. İddiaçıya məxsus hər hansı torpaq sahəsində qanunsuz tikili aparmamışdır.

10. Birinci instansiya məhkəməsi hər iki iddia tələbi ilə bağlı işin hallarının müəyyən edilməsi üçün tikinti-texniki ekspertizası təyin etmiş, ekspertiza qarşısında müvafiq suallar qoymuşdur.

11. Məhkəmə Ekspetizası Mə rkəzinin 06 noyabr 2018-ci il tarixli, 21714 saylı ekspert rəyinə görə mülki iş materiallarında olan sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin arasındakı çay daşından hörülmüş sərhəd hasarının üzərində və ona bitişik vəziyyətdə inşa olunmuş tikililər və hasarın üzərindəki iddiaçıya məxsus həyətə baxan pəncərə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyil. Tədqiqat obyektlərinin qonşuların və digər şəxslərin əmlakları, həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması, qonşuların və digər şəxslərin hüquqlarının hər hansı formada pozub-pozmaması məsələsi hüquq xarakter daşıdığından və ekspertin həll etdiyi məsələlər dairəsində olmadığından, göstərilən fakt son nəticədə məhkəmə tərəfindən müəyyən oluna bilər. Ekspertiza tədqiqatına təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin hər hansı hissəsinin ünvan 1 ünvanında yaşayan iddiaçı tərəfindən tutularaq istifadə olunması müəyyən edilmir. Şəki şəhəri, M.Cabbarov küçəsində yerləşən 11/23 nömrəli fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən cavabdehə aid ½ hissəyə dair hüquq müəyyənedici və texniki sənədlər mülki iş materiallarında olmadığından və əlavə olaraq ekspertiza tədqiqatına təqdim olunmadığından tədqiq olunan 1 1/23 saylı fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən cavabdehə aid ½ hissənin naturada ayrılmasının mümkün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün deyildir.

12. Məhkəmə Ekspetizası Mərkəzinin 09 dekabr 2019-cu il tarixli, 20899 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mütəxəssis rəyi təqdim edilmədiyindən qoyulmuş sual üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası FHNnin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nun mühəndisi X6 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun tikilməmişdir. Azərbayca n Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nun mühəndisi X6 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə görə cavabdeh tərəfindən inşa edilmiş iddia predmeti olan tikili çay daşından hasarın üstündə inşa olunduğundan bişmiş kərpicdən hörülmüş divarın deformasiyaya uğramasını (yəni qismən çölə doğru qabarması) əsas tutaraq tikintinin vəziyyəti qəzalı hesab oluna bilər. ünvan 1 ünvanında tikilmiş fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə tikilinin dağılması kimi zərər dəyə bilər. 13. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilmiş baxışın nəticələrinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin mühəndis-inventerlaşdırıcısı Süleyman Məmmədov tərəfindən verilmiş 08 dekabr 2017-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qanuni torpaq sahəsi 600 m2 olmaqla, iddiaçı və cavabdehin adlarınadır. Torpaq sahəsi faktiki olaraq çay daşından hörülmüş divarla iki hissəyə bölünmüşdür. Hər payçıya ½ hissə düşdüyündən payçıların hərəsinin mülkiyyətinə 300 m2 torpaq sahəsi düşür və hər iki tərəfdə qanuni 300 m2 torpaq sahəsi yerləşir. Eyni zamanda faktiki həyətyanı sahə ümumilikdə 1085 m2 olduğundan hər iki tərəfə zəbt torpaq sahəsi düşür. Zəbt torpaq sahəsinin iddiaçıya aid hissədə 257 m2, cavabdehə aid hissədə 228 m2 müəyyən olunmuşdur.

14. Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbinin “ünvan 3 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid ½ hissəsinə ayrıca re yestrdən çıxarışın verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir.

15. Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evindən çöl darvazayadək olan hissəsinin sökülməsi, İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən İddiaçı və Cavabdeh mülkiyyətlərində olan daşınmaz əmlakın sərhədində Cavabdeh tərəfi ndən inşa edilmiş çay daşından olan hasarda İddiaçı məxsus fərdi yaşayış evinin həyətinə baxan, “A” literli yaşayış evindən çöl darvazayadək olan hissədə yerləşən 1 ədəd pəncərənin bağlanması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 3 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan, şimaldan 1370, cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla, tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq Cavabdeh mülkiyyətinə verilməsi, qarşılıqlı iddia tələb inin “ünvan 3 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi” hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qərardadının nəzərə alınması, 5 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, 150 manat ekspertiza xərcinin ½ hissəsi, yəni 75 manatın İddiaçı, ½ hissəsi, yəni 75 manatın isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. (hakim Pərviz Hacıyev)

16. Birinci instansiyası məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Şəki şəhəri, Məmməd Cabbarov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.0 kv.m yaşayış, 108.6 k v.m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçının – ½, cavabdehin – ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıya məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə cavabdeh tərəfindən bişmiş kərpicdən hörülmüş divar tikilmiş, həmçinin iddiaçının həyətinə baxan pəncərə açılmışdır.

17. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin arasındakı çay daşından hörülmüş sərhəd hasarının üzərində, ona bitişik vəziyyətdə inşa olunmuş tikililər və hasarın üzərindəki iddiaçıya məxsu s həyətə baxan pəncərə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun inşa olunmadığından qanunsuz tikilidir. Bundan başqa, cavabdeh tərəfindən inşa edilmiş iddia predmeti olan tikili çay daşından hasarın üstündə inşa olunduğundan, bişmiş kərpicdən hörülmüş divar deformasiyaya uğradığından (yəni qismən çölə doğru qabardığından) qəzalı vəziyyətdədir. Cavabdeh tərəfindən inşa edilmiş tikili və həmin tikilinin qeyd edilən mübahisəli pəncərələri bir mülkiyyətçi kimi iddiaçının öz mülkiyyətində olan əmlakdan sərbəst istifadəsinə maneçilik yaradır. Bu isə qanunla yol verilməz hesab edilir.

18. Birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilk iddia qismən təmin edilməli, ünvan 3 ünvanda yerləşən iddiaçıya məxsus daşınmaz əmlakın (fər di yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın iddiaçının adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş “A” literli yaşayış evindən çöl darvazayadək olan hissəsi sökülməli və həmin hissədə yerləşən 1 ədəd pəncərə bağlanmalıdır.

19. İlk iddia tələbinin qalan hissəsinə münasibətdə birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

20. Birinci instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçıya məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın müəyyən hissəsi və mübahisə predmeti olan digər 1 ədəd pəncərə iddiaçının adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş “A” literli yaşayış evinin hüdudları xaricində olduğuna görə iddiaçı həmin hissədə tikilinin sökülməsi mübahisələndirmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Odur ki, əsassız olduğundan ilk iddia həmin hissədə təmin edilməməlidir.

21. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 3 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan, şimaldan 1370, cənubdan 1710 sa yla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla, tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq Cavabdeh mülkiyyətinə verilməlidir.

22. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 146.3, 157.2, 157.4, 178.1, 180.1, 180.2, 180.3, 180.4, 213.1, 213.2, 220.1, 220.2, 220.3, 238.1-ci, Torpaq Məcəlləsinin 67.1, 111-ci, Mülki Prosessual Məcəllənin 88 və 106.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün halların aydınlaşdırılmaması yolu ilə qəbul edildiyindən qətnamədə göstərilmiş nəticələri işin faktiki hallarına uyğun gəlməmişdir. Belə ki, qanunsuz tikilinin üzərində olan pəncərələrin sökülməsini tələb etsə də məhkəmə həmin pəncərələrdən yalnız birinin bağlanılmasını təmin etmişdir. Halbuki işdə olan foto şəkillərdən göründüyü kimi qanunsuz tikilinin üzərində birdən artıq pəncərə vardır. Bununla yanaşı, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili iddiaçının həyətinin giriş darvazasının sol tərəfini tamamilə bağlamışdır. Bu səbəbdən də darvazanın sol qapısını normal açmaq mümkün deyildir. Hətta o, gələcəkdə darvazanı dəyişə bilmək imkanından da məhrum o lmuşdur. Buna cəhd etsə, qanunsuz tikilisinə ziyan vurmuş olacaqdır. Digər tərəfdən qanunsuz tikilinin dam örtüyünün darvazasına tərəf olan çıxıntısı o qədər böyükdür ki, yağan yağış, buz, qar bir başa darvazanın qarşısına tökülür ki, bu da oradan istifadə edənlərin həyatı üçün birbaşa təhlükədir və maneə törədir. Qanunsuz tikilinin dam örtüyünün çıxıntısı ona mane olmayacaq səviyyədə azaldılmalıdır.

25. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ilk iddia tələbinin təmin edilən hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qeyri-obyektiv, birtər əfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq torpağı iki bərəbər hissəyə bölmüş və torpağın bir hissəsini zəbt torpaq sahəsi kimi qeyd etmişdir. Həmçinin torpağı ½ hissədə naturada bölərkən onun mülkiyyətində olan fərdi yaşayış evinin 16 kv.m hissəsi cavabdehin tərəfinə düşür. Onun hazırda istifadəsində olan mülkün bir otağından əlindən zorla alınmış həmin otağa qapı yeri də vardır. Paylı mülkiyyətin məhkəmə qərarı ilə bölgüsü zamanı tərəflərə ½ hissə verilmişdir. Lakin bu gunə qədər onun istifadəsində 1/3 hissədir, 2/3 hissə cavabdehin istifadəsindədir. Bundan əlavə, iki dəfə ekspertiza keçirilmiş və qanunsuz ekspert rəyləri verilmişdir. Rəsmi sənədlərlə hesablandıqda iddiaçının istifadəsində olan torpaq sahəsinin 257 m2-i zəbt torpaq sahəsidir və onun həmin torpaq sahəsinin sərhəddində inşa edilmiş tikili ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ belə yoxdur.

27. Maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X1 apellyasiya şikayəti verərək qətnamənin ilk iddia tələbinin qismən təmin edilən hissəsində ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün ha lları aydınlaşdırmamışdır. Belə ki, ilk iddia tələbində sökülməsi tələb edilən bina Maraqlı şəxs inzibati binasıdır. Həmin tikili daha öncələr fərdi yaşayış evi olmuş, daha sonra isə cavabdeh tərəfindən təsis edilmiş Maraqlı şəxs inzibati binası kimi fəaliyyət göstərmişdir. Hazırda da həmin tikili Maraqlı şəxs inzibati binasıdır və bu xüsusat firmanın nizamnaməsi ilə təsdiq edilir. Həmin tikilini inşa etmək üçün Şəki şəhər XDS İcraiyyə Komitəsi 13 aprel 1989-cu il tarixli qərarı ilə buna icazə vermişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli arayışdan da görünür ki, uçot baza məlumatlarına əsasən Maraqlı şəxs xx.xx.1994-cü il tarixdə 12690 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazir liyi tərəfindən qeydiyyata alınmış, xx.xx.2005-ci il tarixdə isə ********** VÖEN ilə vergi orqanlarında uçota alınmışdır. Uçot baza məlumatlarında müəssisənin hüquqi ünvanı kimi “AZ 5500, ŞƏKİ RAYONU, H.SULTANOV ev 11" (hazırkı M.Cabbarov 11) qeyd edilmişdir. Həmçinin hazırda həmin tikili Cavabdeh deyil, “Səxavət-CO" Şirkətinin inzibati binası olduğundan iddia tələbi qanunsuz olaraq Cavabdeh qarşı yönəldilmişdir. İddia “Səxavət-CO" Şirkətinə qarşı qaldırılmalı idi. Həmin binada Maraqlı şəxs “Xəngəl” yarımfabrikatı və digər xəmir məmulatlarının istehsalı ilə məşğul olur. Bütün bu xüsusatları birinci instansiya məhkəməsi nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Maraqlı şəxs qanunsuz və əsassız olaraq cavabdeh qismində işə cəlb etməmişdir. Bundan başqa 20899 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlahiyə” KLİ-nun mühəndisi X6 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun tikilməmişdir. Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Lakin iddiaçının sökülməsini tələb etdiyi tikililər həmin Məcəllənin təsdiq edilməsindən 20 il öncə inşa edilmişdir. Buna görə də həmin tikililərin ekspert tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığının müəyyən edilməsi tamamilə qanunsuz və əsassızdır.

29. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-7/2023 nömrəli mülki iş üzrə 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov, Elçin Mehdiyev)

30. Apellyasiya instansiya məhkəməsi ilk və qarşılıqlı iddia tələbini təmin edilən hissələrində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks ol unan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

31. Apellyasiya instansiya məhkəməsi ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı həmin rəylərdə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir.

32. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə ekspert rəyləri işin hallarına uyğun gəldiyindən cavabdehin və qətnamə ilə maraqlarına toxunan şəxsin apellyasiya şkayətlərinin ekspert rəylərinin qanunsuzluğu ilə bağlı dəlilləri əsassızdır.

33. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin sonuncunu əsl cavabdeh, yəni Maraqlı şəxs ilə əvəz edilməsinə dair dəlilinə mün asibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Maraqlı şəxs maraqlarına toxunsa da, Cavabdeh həmin iş üzrə ilk iddiaya cavab verməli şəxs olmuşdur. Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsində əsl olmayan tərəfin əvəz edilməsinə yalnız iddiaçının yazılı razılığı ilə həm də məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər yol verildiyi qeyd edilmişdir. Odur ki, cavabdehin və qətnamə ilə maraqlarına toxunan şəxsin apellyasiya şikayətlərinin həmin dəlilləri əsassızdır.

34. Cavabdehin iddia müddəti ilə bağlı dəlilini də qəbul etməyən apelyasiya instansiyası məhkəməsi gəldiyi nətcəni onunla əsaslandırmışdır ki, iddia müddətinin tətbiqi ilə bağlı iş materiallarında sonuncunun yazılı ərizəsi yoxdur. Halbuki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəm ə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Eyni zamanda Mülki Məcəllənin 384.0.4-ci maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.

35. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(116)-424 saylı qərarı ilə iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********99 nömrəli imtin asının qanunsuz hesab edilməsi və ünvan 4 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmiş, həmin qərar iddiaçı Cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə olan halda cavabdehin vermiş olduğu apellyasiya şikayətinin Qışlaq kənd Kirov adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq” kitabına əsasən mübahisə predmeti olan torpaq sahəsinin 0.10 hissəsinin Cavabdeh məxsus olması barədə dəlili də əsassız hesab edilməlidir.

36. Apellyasiya instansiya məhkəməsi qətnamə il ə maraqlarına toxunan şəxsin apellyasiya şikayətinin tikilinin Cavabdeh deyil, “Səxavət-CO" Şirkətinin inzibati binası olması barədə dəlili ilə əlaqədar vurğulamışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisə predmeti olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən binanın (fərdi yaşayış evinin) ½ hissəsi Cavabdeh mülkiyyətindədir.

37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının 13, 29-cu, Torpaq Məcəlləsinin 67.1-ci, Mülki Məcəllənin 146.3, 157.2, 157.4, 178.1, 180.1, 180.2, 180.3, 180.4, 213.1, 213.2, 220.1-220.3, 238.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh (vəkil Nümayəndə) ka ssasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Şikayət apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bi lər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 3 Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ ə ldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul e dilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülki yyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansi yası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yaz ılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi ilk və qarşılıqlı iddia tələbləri və cavabdehin apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, onun apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

46. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymə tləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

47. Həmçinin apellyasiya instansiyası ekspert rəylərini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

48. Belə ki, işin müəyyən edilmiş hallarına görə tərəflər qonşudurlar, torpaq sahəsi və torpağın üstündəki ev üzərində tərəflərin bərabər payı vardır.

49. Mülki Məcəllənin 170.2-ci maddəsinə görə qonşu tor paq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

50. Cavabdehin inşa etdiyi tikilinin bir hissəsinin iddiaçının maraqlarına zidd olması ekspert rəyləri ilə müəyyən edilib və ilk iddia həmin hissədə ekspert rəyinə uyğun olaraq qismən təmin edilib.

51. Həmçinin qarşılıqlı iddia tələbi də tərəflərin əmlakının faktiki vəziyyəti nəzərə alınmaqla təmin edilmişdir.

52. Məhkəmə kollegiyası cavabd ehin kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər işin faktiki halları ilə bağlı olaraq həm də apellyasiya şikayətinin dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi məhz həmin dəlillərə qiymət verməklə birinci instansiya məhkəməsini qətnaməsini cavabdehin şikayəti üzrə dəyişdirmədən saxlamışdır.

53. Ekspertiza rəylərinin düzgün olmaması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə eks pertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

54. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

55. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıd a göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-7/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar