Məhkəmə qərarları › İş №2(102)-2944/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2944/2020

21.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2944/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 və cavabdehin vəkili Əliyev Saleh Əliheydər oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2472/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (sə drlik edən hakim H.Əhmədova) iddia tələbi qismən təmin edilərək, iddiaçılar İddiaçı1 qızı və İddiaçı2 tərəfindən miras qoyan-mərhum anaları X1 qalmış Bakı şəhəri, XXXndəki, 27 saylı evin 71-ci mənzilinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin səbəblərinin üzrlü hesab edilərək uzadılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən, məruzəçi), E.Nəbiyev və R.Qurbanov, 2(103)13981/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)2472/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış dır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 2 saylı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Bakı şəhər Notariusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması, X2 Bakı şəhəri, XXXndəki, 27 saylı evin 71-ci mənzilinə olan payının 1/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə İddiaçı2 və 1/3 hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququnun tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar miras əmlakın qəbul edilməsi barədə qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada müvafiq hərəkətlər etməmişlər. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və cavabdehin vəkili Əliyev Saleh Əliheydər oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar və Bakı şəhəri 2 saylı “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən Bakı şəhər Notariusu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən iş ə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, XXXi, 27 saylı evin 71 saylı mənzili X2, İddiaçı2 və Cavabdeh1 adına birgə mülkiyyətində olmuşdur. Mübahisə tərəflərinin anası X3 xx.xx.2016-cı il tarixdə vəfat edəndən sonra cavabdeh Cavabdeh1 birgə mülkiyyətçisi olduğu mübahisəli mənzilin üzərində vərəsəlik hüquqlarının tanınması üçün notariat kontoruna ərizə vermişdir. Lakin o, ondan başqa miras əmlaka dair digər vərəsələrin olmasını notariusa bildirməmiş notarus isə həmin məsələni araşdırmadan yalnız onun adına vərəsəlik şəhadətnaməsi vermişdir. Həmin Şəhadətnamə əsasında sonuncu öz adına mübahisəli əmlaka dair çıxarış almışdır. X2 digər vərəsələri hazırki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 analarından qalan mirası qəbul etmək üçün qanunla müəyyən olunmuş müddət ərzində, yəni, xx xxx 2017-ci il tarixdə vərəsəlik işi haqqında informasiyanın alınması, xx xxx 2017-ci il tarixdə doğum haqqında arxiv arayışının alınması üçün müraciət etmiş, xx xxx 2017-ci il tarixdə həmin arayışı əldə etmiş, bundan sonra isə hər iki iddiaçı notariusa müraciət ünvanlamışdır. Bu hərəkətləri ilə onlar mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərmiş, bununla bağlı niyyətləri mövcud olmuşdur. Yəni iddiaçıların analarından qalmış mirasın qəbul edilməsi üçün dövlət arxi vinə və notariat orqanlarına isə bir neçə dəfə müraciət etmələri məhkəmədə onların mirası qəbul etdikləri qənaətinə gəlməyə əsas vermişdir. Həmçinin iddiaçılar mirasın qəbul edilməsi ilə bağlı məhkəmədə hazırki iddia da daxil olmaqla üç dəfə iddia qaldırmışlar. Onların iddiası üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-4406/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdehə verilmiş vərəsəlik şəhadətnaməsi və onun əsasında X5 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli ******* nömrəli çıxarış etibarsız hesab edilmişdir. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı iddiaçıların ərizələri isə iş üzrə mübahisə olduğuna görə baxılmamış saxlanılmışdır. “Notariat haqqında” Qanunun 59-cu maddəsinə görə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Lakin Bakı şəhəri 2 saylı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Bakı şəhər Notariusu öz vəzifəsini yerinə yetirməmiş, varislərin dairəsinin müəyyən edilməsi üçün tədbirlər görməmiş nəticədə mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərmiş iddiaçıların hüquqlarının pozulmasına şərait yaratmışdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına Azərb aycan Respublikası Mülki Məcəlləsinin 1145,1146, 1159.1.1, 1246, 1248.1 və 1318-ci maddələrini tətbiq etməklə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2014-cü il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçıların miras ın qəbulu üçün vaxtında notariat orqanlarına müraciət etməklə təşəbbüs göstərdiklərindən iddiaçılar tərəfindən mirasın qəbul edilməsi müddəti üzrlü səbəbdən ötürülmüşdür. Ona görə də mirasın qəbulu üçün müyəyyən olunmuş müddət uzadılmalıdır. Çünki, iddiaçıların istinad etdiyi bu səbəbin özü belə ona dəlalət edir ki, vaxtında vərəsəlik hüququnu həyata keçirməsi və miras əmlakı əldə etməməsi iddiaçının iradəsindən asılı olmamış, mirası qəbul etmək imkanını aradan qaldıran kənar (iddiaçının iradəsi xaricində) obyektiv səbəb mövcud olmuşdur. xx xxxxxx 2016-cı il tarixdə açılan mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin iddiaçıların öz iradəsindən asılı olmadan buraxıldığından və onun uzadılması üçün üzrlü hallar mövcud olduğundan “mirasın qəbulu üçün müddətin uzadılması” tələ bi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar