Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2946/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili Vəkil, Cavabdeh və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14405/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-141/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Bağırova) İddiaçı Cav abdeh qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 08 saylı evin 02-ci mərtəbəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14405/2019 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Bakı şə həri, Səbail rayonu, A.Məmmədov küçəsi 10 saylı evinin cavabdeh tərəfindən divarına bitişik və evinin havasız hala düşməsi ilə nəticələnin, evinin giriş və çıxışına maneə yaradan qanınsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh kasasiya şikayətinə dair etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və vəkili Mehman Abbasov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddianın əsassız olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər qonşudurlar, xx xxxxxx 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, A.Məmmədov küçəsində yerləşən, 1954-cü ildə tikilmiş 3 otaqlı, yaşayış sahəsi 64,2 kv.metr olan 10 saylı evi iddiaçının mülkiyyətindədir, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən, 1955-ci ildə tikilmiş, 1 otaqlı, ümumi sahəsi 34,4 kv metr olan 8 saylı evi isə cavabdehin sahibliyindədir. Hazırda iddiaçı, mülkiyyətində olan evin divarına bitişik hissədə cavabdehin tikililər inşa etdiyini, həmin tikililərin ümumi istifadədə olan sahədə inşa edildiyi üçün qanunsuz olduğunu və bunun, evinin havasız hala düşməsinə səbəb olduğunu göstərib, evinin giriş və çıxışına maneçilik yaradan qanunsuz tikililərin sökülməsini iddia edir. Cavabdeh isə heç bir qanunsuz tikililər aparmadığını, əksinə iddiaçının özünün qanunsuz tikililər inşa etdiyini, onun hazırki iddianı irəli sürmək üçün müvafiq subyektik hüquqa malik olmadığını göstərib iddia tələbinə e tiraz edir. İşə əlavə edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli ilkin rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 8 saylı yaşayış evinin 2-ci mərtəbəsində tikililərin inşa olunması barədə müvafiq icazə sənədləri olmadığından, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət edilmədiyi müəyyən olunur. Eyni zamanda işə əlavə ed ilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş xx xxxxxxx 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, aparılmış araşdırmalar nəticəsində Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yaşayış evlərinin kəskin relyefli (maililik bəzi hallarda 45-ə çatır) bayıl yamacında yerləşdiyi, ərazidə mühəndis-bərkitmə tədbirləri yerinə yetirmədən evlərin bir-birinə sıx, pərakəndə şəkildə, ümumiyyətlə heç bir inşaat norma və qaydalarına əməl edilmədən inşa edildiyi müəyyən edilir. Bununla əlaqədar olaraq, 8-saylı fərdi yaşayış evinin konstruktiv vəziyyətinin yalnız vizual baxışla müəyyən edilməsi qeyri mümkündür. Fərdi yaşayış evinin yükdaşıyan konstruksiyasının və dayanıqlığının qiymətləndirilməsi üçün yaşayış evində etmit ədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə-tədqiqat işləri aparılmalıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin xx xxxxx 2019-cu il tarixli məktubunun göstəricilərinə əsasən, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 8 ünvanında inşa olunmuş 2-ci mərtəbənin qonşuluğunda yerləşən 10 saylı fərdi yaşayış evinə (evin dəhlizinə və 2 yataq otağına) təbii işığın (günəş şüaları) düşməsinə və hava axınına müəyyən dərəcədə maneçilik (məhdudiyyət) törətməsi müəyyən edilir. İşə əlavə edilmiş məhkəmə tikinti-texniki-fiziki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ-nin xx xxxx 2019-cu il tar ixli mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 8 ünvanında inşa olunmuş qanunsuz tikililərin qonşuluqda yerləşən 10 saylı ünvanda yaşayan sakinlərin həyat və sağlamlığı üçün təhlükə törədib-törətməməsini müəyyən etmək mümkün deyil. 08 saylı ünvanda inşa olunmuş qanunsuz tikililərin konstruktiv vəziyyəti, o cümlədən yükdaşıyan konstruksiyasının hazırki vəziyyəti və dayanıqlığı yalnız ixtisaslaşdırılmış layihə institutları tərəfindən, müvafiq instrumental müayinə-tədqiqat işləri aparıldıqdan sonra müəyyən oluna bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin xx xxxxx 2019-cu il tarixli məktubunun göstəricilərinə əsasən, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 8 ünvanında inşa olunmuş 2 mərtəbənin qonşuluğunda yerləşən 10 saylı fərdi yaşayış evinə (evin dəhlizinə və 2 yataq otağına) təbii işığın (günəş şüaları) düşməsinə və hava axınına müəyyən dərəcədə maneçilik (məhdudiyyət) törətməsi müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb, işə əlavə edilmiş çoxsaylı ekspert rəylərinə hüquqi qiymət verib müəyyən etmişdir ki, ünvan 1 ünvanda inşa olunmuş 2 mərtəbəsi, qonşuluqda yerləşən 10 saylı fərdi yaşayış evinə (evin dəhlizinə və 2 yataq otağına) təbii işığın (günəş şüaları) düşməsinə və hava axınına müəyyən dərəcədə maneçilik (məhdudiyyət) törətməsi müəyyən edilir. Həmçinin, ekspert rəyinin tədqiqat hissəsi ilə müəyyən edilmişdir ki, iddiaçının 10 saylı fərdi yaşayış evinin mövcud vəziyyəti evin ilkin vəziyyətini əks etdirən texniki paspo rta uyğun deyil. Belə ki, tətqiq olunan ev üzrə müəyyən konstruktiv dəyişiklik edilərək əlavə tikililər, o cümlədən cavabdehin evinə tərəf dəhliz, mətbəx və sanitar qovşağı təyinatlı köməkçi tikililər inşa edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən mübahisəli ünvana yerliş baxış keçirilərkən də məhkəmə tikinti texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyində qeyd olunan hallar öz təsdiqini tapmış və müəyyən edilmişdir ki, iddiaçının 10 saylı fərdi yaşayış evinin mövcud vəziyyəti evin ilkin vəziyyətini əks etdirən texniki pasporta uyğun deyil. Belə ki, iddiaçıya məxsus evdə müəyyən konstruktiv dəyişiklik edilərək əlavə tikililər, o cümlədən cavabdehin evinə tərəf dəhliz, mətbəx və sanitar qovşağı təyinatlı t ikililər inşa edilmişdir. Bundan başqa, yerli baxış zamanı iddiaçıya məxsus fərdi yaşayış evinin texniki pasportunda göstərilmiş ilkin vəziyyətə faktiki olaraq dəyişiklik edilərək dəhliz, mətbəx və sanitar qovşağı təyinatlı tikililər inşa edildikdən sonra otaqların pəncərələri bağlanmış və dəhlizə açıqlan qapılar qoyulmuş və nəticədə otaqlara təbii gün işığının düşməsi məhdudlaşdırılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının arqumentləri ilə razılaşmayıb, apelyasiya şikayətinin dəlillərini araşdırıb, ekspertlərin rəylərini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, iddiaçı özü otaqların pəncələrini qapılarla əvəz etməklə, otaqların qarşısında qanunsuz dəhliz, mətbəx və sanitar qovşağı inşa etməklə öz otaqlarına təbii işığın düşməsinə və hava axımına müəyyən maneə yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3 və 180.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o, şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarını nəzərə alıb qeyd etmişdir ki, iddiaçı hazırki tələblə çıxış etmək üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında oxşar hüquqi mövqe nümayiş etdirilməklə qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə a zadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının qanuni sahibliyində olan tikilidən kənarda yerləşən və tikiliyədəhlizə hər hansı bir hüququ olmadığından, habelə cavabdeh tərəfindən aparılan tikinti işlərinin iddiaçının hər hansı hüquq və mənafeyinə toxunması təsdiqini tapmadığından, özbaşına aparılmış tikilinin sökülməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyil. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçıya məxsus ev üzrə müəyyən konstruktiv dəyişiklik edilərək, əlavə tikililər, o cümlədən cavabdehin evinə tərəf dəhliz, mətbəx və sanitar qovşağı təyinatlı tikililər inşa edilmişdir. Bundan başqa, işdən və Səbail rayon 46 saylı MKİS-nin xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, cavabdehə məxsus evin 2-ci mərtəbəsindəki tikililər 2004-2005-ci illərdə inşa edilib və sonraki illərdə həmin ünvanda hər hansı tikiti işləri aparılmayıb. Eyni zamanda işə əlavə edilmiş çoxsaylı ekspert rəylə ri ilə müəyyən olunur ki, cavabdehə məxsus evin 2-ci mərtəbəsində inşa edilmiş tikililərin həmin evin qonşuluğunda yaşayan iddiaçının həyat və sağlamlığı üçün təhlükə törədib-törətməməsini müəyyən etmək mümkün deyil. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən 2004-2005-ci illərdə apırılmış tikililərin iddiaçıya məxsus yaşayış evinə (evin dəhlizinə və iki yataq otağına) təbii işığın (günəş şüalarının) düşməsinə və hava axınına müəyyən dərəcədə maneçilik (məhdudiyyət) törətməsi də kassasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Çünki, Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpa q sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərədə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 171.1-ci maddəsinin mənasına görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Eyni zamanda, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş ev, tikili maraqlı tərəfin tələbinə əsasən məhkəmə qətnaməsinə əsasən o, vaxt sökülə bilər ki, həmin evin, tikilinin saxlanması həmin şəxsin hüququnu və qanun la qorunan mənafeyini pozmuş olsun, onun həyatı və sağlamlığı üçün real təhlükə yaratsın. Hazırki halda, cavabdehin 2004-2005-ci illərdə inşa etdiyi tikililərin iddiaçının həyatı və sağlamlığı üçün hər hansı təhlükə törətməsi mülki iş materialları ilə təsdiq olunmur və həmin tikililər öz sahəsindən istifadə etməkdə iddiaçıya elə bir maneçilik törətmir və onun hüququ əhəmiyyətsiz dərəcədə pozulur. Ona görə də kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənətə gəlir ki, cavabdehin öz torpaq sahəsinin sərhədləri daxilində inşa etdiyi tikililər iddiaçının öz sahəsindən istifadə etməkdə elə bir maneçilik yaratmadığından və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozduğundan, o, oxşar amillərin öz sahəsinə təsirini cavabdehə qadağan edə bilm əz və bu cür təsirlərə dözməyə borcludur. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tu taraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14405/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2946/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2946/2020
09.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver