Məhkəmə qərarları › İş №2(102)-2951/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2951/2019

13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2951/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9663/2018 nömrəli iş üzrə 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Zaur Əliyev) 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavab dehlər “xxxx” MMC və “xxxx” ASC-yə qarşı “xxxx” MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında protokolun, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81 saylı evin 19, 20, 23/22 saylı mənzilin 510000 manata “xxxx” ASC-yə satılması barədə hərracın nəticələri üzrə alqı-satqı müqaviləsinin bağlandığı gündən etibarsız hesab edilməsi, əmlakın alqı-satqısına dair müqaviləyə əsasən, “xxxx” ASC-nin adına verilmiş mülkiyyət hüququ barədə dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlakın yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81 saylı evin 19, 20, 23/22 saylı mənzilinin yenidən hərraca çıxarılması, mülkiyyətçi kimi onun hərracda iştirakının təmin edilməsinin “xxxx” MMC-yə tapşırılması barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Azad İmanov) 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC və “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında protokolun, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81 saylı evin 19, 20, 23/22 saylı mənzilin 510.000 manata “xxxx” ASC-yə satılması barədə hərracın nəticələri üzrə alqı-satqı müqaviləsinin bağlandığı gündən etibarsız hesab edilməsi, əmlakın alqı-satqısına da ir müqaviləyə əsasən, “xxxx” ASC-nin adma verilmiş mülkiyyət hüququ barədə dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlakın yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu. Nizami küçəsi, 81 saylı evin 19, 20, 23/22 saylı mənzilinin yenidən hərraca çıxarılması, mülkiyyətçi kimi onun hərracda iştirakının təmin edilməsinin “xxxx” MMC-yə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, hərraca çıxarılmış daşınmaz əmlak düzgün qiymətləndirilməmiş və keçirilmiş hərraclar barəsdə iddiaçıya məlumat verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Ba kı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən Nəsimi rayon məhkəməsinin 09 avqust 2012-ci il tarixli, 2(006)-2244/2012 saylı qətnaməsi ləğv edilərək i ddia qismən təmin edilmiş, “xxxx” MMC-dən “xxxx” ASC-nin xeyrinə cəmi 1441874,66 manat kredit borcunun tutulması, tutmanın ipoteka predmetləri Nümayəndə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 5 saylı qeyri-yaşayış sahəsinə və İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81 saylı evin 19, 20, 23/22 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 5 saylı qeyriyaşayış sahəsinin ******* manat ilkin satış qiyməti, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81 saylı evin 19, 20, 23/22 saylı mənzilinin isə 800000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldən edilmiş vəsait hesabına 24 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnamə si qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Qətnamənin icrası çərçivəsində Nəsimi rayon İcra şöbəsi 30 aprel 2014-cü il tarixli, 17/70-2188/14 saylı sifariş mətkubu ilə “xxxx” MMC-yə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81 saylı evin 19, 20, 23/22 saylı mənzilinin 800000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmasının təşkil edilməsini xahiş etmiş və hərrac təşkilatı tərəfindən sözügedən mənzilin satışı məqsədi ilə 17 iyun 2014-cü il və 21 iyul 2014-cü il tarixlərdə olmaqla iki hərrac keçirilmişdir. Lakin, ilkin və təkrar hərraclar iştirakçısının olmamasına görə baş tutmamış elan edilmişdir. Mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81 saylı evin 19, 20, 23/22 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair əmtəəş ünasılıq ekspertizası (qiymətləndirmə) Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərardadı əsasında keçirilmiş və məhkəmələr ekspert rəyini mötəbər və mümkün sübut kimi qəbul edərək onun əsasında ipoteka predmetlərin hərracda ilkin satış qiymətlərini müəyyən etmişdir. İddiaçı keçirilən hərrac barəsində ona məumat verilməməsini, həmçinin ipoteka predmetinin düzgün qiymətlənidirilməməsi əsası ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinə görə, qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı mü qavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qarar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi qiymətləndirmə rəyi məhkəmələr tərəfindən araşdırıldığı və mötəbər sübut kimi qəbul edildiyi, onun əsasında ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunduğu halda həmin rəyin yenidən mübahisə predmetinə çevrilməsi və ləğv edilməsi qanunvericiliyə, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyil. Bu prinsipə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan qiymətləndirmənin sifarişçi ilə bağlanmış müq avilə əsasında deyil, məhz məhkəmənin qərardadı əsasında keçirildiyini və müvafiq məhkəmənin həmin rəyə hüquqi qiymət verərək onu mötəbər sübut kimi qəbul etdiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Nəsimi rayonu, Nizami küçəsi, 81 saylı evin 19, 20, 23/22 saylı mənzilinin yenidən qiymətləndirilməsinə zərurət yoxdur. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən m addi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın “daşınmaz əmlakın yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi” hissəsində rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın “hərracın yekunları haqqında protokolun, alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi” hissəsində də düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsi ndə nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracı n etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2). “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli qərarında MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddia tərəfi hərraca dair tələblərinin əsası kimi onun keçirilmə qaydalarının pozulmasına istinad etsə də, həmin xüsusatlarla bağlı heç bir sübut təqdim etməmiş, eləcə də məhkəmə iclaslarında bu halların araşdırılması i lə bağlı vəsatət qaldırmamışdır. Halbuki, mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya şikayətindəki dəlilləri əsassızdır, həmin dəlillər məhkəmə tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir. Eləcə də mübahisə predme ti olan qiymətləndirmə məhkəmənin qərardadı əsasında keçirilmişdir. Bununla da müvafiq məhkəmə tərəfindən həmin rəyə hüquqi qiymət verilərək onu mötəbər sübut kimi qəbul etdiyindən Nəsimi rayonu, Nizami küçəsi, 81 saylı evin 19, 20, 23/22 saylı mənzilinin yenidən qiymətləndirilməsi əsassızdır. Həmçinin sorğu ilə tələb edilmiş Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 1579/14 saylı icra işindən də görünür ki, hərracın keçirilərkən hərracın keçirilməsi qaydaları, normativ hüquqi aktlar, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmamışdır. Belə ki, mübahisəli əmlak 800000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış və 2 dəfə hərrac baş tutmamışdır. Sonra 07 noyabr 2014-cü il tarixdə mübahisəli əmlak 510000 manata “xxxx” ASC-yə təklif olunmuş və bank tərəfindən alınmışdır. Mə hkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, m addi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9663/2018 nömrəli iş üzrə 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar