Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2951/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra digər şəxsin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyinə görə, icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(10 6)-424/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti üzrə, mülki işin geri qaytarılması barədə Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq Müəyyən etdi:
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Masallı Rayon Məhkəməsinin 2(050)-2782/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia tələbi təmin edilməmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-424/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qə tnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2951/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli mülki işin icraata qəbul edilməsi barədə qərardadı ilə kasasiya şikayəti yazılı icraat qaydasında baxılması üçün icraata qəbul edilmişdir.
5. X1 Məhkəməsi 04 sentyabr 2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, iş üzrə İddiaçı və vəkili Vəkil1 qətnamədən kassasiya şikayəti verdiyindən, kassasiya şikayətin in mümkünlüyünün yoxlanılması üçün mülki işin Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılmasını xahiş edib.
6. Kasasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 406-cı maddəsinə görə kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həm in şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.
8. MPM-nin 408-ci maddəsində kassasiya şikayətinin geri qaytarılması üçün nəzərdə tutulmuş əsaslar müəyyən edildikdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılır.
9. Həmin Məcəllənin 409-cu maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 10.Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
11. İşin hazırki prosessual vəziyyəti – iddiaçının kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi – MPM-nin 417.1.7-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğundur və icraata qəbul qərardadı ləğv edilərək iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin MPM-nin 407-c i maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, habelə kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmamasını araşdırıb müvafiq qərar qəbul etməli, qanunun tələblərinə cavab verdiyi halda iddiaçının kassasiya şikayətini də baxılması üçün göndərməli, əks halda cavabdehin kassasiya şikayətinə baxılması üçün iş materiallarını Ali Məhkəməyə göndərməlidir. 12.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408, 409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-424/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2951/2024 nömrə li, 01 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın və iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.