Məhkəmə qərarları › İş №2(102)-2952/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2952/2019

29.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2952/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli, 2(103)-10900/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim N.Bağırov) 29.06.2018-ci il tarixli, 2(009) 96/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Bakı şəhəri 41 saylı notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi, müqavilənin onunla bağlanmış hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin alqısatqısına dair cavabdehlər Cavabdeh1 ilə X4 arasında 24.01.2004-cü il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyat və bu qeydiyyata dair dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsini n alqı-satqı müqaviləsinin İddiaçı ilə X4 arasında bağlanmış hesab edilməsi, hazırki qətnamənin İddiaçı ünvan 1 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması, iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) 29.10.2018-ci il tarixli, 2(103)-10900/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Bakı şəhəri 41 saylı notariat kontoruna qarşı “alqısatqı müqaviləsinin, mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi, müqavilənin onunla bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 05.12.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin alqısatqısına dair cavabdehlər Cavabdeh1 ilə X4 arasında 24.01.2004-cü il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış müqavilənin, həmin müqavilə əsasında mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Cavabdeh1 adına həyata keçirilmiş qeydiyyatın və Çıxarışın etiba rsız hesab olunması və həmin müqavilənin onunla X4 arasında bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair cavabdehlər Cavabdeh1 ilə X4 arasında 24.01.2004-cü il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış müqavilənin, həmin müqavilə əsasında mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Cavabdeh1 adına həyata keçirilmiş qeydiyyatın və Çıxarışın etibarsız hesab olunması, həmin müqavilənin onunla X4 arasında bağlanmış hesab edilməsi və mənəvi zərərə görə 100000 (yüz min) manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı ilə Cavabdeh1 arasında belə razılaşma olmuşdur ki, cavabdeh qeyri-yaşayış sahəsini sonradan iddiaçının adına rəsmiləşdirmək öhdəliyi götürmüşdür. Lakin Cavabdeh1 həmin öhdəliyi pozmuş və 2016-cı il tarixdə iddiaçıya qarşı mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin zamandan Cavabdeh1 tərəfindən aldadıldığını müəyyən etmiş və pozulmuş hüquqlarının bərpası ilə bağlı 2016-cı ilin dekabr ayında iddia qaldırmışdır. Mübahisəli qeyri-yaşayış sahəsinin alınması ilə bağlı ödənilmiş pul məbləği Cavabdeh1 tərəfindən deyil, iddiaçı tərəfindən ödən ilmişdir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq qeyri-yaşayış sahəsi üzrə iddiaçının X3 pulun tam ödənilməsini və əqd üzrə üzərinə düşən öhdəliklərin tam icra olunmasını nəzərə alaraq hesab etmişdir ki, onlar arasında bağlanmış qeyri-yaşayış sahəsinin alqısatqısına dair əqd (alqı-satqı müqaviləsi) bağlanmış hesab edilməlidir. İddia müddətinə gəldikdə isə, mübahisələndirilən müqavilə 24.01.2004-cü il tarixdə bağlansa da, iddiaçının həmin müqavilə üzrə hüquqlarının pozulması ona 2016-cı ilin sentyabr ayında məlum olmuşdur. Müqavilə bağlandıqdan və qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən alınaraq cavabdehin adına rəsmiləşdirildikdən sonra qeyd olunan qeyri-yaşayış sahəsi ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisə olmamışdır. Yalnız 2015-cı ilin sonralarına yaxın c avabdeh iddiaçıya qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etdikdən və uzun çəkən məhkəmə mübahisələrindən sonra iddiaçı qeyd olunan iddia tələbi ilə 2016-cı ildə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərinə riayət etməyərək iddia müddətinin keçməsinə dair ərizə deyil, vəsatət vermiş və vəsatətdə iddiadan imtina deyil, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Beləliklə, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli, 2(103)-10900/2018 nömrəli qətnaməsinin ləğ v edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Digər cavabdeh ünvan 2 ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Qurbanov Pərviz Sahib oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, məhkəmədən apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.10.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətini təmin edərək, hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etm iş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Bakı şəhər 41 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və X2 ilə Cavabdeh1 arasında bağlanılmış 24 yanvar 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X2 mülkiyyətində olan ünvan 4 2 mərtəbəli binanın yarımzirzəmisindəki 169,3 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 247.000.000 AZM satmışdır. Eləcə də iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09.02.2017-ci il tarixli məktubdan görünür ki, X1 adına ünvan 4 ünvanda yerləşən 169,3 kv.m qeyri-yaşayış sahəsinə dair 002030 nömrəli 03.02.2004-cü il tar ixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən birinci instansiya məhkəməsində verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Həmçinin apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi 24 yanvar 2004-cü il tarixdə bağlanmış və müqavilələrin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə məhk əməyə 12 ildən artıq müddət keçdikdən sonra 05.12.2016-cı il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquq larından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məcəllə nin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən əqdin n otarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlər inin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apell yasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, kassasiya şikayətinin dəlilləri üzrə işin hallarına hüquqi qiymətini vermiş, iddia müddətinin ötürülməsini düzgün müəyyən etmiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10900/2018 saylı, 29.10.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar