Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2954/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Qurbanov Pərviz Sahib oğlunun iştirakları ilə, İddiaçı və vəkili Qurbanov Pərviz Sahib oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12088/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2707/2019 saylı, xx xxxx 2019-cu il tarixl i qətnaməsi ilə (hakim V.Ş.Quliyev) İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12088/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2707/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdehnə qarşı əmək haqqının düzgün hesablanmaması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentində iş lədiyi dövrdə əmək haqqı düzgün hesablanmadığından dəymiş maddi ziyan əvəzi 20.000 (iyirmi min) manatın və mənəvi ziyan əvəzi 30.000 (otuz min) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentində 2005-ci ildə işə başlarkən ailəsi üç nəfər idi, 2008-ci ildə dörd nəfər oldu. Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən vergi güzəştləri edilməsi üçün himayəsində üç nəfər olduğunu bildirən sənədləri iş yerinə təqdim etmişdir. Körpənin anası işləmədiyindən “Uşağın anadan olmasına görə birdəfəlik müavinət” iş yerindən ona verilmişdir. Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən 18 yaşa çatan oğlunun tələbəlik sənədini təqdim edəndə departamentin təzə mühasibi demişdir ki, ona vergi güzəştləri tətbiq edilmir və göstəriş olmasa bir şey edə bilməz. Direktorun qəbulunda olmuş, o da demişdir ki, ərizə yaz, baxarıq, həll edərik. Sonra bu işə aid sənədləri gətirmiş və direktorun məsləhətçiləri ilə seçdikləri sənədləri xx xxxxx 2016-cı il tarixdə Ə-103 nömrəli ərizəsinə qoşmuşdur. Yarım il sonra nazirə yazdığı xx xxxxxxx 2016-cı il tarixli, Ə-1625 nömrəli ərizə nazirlikdən departamentə verilmiş və direktor demişdir ki, araşdırılır. Bakı şəhəri üzrə X4 İdarəsinin xx xxxxxx 2017-ci il tarixli, 88/xx/xx12178 nömrəli məktubundan görünür ki, himayəsində üç nəfər olduğu haqda sənədləri vaxtilə iş yerinə təqdim etmişdir. Departamentin yeni direktoru xx xxxxxx 2017-ci il tarixli, Ə-261 nömrəli ərizəsinə xx xxxxxx 2018 -ci il tarixli 19/24 nömrəli cavabında Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 4 nömrəli qərarına əsaslanaraq məsələyə baxılması üçün təqdim ediləsi dörd sənədin adını qeyd edir ki, əslində həmin qərarın bu məsələyə aid 1.15-ci bəndi iki sənəd qeyd edir və sonrakı 2. bənd deyir: "Güzəşt hüququna malik olan şəxslər yuxarıda adı çəkilən sənədlərdən birini təqdim etməlidirlər". O sənəd isə vaxtında departamentə təqdim edilmişdir ki, "Uşağın anadan olmasına görə birdəfəlik müavinət" doğum evindən anasının adına verilən arayış əsasında işlədiyi departament vasitəsilə ona verilmişdir. Qanun Ailə üçün vergi güzəştləri verdiyi halda ƏMMM Departamenti uzun illər boyu vergi güzəştini ailəsinə qıymamışdır. Ailənin körpə üzvünün allergiya müalicəsi ağır keçirdi; ona gərək olan dərman, xüsusi yem ək və qulluq vəsaiti tələb edirdi. Departament isə maaşından artıqlamasıyla vergi kəsirmiş. O vaxtlar manatın dəyəri indikindən dəfələrlə çox, maaş isə az idi. Ona görə də illər boyu verilən belə maddi və mənəvi ziyanlar dəfələrlə artıq ödənməlidir. Əmək haqqı hesablanarkən başqa səhvlərə də yol verildiyindən xx.xx.2016-cı il № Ə-1625 və xx.xx.2017-ci il № Ə-261 ərizələrdə departamentda işlədiyi müddətə aid müxbir hesabını xahiş etsə də, bugünə kimi ona təqdim edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Qurbanov Pərviz Sahib oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Qurbanov Pərviz Sahib oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili Qurbanov Pərviz Sahib oğlunun izahatlarını dinləyib hes ab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olu nubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.5-ci maddəsinə görə qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonun adək saxlanılır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, iddiaçının 2005-2016-cı il üzrə aylıq əmək haqqından aylıq vergi tutulmalı olan məbləğ hər il üzrə tutulsa da, onun ən yuxarı həddi il üzrə 250,49 manatdan yuxarı olmamışdır. Göründüyü kimi iddiaçının əmək haqqından aylıq vergi tutulmalı olan məbləğləri az olduğundan aylıq gəliri 50 manat məbləğində azaldılması ilə bağlı vergi qanunvericiliyinin müvafiq normasının tətbiqi üçün əsas olmamışdır. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində Vergi Məcəlləsinin 102.5-ci maddəsinə düzgün istinad etsə də, həmin maddənin mahiyyəti üzrə araşdırma aparmamış, iddia tələbinin dəlillərinə düzgün hüqu qi qiymət verməmiş, iddia tələbinin dəlilləri üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün mütəxəssis və ya ekspert rəyinin alınmasının zəruriliyini müzakirə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ka ssasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12088/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2954/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2954/2020
22.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver