Məhkəmə qərarları › İş №2(102)-2956/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2956/2023

01.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2956/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu, X4 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(105)-851/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı s ahibliyi və istifadəsindədir, həmin ev Cavabdeh İB tərəfindən qazla təmin olunur. 2. 04 iyun 2021-ci il tarixli aktla istehlakçı İddiaçı istifadə etdiyi sayğac istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 5339,90 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin sentyabr ayında 734 kub.metr yəni 73.40 manat qaz sərfiyyatı olmuş, 2021-ci ilin oktyabr ayında isə o, 764 kubmetr qazdan istifadə etmişdir. Lakin, oktyabr ayında iddiaçıya əlavə olaraq 21.480 kubmetr qaz həcmi yüklənmişdir və 5339,9 manat əlavə borc yazılmışdır. İddiaçının dəfələrlə şifahi müraciətinə baxmayaraq, ona bildirilmişdir ki, yaranan borcu ödəməlidir və bununla bağlı ona izah verilməmişdir. Cavabdeh onu əlavə təbii qazdan istifadə etməyində təqsirləndirərək, ona əsassız borc hesablansa da, etdiyi ödənişlərə fikir verməmişdir. Sayğac vasitəsilə 1498 kubmetr qazdan istifadə etmişdir, əlavə xətti olmamışdır, sayğaca müdaxilə edilməmişdir. Mübahisəni məhkəmədən kənar şəkildə, tərəflər arasında həll etmək, razılaşmaq mümkün deyildir. Bu səbəbdən də, iddiaçı pozulmuş hüquqlarının bərpası, onlara dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sayğac dəyişdirilərkən üzərində göstəricilər olmuşdur, akt yoxdur. İddiaçı tərəfindən aylıq təbii qazdan istifadəyə görə 400 manat ödəniş edilir. İddiaçının cavabdeh ilə yazışmalardan görünür ki, borca dair etiraz olmamışdır.

6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-816/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qətnaməsi (hakim: C.Səfiyeva) ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində ona hesablanmış 5339,9 manat məbləğində borcun silinməsini xahiş etsə də, bunun əsassız borc olmasına dair hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respub likası Qanununun 13.8, 17-ci, “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “X6”nın 4.2, 4.5, 4.7, 4.8, 5.5, 6.7-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ilin sentyabr ayında o, 734 kub.metr, yəni 73 manat 40 qəpik dəyərində qaz sərfiyyatı etdiyi təqdirdə, birdən-bir ə oktyabr ayında ona 21.480 kub.metr qaz sərfiyyatının olması, yəni 5339.90 manat dəyərində borc yazılmışdır. Bundan sonra o, dəfələrlə aidiyyatı quruma müraciət etsə də, ona borcu ödəməli olması bildirilmişdir. Evinin qazla təchiz olunması ilə bağlı onun bu günə qədər cavabdehə qarşı heç bir pretenziyası olmamışdır. Həmçinin cavabdehin də ona qarşı aralarında olan razılaşma üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi barədə heç bir pretenziyası olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, onun tərəfindən məhkəməyə iddianın əsası və sübutu olaraq cavabdeh tərəfindən tərtib olunmuş abonent saldosu təqdim edilmişdir. Həmin sənədə baxdıqda onun qaz təchizatına görə 2021-ci ilin iyuluna qədər borcu olmadığı aydın olur. Keçirilmiş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi bildirmi şdir ki, qeyd olunan halı izah etməyə xüsusi biliyi olmadığına görə mütəxəssis dəvət edəcəkdir. Məhkəmə də buna görə iclası təxirə salsa da, cavabdehin nümayəndəsi növbəti məhkəmə iclasına həmin mütəxəssisi gətirməmişdir. Buna baxmayaraq tərəfindən iddia tələbində istinad etdiyi halları təsdiq etmək üçün məhkəmə iclasına dəvət etdiyi şahid X1 məhkəmə iclasına buraxılmamışdır. Halbuki həmin şəxs borcun yarandığı və ondan əvvəlki illərdə ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi evə və onun ətrafında olan evlərə verilən qaz təchizatının nəzarətçisi kimi cavabdehin rəsmi işçisi olmuşdur. Bununla da, məhkəmə onun sübutlar təqdim etmək hüququnu məhdudlaşdırmış, qətnamədə isə onun yaranmış borcunun əsassız olması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini qeyd etmişdir. Həmçinin təqd im olunmuş abonent saldosundan da görünür ki, sayğac dəyişdirildikdən sonra, yəni 2021-ci ilin iyulunda qazın sərf olunması, bununla bağlı ödənişin yaranması və ayın sonuna olan borc qrafası tamamilə "0" göstəricisindədir. Qeyd olunan borcun nədən qaynaqlandığı və həmin borcun yaranmasına səbəb olmuş sərfiyyatın necə yarandığı barədə cavabdeh tərəfindən heç bir akt və yaxud da üzləşmə kitabçası məhkəməyə təqdim edilməmişdir. Ona məxsus olan fərdi yaşayış evinə cavabdeh tərəfindən qazın verilməsi ilə bağlı quraşdırılmış sayğac mexaniki sayğac olduğu üçün, qeyd olunan borcun hesablanmasının necə və hansı qaydalar əsasında aparıldığı və cavabdeh tərəfindən yeni quraşdırılmış sayğacda olan göstəricilərdə bu borcun necə əks olunması barədə mütəxəssis tərəfindən rəy alınmalıdır. Buna görə də məh kəmə qanunvericiliyin ona verdiyi səlahiyyətlərə əsasən işin tam ədalətli araşdırılması üçün iş üzrə müvafiq ekspertiza təyin edə bilərdi.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 28 iyul 2022-ci il tarixli, 2(105)-1240/2022 nömrəli qətnaməsi ilə (hakimlər: T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abbasov və G.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

13. Belə ki, iş materiallarında olan abonent saldosundan müəyyən edildiyi kimi, iddiaçının evinə quraşdırılmış sayğac üzrə oktyabr 2021-ci il t arixinə istifadə olunmuş təbii qaza görə 5399,50 manat, noyabr 2021-ci il tarixinə 5199,50 manat ödənilməmiş borc hesablanmışdır. Həmçinin abonent saldosundan görünür ki, iddiaçı 2015-ci ildən sonra təbii qazdan istifadəyə görə ödəniş etməmişdir. Halbuki iddiaçı iddia ərizəsində Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşadığını göstərmişdir.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6, 13.8, 13.9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 384.0.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3, 5.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. c) Kassa siya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsinin 6-cı bəndini, 13-cü maddəsinin 6-cı bəndinin, “X6”nın 4.2, 4.7, 4.8, 5.5, 6.7-ci bəndlərinin, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 97.1-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin təqdim etdiyi “Abonent saldosu” adlı sənədə əsasən iddiaçının 2021-ci ilin iyul ayınadək qazdan istifadəyə görə borcu olmamış, sonra birdən-birə 1 ay ərzində 5399,50 manat məbləğində borc ort aya çıxmışdır. Cavabdeh bunun məntiqi izahını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə işin hallarını araşdırmamış, mütəxəssis və ekspert rəyi alınmamış, qətnaməni ziddiyyətlərlə əsaslandırmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-492/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

18. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, iddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 04 iyun 2021-ci il ta rixli aktda sayğacın göstəricisi 33280 kub.metr olmuş, iddiaçı borcun əsassız olmasına dair sübutları təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsi də həmin mövqe ilə razılaşmışdır.

19. Göründüyü kimi, işin faktiki hallarını araşdıran məhkəmələr hazırki mübahisə üzrə sübutetmə vəzifəsini iddiaçının üzərinə qoymaqla qanunun tələblərini pozmuşlar. Borcun hesablanmasına əsas olan aktı cavabdeh cəmiyyət qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür.

20. İş materiallarında olan Abonentin saldosu adlı sənəddən görünür ki, 2018-ci ilin iyun ayından 2021-ci ilin avqust ayınadək olan dövrdə iddiaçıya məxsus evdə quraşdırılmış sayğac üzrə təbii qaz sərfiyyatı qeydə alınmamış, yalnız 2021-ci ilin sentyabr ayında 73,40 manat dəyərində 734 kub.metr qaz s ərf olunmuşdur. 2021-ci ilin oktyabr ayı üçün isə 22244 kub.metr təbii qaz sərfi göstərilmiş, buna əsasən 191 manat “Qazın sərfi” qrafasında, 2148 manat “Qalıq və aktlar” qrafasında, 3087 manat “Yeni tarifə keçid” qrafasında borc hesablanmışdır.

21. Göründüyü kimi, 2021-ci oktyabr ayı üçün hesablanmış borcun yalnız 191 manat hissəsi cari sərf olunmuş qazın dəyəri olmuşdur. Qalan borc isə başqa əsaslarla hesablanmışdır ki, bunun düzgünlüyünün sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. O cümlədən borcun 2148 manat hissəsi hər hansı akt əsasında hesablandığı halda, həmin sənəd onu tərtib etmiş ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir.

22. Məhkəmə kollegiyası həmçinin 2015-ci ildən sonra iddiaçının qazdan istifadə etməsinə görə ödəniş etməməsi əsası ilə iddianın rədd edilməli olmas ına dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır.

23. Belə ki, qanunvericiliyin tələbinə əsasən abonent yalnız istifadə etdiyi qaza görə ödəniş etmək öhdəliyini daşıyır. Abonent saldosundan görünür ki, 2015-ci ildə sonrakı dövrdə sayğac üzrə qaz sərfiyyatı qeydə alınmamışdır. Halbuki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalı və istehlakçıya hesab verilməlidir.

24. Hazırkı işdə göstərilən dövrdə iddiaçının evində quraşdırılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə cavabdeh təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamış və apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır.

25. Məhkəmə kollegiyası həmçin in hesab etmişdir ki, 04 iyun 2021-ci il tarixli aktla çıxarılan sayğacın göstəricisinin 33280 kub.metr göstərilməsi özü-özlüyündə borcun əsaslı olmasının sübutu kimi qiymətləndirilə bilməz. Belə ki, sayğacda bu göstərici olduğu halda, cavabdeh tərəfindən elə həmin tarixdə iddiaçıya göstəriciyə uyğun hesabat verilməli idi. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçının silinməsini tələb etdiyi borcun əhəmiyyətli hissəsi cari sərfə görə deyil, “Qalıq və aktlar” və “Yeni tarifə keçid” əsası ilə hesablanmışdır.

26. Beləliklə, müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə vəzifəsini tərəflər arasında düzgün bölüşdürməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

27. Kassasiya instansiyası məhkəməsi gəldi yi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6, 13.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 77.1, 77.2, 217.1, 217.3, 217.4, 218.1, 220.4, 392.1.5, 416.1, 416.2, 418.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3, 1.4, 4.1, 4.2, 4.8-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

28. Apellyasiya instansiya məhkəməsinin 2(105)-851/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), S.Qafari və L.Məmmədova) apellyasiya şikayəti qismən təmin ed ilmiş, birinci instaniya məhkəməsinin qətnaməsinin qismən, yəni “iddianın təmin olunmayan 5148.9 (5339.9-191=5148.9) manat” hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 5148.9 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi, qətnamənin qalan hissədə (191 manata münasibətdə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

29. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, 2021-ci oktyabr ayı üçün hesablanmış borcun yalnız 191 manat hissəsi cari sərf olunmuş qazın dəyəri olmuşdur. Qalan borc isə başqa əsaslarla hesablanmışdır ki, bunun düzgünlüyünün sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. O cümlədən borcun 2148 manat hissəsi hər hansı akt əsasında hesablandığı halda, həmin sənəd onu tərtib etmiş ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir.

30. Kollegiya həmçinin 2015-ci ildən sonra iddiaçının qazdan istifadə etməsinə görə ödəniş etməməsi əsası ilə iddianın rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır.

31. Belə ki, qanunvericiliyin tələbinə əsasən abonent yalnız istifadə etdiyi qaza görə ödəniş etmək öhdəliyini daşıyır. Abonent saldosundan görünür ki, 2015-ci ildə sonrakı dövrdə sayğac üzrə qaz sərfiyyatı qeydə alınmamışdır. Halbuki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalı və istehlakçıya hesab verilməlidir.

32. Hazırkı işdə göstərilən dövrdə iddiaçının evində quraşdı rılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə cavabdeh təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamış və birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma aparmamaqla yanaşı, qeyd olunanlara diqqət yetirməmişdir.

33. Kollegiyanın qənaətinə görə 04 iyun 2021-ci il tarixli aktla çıxarılan sayğacın göstəricisinin 33280 kub.metr göstərilməsi özü-özlüyündə borcun əsaslı olmasının sübutu kimi qiymətləndirilə bilməz.

34. Belə ki, sayğacda bu göstərici olduğu halda, cavabdeh tərəfindən elə həmin tarixdə iddiaçıya göstəriciyə uyğun hesabat verilməli idi. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçının silinməsini tələb etdiyi borcun əhəmiyyətli hissəsi cari sərfə görə deyil, “Qalıq və aktlar” və “Yeni tarifə keçid” əsası ilə hesablanmışdır. Be ləliklə, müəyyən olunur ki, işə baxmış birinci instansiya məhkəməsi sübutetmə vəzifəsini tərəflər arasında düzgün bölüşdürməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

36. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesd ə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

37. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

38. Məhkəmə kollegiyası izah etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Re spublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

40. Qeyd olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 nömrəli qətnaməsi qismən, yəni id dianın təmin olunmayan 5148.9 manat (5339.9-191=5148.9) hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia bu hissədə təmin edilməlidir. Qətnamə 191 manata münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 448.1-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6, 13.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372.2, 372. 6, 372.7, 384.0.2, 385.1, 385.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3, 1.4, 4.1, 4.2, 4.8-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək iddianın tam rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da məlum olduğu kimi istehlakçının mübahisələndirdiyi borc məbləği sırf sayğac göstəricisi əsasında hesablanmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi X2 birinci apellyasiya baxışı zamanı xx.xx.2022-ci il tarixində keçirilmiş və video çəkilişi aparılan məhkəmə iclasında ətraflı izahat vermişdir. Eyni zamanda, iş materiallarından o da məlum olur ki, iddiaçı 2015-ci ildən sonra təbi i qazdan istifadəyə görə hər hansı bir ödəniş etməmişdir. Halbuki, o, iddia ərizəsində həmin dövrdə Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşadığını etiraf etmişdir.

44. Həmçinin, tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında olan “X9” adlı çıxarışlardan da məlum olur ki, həmin dövrlərə görə hesabat aparılmışdır.

45. Bundan əlavə, qanunvericiliyin müvafiq normalarında göstərilmişdir ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarından da məlum olduğu kimi qaz paylayıcısı ona hesablanmış qazın dəyərini tam ödəməmiş və həmin müddət ərzində istehlakçın ın qaz sərfiyyatının dəyəri paylayıcı tərəfindən sayğac göstəricisinə əsasən tam düzgün hesablanaraq onun abonent hesabına daxil edilmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi göstərilən maddi hüquq normalarının tələblərini işə düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir.

46. Kassator şikayətini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77, 88, 217.1-ci maddələrinə və Azərbaycan Respublikası NK-nin 80 saylı Qərarı ilə təsdiq edilmiş “X6”nın 4.1, 5.2-ci bəndləriinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

50. Maddə 11.6. Qaz paylayıc ısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

51. Maddə 13.8. qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödəni lməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”:

52. Bənd 1.3 və 1.4. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

53. Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

54. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğ acı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

55. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlar da müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Baxılan işdə mübahisəli borc məbləğinin düzgün hesablanmasının sübuta yetirilməsi iddianın düzgün həlli üçün əhəmiyyətli olmuşdur.

64. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiy i məlumatlar sübutlar hesab olunur (§ 57).

65. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir.

66. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 58).

67. Kassasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qeyd etmişdir ki, borcun hesablanmasına əsas olan aktı cavabdeh cəmiyyət qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür.

68. Bu xüsusatla bağlı işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi qeyd etmişdir ki, 04 iyun 2021-ci il tarixli aktla çıxarılan sayğacın göstəricisinin 33280 kub.metr göstərilməsi özü-özlüyündə borcun əsaslı olmasının sübutu kimi qiymətlə ndirilə bilməz. İddiaçının silinməsini tələb etdiyi borcun əhəmiyyətli hissəsi cari sərfə görə deyil, “Qalıq və aktlar” və “Yeni tarifə keçid” əsası ilə hesablanmışdır. Hazırkı işdə göstərilən dövrdə iddiaçının evində quraşdırılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə cavabdeh təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

70. Kassas iya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

72. Ona görə də kas sasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(105)-851/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar