Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2956/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgüloğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-398/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
2. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-773/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh həmin mənzilə istifadə hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra- cavabdeh) 5.000 manat kompensasiya verilməklə, onun mülkiyyətində olan Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsində yerl əşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə 6000 manat kompensasiya verilməklə, mübahisə predmeti olan mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil onun mülkiyyətindədir və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Belə ki, ilk əvvəl qeyd olunan mənzil mərhum atası X1 mülkiyyətində olmuş, atası sağlığında həmin mənzili ona vəsiyyət etmişdir. X3 01 yanvar 1995-ci ildə, anası HX isə 31 mart 1992-ci il tarixdə ölmüşlər. Bu ndan sonra o atasının tək varisi kimi miras əmlakı qəbul etmiş və hazırda həmin mənzil onun mülkiyyətindədir. Buna baxmayaraq o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Belə ki, mülkiyyətində olan mənzildə cavabdeh yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehin ona məxsus mənzildən istifadə hüququ tanınmışdır. Lakin, o, öz mülkiyyətində olan mənzilə gedib yaşamaq istəyən zaman, cavabdeh onu küçə söyüşləri ilə söyüb təhqir etmiş, onu qeyd olunan mənzilə buraxmamış və barəsində əsassız olaraq polisə şikayət etmişdir ki, guya onu döymüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdi r. Göründüyü kimi cavabdehlə bir mənzildə yaşamaq mümkün deyil. Halbuki, mübahisə predmeti olan mənzili onun mülkiyyətindədir. Buna baxmayaraq o, mülkiyyətindən istifadə edə bilmir. O, hazırda öz mənzilinə yığışıb yaşamaq istəyir. Lakin, cavabdeh buna mane olaraq onun mülkiyyət hüququnu pozur. Ona görə də, cavabdehə 6.000 manat kompensasiya verilməklə onun mülkiyyətində olan mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1883/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği ilə bağlı qeyd etmişdir ki, cavabdehin mülkiyyətində və ya istifadəsində başqa yaşayış sahəsi yoxdur. Cavabdehin istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmış və cavabdeh sözügedən mənzildən istifadə hüququna xitam verilməsinə və göstərilən məbləğə razı olmamışdır. Cavabdehə təklif olunan kompensasiyanın məbləği Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəy yən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
9. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Mülki Məcəllənin 152.1, 228.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının apellyasiya şikayətinin dəlilləri idd ianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəllənin, həmçinin normativ hüquqi aktların, habelə MPM-in 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdehə təklif olunan kompensasiyanın məbləği, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə davamlı yaşamaq imkanı verir və cavabdehin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərlidir. Belə ki, 2023-cü ildə mübahisə predmeti olan mənzilin orta bazar satış qiyməti 38.000 manat, kirayə haqqı isə 150 manat dəyərindədir. Belə olan halda təklif olunan 6.000 manat məbləğdə kompensasiya ilə cavabdeh müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə edəcək. Bundan başqa o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Belə ki, mülkiyyətində olan mənzildə Cavabdeh yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehin ona məxsus mənzildən istifadə hüququ tanınmışdır. Lakin, o, öz mülkiyyətimdə olan mənzilə gedib yaşamaq istəyən zaman, Cavabdeh onu küçə söyüşləri ilə söyüb təhqir edir, onu qeyd olunan mənzilə buraxmır, barəsində əsassız olaraq polis şöbəsinə şikayət etmişdir ki, guya o, onu döymüşdür.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-398/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məc idovvə M.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1883/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, Mingəçevir şəhəri, M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin əldə etdiyi və iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən 10 iyul 2023-cü il tarixdə verilmiş rəydən görünür ki, Mingəçevir şəhərində yerindən asılı olaraq bina yaşayış evlərində yaşayışa uyğun şəraitdə olan (əşyasız boş vəziyyətdə) 1 otaqlı mənzillərin kirayə qiymət i 150 manat, 2 otaqlı mənzillərin kirayə qiyməti isə 200 manat dəyərindədir. Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsi ev 23, mənzil 3-də olan bina yaşayış evi 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən orta təmirli 2 otaqdan ibarət yaşayış evinin 2023-cü il tarixdə orta bazar satış qiyməti 38.000 manat dəyərində qiymətləndirilir. Bu isə onu deməyə əsas verir ki, işdə olan, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş rəy nəzər alındıqda iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə kollegiyasının iclasında təklif edilən 8.000 manat kompensasiya məbləği ilə cavabdeh 3 ildən artıq bir müddətdə oxşar şəraitli mənzildə yaşamaq imkanı əldə etmiş olur.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehə veriləcək kompensasiyanın məbləğini məhkəmə kollegiyasının iclas ında 8000 manat müəyyən etmiş, ona 8000 manat kompensasiya təklif etmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehə veriləcək kompensasiyanın məbləğini müəyyən etmişdir və həmin məbləğ (kompensasiya) hazırki bazar qiymətinə uyğundur. Həmçinin cavabdehə təklif edilən 8.000 manat kompensasiya məbləği cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır.
16. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 228.1, 228.2-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 88, 372.6, 372.7, 384, 385.1.1, 385.1.4, 386, 387.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsinixahiş etmişdir.
18. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində mülkiyyət hüquqlarının pozulduğunu bildirsə də, faktiki olaraq onun heç bir hüququ pozulmamış və cavabdeh tərəfindən onun bu mənzildən istifadəsi üçün heç bir maneə törədilməmişdir. Amma məhkəmə heç bir sənədlərə və sübutlara is tinad etmədən yalnız iddiaçının sözünə inanaraq belə bir qənaətə gəlmişdir. Həmçinin məhkəmə yalnız iddiaçının mülkiyyət hüququnu müdafiə etməklə, cavabdehin bu mənzildən məhkəmə tərəfindən tanınmış və bu gün də qüvvədə olan istifadə hüququnu nəzərə almamış və belə bir əsassız qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən Mülki Məcəllənin 158-ci maddəsi kobud şəkildə pozulmuşdur. Cavabdeh həmçinin qeyd etmişdir ki, həm iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etmiş, həm də məhkəmə qətnamə qəbul edərkən bu normaya əsaslanmışdır. Lakin işin hallarından da görünür ki, tərəflər arasında münasibətlər 1992-ci ildə yaranmışdır. Lakin iddiaçının istinad etdiyi Mülki Məcəllənin 228.2-ci maddəsi yeni Mülki Məcəllə qəbul olunan vaxtdan, yəni x x.xx.2000-ci il tarixindən qüvvəyə minmişdir. Təbii ki, belə bir vəziyyətdə iddiaçının bu normaya istinad etməsi və məhkəmənin də əsaslı araşdırma aparmadan bu normaya əsaslanaraq qətnamə qəbul etməsi tamamilə əsassız və qanunsuzdur. Bununla da məhkəmə tərəfindən Mülki Məcəllənin 228.1-ci maddəsinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29.İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüqu qlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülki yyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmay araq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
34. Kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəm əsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, "xxxx" MMC-nin 10 iyul 2023-cü il tarixli qiymətləndirmə rəydən görünür ki, Mingəçevir şəhərində 1 otaqlı mənzilin kirayə haqqı 150 manat, 2 otaqlı mənzilin kirayə haqqı 200 manat təşkil edir. Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsində yerləşən, 23 saylı evin 2 otaqlı orta təmirli 3 saylı mənzilinin 2023-cü il tarixə olan orta bazar satış qiyməti 38.000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya məbləği cavabdehin 3 ildən artıq müddətdə oxşar şəraitli mənzildə yaşamaq imkanı əldə etmiş olur.
37. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının cavabdehə təklif etdiyi 8.000 manat kompensasiya məbləğini yetərli hesab edərək qeyd etmişdir ki, həmin məbləğ (kompensasiya) hazır ki bazar qiymətinə uyğundur. Həmçinin, iddiaçı tərəfindən cavabdehə təklif edilən 8.000 manat kompensasiya məbləği cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır. Ona görə də iddia təmin olunmalıdır.
38. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmiş dir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 aprel 2024-cü il tarixli, 2(107)-398/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.