Məhkəmə qərarları › İş №2(102)-2957/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2957/2020

29.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2957/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının gecikdirilməsinə görə pul ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-656/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qazax rayon İcra v ə Probasiya şöbəsi və Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 22 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə, Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2019-cu il tarixdən həmin pulun ödəniləcəyi günədək gecikdirilmiş hər gün üçün 131.220,25 manatın 3% məbləğində ödəncin və 20000 manat məbləğində mənəvi ziyanın Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Ramin Quliyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-656/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi) Xəyalə Cəmilova, İlham Kərimli) İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla qəbul etmiş, sübutlara düzgün qiiymət verməmişdir. İşə baxılması nın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıkassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli,apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia tələbinin faktiki əsası kimi ona istinad edib ki, xx.xx.2014-cü il tarixdən Cavabdeh MMC-də nəqliyyat şöbəsinin rəisi vəzifəsində işləmiş və xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə işdən çıxarılması barədə əmr ləğv edilərək, əvvəlki vəzifəsinə bərpa edilmiş, xx.xx.2016-cı il tarixdən başlayaraq onun işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi icra olunması üçün Qazax rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, xx.xx.2019-cu il tarixdən işə bərpa olunmuş və dərhal mühasibatlıq tərəfindən həmin günədək məcburi iş buraxma müddəti üçün 131.220,25 manat əmək haqqı hesablanmışdır. xx.xx.2019-cu il tarixdə məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ona tam şəkildə ödənilməli idi. Cavabdeh tərəfindən əmək haqqı qərəzli şəkildə ödənilməmişdir. Pulun vaxtında ödənilməməsi nəticəsində ona maddi ziyan dəymişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdən başlayaraq gecikdirilmiş hər gün üçün ümumi məbləğin 3% məbləğində ona ödənc verilməlidir. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 172-ci maddəsinin 4 və 5-ci hissələrini göstərmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası iş materiallarına əsasən iddiaçının Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə işə bərpa edilməsi, xx.xx.2016-cı il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödən ilməli olması, məcburi iş buraxma müddəti üçün ödəniləcək əmək haqqı məbləğinin 131220,25 manat miqdarında hesablanması, iddiaçının cavabdeh müəssisədə artıq işləməməsi, onunla əmək münasibətlərinə xitam verilməsini müəyyən etmiş və işin müəyyən edilmiş bu hallarına istinadən işəgötürənin iddiaçıya əmək haqqı ödəmək vəzifəsi olmadığından göstərilən məbləğin ödənilməyən dövr üçün gecikdirilmə hesab olunmamasına istinad edərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq istinad etdiyi maddi hüquq norması düzgün tətbiq və təfsir etmişdir. Əmək Məcəllə sinin 172-ci maddəsinin 5-ci hissəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Tələbinin hüquqi əsası kimi iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi yalnız o hallarda tətbiq edilə bilər ki, əmək müqaviləsinə əsasən əmək münasibətlərində olan işçiyə hər ay ödəniləcək əmək haqqının ödənilməsi işəgötürənin təqsiri üzündən gecikdirilsin. Bu iki haldan hər hansı birinin olmaması qeyd edilən maddi hüquq normasının tətbiqini, yəni gecikdirlmiş əmək haqqıya görə faiz ödənilməsini istisna edir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh müəssisə arasında hazırda hər hansı əmək münasbətləri mövcud deyil, bu səbəbdən cavabdeh müəssisənin iddiaçıya əmək haqqı ödəməsi vəzifəsi də yoxdur. İddiaçı həmin vəzifəyə məhkəmə qətnaməsi ilə sonradan bərpa olunub, ödənilməli məbləğ də məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqıdır. Göründüyü kimi, işin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin təsiri altına düşmür. Halbuki həmin normanın tətbiq üçün zəruri olan iki şərtin məcmu şəklində mövcudluğu müəyyən edilməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tətbiqini zə ruri edən həmin halları müəyyən etməyib. Buna görə də işin müəyyən edilmiş halları istinad olunan normanın dispozitiv şərtlərinə uyğun olaraq iddianın təmin edilməsini istisna etdiyindən apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, e ləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)656/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar