Məhkəmə qərarları › İş №2(102)-2960/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2960/2019

10.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2960/2019 10.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı x oğlunun vəkili x qızının iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(103)-12380/2018 saylı qətnaməsindən İddiaçı x oğlu və vəkili x qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(005)-3771/2018 saylı qətnaməs i ilə (sədrlik edən, hakim A.B.Əliyev) İddiaçı x oğlunun Cavabdeh3 Hüseyn oğlu və digərlərinə qarşı “qeyri-yaşayış sahəsinin satılmasına dair hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(103)-12380/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, F.F.Babayev və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Nardanə Fərzəliyeva qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı “qeyri yaşayış sahəsinin satılmasına dair hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia qaldıraraq, ünvan 1 ünvanda, 9 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, sahəsi 343,8 kv.metr olan qeyri-yaşayış sahəsinin satılmasına dair hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası ƏMDK və “Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi” məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruz əçini, İddiaçı vəkili Nardanə Fərzəliyevanın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini isə təmin edilmədən saxlayarkən, iddia ərizəsinin təmin edilməsi üçün ə sasların olmamasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 414.1, 414.3, 415-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası mə hkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 20 dekabr 2004-cü il tarixli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə” əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 343,8 kv.metr olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İİN-nin Dövlət Əmlakının İdarə Olunması, Özəlləşdirilmisi Departamenti tərəfindən 70.135.000 manata (AZM) iddiaçıya satılmış və sonuncuya mülkiyyət hüququnu təsdiqləyən “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 21 iyun 2005-ci il tarixli şəhadətnamə verilmişdir. Bundan sonra Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 oktyabr 2007-ci il tarixli hökmü ilə həmin qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası İİN-nin Dövlət Əmlakının İdarəOlunması və Özəll əşdirilməsi Departamenti ilə iddiaçı arasında bağlanmış 09 dekabr 2004-cü il tarixli icarə və 20 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, ünvan 1 ünvanda yerləşən sahəsi 343,8 kv.metr olan qeyriyaşayış sahəsinin qanunsuz sahiblikdən geri alınaraq Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sahibliyinə və istifadəsinə qaytarılması və həmin əmlak üzərində dövlətin mülkiyyət hüququnun bərpa edilməsi qərara alınmışdır. Daha sonra mübahisə predmeti olan sözügedən qeyri-yaşayış sahəsi 12 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası ƏMDK-nin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 11 iyul 2017-ci il tarixli protokolu ilə 260.000 manata Cavabdeh3 satılmış və 13 aprel 2018-ci il t arixli “hüquqların dövlət qeydiyyatı haqıqnda” Çıxarışa əsasən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Dövlət əmlakının özəlləşdiri lməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Müvafiq icra hakimiyyəti kimi bu səlahiyyətlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Həmin Qanunun 16.1 və 16.1.4-cü maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi müxtəlif üsullarla, o cümlədən dövlət əmlakının hərrac vasitəsi ilə satışı üsulu ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən, bu məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun sa tışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Hərracın iştirakçıları hərracın keçirilməs inə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmet i yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş ş ərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh3 qanunvericiliyin tələblərinə uyğun olaraq satılmışdır və hərracın təşkili və keçirilməsi zamanı hər-hansı qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi dəlillər sözügedən qeyri-yaşayış sahəsinə dair bağlanmış 12 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin, eləcə də Azərbaycan Respublikası ƏMDK-nin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 11 iyul 2017-ci il tarixli protoko lunun etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. İddiaçı kassasiya şikayətində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin onun istifadəsində olmasını, həmin qeyri-yaşayış sahəsini ayrı-ayrı şəxslərin icarəsinə verməsini, ondan müvafiq məbləğdə icarə haqqı alınmasını əsas tutub, həmin qeyriyaşayış sahəsinin hərracda satıldığı zaman satın almaqda üstünlük hüququnun pozulmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış icarə və alqı-satqı müqavilələri etibarsız sayılaraq, həmin qeyri-yaşayış sahəsi onun qanunsuz sahiblərindən geri alınıb Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sahibliyinə və i stifadəsinə qaytarılmış və həmin qeyri-yaşayış sahəsi üzərində dövlətin mülkiyyət hüququ bərpa edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli qeyriyaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış icarə və alqı-satqı müqavilələri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə etibarsız sayıldığından, həmin hökmlə müəyyən edilmiş faktlar hazırkı işdə iştirak edən şəxslər üçün preyudsial əhəmiyyət daşıyır. Digər tərəfdən işdən görünür ki, iddiaçının mübahislə qeyri-yaşayış s ahəsinə hər hansı hüquqi bağlılığı yoxdur və həmin qeyri-yaşayış sahəsinə dair onunla bağlanmış icarə və alqı-satqı müqavilələri qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən etibarsız sayılmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, iddiaçının isə belə bir müqaviləsi yoxdur. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının faktiki istifadəsində olması və onun qanuni əsasları olmadan qeyri-yaşayış sahəsini ayrı-ayrı şəxslərin icarəsinə verməsi, qeyri-yaşayış sahəsini satın almaqda onun üstünlük hüququnun olması və ya üstünlük hüququnun saxlanılması anlamına gəlmir. Bundan başqa kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, işə əlavə edilmiş sübutlara düzügün hüquqi qiymət verilməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdi rilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı x oğlu və vəkili x qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(103)-12380/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar