Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2966/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh3 ASCnin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-3519/2018, hakim A.B.Əliyev) İddiaçı cavabdehlər Res publika Xammal və Əmtəə Birjası “xxxx” MMC, Bakı şəhər Cavabdeh2, Cavabdeh3 ASC, X1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11509/2018, hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov) İddiaçıapellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi İddiaçımünasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv e dilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 12 sentyabr 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28 saylı evin 15 saylı mənzilinə tutmanın yönəldilməsi və açıq hərracdan satılmasına dair Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin “Hərrac Mərkəzi” tərəfindən 19 mart 2018-ci il və 30 aprel 2018-ci il tarixlərdə keçirilmiş hərracın və onun nəticələri haqqında tərtib edilmuş protokolların etibarsız hesab edilməsi, Cavabdeh3 ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekt i 28 saylı evin 15 saylı mənzilinə dair mülkiyyət hüquqlarının özgəninkiləşdirilməsi istiqamətində hərəkətlərin aparılmasının və yeni çıxarışın verilməsinin qadağan edilməsi, Bakı şəhər Cavabdeh2 tərəfindən qanuni qüvvəsini almayan qətnaməyə əsasən mübahisəli Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28 saylı evin 15 saylı mənzilə dair hərrac prosedurlarının başlaması və nəticədə mənzilin ilkin satış dəyərinin aşağı düşməsinə şərait yaratdığından ona 43.000 manat maddi zərər və 30.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, a pellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, qanuni qüvvəsini almayan və apellyasiya baxışında olan Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsinin icrası olaraq Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28 saylı evin 15 saylı mənzilinə dair qanunsuz keçiirlmiş hərracın nəticələri etibarlı hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş y enidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan və bankın xeyrinə ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönədlilməsi və açıq hərracda satılmasına dair keçirilmiş hərracın və onun nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi təşkil edir. İddiaçı tələbini onunla ə saslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməklə işə mahiyyəti üzrə baxıldığı halda onun iştirakı təmin edilmədən hərraclar keçirilməklə qanunvericiliyin tələbləri pozulmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçıya məxsus mənzil kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 02 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında bankın xeyrinə yüklü edilmişdir. Bank borclunun öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək 2017-ci ilin aprel ayında məhkəmədə iddia qaldıraraq borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə bankın iddiası qismən təmin edilmiş, cəmi 48.896 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus mənzilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə üzrə 16 yanvar 2018-ci il tarixdə icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmişdir. Lakin həmin qətnamədən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti 14 mart 2018ci il tarixdə apellyasiya məhkəməsinə daxil olmaqla icraata qəbul edilmişdir. Eyni zamanda apellyasiya məhkəməsinin qətnaməsindən də kassasiya şikayəti verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmalı olduğu halların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəməl ərin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Yuxarıda qeyd edildiyi kimi icra vərəqəsi verilmiş birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti 14 mart 2018-ci il tarixdə apellyasiya məhkəməsinə daxil olmaqla icraata qəbul ediliyi üçün həmin normanın tələblərinə görə icraat məcburi olaraq dayandırılmalı olduğu halda icra hərəkətləri davam etdirilərək 19 mart 2018-ci il tarixdə və 30 aprel 2018-ci il tarixdə hərrac təşkil edilmiş, ilkin hərrac qiyməti 118.000 manat müəyyən edilmiş əmlak yekunda 75.225 manata banka satılmışdır. Beləliklə, “İcra haqqında” qanunvericiliyin icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması barədə düzünə göstərişinin tələbləri pozularaq qanunsuz icra hərəkətləri edilmişdir. Apellyasiya ins tansiyası məhkəməsi hazırki mübahisəyə icraatın dayandırılmasının məcburiliyi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə qeyd olunan icra hərəkətlərinin aparılmasının mümkünlüyünə hüquqi qiymət verməmiş, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilməməsinə istinad edərək iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bu halda apellyasiya məhkəməsinin qətnaməsi ümumiyyətlə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları poz ulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməklə, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya ş ikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2966/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2966/2019
18.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver