Məhkəmə qərarları › İş №2(102)-2966/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2966/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2966/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun hüquqi varisi X1 və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli; iş № 2(012)-1643/2011) iddia qismən təmin edi lmiş, Cavabdeh MMC-nin üzərinə 13 mart 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 130 kv.m olan 5№-li mənzili ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsi qoyulması qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov, G.F.Tağızadə, T.O.Quliyev; iş № 2(105)-620/2019) müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva, Q.A.Əsgərov, S.F.Hacıyev; iş № 2(102)7648/2019) iddiaçının kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova, M.Ə.Rzayev, Z.İ.Məmmədov; iş № 2(105)1062/2020) Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddiaçının iddiası rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilmişdir. Həmin qətnamədən iddiaçının kassasiya şikayəti 12.03.2021-ci il tarixdə icraata qəbul edilmiş, işə kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılması 28.0 4.2021-ci il tarixə saat 11:55-ə təyin edilmiş, məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassatorun 23.02.2021-ci il tarixdə vəfat etdiyini bildirərək ölüm haqqında şəhadətnaməni təqdim etmişdir. Bu halda, kassasiya şikayəti icraata qəbul edilənədək kassator öldüyü üçün onun hüquqi varisiylə əvəz olunması hazırki kassasiya icraatında qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiy a instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 402-409, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli qərardadı ləğv edil sin və mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar