Məhkəmə qərarları › İş №2(102)-2966/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2966/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2966/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması və ipoteka predmetinə yönəldilməsi, faiz borcunun hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-726/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları 1. xx.xx.2020-ci il tarixli, 2020/00198-01 saylı kredit müqaviləsinə əsasən, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh 39 (otuz doqquz) ay müddətinə illik 36 (otuz altı) faiz dərəcəsi ilə 12570 (on iki min beş yüz yetmiş) manat kredit verilmişdir.

2. Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş ********** nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh oğluna məxsus olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 0,015 ha, 61,46 kv.m ümumi sahədən ibarət 108B/2 nömrəli fərdi yaşayış evi İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. İddiaçı Bank Olmayan Kredit Təşkilatı kredit müqaviləsindən irəli gələn öhdəliyin Cavabdeh tərəfindən pozulduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00198-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 4481,45 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5141,13 manat məbləğində dəbbə pulu,cəmi 21792,58 manat borcun və mediasiya xərci kimi ödənilmiş 155,38 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 41000 AZN müəyyən olunmaqla açıq hərracda satılm ası və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 4481,45 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5141,13 manat məbləğində dəbbə pulu,cəmi 21792,58 manat borcun və mediasiya xərci kimi ödənilmiş 155,38 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı BOKT ASC iddia həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00198-01 №-li Kredit Müqaviləsin in ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 6039,21 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6775,23 manat məbləğində dəbbə pulu,cəmi 24984,44 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 155,38 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 41000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 6039,21 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6775,23 manat məbləğind ə dəbbə pulu,cəmi 24984,44 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 155,38 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00198-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 12570 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdeh in bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlak (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Reyestr № **********0810301, Qeydiyyat № **********, tarix: xx.xx.2008) ipoteka predmeti kimi İddiaçı BOKTASCyə təqdim etmiş və bu xx.xx.2020-ci il tariхli, 2020/00198-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Ə mlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpotekailə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığınaəsasən 41000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən Cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməy ə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: 19 avqust 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 6039,21 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6775,23 manat məbləğində dəbbə pulu, cəmi 24984,44 manat məbləğində borc yaranmışdır.

7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, bank tərəfindən cərimə məbləği həddindən artıq şişirdilmişdir. O, bankdan pul götü rdükdən sonra hər ay vaxtı-vaxtında ödənişləri həyata keçirmişdir. Lakin oğlu Qarabağ müharibasində iştirak etmiş, müharibədə yaralandıqdan sonra işləyə bilməmişdir. Buna görə də ödənişləri həyata keçirə bilməmişlər. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir.

8. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3984/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş rəy alınması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, ekspertizanın aparılma müddəti 30 gün müəyyən edilmiş, müvafiq ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Həmçinin mülki iş üzrə ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və on un üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlakın qiymətləndirilməsi "xxxx" MMC -yə həvаlə edilmişdir. 9. 19 iyul 2022-ci il tarixli, 9/4563 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, 2020/00198/01 saylı istehlak kredit müqaviləsinin qeyd edilən şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixədək banka olan borcu əsas borc üzrə 12170 manat, faiz borcu üzrə 4481,45 manat, cərimə borcu üzrə 1451,01 manat.

10. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 62 saylı hesabatdan görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 0,015 ha torpaq sahəsi və üzərində yerləşən 108 B/2 saylı fərdi yaşayış evinin lik vid dəyəri 52000 manat müəyyən edilmişdir. 11. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatda göstərilmiş evin ilkin satış qiyməti ilə razı olmadığını bildirmiş, yenidən qiymətləndirmə təşkil edilməsi barədə vəsatət vermişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3984/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlakın qiymətləndirilməsi "xxxx" MMC-yə həvаlə edilmişdir. 13. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 35 saylı hesabatdan görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 0,015 ha torpaq sahəsi və üz ərində yerləşən 108 B/2 saylı fərdi yaşayış evinin likvid dəyəri 54000 manat müəyyən edilmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli e-2(060)3984/2022 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi" iddia tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/0019801 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 12170 manat qalıq, ona hesablanmış 6039,21 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat dəbbə pulu, cəmi 18309,21 manat borc və dövlət rüsumu kimi ödənilmiş 144,93 manatın tutulma sı, ödənilmiş 10,45 manat dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin özünə aid edilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 54000 manat müəyyən olunmaqla açıq hərracda satılması, evin satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12170 manat qalıq, ona hesablanmış 6039,21 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat dəbbə pulu, cəmi 18309,21 manat borc və dövlət rüsumu kimi ödənilmiş 144,93 manatın İddiaçı BOKT ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı İddiaçı BOKT ASC-dən 50 manatın isə Cavabdeh tutularaq X1 ödənilməsi, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manatın 100 manatının İddiaçı BOKT ASC-dən 100 manatının isə Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməsi, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri 500 manatın iddiaçı tərəfindən "xxxx" MMC-nə ödənilməsi nəzərə alınaraq, həmin vəsaitin 250 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan 250 manatın isə iddiaçıya aid edilməsi qət edilmişir.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00198-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 12570 manat məbləğində krеdit vеril mişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlak (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Reyestr № **********08-10301, Qeydiyyat № **********, tarix: xx.xx.2008) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu xx.xx.2020-ci il tariхli, 2020/00198-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixind ə qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpotekailə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 41000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən Cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiri ş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: 19 avqust 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 6039,21 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6775,23 manat məbləğində dəbbə pulu, cəmi 24984,44 manat məbləğində borc yaranmışdır.

16. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olun an bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə cərimə tələbinə münasibətdə qeyd etmişdir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 100 manat cərimə mütənasiblik baxımından məqsədə müvafiqdir.

17. Məhkəmə qeyd etmişdir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İ ddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın və onun ailə üzvlərinin ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Ona görə də iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə təhvil verilməsi hissəsini araşdıraraq, hesab etmişdir ki, bu hissədə iddia tələbi təmin oluna bilməz.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1, 33, 34.1.3, 42.5 və 59.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 739.1, 739.2, 442, 448.1, 5.3, 269, 462.1, və 270.1 -ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1, 217.3, 217.4, 216220, 233, 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-3984/2022 nömrəli qətnaməsindən narazıdır. Belə ki, cavabdeh İddiaçı Bank olmayan kedit təşkilatı tərəfindən tələb olunan 12170 manat pulun hal-hazırda ödənməsinə maddi imkanı yoxdur. X3 44 günlük Vətən müharibəsində iştirak edərək əlillik dərəcəsi almışdır. Hal-hazırda müalicəsi Maştağada davam edir. O, heç bir yerdə işləmir. Oğlunun himayəsində iki azyaşlı övladı var. Həyat y oldaşı heç bir yerdə işləmir. Hamısı onun himayəsində yaşayır. Bu göstərdikləri ilə bağlı məhkəmədə vəsatət qaldırsa da təmin olunmamışdır. Hal-hazırda Sumqayıt İcra İdarəsi tərəfindən 12170 manat birdəfəlik ödəmə tələb edilir. Bununla bağlı ölkədən çıxmağa məhdudiyyət qoyulmuşdur. Bu da onun övladının müalicələrinə əks təsir göstərir və xarici ölkədə müalicə almasına problem yaradır. Cavabdeh həmin pulun tam ödənilməsini təələb edir. İcraçının dəfələrlə yanında olmuş və onlardan müvəqqəti həmin tələblə bağlı vaxt istəsə də nəzərə alınmır. Göstərilənləri nəzərə alıb Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsində göstərilən pulun ödənilməsi üçün müvəqqəti müddətin verilməsi zərurəti yaranmmışdır.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhk əməsi) 2(105)-726/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Gülnar Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.

23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətinin dəlillərində bildirmişdir ki, o, heç bir yerdə işləmir. Borcu birdəfəlik ödəməsi tələb edilir, pulun ödənilməsi üçün müv əqqəti müddətin verilməsi zərurəti yaranmışdır.

24. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır, lakin ona məhkəmə qətnaməsinin icrası üçün müddət tələb olunduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

25. Məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdı r, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə öhdəliyinin pozulmasına görə məsuliyyət daşıya bilməz, çünki pozuntu onun cavabdeh olmadığı haldan irəli gəlmiş və müqavilə bağlayarkən cavabdeh həmin halın baş vermə ehtimalını qabaqcadan görə bilməzdi. Kassator bildirmişdir ki, oğlunun vətən müharibəsində iştirak etməsi və müharibədə ağır yaralanaraq iş y erini itirərək maddi vəziyyətinin pisləşməsi qabaqcadan görülə və ya ehtimal edilən bilən hal deyildir. Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 448.4-cü maddəsində nəzərdə tutulmuş halı, maddənin məzmununu nəzərə almamışdır.

28. Həmçinin kassator qeyd etmişdir ki, hər iki instansiya məhkəməsi işə baxarkən ipoteka ilə yüklü edilmiş mənzilin qiymətləndirilməsi zamanı qiymətləndirici şirkətin verdiyi mənzilin bazar dəyərinin qiymətini yox, likvid dəyərini əsas götürmüşdür ki, bununla da səhvə yol vermişdir. Tərəfimizdən təkrar qiymətləndirmə ilə bağlı vəsatətimiz isə təmin edilməmişdir.

29. Kassator hesab etmişdir ki, məhkəmə apellyasiya şikayətinin dəlillərini hansı əsaslarla qəbul etməməsini məhkəmə qətnaməsində əsaslandırmamışdır. Bu da nəticə etibarı ilə prosessual hüquq normasının pozulma sı ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

31. Maddə

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

32. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

36. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

37. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərin ə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

40. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

41. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

42. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

43. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

45. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

46. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

47. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu

48. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icras ının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır.

49. Maddə 39.3.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

50. Maddə 1.0.9. İlkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Mülki Prosessual Məcəllə

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, iddianın faiz hissəsi istisna olmaqla qalan hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr əsas borcun məbləğinə, ipoteka predmetinin ilkin satış qiymətinə dair müvafiq ekspertizalar keçirməklə rəylər almış, həmin rəyləri sübut kimi qiymətləndirərək yuxarıdakı qənaətə gəlmişlər.

62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

63. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin faiz məbləğinə aid hissəsi istisna olmaqla, digər hissələrində ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, iddianın faiz tələbinə aid hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

65. Belə ki, tərəflər xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə verilmiş 12570 manat kreditə illik 36 faiz dərəcəsinin tətbiqini razılaşdırmışlar.

66. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia qaldırarkən is tinad etdiyi “Borc haqqında arayış”da illik 36 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixə 4.481,45 manat faiz hesablandığını göstərmişdir.

67. İddiaçı xx.xx.2022-ci ildə tələbin həcminin artıraraq cavabdehdən 6.039.21 manat faiz məbləği tələb etmiş və əsas kimi özünün tərtib etdiyi “Borc haqqında arayış”a istinad etmişdir. Həmin arayışda faiz borcunun yenə də illik 36 faiz dərəcəsi ilə hesablandığı qeyd olunmuşdur.

68. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, kreditor İddiaçı BOKT ASC Cavabdeh bütün borcun 21 gün müddətində qaytarılması, əks təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq etmişdir (bildiriş borcluya xx.xx.2022-ci il tarixdə çatdırlmışdır).

69. Buna baxmayaraq, mübahisəni mah iyyəti üzrə həll edən məhkəmələr həmin bildirişin faiz tələbinin həllinə təsirini müzakirə etməmişlər.

70. Halbiki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

71. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) mü qaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir.

72. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kredi torun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

73. Bel ə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.

74. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər.

75. Hazırkı işdə cavabdehdən tutulmuş faiz borcunun məhz bu qaydada hesablanmış məbləğ olduğu qətnamədə əsaslandırılmamış, qeyd olunan maddi hüquq normaları müzakirə edilməmiş və məsələyə göstərilən konteksdə hüquqi qiymət verilməmişdir.

76. Ona görə də kassasiy a şikayəti qismən təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz tələbinə aid hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-726/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi faiz tələbinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar