Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2967/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2967/21 (Açar sözlər: əqdlərin etibarsızlığı, tələbin sübuta yetməməsi) Bakı şəhəri, 02 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızndan, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, cavabdeh Cavabdeh1 MMC-nin vəkili Ağamov İbrahim Aleksandr oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi və özgənin qanunsuz sahibliyind ən əmlakın geri tələb edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2717/2020 nömrəli, 01 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək Sumqayıt «ASAN» xidmət mərkəzində onunla Cavabdeh1 MMC arasında bağlanmış 14.07.2018-ci il tarixli, reyestrdə 4Ə-2395 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, 14.07.2018-ci il tarixli, reyestrdə 4Ə-2394 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, 14.07.2018-ci il tarixli, reyestrdə 4Ə-2392 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqısatqı müqaviləsinin, 14.07.2018-ci il tarixli, reyestrdə 4Ə2393 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, 23.07.2018-ci il tarixli, reyestrdə 3M878 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsinin, 23.07.2018-ci il tarixli, reyestrdə 3M-877 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələrdə nəzərdə tutulan əmlakların Cavabdeh1 MMC-nin qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı cavabdehlər tərəfindən aldadılaraq 14.07.2018-ci il tarixli, reyestrdə 4Ə-2395 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 1.1487 ha torpaq sahəsini, 14.07.2018-ci il tarixli, reyestrdə 4Ə-2394 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xxx ərazisində yerləşən 5.539 ha torpaq sahəsini, 14.07.2018-ci il tarixli, reyestrdə 4Ə-2392 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Şabran rayonu xxx ərazisində yerləşən 2.4161 ha torpaq sahəsini, 14.07.2018-ci il tarixli, reyestrdə 4Ə-2393 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, xxx ərazisində yerləşən 5.54 ha torpaq sahəsini, 23.07.2018-ci il tarixli, reyestrdə 3M-878 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsi əsasında xxx ərazisində yerləşən 10.0 ha torpaq sahəsinə dair icarə hüququnu, 23.07.2018-ci il tarixli, reyestrdə 3M-877 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsi əsasında xxx ərazisində yerləşən 4.00 ha torpaq sahəsinə dair icarə hüququnu Sumqayıt ASAN xidmət mərkəzində Cavabdeh1 MMC-yə satmışdır.
3. Cavabdehlər gələcəkdə birlikdə iş görmək adı ilə onu aldatmış, bu günə qədər verdiyi vədi yerinə yetirməmişdir.
4. Müqavilələrdə pul məbləğləri formal şəkildə göstərilmiş, iddiaçıya bir manat da olsun pul ödənilməmişdir. Alqı-satqı müqaviləsində göstərilən məbləğlər torpaq sahələrinin həqiqi dəyərini belə ifadə etmir.
5. İddiaçı hazırda əmlaklarından məhrum olmuşdur.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 339.6 və 389-cu maddələrinə istinad etmişdir.
7. İddiaçı ərizə verərək, Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, məhkəmənin qərardaı ilə Cavabdeh2 cavabdehlikdən çıxarılmışdır.
8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əlavə olaraq 23.07.2018-ci il tarixli, reyestrdə 3M-879 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsinin də etibarsız hesab edilməsini xahiş etmişdir.
9. Sumqayıt ASAN xidmət mərkəzi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün şəxs qismində işə cəlb edilmişdir.
10. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddiaya etiraz olaraq göstərib ki, mübahisələndirilən müqavilələrdə tam aydın şəkildə göstərilmişdir ki, satıcı pulunu almaqla alqı-satqı əməliyyatı etmişdir. Həmin müqavilələr bağlanarkən tərəflərə heç bir təzyiq göstərilməmiş, müqavilələr tərəflərin razılığı əsasında bağlanmış, Mülki Məcəllənin tələblərinə uyğun tərtib edilmişdir. Hətta iddiaçı müqavilələrlə bağlı 1 il müddətində şikayət verilə bilərdi, lakin şikayət verilməmişdir. Bu səbəblərdən də iddia əsassızdır.
11. Şabran Rayon Məhkəməsinin 2(031)-344/2020 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Çingiz İsgəndərov)
12. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, İddiaçı xxx ərazisində Cavabdeh1 MMC 14.07.2018-ci il və 23.07.2018-ci il tarixlərdə müxtəlif hektarda torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlamışdır.
13. Məhkəmə qeyd edib ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə et mənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibars ız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur.
14. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması va cibdir.
15. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında Sumqayıt «ASAN xidmət» mərkəzində 14.07.2018-ci il tarixli, reyestrdə 4Ə-2395, 4Ə-2394, 4Ə2393 və 4Ə-2392 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqavilələri, 23.07.2018-ci il tarixli, reyestrdə 3M-879, 3M-878 və 3M877 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqavilələri ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, Mülki Məcəllənin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur.
16. Birinci instansiya məhkəməsi qeyd edib ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyi əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud ol mayan kimi rədd edə bilər.
17. Daşınmaz əmlakların həqiqi dəyərindən aşağı qiymətə satılması ilə bağlı dəlilə münasibətdə birinci instansiya məhkəməsi qeyd edib ki, mülki qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Müddəadan göründüyü kimi alqı-satqının müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etiba rsız hesab edilməsinə zəmin yaratmır.
17. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verməklə hesab edib ki, İddiaçı Cavabdeh1 MMC-nə qarşı “əqdin etibarsız hesab edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
18. Məhkəmə mövqeyini Mülki Məcəllənin 6.1.5, 324.1, 324.4, 337.1, 337.2, 337.4, 339.1- 339.4, 404.1, 404.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı Mansur İbrahimov apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
20. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qedy edilmişdir ki, məhkəməyə təqdim edilmiş eksper t rəyinə əsasən satılmış torpaqların 1 sotu 600-650 manat olmaqla, 1 hektar torpaq 60 min-65 min manat civarındadır. İşin bu halına düzgün qiymət verilməyib. Tətbiq edilən normalar səhv təfsir olunub.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(105)-2717/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-344/2020 saylı iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Quliyev)
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, apellyaisya şikayətinin dəlillərini əsassız saymışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Məmmədov Səftər Ağababa oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
27. Məhkəmə koll egiyasının iclasında cavabdeh Cavabdeh1 MMC-nin vəkili Ağamov İbrahim Aleksandr oğlu kassasiya şikayətini qəbul etməyərək,şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susu lan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəf lərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyin in pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Baxılan iş üzrə apellyasiya instan siyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
33. İddia tələbi əqdin etibarsız hesab edilməsi barədədir. İddiaçı müqaviləni cavabdehlər tərəfindən aldadılması nəticəsində bağladığına istinad edib. Belə olan halda iddianın təmin olunmasının əsasını qeyd edilən halların müəyyən edilməsi təşkil edir. Lakin işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin aldadılması halı müəyyən edilməmiş, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı ilkin olaraq Cavabd eh1 MMC ilə yanaşı, Cavabdeh2 da iddia üzrə cavabdeh kimi qeyd etsə də, sonradan Cavabdeh2 cavabdehlər sırasından çıxarılması barədə vəsatət vermiş və onun bu vəsatəti təmin olanaraq Cavabdeh2 cavabdeh qismində iştirakına xitam verilmişdir. Nəticədə əqdlər bağlanarkən iddiaçının başqa kimlər tərəfindən aldadılması məsələsi açıq qalmış, iddiaçı bununla bağlı hər hansı başqa dəlilini irəli sürməmişdir.
35. Göründüyü kimi, apellyasiya instansiyası iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. Çünki qeyd edilən maddələrin dispozisiya şərtləri iddianın təmin edilməsini istisna etmişdir.
36. Məhkəmə kollegiyası da öz növbəsində qe yd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
37. Hazırki işdə də iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübut edə bilməyib.
38. Apelyasiya məhkəməsi iş materiallarında olan sübutları isə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.
39. Bu baxımdan, apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması barədə şikayətin dəlilləri əsasızdır.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(105)-2717/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.