Məhkəmə qərarları › İş №2(102)-2968/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2968/2020

28.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2968/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməs i mülki kollegiyasının (sədrlik edən X.Sarıyev, hakimlər E.Şamayev və Ş.Məhərrəmova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Q.Əsgərov, hakimlər E.Vəliyeva və S.Hacıyev) xx xxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli (s ədrlik edən İ.Kərimli, hakimlər X.Cəmilova və E.Həsənov) qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın təmin edilməsi, Cavabdeh İB-dən İddiaçı məxsus **********00080 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 5843 manat borcun silinməsi, apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh İB kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxara rkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən istixanada quraşdırılmış qaz sayğacı (abonent kodu **********00080) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona hesablanmış 5843 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan iba rətdir ki,. İddiaçıya məxsus istixanada quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, dövlət yoxlamasından keçirilərkən “plastmas qapağın plomblar olan hissədən gövdədən aralı olması, plastmas qapağın yan tərəfində və kraşteynə birləşən qulaqcıqlarda cızıq izlərinin olması, xətaların normaya uyğun olmaması” müəyyən edilmişdir. Həmçinin o da mübahisə olunmur ki, itirilmiş təbi qazın dəyərinə görə İddiaçı oğluna Cavabdeh İB tərəfindən 5760 manat dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına yazılmış və ümumilikdə iddiaçıya iyul ayına 5843.80 manat borc hesablanmışdır. İddiaçı bildirir ki, ona məxsus istixana üçün quraşdırılmış qaz sayğacı istixanadan kənar, yol qırağında, açıq ərazidə yerləşdiyi üçün o həmin sayğacda yarana bilən problemlərə görə məsuliyyət daşımamalıdır. Belə ki, həmin sayğacı qorumaq, sayğacın keşiyini çəkmək praktik olaraq mümkün deyildir. Sayğacın kimin təqsiri ucbatından müdaxiləyə məruz qalması mülki işin materialları ilə müəyyən olunmur. Buna görə də həmin sayğacda yarana bilən problemləri heç bir əsas olmadan onun üzərinə yıxmaq heç bir halda nə qanuni, nə də ədalətli ola bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, akt onun iştirakı olmadan tərtib edilmiş, aktı yalnız Cavabdeh İB-nin əməkdaşları imzalamışlar. Bu bir daha aktın həqiqiliyini də şübhə altına alır. Həmçinin Cavabdeh İB tərəfindən sayğacın kimin təqsiri ucbatından sıradan çıxmasını sübut edən, eyni zamanda ona 5760 manat borcun yüklən məsinə əsas verən heç bir dəlil məhkəməyə təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi bildirir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus istixanada quraşdırılmış qaz sayğacına baxış keçirilərkən, sayğacda nasazlıq olduğu müəyyən edilmiş, sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğac dövlət yoxlamasından keçirilmiş, plastmas qapağın plomblar olan hissədən aralı olduğu, plastmas qapağın yan tərəfində və kraynşteyinə birləşən qulaqcıqlarında cızıq izləri olduğu və sayğacın xətalarının normaya uyğun olmadığı müəyyən edilmişdir. Laboratoriyanın rəyi əsasında Birliyin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixli akt tərtib olunaraq, itirlmiş təbii qazın dəyərinə görə 5843 manat dəymiş ziyan hesablanılaraq iddiaçının abonent hesabına yazılmışdır. İş üzrə mü bahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş akt və akt əsasında hesablanmış borcun əsaslılığını, sayğacın yarasız hala düşməsində istehlakçının təqsirini sübut etmə yükü cavabdehin üzərindədir, cavabdeh isə bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbayca n Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, İş materiallarından görünür ki, sayğac dövlət yoxlamasından keçirilmiş, plastmas qapağın plomblar olan hissədən aralı olduğu, plastmas qapağın yan tərəfində və kraynşteyinə birləşən qulaqcıqlarında cızıq izləri olduğu və sayğacın xətalarının normaya uyğun olmadığı müəyyən edilmişdir. Göründüyü kimi qaz sayğacına müdaxilə olunması və qaz paylayıcısı Cavabdeh İByə ziyan dəyməsi işin mübahisəsiz halıdır. Bu baxımdan kollegiya hesab edir ki, mübahisənin düzgün həlli üçün qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsinin aydınlaşdırılması mühüm əhəmiyyətə malikdir. Lakin apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış və qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsini araşd ırmamışdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB-nin kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar