Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2969/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı Qaziyevnanın vəkili Vəkil1, və Cavabdeh2 vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Qaziyevnanın cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik səhadətnaməsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(103)-13480/2019 saylı qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qaziyevna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aprel 2019-cu il tarixli 2V-38 və 2V-39 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 134 ünvanında yerləşən 37 saylı mənzilə dair göstərilən paylara uyğun olaraq ona 2/5 (1/2+1/3=2/5), Cavabdeh3 1/3, Cavabdeh2 1/3 payları müəyyən olunmaqla, "xxxx" ASC-nin Nərimanov filialında 20624L********** saylı əmanət (depozit) hesabında olan 83.000 manat əmanətdən və onlara hesablanmış faizlərə pul vəsaitinə dair göstərilən paylara uyğun olaraq ona 2/5 (1/2+1/3=2/5), Cavabdeh3 1/3, Cavabdeh2 1/3 payları müəyyən olunmaqla, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh1 xüsusi notariusun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 02 dekabr 1992-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olmuşdur. Ümumi nikahdan bir övladı anadan olmuşdur - xx xxx 1993-cü il təvəllüdlü Cavabdeh3. Birgə nikahda yaşadığı müddət ərzində onlar Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 134 ünvanında yerləşən 37 saylı mənzili əldə etmişdilər. Bundan əlavə də həmin müddətdə birlikdə ərinin adına "xxxx" ASC-də 83.000 manat məbləğində pul vəsaiti ayrılmışdır. X6 16 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra o miras əmlakı qəbul etmək üçün qanun tələblərinə uyğun olaraq Cavabdeh1nə müraciət etmişdir. Bundan başqa da ərinin birinci nikahdan iki övladı var: Cavabdeh2 və X8. Eyni zamanda da mərhum ərinin birinci nikahdan olan övladları da miras əmlakı qəbul etmək üçün Cavabdeh1nə müraciət etmişdirlər. X4 miras əmlakdan düşən payından qardaşı Cavabdeh2 xeyrinə imtina etmişdir. Lakin, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verdiyi zaman, tərəfindən verdiyi miras əmlakdan qanun üzrə düşən paydan qızının xeyrinə imtina ərizəsini əsas götürərək, mərhum əri ilə birgə mülkiyyətdə ona çatan əmlak hissəni nəzərə almamış və bölünmüyən payı da miras əmlaka daxil etmişdir. Nəticədə, miras əmlakın payları vərəsələrin arasında düzgün bölünməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Qaziyevna iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 aprel 2019-cu il tarixli 2V-36, 2V-37, 2V38 və 2V-39 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə dair və "xxxx" ASC-nin depozit hesabında saxlanılan 83.000 manat məbləğində olan əmanətə dair İddiaçı Qaziyevanın 2/4 hissədə payının müəyyən edilməsi və bu paya müvafiq olaraq yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 2(005)-2642/2019 nömrəli, 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 19 aprel 2019-cu il tarixli 2V36, 2V-37, 2V-38 və 2V-39 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, Bakı şəhə ri, Nərimanov rayonu, X18 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə dair və xxxx ASC-nin depozit hesabında saxlanılan 83000 manat məbləğində olan əmanətinə dair İddiaçı Qaziyevnanın 2/4 hissədə payı müəyyən olunmuş, həmin paya müvafiq olaraq yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Vüqar Həsənov-sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Xəyal Sarıyev) 24 dekabr 2019-cu il tarixli, 2(103)-13480/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)2642/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili Vəkil3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 24.12.2019-cu il tarixli 2(103)-13480/2019 nömrəli qətnaməsini tamamilə ləğv olunmasını, işin yeni apelyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində Albert Şahbazovdan qalan miras əmlakın cavabdehin anası X1 məxsus mənzil və mənzilin satılmasından qalan əmlakdan ibarət olmasını göstərilmişdir. İş materiallarında təkzibedilməz sübutlarla təsdiq edilir ki, miras qoyanın iddiaçı ilə birgə nikahda olduğu dövrdə ümumi gəlirləri hesabına mübahisəli miras əmlak əldə edilməmiş və əldə edilə də bilməzdi. Miras əmlak yalnız mərhum X2 verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ev 5, 3 saylı mənzilinin 136.500 manata (150.000 ABŞ dolları) satıl masından əldə edilmiş vəsaitdən ibarətdir. Lakin apelyasiya instansiya məhkəməsi naməlum səbəbdən miras əmlakı təşkil edən məbləği hesablayarkən həmin vaxt mənzilin satılmasından əldə edilmiş 136.500 manat məbləğin 30.000 manatını Cavabdeh2a verilməsini, hazırkı mübahisəli mənzilin 61.880 manata alınmasını və 83.000 manatının isə depozitdə olmasını mübahisəsiz hal kimi qiymətləndirir. Halbuki mənzili alan şəxs pulu 150.000 ABŞ dollarına almış, həmin məbləğin 50.000 ABŞ dollarını Albert Şahbazov elə notariat kontorunda oğlu Cavabdeh2 vermiş, 50.000 dollarını isə “xxxx” ASC-nin Nərimanov filialinda atasının adına depozit hesabına qoymuşlar. 83.000 manatın ABŞ dollarına olan hazırkı (1,70 manat 1 ABŞ dolları) məzənnəsi ilə hesalayanda müəyyən edilir ki, 48823 ABŞ dolları təşkil etdiyi bir dah a təsdiq edir ki, ilk depozitə qoyulan məbləğ 50.000 ABŞ dolları civarinda olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfin miras əmlakın miras qoyanla iddiaçının birgə nikah dövründə əldə etməsinə dair mövqeyini alt-üst edərək, işin əsl hallarına uyğun olmadığını təsdiq edir. Azərbaycan Respublikası Beynəlxalq Bank” ASC-nin Nərimanov filialindan alınmış 10.01,2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, X7 adına 2006-cı il tarixdə ABŞ dolları ilə depozit hesabı açılmış və bütün əməliyyatlar ABŞ dolları ilə aparılmışdır. Bununla da iddiaçının və miras qoyan Albert Şahbazovun miras əmlakı birgə nikah müddətində ümumi gəlirləri hesabına əldə edilməsi öz təsdiqini tapmır və ona görə də miras əmlak vərəsələr arasında bərabər paylarla (notariat kontorunda aparıl mış bölgüdə olduğu kimi) bölünməli idi. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin mülahizələrini sübut kimi qəbul edərək, yanlış nəticəyə gəlmiş, nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil3 kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı Qaziyevnanın vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyə n şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, X11 ilə X3 ilə 1962-ci ildə bağlanmış nikah münasibətlərindən 27 dekabr 1963-cü il tarixdə Bakı şəhərində doğulmuş X8, xx xxxx 1972-ci il tarixdə Bakı Cavabdeh2 anadan olmuşlar. Larisa Şahbazova 14.01.1990-cı ildə vəfat etmişdir. X11 ilə X10 arasında 02 dekabr 1992-ci il tarixdə nikah bağlanmış və Nikah bağlandıqdan sonra ərə Şahbazov, arvada Şahbazova soyadı verilmişdir. Birgə nikahlarından xx xxx 1993-cü il tarixdə Cavabdeh3 doğulmuşdu r. X11 16.10.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1nə ünvanlanmış 16/218 nömrəli 07.01.2019-cu il tarixli cavab məktubunun surətinə əsasən X7 adına "xxxx" ASC-nin Nərimanov filialında 20624L********** saylı əmanət (depozit) hesabında əsas vəsaitlərin məbləği 83.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X7 adına 09.06.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 7516 nömrəli vərəqində qeydiyyata a lınmışdır. 19.04.2019-cu il tarixli, 2V-36 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 16.10.2018-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi – oğlu Cavabdeh2dir və o miras əmlakdan 2/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilindən ibarətdir. Həmin tarixli 19.04.2019-cu il tarixli, 2V-37 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən isə, 16.10.2018-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi – oğlu Cavabdeh2dir və o, miras əmlakdan 2/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC tərəfindən 07.01.2019-cu il tarixdə verilmiş 16/218 saylı arayışa əsasən "xxxx" ASC-nin Nərimanov filialında 20624L********** saylı əmanət (d epozit) hesabında olan 83.000 manat əmanətdən və ona hesablanmış faizlərdən ibarətdir; Qeyd edilən tarixli, 2V-38 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında digər şəhadətnaməyə əsasən 16.10.2018-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi – qızı Cavabdeh3dır və o miras əmlakdan 2/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilindən ibarətdir; Eyni tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 16.10.2018-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi – qızı Cavabdeh3dır və o miras əmlakdan 2/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC tərəfindən 07.01.2019-cu il tarixdə verilmiş 16/218 saylı arayışa əsasən "xxxx" ASC-nin Nərimanov filialın da 20624L********** saylı əmanət (depozit) hesabında olan 83.000 manat əmanətdən və ona hesablanmış faizlərdən ibarətdir; İş materiallarında olan İddiaçı Qaziyevna tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 28.11.2018-ci il tarixli ərizənin surətinə əsasən İddiaçı Qaziyevna 16.10.2018-ci il tarixdə vəfat etmiş X6nun adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan qızı Cavabdeh3 xeyrinə imtina etmişdir; İşin materiallarından görünür ki, İddiaçı Qaziyevna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman, verilmiş miras əmlakdan qanun üzrə düşən paydan qızının xeyrinə imtina ərizəsini əsas götürülərək, mərhum əri ilə birgə mülkiyyətdə ona çatan əmlak hissənin nəzərə alınmamasını və bölünməyən payı da miras əmlaka daxil etməsi nəticə sində miras əmlakın payları vərəsələrin arasında düzgün bölünməməsini iddia etmişdir. Cavabdeh tərəfin iddiaya olan etirazının əsasını anası Larisa Şahbazovanın jurnalist işləyərkən işlədiyi təşkilatdan ona Bakı şəhər, ünvan 4 ünvanda yerləşən mənzil verilməsi, 14.01.1990-cı ildə vəfatından sonra qeyd olunan mənzilin vərəsəlik qaydasında atası Albert Şahbazovun mülkiyyətinə keçməsi, 02.12.1992-ci ildə atası Albert Şahbazovun İddiaçı ilə nikaha daxil olduqdan sonra 23.03.2006-cı ildə mərhum anasından vərəsəlik qaydasında keçmiş mənzili 136.500 manata satılması, bir müddət sonra isə məhz həmin pula hazırda mübahisə predmeti təşkil edən Bakı şəhər, Nərimanov rayon, X18 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzil alınması, qalan pulun isə Beynəlxalq Banka qoyulması, beləliklə də vərəsəlik predmeti olan mübahisəli mənzil və bankın depozit hesabında saxlanılan əmanətin iddiaçı ilə mərhum atasının ümumi gəlirləri hesabına əldə olunmadığı üçün mənzil və pul məbləğinin bütövlükdə miras kütləsinə daxil edilməli olmaması təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2, 1151.1, 1151.2, Ailə Məcəlləsinin 32.1, 32.2-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, mübahisəli əmlaklar İddiaçı Qaziyevna ilə X7 birgə nikah dövründə əldə edilib, həmin əmlakların nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmaması halı müəyyən edilməmişdir. Bu səbəbdən həmin əmlaklar onların ümumi birgə mülkiyyəti sayılmalı və İddiaçı Qaziyevnanın əmlaklara dair payı (əmlakl arın ½ (ikidə bir) hissəsinə) müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün əsaslı və qanunidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri 1 (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi-yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar; qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Sadalanan maddi hüquq normalarının tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin miras əmlak iddiaçı ilə miras qoyanın ümumi birgə mülkiyyətində olmasına dair nəticələri işin araşdırılmış hallarına uyğun olmuşdur. Belə ki, mübahisəli mənzilin və əmanət hesabında yerləşdirilən pul vəsaitinin İddiaçı Qaziyevna ilə X7 ailə büdcəsindən maliyyələşdirilməklə deyil, cavabdehin anasına məxsus mənzilin satılması hesabına alınması işin hər hansı bir mötəbər sübutu ilə təsdiq olunmur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqti sadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X9 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşd ürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müə yyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfin iddiaya etirazla bağlı irəli sürdükləri dəlillərinin də əsassız olması və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə də verdiyi hüquqi qiymətlə razılaşır və qeyd edir ki, cavabdehin dəlilləri elə inandırıcı sübutlarla təsdiq olunmalıdır ki, bu işdə olan digər sübutlarla təkzib olunmasın. Lakin işin araşdırılmış hallarının nəticəsi cavabdehin belə sübutlara malik olmamasını təsdiq edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5, 3 saylı mənzilinin 136.500 manata satılması, həmin məbləğin 30000 manatının mərhum tərəfindən oğlu Cavabdeh2 verilməsi, mübahisəli mənzilin isə 61.880 manata alınması, 83000 manatın depozitdə olması işin mübahisəsiz halıdır. Lakin mənzilin satılmasından əldə edilmiş məbləğin yuxarıda göstərilən məbləğlərin cəmindən az olması miras qalmış əmlakların məhz həmin mənzilin satışından əldə edilmiş vəsait hesabına əldə edilməsini deməyə əsas vermir. Həmçinin depozitə qoyulmuş 83000 manatın məhz 2006-cı ildə Banka qoyulması barədə işdə sübut yoxdur. Kollegiya hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, onlar əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.12.2019-cu il tarixli 2(103)13480/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2969/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2969/2020
29.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver