Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2970/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh2 vəkili Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2189/2020 saylı qərardadından Cavabdeh2 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-2428/2019 saylı qərardadı ilə (sədrlik edən, hakim H.M.Əhmədova) cavabdehlər Cavabdeh2 və Azim Ə hmədovun nümayəndəsi Vəkil1 mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair vəsatəti rədd edilib. Cavabdehlər Cavabdeh2 və Azim Əhmədovun nümayəndəsi Vəkil1 qərardaddan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2189/2020 saylı qərardadı ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və V.N.Sadıqov) şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qərardaddan kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, “bağışlama müqavilələrinin, alqı-satqı müqaviləsinin və onlara əsasən verilmiş mülkiyyə t sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasın kütləsinə daxil edilməsi və miras payların müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. İşə baxılarkən cavabdehlər Cavabdeh2 və Azim Əhmədovun nümayəndəsi Vəkil1 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, hazırki mübahisənin inzibati orqanın həyata keçirdiyi fəaliyyət və hərəkətlə bağlı yarandığını və bu səbəbdən də hazırki işə məhkəmə aidiyyəti qaydasında inzibati-iqtisadi məhkəmədə baxılmalı olmasını göstərib, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb k i, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq, məhkəmə aidiyyətini düzgün müəyyən etməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil1 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Digər işdə iştirak edənlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü mad dəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh2 vəkili Vəkil1 izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübhisəli məsələyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən, şikayəti təmin edilmədən saxlaya rkən, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti qaydasında ümumi məhkəmədə baxılmalı olmasına və məhkəmə aidiyyətinin dəyişdirilməsi üçün əsasların olmamasına istinad edib və hüquqi mövqeyni Azərbaycan Respublikası MPM-nin 25.1, 26.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozub. Belə ki, xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliyə görə xx xxxxxx 2020-ci il tarixdən b irinci instansiya məhkəmələrinin işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə qərardadlarından verilmiş şikayətlərə apelyasiya instansiyası məhkəmələri deyil, kasasiya instansiyası məhkəməsi baxır. Azərbaycan Respublikası MPM-nin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269.1-269.3-cü maddələrinin mənasına görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi aidiyyət haqqında qərardaddan verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə ba xarkən səlahiyyətli məhkəmə olmayıb və sadalanan prosessual normaların tələblərini pozaraq kasasiya instansiyası məhkəməsinin səlahiyyətlərini mənimsəyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsində göstərəlir ki, məhkəmə aidiyyətinə dair mübahisələrə kasasiya instansiyası məhkəməsində baxılır. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinin tələblərinə görə, kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 217.2-ci maddəsinin mənasına görə, məhkəmə aktları işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh2 və Azim Əhmədovun nümayəndəsi Vəkil1 aidiyyət haqqında qərardaddan verdikləri şikayət üzrə apelyasiyanı qeyrimümkün hesab edib, onlara həmin qərardaddan kasasiya şikayəti vermək hüququnu izah etmək əvəzinə, işin baxılması zamanı qüvvədə olmayan prosessual normalara istinad edərək şikayəti icraatına qəbul edib ona apelyasiya qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1, 418.3-cü maddələrinin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydası nda ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Bu baxımdan kasasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan prosessual normaların tələblərini əsas tutub, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı, aidiyyət haqqında qərardaddan verilm iş şikayətə apelyasiya qaydasında baxılmasının mümkünlüyü üçün əsasların olubolmaması bir daha yoxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2189/2020 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2970/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2970/2020
09.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver