Məhkəmə qərarları › İş №2(102)-2973/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2973/2020

29.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2973/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı x Cavabdeh x qarşı “qaz kəmərinin mühavizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-1161/2019 nömrəli qətnaməsindən Cavabdeh x kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı x Cavabdeh x qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ərazisindən keçən, x məxsus diametri 219 mm-lik yerüstü orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuş Toyuq dükanının və Qutabxananın boşaldılması və Cavabdeh x öz hesabına (əvəzi ödənilmədən) sökülərək kəmərin mühafizə zonasından çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq x ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)9177/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Fuad Babayev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1355/2018 saylı, xx xxxxxx 2018-ci iltarixli qətnaməsi ilə iddiaçı x apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-9177/2017 saylı iş üzrə 16 noyabr 2017-c i il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. (hakimlər Vüsalə Baxışova (sədrlik edən və məruzəçi) Vüqar Həsənov, Namiq Cəfərov) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4730/2018 saylı, xx xxxx 2018-ci iltarixli qərarı ilə iddiaçı x kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1355/2018 saylı, xx xxxxxx 2018-ci iltarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1161/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə iddiaçı x apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9177/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilmiş, 1 ərazisindən keçən,x məxsus diametri 219 mm-lik yerüstü orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuş Toyuq dükanı və Qutabxananın (köməkçi sahə 36 kv.m.) Cavabdeh x hesabına sökülməsi və kəmərin mühafizə zonası boşaldılması qət edilmişdir.(hakimlər Xəyalə Cəmilova (sədrlik edən və məruzəçi) İsmayıl Xəlilov, İkram Kərimli) Cavabdeh x (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və TƏRƏFLƏRİN İZAHATİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Belə ki, cava bdehə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (kafe) qazlaşdırılması üçün cavabdehə x tərəfindən texniki şərt verilmişdir. Sökülməsi tələb edilən tikili ilə bağlı Yasamal rayon İcra hakimiyyəti Başçısının xx xxxxx 2005-ci il tarixli, 395 saylı sərəncamı var, həmin sərəncam qüvvədədir. İddia ərizəsində göstərilən qaz borusunun texniki pasport üzrə ünvan 2 ünvanından keçdiyi qeyd edildiyi halda, cavabdehə məxsus tikililər ünvan 3 ünvanındadır. Məhkəmə qeyd edilən xüsusatları nəzərə almamış, bu ünvanların üst-üstə düşüb-düşməməsini araşdırmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə x məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh x məhkəməyə teleqram vuraraq, karantin rejimi ilə əlaqədar işi n qeyrimüəyyən vaxta salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı teleqramda göstərdiyi səbəbi üzrlü hal hesab etməyərək, Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, idd iaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə zidd olaraq, cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan x balansında və istismarında olan 219 mm diametrlik yerüstü orta təzyiqli qaz kəmərinin 1 ərazisindən keçən hissəsinin üzərində tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla Toyuq dükanı və Qutabxana inşa edilməsi, həmin tikililərin fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaratmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş, gəldiyi nəticəni də Şəhərsalma və Tikinti Məclləsinin 95.2-ci maddəsinə əsasən iddiaçının hazırki tələblə bağlı subyektiv hüququnun olmaması əsaslandırmışdır. Birinci apelyasiya baxışının nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)1355/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən iddiaçının maraqlı şəxs kimi hazırki iddianı qaldırmağa subyektiv hüququ olması, lakin tikililərin “Karvan” kiçik müəssisəsinə aid olmaqla tələbin əsl olmayan cavabdehə qarşı verilməsi və tikintinin aparılması faktının təsdiq edilməsi barədə Yasamal rayon İcra hakimiyyəti Başçısının xx xxxxx 2005-ci il tarixli, 395 saylı sərəncamının qüvvədə olmasına istinadən iddia tələbi təmin edilməmişdir. Barəsində şikayət verilən qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəl diyi nəticə ilə razılaşmayaraq, iş materiallarına, o cümlədən ekspert rəyinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh olunan göstərişləri nəzərə alaraq cavabdehə məxsus 36 kv.m. “köməkçi sahənin (tikilinin) x balansında olan 219 mm diametrli, orta təzyiqli, yerüstü qaz kəmərinin üzərində olmaqla mühafizə zonasında yerləşməsini, qaz kəməri üzərində inşa edilmiş tikilinin fiziki şəxslərin həyat və sağlamlığı üçün böyük təhlükə yaratmasını müəyyən edərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı təmin etmiş, gəldiyi nəticəni də“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.1, 19.2-ci maddələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “ Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik Qaydaları" ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddia tələbi iddiaçı təşkilatın balansında olan yerüstü qaz kəmərinin üzərində olmaqla mühafizə zonasında yerləşən cavabdehə məxsus tikililərin sökülməsi barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən işin halı ondan ibarətdir ki, cavabdeh orta təzyiqli, yerüstü qaz kəmərinin üzərində, mühafizə zonasında 36 kv.m. “köməkçi sahə” (tikili) inşa etmişdir. İddiaçı tərəfindən sökülməsi tələb olunan obyektin qaz kəmərinin üzərində, mühafizə zonasında yerləşməsi apelyasiya instansiyasının iş üzrə təyin etdiyi ekspertiza rəyi ilə də öz təsdiqini tapmışdır. İşin mübahisəli halı tikililərin icazə əsasında, başqa sözlə qanunu şəkildə inşa edilib-edilməsidir. Apelyasiya məhkəməsi iş materiallarına əsasən cavabdehin inşa etdiyi tikililərin qanuni olmasını müəyyən etməmişdir. Cavabdehin tikililərin qanuni olmasının təsdiqi kimi Yasamal rayon icra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 395 saylı sərəncamına istinad etməsi ilə bağlı apelyasiya məhkəməsi müəyyən etmişdir ki, həmin sərəncamda ünvan 1 ünvanda “Karvan” km-yə məxsus qeyri-yaşayış sahəsinə əlavə olaraq 34.8 kv.m. köməkçi sahənin tikilməsi və hazırda istifadə olunması, aparılmış tikintinin texniki vəziyyətinin qənaətbəxş olmaqla istismar üçün yararlı olması qeyd edilmiş, eyni zamanda həmin sərəncamda əlavə tikintinin yerləşdiyi yerin icarə xərclərinin öd ənilməsi üçün “Karvan” km ilə rayonun müvafiq icra qurumları arasında müqavilə bağlanılmalı olması göstərilsə də, bu barədə hər hansı müqavilə təqdim olunmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələbinə görə sənaye qurğuları, digər qurğular və fəaliyyət növlərinin zərərli təsirindən qorunm habelə insanların həyatını, sağlamlığım və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusi ilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-c u il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik Qaydaları" 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərə (fərdi ev sahiblərinin) torpaq sahəsi ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə təyin etdiyi ekspertazının rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımd an, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətlərin dəlilləri əsassızdır. Kassasiya şikayətində tikilinin qanuniliyinin əsası kimi istinad edilən Yasamal rayon İcra hakimiyyəti Başçısının xx xxxxx 2005-ci il tarixli, 395 saylı sərəncam barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin sənacam tikilinin inşasına razılıq yox, tikintisi başa çatması barədə faktın təsdiq edilməsilə bağlıdır. Kassasiya şikayətinin digər dəlili – iddia ərizəsində göstərilən qaz borusunun texniki pasport üzrə ünvan 2 ünvanından keçdiyi qeyd edildiyi halda, cavabdehə məxsus tikililərin ünvan 3 ünvanında yerləşməsi – ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillərə apelyasiya instansiyası tərəfindən qiymət verilib. Məhkəmə kollegiyası həmin dəlillə bağlı apelyasiya instansiyasının gəldiyi nəticəni və dəyərləndirməni düzgün hesab etidiy üçün bu dəlilə əlavə qiymət verməyə zərurət görmür. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respu blikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh İbad oğlunun kassasiya şikayəti təmin edilməsin. Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)1161/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar