Məhkəmə qərarları › İş №2(102)-2974/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2974/2023

18.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2974/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusuna və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-316/2023 saylı mülki iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 18 o ktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 anaları X9 31 may 2017-ci il tarixdə ölmüşdür.

2. X1 ölümündən sonra ünvan 1 ünvanda yerləşən 08 saylı mənzil miras qalmışdır. X1 qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 26 yanvar 1996-cı il tarixdə dövlət qeydiyyatına alınaraq “Qeydiyyat vəsiqəsi” ilə rəsmiləşdirilmişdir.

3. X10 04 noyabr 2015-ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Balakən şəhəri, H.Əliyev prospekti 49 saylı evin 8 saylı mənzilini qızı X7 vəsiyyət etmişdir.

4. Cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu iş üzrə üçünc ü şəxs X8 anası X2 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi) 47 sakylı ünvanda yerləşən 08 saylı mənzilin 5/6 hissəsinə 20 oktyabr 2021-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə vermiş, həmin Şəhadətnamə əsasında Balakən şəhəri, Heydər Əliyev prospekti 47 saylı evin ümumi sahəsi 69.7 kv.metr olan 08 saylı mənzilin 5/6 hissəsi X3, 1/6 hissəsi isə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 04 saylı reyestr kitabının 60 saylı vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə və 3-cü şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2 miras qalmış ünvan 3 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə iş üzrə üçüncü şəxs X3 vəsiyyətnamə üzrə vərəsəlik hüququnun rəsmiləşdirilməsinə dair 20 oktyabr 2021-ci il tarixli, 2V-470 reyestr saylı, V-515/2021 saylı “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X1 vəfatından sonra ondan miras qalmış, ünvan 1 evin 08 saylı mənzili iş üzrə iddiaçı özü təkbaşına idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İş üzrə üçüncü şəxs X11 isə anaları X2 miras qalmış həmin əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində qəbul etməmişdir. Buna baxmayaraq, iş üzrə cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu, iş üzrə üçüncü şəxs X8 “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” vermiş, X6 miras əmlakı qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul edib-etməməsini araşdırmamışdır. İddiaçı hesab etmişdir ki, həmin Şəhadətnamə qanunsuz olaraq tərtib edildiyindən etibarsız hesab edilməldir.

7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, cavabdeh Balakən şəhəri H.Əliyev prospekti 49 saylı evin 08 saylı mənzilində qeydiyyatdadır. Həmin mənzil keçmiş Balakən Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli 03 saylı sərəncamı ilə cavabdehin anası X1 adına rəsmiləşdirilmişdir. Anası özünə məxsus olan əmlakını ona vəsiyyət etmişdir. Anası X9 31 may 2017-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ondan qalmış miras əmlak olan Balakən şəhəri, H.Əliyev prospekti 49 saylı evin 08 saylı mənzilinin 5/6 hissəsinə öz adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Həmin sənədlər əsasında mənzilin 5/6 hissəsi onun, 1/6 hissəsi isə cavabdeh olan bacısı İddiaçı paylı mülkiyyətində olmaqla həmin hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Həmin vaxtdan bir ilə yaxın vaxt keçdikdən sonra iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Balakən Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(019)-736/2022 saylı mülki iş üzrə 15 dekabr 2 022-ci il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia təmin olunmamışdır.

9. Birinci instansiya məhkəməsi mübahisələndirilən mənzilin 5/6 hissəsinə görə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin 20 oktyabr 2021-ci il tarixdə verilməsini, iddiaçı həmin vaxtdan bundan məlumatı olmasını (işin bu halı İddiaçı 2021-ci ilin oktyabr ayında miras əmlakla bağlı notariusa müraciət etməsi, məhkəməyə təqdim etmək üçün sənədlər alması ilə təsdiq olunur), lakin qanunla müəyyən edilmiş iki ay müddətində həmin şəhadətnaməni mübahisələndirməməsini, bununla da onun sözügedən şəhadətnaməni mübahisələndirmək hüququnu itirməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

10. Məhkəmə öz hüquqi mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bu ndan sonra- Mülki Məcəllə) 1133, 1134, 1243, 1255, 1272, 1321 və 1322-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı şikayətini iddia ərizəsiilə eyni məzmunda əsaslandıraraq, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin müddəti ötürməklə bağlı mövqeyi ilə əsassızdır, belə ki, apellyasiya şikayətinə əlavə olunmuş iş üzrə cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin 08 fevral 2022-ci il tarixli, 236 saylı məktubundan göründüyü kimi, hazırda mübahisələndirilən 20 oktyabr 2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəl ik hüququ haqqında” Şəhadətnamə həmin vaxtdan sonra iddiaçının vəkilinə rəsmi olaraq təqdim olunmuşdur. 14 mart 2022-ci il tarixdə isə iddiaçı 20 oktyabr 2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız sayılması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadından göründüyü kimi iddiaçının iddiası baxılmamış saxlanılmışdır. Qərardadın qəbul olunmasından 3 (üç) gün sonra, yəni, 17 iyul 2022-ci il tarixdə iddiaçı eyni tələblə yenidən Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Yəni, Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsində qeyd olunan hüquqi mövqeyinin əksinə olaraq, iddiaçı Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş iki ay müddəti ötürməmişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 2(107)-316/2023 saylı mülki iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov sədrlik edən, məruzəçi, M.Əsədli və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Həmçinin, iddiaçı 2021-ci ilin oktyabr ayında Balakən Rayon Məhkəməsinə təqdim edilməsi üçün arayışlar alınması məqsədilə Balakən rayon Mənzil İs tismar Müəssisəsinə və X1 ölümündən sonra açılmış vərəsəlik işi ilə bağlı Balakən regional “ASAN xidmət” Mərkəzinə müraciətlər etmişdir.

15. Bu hallar göstərir ki, iddiaçı 2021-ci ilin oktyabr ayında həmin vərəsəlik işi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün ehtiyac duyulan sənədlərin toplanması məqsədilə müxtəlif orqanlara müraciətlər etmişdir. Apellyator özünün apellyasiya şikayətinə əlavə etdiyi Balakən regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin Zaqatala rayon Vəkil bürosunun vəkili Nümayəndə1 ünvanladığı 08 fevral 2022-ci il tarixli məktuba istinad edərək X7 verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamədən həmin vaxt xəbər tutduğunu qeyd etmişdir.

16. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin məktub Zaqatala rayon Vəkil bürosunun vəkili Nümayəndə1 Balakə n regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanlamış olduğu 06 yanvar 2022-ci il tarixli sorğuya cavab olaraq göndərilməklə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 mirasına 20 oktyabr 2021-ci il tarixdə verilmiş 2V-740 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və həmin işə əlavə edilmiş sənədlərin Zaqatala rayon Vəkil bürosunun vəkili Nümayəndə1 göndərilməsi ilə əlaqədar olmuşdur.

17. Göründüyü kimi, Zaqatala rayon Vəkil bürosunun vəkili Nümayəndə1 20 oktyabr 2021-ci il tarixdə verilmiş 2V-740 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinin ona göndərilməsi ilə bağlı Balakən regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Bu da onu göstərir ki, həmin vaxt iddiaçı və onun vəkili həmin şəhadə tnamənin mövcudluğundan artıq xəbərdar idi. İddiaçı 20 oktyabr 2021-ci il tarixdə verilmiş 2V-740 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin mövcudluğundan 2021-ci ilin oktyabr ayında xəbərdar olduğundan onun apellyasiya şikayətində qeyd etdiyi onun 14 mart 2022-ci il tarixdə məhkəməyə hazırki məzmunda iddia ilə müraciət etdiyi və Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçının iddiasının baxılmamış saxlanılması, 3 gün sonra yenidən məhkəməyə hazırki iddia ilə müraciət etməsi halları öz əhəmiyyətini itirir. Çünki, iddiaçı hazırki məzmunda iddia ilə məhkəməyə 14 mart 2022-ci il tarixdə iddia versə belə, həmin vaxt da artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdü. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a )Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı 3-cü şəxsin nümayəndəsi və vəkili tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddiaçının kassasiya şikayəti verməsi üçün iki aylıq müddətin ötürüldüyü, buna görə də şikayətin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

22. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.

23. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

25. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

26. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hü quqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

27. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

28. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

38. Belə ki, apellyasiya instansiyası məhk əməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı 2021-ci ilin oktyabr ayında Balakən Rayon Məhkəməsinə təqdim edilməsi üçün arayışlar alınması üçün Balakən rayon Mənzil İstismar Müəssisəsinə və X1 ölümündən sonra açılmış vərəsəlik işi ilə bağlı Balakən regional “ASAN xidmət” Mərkəzinə müraciətlər etmişdir.

39. Bu hallar göstərir ki, iddiaçı 2021-ci ilin oktyabr ayında həmin vərəsəlik işi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün ehtiyac duyulan sənədlərin toplanması məqsədilə müxtəlif orqanlara müraciətlər etmişdir. Apellyator özünün apellyasiya şikayətinə əlavə etdiyi Balakən regional “ASAN xidmət” Mərkəzində Notariat ofis inə ünvanladığı 08 fevral 2022-ci il tarixli məktuba istinad edərək 3-cü şəxsə verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamədən həmin vaxt xəbər tutduğunu qeyd etmişdir.

40. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 mirasına 20 oktyabr 2021-ci il tarixdə verilmiş 2V-740 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və həmin işə əlavə edilmiş sənədlərin Zaqatala rayon Vəkil bürosunun vəkili Nümayəndə1 göndərilməsi ilə əlaqədar olmuşdur.

41. Göründüyü kimi, Zaqatala rayon Vəkil bürosunun vəkili Nümayəndə1 20 oktyabr 2021-ci il tarixdə verilmiş 2V-740 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinin ona göndərilməsi ilə bağlı Balakən regional “ASAN xidmət” Mərkəzində Notariat ofis inə müraciət etmişdir. Bu da onu göstərir ki, həmin vaxt iddiaçı və onun vəkili həmin şəhadətnamənin mövcudluğundan artıq xəbərdar idi.

42. İddiaçı 20 oktyabr 2021-ci il tarixdə verilmiş 2V-740 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin mövcudluğundan 2021-ci ilin oktyabr ayında xəbərdar olduğundan onun apellyasiya şikayətində qeyd etdiyi onun 14 mart 2022-ci il tarixdə məhkəməyə hazırki məzmunda iddia ilə müraciət etdiyi və Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçının iddiasının baxılmamış saxlanılması, 3 gün sonra yenidən məhkəməyə hazırki iddia ilə müraciət etməsi halları öz əhəmiyyətini itirir. Çünki, iddiaçı hazırki məzmunda iddia ilə məhkəməyə 14 mart 2022-ci il tarixdə iddia versə belə, həmin vaxt da artıq qanunla müə yyən edilmiş 2 aylıq müddət ötürülmüşdür.

43. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 1272-ci maddəsinin tələblərinə uyğundur. Həmin maddədə göstərilir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir.

44. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(107)-316/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar